Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə59/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

164
BEŞİNCİ  HİSSƏ
alır. Birləşmə mərhələsində gəmi stansiyaya doğru öz vəziyyətini bir 
neçə dəfə dəyişə bilər. Periskop və TV kamerası ancaq önə baxdıqları-
na görə, heyət stansiyanı daimi olaraq izləyə bilmir – bu isə vəziyyəti 
çətinləşdirir. Pyotr xahiş edir: “Linzanı ekrana tax”. Periskopun üzə-
rindən mat ekranı çıxarıram, böyük, deyəsən, 20 sm diametrli linzanı 
isə yaylı siyirmədə bağlayıram. Dizlərimin önündə yerləşən persiko-
pun videoarayıcısı da bağlıdır. Pyotr əsəbiləşir, lakin onu əmin edirəm 
ki, bu tərəfə baxan kimi, ayağımı sağa çəkəcəm. Birləşdirici kəmərləri 
boşaldıram, sol ayağımı tutan kəmərisə bərk sıxıram. Avtomatikanın 
onlarla elementlərini, rabitəni, logistik sistemləri və hər şeyi saatla və 
göyərtə təlimatının “Stıkovka” bölməsinin kartlarında göstərilmiş ar-
dıcıllığa uyğun olaraq qoşuram. Pyotr bir neçə dəfə radioqəbuledicini 
qoşmağı yadıma salır. Onu artıq qoşduğumu deyirəm və göstərirəm. 
Lap əvvəldən onun qulaqcıqlarında problem var. Saat 19:33’09-da av-
tomatik yaxınlaşma sistemini qoşuram. Nəzarət cədvəli par-par yanır, 
yönəlmə mühərrikinin işləməsini göstərən siqnalizatorlar yanıb-sönür. 
Göyərtə  saatının  dayanmayan  tıqqıltısından  əlavə  mühərriklərin  im-
pulsunun  işinin  taqqıltısı  gəlir.  Bizim gəmi  hələ görünməyən  orbital 
stansiyaya tərəf firlanmaqdadır. Növbətçi lampalar “sürətartırma zo-
nası”  vəziyyətinin  alınması,  o  biri  yaşıl  isə  “Salyut”un  radiolakasiya 
əlaqəsi haqqında xəbər verir. Dərhal məlumatları oxuyuram. Pyotr he-
sabatı hələlik maqnitofonun lentinə yazır: “Məsafə 18 km, yaxınlaşma 
sürəti 25m/s”. Növbəti hesabat: “Məsafə 17, sürət 23”.
Stansiyanın  bucaq  sürətini  işləyən  blokun  ekranından  elektron 
nöqtə itdi. Pis haldır, çünkü bu, mühüm məlumatdır. Göstəricilərin ol-
maması diqqətimizi çəkir, səbəbi tapmağa çalışırıq. Aparatı dəfələrlə 
yandırıb-söndürürük – nəticəsiz. Əməliyyatımızı “Fotonlar”  stansiya-
sının  həmkarları  yarımçıq  qoyur:  “Sizin  parametrlərinizi  monitorinq 
edirik”.
Bu  isə  birləşmə  əməliyyatındakı  göyərtə  maqnitofonunun  faktiki 
yazısıdır. Vaxt az olduğundan əmrlər qısaldılmışdı.    
Klimuk: məsafə 10, sürət 15, bucaq sürətlərinin göstəricisi yoxdur.  
Fotonlar: Bizdə belədir 0,0457s.
Klimuk: Sizi Yer kürəsinin fonunda işıqlı nöqtə kimi görürük.
Mən: Sürət bir az yüksəkdir, ucluq impulsla işləyir. Əyləc tərəfə dö-
nüşün başlanğıcı.
Klimuk: Miroslav, ekranda elektron nöqtə yoxdur.  
Mən: Bir daha çevirirəm.
Kömək etmir və bu məqamda ekranlı qutunu, sanki köhnə televizo-
ru döyəcləyən kimi vururam və qəribədir, ekranda nöqtə peydə olur. 
Klimuk: Əyləci basırıq.


165
ÖZÜNƏMƏXSUS GÖRÜŞ
Mən: 4 saniyə olacaq. Qurğularda təzyiq dəyişməyib.
“Fotonlar“: Yaxşı gəlirsiniz, görürük.
Klimuk:  Elektron  nöqtə  peyda  oldu.  Miroslava  doğru,  məsafə  14 
km, sürət 17. 
Mən: 12 olmalıdır.
Klimuk: Birləşməyə nə qədər vaxt qalıb? 
Mən: 2.05. təzyiq və işlədilmə dəyişiməyib.  
Fotonlar: Sizin bucaq sürətiniz 0,05. 
Klimuk: Rabitəni qoş.
Mən: Əvvəldən qoşuludur, bax – nəzarət lampasını göstərirəm. 
Klimuk: “Fotonlar“, deyəsən, sizi Yer kürəsinin fonunda görürəm. 
İşıqlı nöqtə, məsafə 10, sürət 10. 
Mən: Qrafiklə gedirik, təzyiq düzgündür  220/15.
Klimuk: 9-un 14-ə (yəni məsafə 9 km, yaxınlaşma sürəti isə 14 m/s) 
BUS-u qoş (yaxınlaşmanın idarəetmə bloku). 
Mən: BUS qoşuludur, işıq verir, ucluq işləyir. 
Klimuk: 7-nin 14-ə, sürətartırma zonasına gedirik. 
Yer kürəsi: prosesə nəzarət edirik, gedişat düzgündür.
Klimuk: məsafə 4, sürət 14, dalğalanma 0, sürət artır.
Mən: SKD-nın (korreksiya mühərriki) BUS-a qoşulmasının icazəsi 
var, fırlanır, dönüş var. 
Klimuk: “Yan tərəfin qarşısının alınması” var (yan sürəti) – korreksi-
ya mühərrikinin işləməsi və impuls sayğacının şaqqıltısı gəlir. 
Mən: Qoşuldular, 4 saniyə olacaq, təzyiqlər normadadır. 
Klimuk: 700/2.
Mən: 500 olan kimi antenna siqnalının azadılmasını qoşacam. 
Klimuk: Sürət 0, sürətlənmə zonasına dönmə gedir. 
Mən: 6 saniyə verməliyəm.
Klimuk: Görürəm, məsafə 500, stansiya 35° sola fırlanıb, SKD qoşul-
du, 5 saniyə  
Mən: Uyğunluq, təzyiqlər normada.
Klimuk: Yaxınlaşma qrafiklə, stansiyanı linzada görürəm, 45° əyil-
mə var. 
Mən: Ehtiyatlar normada.
Klimuk: Əyləc zonasına gedirik, məsafə 300, sürət 0,5, düşür.
Mən: SKD-nın BUS-dan qoşulmasına icazə var, işıq yanır .
Klimuk: SKD qoşulması oldu,  yanalma diapazonudur.
Mən:  SKD-nın  BUS-dan  birləşmə  icazəsini  söndürürəm,  söndü.  - 
Korreksiya mühərrikini söndürdüm. İndi isə yaxınlaşma prosesi ancaq 
kiçik – yön və yanalma  mühərriklərinin istifadəsi ilə keçəcək.
Klimuk: Məsafə 280, sürət 0,5.


166
BEŞINCI  HISSƏ
Mən: 5AO antenanını götürürəm. – Sirena işləməyə başlayır, həya-
can siqnalını söndürürəm.
Klimuk: Sonadək linza ilə gedəcəm, yaxınlaşma sabitdir, yuxarıda-
dır. 
Mən: 200 metr. 
Klimuk: Hesablanılıb.
Mən: “Zorya“, idarəni öz üzərinizə götürün. KRL-i söndürürəm, te-
lekameraları qoşuram.
Klimuk: Əyilməni düzəlt.
Mən: Ensiz obyektivi qoşuram və filtri seçirəm.
Klimuk: 120 metr, sürət 0,8 m/s, reflektorları unutma, 90 metr, işığı-
nı və qoruyucusunu görürəm (stansiyanın), sabit gedirik.
Mən: Pyotr, xahiş edirəm, dövrəyəalmanı qoş, 50 metr, sürət  0,7 
m/s.
Klimuk: Birləşmə cəftəsi ekranın mərkəzinə .
Mən: Genişbucaqlı obyektiv götürürəm, stansiya və işıqları aydın 
görürəm, əyilmə yoxdur.
Klimuk: Miroslav, kölgəyə girməsinə nə qədər qalıb? Fənər işıqla-
rını qoş.
Mən: 5 dəqiqə, fənərlər qoşulub, filtri dəyişəcəm.
Klimuk: Yaxşı, sabitləşmə dəyişməyib, 9 metr, 0,3 m/s, 5 metr, 
1,5 metr.
Toxunmanı gözləyirik, kəskin taqqıltı eşidilir. 
Mən: Əlaqə yarandı, mexaniki tutma oldu, qoşulma mühərrikləri-
nin siqnalizasiyası yanıb-sönür.
Klimuk: “Zorya“ - “birləşmə” oldu, “mexaniki tutma” oldu; Mirek, 
vaxtı qeyd et: 20:07’50.
Gəminin yüngül yellənməsini (balansvurmanı) seyr edirik 
Klimuk: Birləşmə reallaşdırıldı. Miroslav, təbrik edirəm. 
Mən: Mən də səni, afərin sənə. 
Kölgəyə keçdik.
Fotonlar: Birləşməni təbrik edirik, gözləyirik. 
Mən:  Volodya,  lampasları  (şalvarın  yanlarına  tikilən  rəngli  parça 
zolağı – red.) axtar. 
Kovalyonok: nə lampaslar ? 
Mən: Pyotrun general şalvarı üçün.
Gülüş – biz, “Fotonlar“ və Yer kürəsi gülürük. Ancaq indi gərginli-
yin azalmasını hiss edirəm. 
Yer kürəsi: Sakitləşin, hər ikinizdə 120-dən (nəbz) yüksəkdir!
Dərindən  nəfəs  alırıq,  sevinirik,  dincəlirik.  Dəyərdi  –  özümə  de-
yirəm. Elmi proqramı icra edəcəm. Elektrik mühərriklərinin səsini və 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə