Безымянный indd



Yüklə 9,98 Kb.

səhifə6/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   81

23
QİSMƏT VƏ VƏZİFƏ
ki qırğından sonra qalan bina idi. Şüşəsiz pəncərələr, anamın tapdı-
ğı samanla qayğı ilə örtülmüş beton döşəmə. Bu ümidsiz vəziyyətdə 
yardım əlini bizə hamıya qarşı hər zaman diqqətli olan keşiş Ros-
sovski uzatdı. Anamı uşaqları ilə birgə Bereznodakı evinə sığındır-
dı.  Yuxarı  mərtəbədə  böyük  parka  baxan  kiçik  otaqda  yaşayırdıq. 
Orada  hündür  ağaclarda  qarğalar  qırıldaşırdılar.  Evin  yanında  iki 
qülləli kilsə vardı. Kərpic hasarın yanında isə zəng qülləsi yerləşirdi. 
Pastorun  qardaşı  cənab  Yan  xüsusilə  xoşuma  gəlirdi.  Onun  dizlə-
rində otururdum, hətta ibadətə çağırarkən şalvarından yapışırdım. 
Yaxınlıqdakı  Sluç  çayına  gəzməyə  gedərkən  məni  də  özü  ilə  gö-
türərdi, çayın o tayında təlim keçən rus əsgərlərini göstərirdi, oxu-
yurdu, məni yüksəyə qaldırıb, quşların uçuşunu təqlid edib deyirdi: 
“Sən şahinsən”. Altmışıncı illərdə artıq zabit kimi keşiş Rossovski 
və  cənab  Yana  Zgejdakı
12
    prixodda  gizlincə  baş  çəkdim;  mənimlə 
fəxr edirdi – şahin idim. Hər ikisi Modlnadakı qəbiristanlıqda dəfn 
ediliblər. Sonralar oranı ziyarət etdim. Sakinlər keşişin qəbrinə əklil 
qoyan və fikrə gedən polad rəngli mundir geyinmiş generalı görən-
də təəccüblənmişdilər.
Anam,  zəif  qadıncığaz  uşaqlara  qayğı  göstərmək  üçün  çox  güc 
sərf etmişdi. O, Qərbə köçmək üçün, dediyi kimi, “artım” hazırlaya 
bildi.  Bunu  artıq  xatırlayıram:  yük  vaqonu  ilə  başqa  ailə  ilə  birgə 
gedirdik.  Qatarla  səyahət  uşaqlar  üçün  çox  maraqlı  idi.  Qayğısız 
idim.  Ona  görə  də  böyüklərin  nəyə  görə  hönkür-hönkür  ağladıq-
larını  başa  düşə  bilmirdim.  Taxtalardakı  çatlardan  yeni,  başqa,  ta-
nınmayan dünyaya baxmağa cəhd göstərirdik. İlk dəfə böyük evlər 
–  “binalar”  görürdüm,  maşınların  gəlməsi  isə  tərifəgəlməz  sensa-
siyaya dönmüşdü. Səyahətimizi arasıkəsilməyən şaqqıltı, təkərlərin 
taqqıltısı, xırıltı, parovozların fiti, daimi yırğalanma və vaqonların 
növlərə ayrılması müşayiət edirdi. Çoxsaylı dayanacaqlardan birin-
də  anam  isti  yemək  hazırlamağa  qərar  verdi,  su  gətirməyə  getdi, 
əyildi və şaquli divarı olan kərpic quyuya düşdü. Üzə bilmirdi, var 
qüvvəsilə  çənin  qırağındakı  otlardan  yapışırdı,  otlar  qopur,  anam 
isə  batırdı,  artıq  taleyə  müqavimət  göstərmək  istəmirdi.  Özündən 
sonra iz qoymaq istədiyi və bayaqdan əlində tutduğu və o zamanlar 
üçün sərvət olan qazanı atdı. Ağlına uşaqları gəldi və bu ona güc 
verdi. Tələdən çıxmaq üçün növbəti cəhdi uğurla nəticələndi.
Əldən düşmüş, yaş, üşüyən vəziyyətdə vaqona qayıtdı və heç nə 
olmamış kimi yeməyi hazırladı. Yalnız illər sonra olanları danışdı. 
12
 Zgej – Polşada Lodz voyevodluğunda şəhər 


24
BIRINCI HISSƏ
Səyahət  uzanırdı,  iyunun  sonunda  nəqliyyat  Vrotslav  ətrafına  gə-
lib çatdı. Biz bəxtəvər idik, çünki minlərlə volınlının faciəvi taleyini 
bölüşmədik.  Biz  polyak  Holokostunu  yaşadıq.  Tanımadığımız  yad 
torpaqda idik. Voluvda məskunlaşdıq. İlk iki həftə ərzində çoxsaylı 
ailələrlə birgə “rampa”da, yəni parovoz deposu zalında gecələyir-
dik. Anam həsrətlə bizim inəyi axtarırdı. Bir həftə gözləyəndən son-
ra ailəmizi dolandıran inək yüzlərlə başqaları ilə peyda oldu. Anam 
onu onlarla inək olan naxırda kədərli mələməsindən tanıdı. İkisi də 
bir-birilərini tanıdılar, inəyimiz anamı nahamar dili ilə yalayaraq se-
vindiyini bildirirdi. 
Şəhərdən  kənar  Koşçuşko  küçəsində  yerləşən  binanın  birinci 
mərtəbəsində  yaşamağa  başladıq.  Qardaşım  Vladek  üçün  darıxır-
dıq,  səfər  zamanı  qarın  yatalağı  xəstəliyinə  tutulmuşdu.  Şüursuz 
vəziyyətdə Katovitsadakı xəstəxanaya çatdırılmışdı. Bir neçə həftə 
sonra  sağalıb  özününküləri  axtarmağa  başladı.  Geri  alınmış  tor-
paqlarda
13
, Vrotslav, Şçeçin, Kvidzında öz ailəsini axtarırdı. Fəhmlə 
hərəkət edərək Aşağı Sileziyaya geri dönür. Günlərin birində bacım 
Sabina ilə pəncərədən şabalıd ağacları əkilmiş küçəyə baxıb gördük 
ki, səkidə ayaqyalın, cırıq şalvarlı, başında rəngi qaçmış papaq olan 
bir oğlan gəlir. Vladek! – bacım çağırdı. O biz tərəfə baxıb, bir anda 
yanımıza  gəldi.  Onda  anamın  ağladığını  gördüm,  bu,  sevinc  göz 
yaşları idi.
Tezlikə anam mərkəzə yaxın Berut küçəsində yerləşən binada ev 
tutdu.  Bina  kiçik  idi,  qonşuluqda  yerləşən  villalardan  fərqlənirdi. 
Sanki maddi vəziyyətimizi əks etdirirdi. İki çarpayı, şkaf, masa və 
bir neçə kürsülü yemək masamız var idi. Evin zirzəmisi yox idi, la-
kin onun bir üstünlüyü var idi – arxa həyətində donuz damı və kiçik 
bostan, həyətin ortasında isə gilas ağacı var idi. Qardaşım Boqdan 
və  həyətdəki  dostlarımızla  yazdan  payıza  qədər  ona  dırmaşırdıq. 
Donuz  damında  donuz  xortuldayırdı  və  buzov  movuldayırdı,  to-
yuqlara bacım Teresanı qorxudaraq onu məktəbə qədər yola salan 
xoruz başçılıq edirdi. Bostanda tərəvəz və ərik ağacı var idi, çəpərin 
arxasında böyük park, yanında isə qəbiristanlıq yerləşirdi – bunlar 
mənim uşaqlıq dünyam idi. Ətrafı və təbiəti tanıyırdım. Anama qon-
şu damdakı sərçələrdən şikayət edirdim, çünki, dediyim kimi, cik-
kildəyərək məni çağırırdılar: “Mirek-çvirek”. Onlara əsəbiləşirdim 
və düzəltdiyim sapand vasitəsi ilə ədaləti bərpa etmək istəyirdim.
13
 Geri qaytarılan torpaqlar – Alman Polşası, Üçüncü Reyxin keçmiş ərazilərinin adı. 
1945-ci  ildə  beynəlxalq  Yalta  və  Postdam  konfranslarının  şərtləri,  həmçinin  1945-
1956-cı illərdə SSRİ ilə ikitərəfli sazişlərə əsasən ərazinin böyük hissəsi Polşaya verilib


25
QİSMƏT VƏ VƏZİFƏ
14
 Zlotı – Polşanın pul vahidi
Anam özünü tamamilə uşaqlara həsr edirdi. Onun hər şeyi ba-
cardığını fikirləşirdik. Köhnə plaşdan bizə gəşəng və rahat geyimlər 
tikdi. Donuzumuzun xəstə olduğunu və onu yeyə bilməyəcəyimizi 
biləndə, anam hardansa kaustik soda əldə edib, o zamanlar tapılma-
yan  sabun  düzəltdi.  Hər  şənbə  günü  mən  və  Boqdan  əsaslı  yuyu-
nurduq, yuyunduğumuz su isə qapqara olurdu. Axşam duasından 
sonra anam əynimizə uzun köynəklər geyindirib, çarpayılarımıza, 
nişastalanmış yorğan-döşəyin üstünə uzadardı. Yuxuya getməmiş-
dən əvvəl bizə nağıl danışıb, mahnılar oxuyurdu. Bizə əziyyət verən 
qotur xəstəliyinə tutulanda isə kiminsə məsləhəti ilə, tərəddüd et-
mədən  minomyot  mərmilərini  söküb  içindən  sarı  trotili  götürüb 
qatranla bişirirdi. Əsaslı vannadan sonra bu dəhşət üfunətli, lakin o 
zaman yeganə əlçatan məlhəmi bədənimizə sürtürdü.
Ailənin yaşayışını bir az düzəltmək üçün anam əsas küçədə yer-
ləşən binada kiçik dükan açdı. Yer çox balaca idi, içində isə xəzinə: 
konfetlər,  pirojnalar,  buz  lülələri  və  əlbəttə  duz,  un,  sıyıq,  zeytun 
yağı və s. Orada olmaqdan xoşum gəlirdi. Arada mənə şirniyyat ve-
rilirdi, bu günə qədər üstündə ağ ətirli kütlə olan pirojnaları xoşlayı-
ram. Bir dəfə anam məni dükanda tək qoydu. O zaman ora bəstəboy 
bir insan girdi: “Təksən?” – soruşdu. “Bəli” – cavab verdim. “Sənə 
konfet üçün zlotı
14
  verəcəm, sən də mənə ananın siqaretləri harada 
gizlətdiyini de”,  - təklif etdi. Özümü sahib kimi hiss edib, əlimlə 
işarə etdim: “Burada - sobanın altında”. O qımışıb, sobanın altından 
odunları çıxarıb, dərindən üstündə at şəkli olan (bu, dəvə idi - “Ca-
mel”) iki uzun sarı qutu çıxardı. “Ananı gözləyək”, – dedi. Pencəyi-
nin ətəklərini açdı, kəmərdə isə “tapancası” var idi. Beləliklə, vəd 
edilmiş zlotıya anamı ələ verdim. Həmin zlotını almadım. Anamı, 
böyüklərin dediyinə görə, “bizim” parkın o biri tərəfində yerləşən 
Təhlükəsizlik İdarəsinə apardılar. Anamın olmadığı iki həftə ərzin-
də  ətrafda  ac  canavarlar  kimi  gəzirdik.  Bacım  Hanya  məni  parka 
apardı. “İndi yeyib doyacayıq”, deyə - mənə qara kəndalaş salxımını 
uzatdı. Çox ac olduğuma görə, acgöz kimi yeyirdim. Giləmeyvələr 
biraz şirin idilər. Birdən mədəmdə olan hər şeyi qusdum. Hətta bu 
gün  də  kəndalaşın  yanından  keçərkən  ordan  tələsik  uzaqlaşıram. 
Yəqin bu reaksiya doğma anamı ələ verdiyim üçün cəzamdı. 1983-
cü ildə həyat yoldaşım və qızımla birgə doğma evimə baş çəkdim. 
Oradakı  sakinlər  məni  çox  xoş  qarşıladılar.  Altmışıncı  illərdə  lip-
nisalıların  faciə  yerində,  o  zaman  vəfat  edənlərin  birgə  dəfn  yeri 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə