Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə60/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

167
kilidlərin şaqqıltısını eşidirəm. “Soyuz” və “Salyut”un birləşdirilmiş, 
vahid bir konstruksiyaya çevrilməsi prosesi reallaşdırılır.   
Son  yaxınlaşma  manevri  zamanı  “Salyut-6”  stansiyasından  260 
metr aralıqda, Baykonur kosmodromunun üzərindən uçduq. Birləşmə 
Baykal gölü zonasında baş verdi. Əməliyyatın son fazasında emosional 
gərginlik artmışdı, çünki gecə yaxınlaşırdı. Çatdırdıq. İndi isə biz “So-
yuz-29” – “Salyut-6” – “Soyuz-30 “orbital  elmi-tədqiqat kompleksini 
təşkil edirik.
Saat 23:06-da yenidən Polşanın üzərindən uçuruq. Gözümün ucu ilə 
baxmağa belə vaxtım yoxdur. Stansiya ilə birləşmənin germetikliyini 
yoxlayırıq. Bu proses iki bütöv fırlanma vaxtını alır.   
Gəmi  və  stansiyanın  keçid  düyünü  germetikliyi  saxlayır.  Yorğun 
halda skafandrları soyunuruq. Mavi, rahat, sinənin sol tərəfində ağ şa-
hin şəkli olan iki hissəli paltarı geyinirəm. Sonunda stansiyaya keçid 
lyukunu  açırıq. Elektrik mexanizmi bunu yavaş-yavaş, sanki təntənə 
ilə edirdi. “Fotonlar“ın bizi uca səslə dəvət etdiklərini eşidirəm. An-
laya bilmirəm, stansiyaya üfüqi, başım aşağı, yoxsa yuxarı vəziyyətdə 
üzüb keçəcəm. Məkanda vəziyyətə dair illuziyalar güclüdür. Stansiya-
ya birinci üzüb keçirəm, düz Volodya Kovalyonokun qucağına. Bərk-
bərk qucaqlaşırıq. Sevinc böyükdür, poçt və hədiyyələri çıxaranda isə 
lap artır. İdarəetmə mərkəzi ilə öz emosiyalarımızı bölüşürük.  Rabitə 
seansı saat 21:21-də bitir. Enerjinin artmasını hiss edirəm və işə başla-
yıram.  Gəminin  elektrik  və  hidravlik  cərəyanını  stansiyaya  keçiririk. 
Göyərtənin təchizatını söndürürük və baxış keçiririk. Stansiyaya 8 su 
ilə dolu qab, yemək ehtiyatları, eksperimentlər aparmaq üçün material-
ları gətiririk, nəhayət, ventilyasiya borusunu gəmiyə keçiririk və işləri 
saat  3.30-da  bitiririk.  Yataq  kisəsini  tuturam,  həmkarlar  onu  divarda 
“baş-ayaq”  bağlamağa  kömək  edirlər.  Öz  yataq  kisələrini  da  divara 
bərkidirlər,  lakin  “üfüqü”  şəkildə.  “Çarpayı”ma  üzüb  daxil  oluram, 
belimin arxasında hansısa kabelləri hiss edirəm, lakin məni heç nə əz-
mir. Kimsə lətifə danışır. Bir an içində ailəmlə vidalaşma səhnəsini gö-
rürəm... və əllərimi uzatdığım vəziyyətdə oyanıram. Bədənimin yarısı 
kisədən çıxıb. Özümə “Məni burdan kim asıb?” sualını verirəm. 
Göyərtədə  həyat  artıq  qaynayır.  Volodya  radioqramı  qəbul  edir, 
Saşa  sənədlərin  üzərində  yorulmadan  işləyir,  Pyotr  isə  tualeti  zəbt 
edib – üzqırxanın səsini eşidirəm. Baramamdan azad oluram. Dostlar 
məni ürəkdən salamlayırlar. Tavanla döşəmənin arasında sallanaraq, 
gimnastika hərəkətləri etməyə çalışıram. Hava burulğanına düşürəm 
və bununla bütün cəhdlərim sona çatır. Dezinfeksiyaedici mayeli nəm 
dəsmallarla tez əl-üzümü yuyuram. Güzgüyə baxıram və “artdığımı” 
hiss  edirəm.  Üzümü  qırxmağı  sonraya  saxlayıram,  çünki  məni  birgə 
ÖZÜNƏMƏXSUS GÖRÜŞ


168
BEŞINCI  HISSƏ
səhər yeməyinə dəvət edirlər. Masanın arxasında irəli çəkilmiş otura-
caqlara “əyləşirik” və kəmərləri yüngülcə bağlayırıq. Hərə öz ritmi ilə 
aşağı və yuxarı hərəkət edir – yadıma düşür ki, Slupskda “pod Kluka” 
mehmanxanasının barında olan qonaqlar atın yəhərinə oxşar bir şeyə 
əyləşirdilər və barmenin idarə etdiyi mexanizmin cırıltısına uyğun ola-
raq, buna oxşar tərzdə yellənirdilər. Həmkarlarım üçün sürprizim ola-
caq, lakin onu şam yeməyinə saxlayıram. 
Stansiyadakı  ilk  gün  uyğunlaşma  günü  idi.  Birinci  rabitə  seansı 
zamanı həmişəki kimi sağlamlıq haqqında suallar, qəza enməsi üçün 
ballistik məlumat, sonsuz təbriklər, rəsmi və şəxsi teleqramlar verildi. 
Onlardan biri məni xüsusən təəccübləndirdi. Müəllifi, Oleşnitsada pla-
ner kursundan qrup yoldaşım, Ziqmunt Borislavskinin yaşlı, mehriban 
atası idi: “Pan Mirek, Demblində 1964-cü ildə Aviasiya məktəbinin biti-
rilməsi ilə əlaqədar Sizə kosmik karyera arzu etdikdə heç bilməzdim ki, 
tale bunu hərfi mənada qəbul edəcək. Ziqmunt mənə sizin cavanlıqda, 
planerlə uçmağı birgə öyrəndiyiniz zaman xüsusi istedad nümayiş et-
dirməniz haqqında danışırdı. Kosmos nailiyyətlərinə görə Sizi çox-çox 
təbrik edirəm. Öz ailəmin adından növbəti ulduz uğurları arzu edirəm. 
Vlodimej Sava-Borıslavski”. Görürsənmi, ən fantastik arzular belə hə-
yata keçə bilər. Burada, sonralar görkəmli mühəndis, planer kursunda 
məndən yaxşı oxuyan və birinci olaraq “Vağ” planeri ilə təkbaşına uçan 
Ziqmunta ehtiramımı bildirmək istərdim. 
Elə də doyumlu olmayan səhər yeməyindən sonra Pyotrla birlikdə 
“Test”  eksperimentini  aparırıq  (çəkisizlik  vəziyyətində  psixoloji  və 
uyğunlaşma    tədqiqatları),  bir  neçə  səhifəlik  suallara  cavab  verirəm. 
Fürsət düşəndə bayıra baxıram – gördüklərim darıxdırıcı bəndlərdən 
maraqlıdır. Baxışımla planetimizin minlərlə kilometrlərini əhatə edə-
edə özümü dünyanın hökmdarı kimi hiss edirəm. Cənubi Amerikanın 
qərb  sahilinin  görünüşündən  ləzzət  alıram.  Amazonka  hövzəsinin 
tropik meşələrinin və onun Atlantikaya olan geniş, şərqi istiqamətdə 
300  kilometrədək  qəhvəyi  lillə  əhatələnmiş  çay  mənsəbinə  böyük 
zövqlə  tamaşa  edirəm.  Braziliyada  Natalın  üzərindən  keçdim,  altı 
dəqiqə  yarımdan  sonra  isə  artıq    Afrikanın  Dakar  rayonundakı 
sahillərindəyəm.  1933-cü  ildə  ilk,  tənha  polyakın,  kapitan  Stanislav 
Skajınskinin  qət  etdiyi  həmin  yolla  uçurdum.  Həmyerlim  polyak 
istehsalı  olan  RVD-5  balaca  turist  təyyarəsi  ilə  Seneqalda  St.Luisdən 
Braziliyadakı  Maçeiodək  məsafəni  (3582  km)  qət  edərək,  o  zaman 
450  kiloluq  təyyarələr  üçün  rekord  vurdu. Atlantikanın  üzərində  on 
yeddi saatdan çox uçarkən, hava şəraiti, tənhalıq, texniki problemlər, 
yuxusuzluq və öz-özü ilə mübarizə edəndə nə hiss edirdi görəsən? Bu 
uçuş qəhrəmanlıq idi və bu uçuşda kosmik nəsə vardı.


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə