Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə61/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

169
Hava şəraitinin, istiqamətin və ilin bəzi aylarında əsən passatların 
gücünün təhlilinə əsaslanan marşrutun uzunmüddətli metodik hesab-
lanması nəticəsində, naviqasiya alətləri qismində ancaq qol saatı, pər-
gar və sürət sayğacına malik olan adam belə nəhəng məsafədə planlaş-
dırdığı yoldan yalnız 12 kilometr kənara çıxmışdı. 
Naharadək  test  tapşırıqlarını  həll  edirdim.  Nahar  sürprizdir.  Yer 
kürəsi  məni  çağırır  –  “Qafqaz-2,  sənin  üçün  sürpriz  var”.  Kodla  de-
yirlər: “ +y oxunda, 7 nömrəli dolabda, B sektorunda, 42 nömrəli bağ-
lama – sənin üçündür”. Sürprizi axtarmağa “gedirəm”, qida anbarını 
tapıram, bağlama 42 – bu, polyak yeməyi bigosdur. Regenerasiya sis-
temindən paketə qaynar su tökürəm və bir neçə dəqiqədən sonra bıça-
ğın köməyi ilə qida əlçatan olur. Hamının fikrincə, başqa yeməklərdən 
fərqli olaraq, ətri və dadı mükəmməldir. Kovalyonok əlavə edir: “Bu 
cür yeməyi xarab edirik”. Polyak mətbəxi üçün bu, xoş kompliment-
dir.  “Şam  yeməyinədək  gözlə”  –  ürəyimdə  fikirləşirəm.  Acı  xörək 
həzmi düzəldir. Özümü daha yaxşı hiss edirəm, ən azından, ürəyim 
bulanmır.
Uçuş proqramında polyak və sovet alimləri tərəfindən hazırlanmış 
bir  neçə  eksperimentin  aparılması  nəzərdə  tutulmuşdu.  Bu, 
tibbi-bioloji,  geofizik  və  texnoloji  eksperimentlər  idi.  Həmçinin 
əl  aparatı  ilə  fotoşəkil  və  filmlərin  çəkilişi,  eləcə  də  seçilmiş  elmi 
mövzuya  əsasən  telereportajın  aparılması  tapşırılmışdı.  Axşama 
planlaşdırılmış civə (Hg), kadmium (Cd) və tellur (Te)  yarımkeçirici 
materialların  mikroqravitasiya  şəraitində  kristallaşmasına  əsaslanan 
maraqlı  təcrübəm  var.  Eksperimentin  adı  Sirenadır  və  Polyak  Elmi 
Akademiyasının Fizika İnstitutu tərəfindən hazırlanıb. 
Hg,  Cd,  Te  elementləri  atom  ağırlığı  ilə  fərqlənir.  Qravitasiyanın 
təsiri şəraitində və konveksiya nəticəsində əridilmiş komponent qey-
ri-vahid struktur yaradır, vahidliyi isə yarımkeçiricilərin fiziki xassələri 
müəyyən edir. Qravitasiyasız şəraitdə əldə edilmiş yarımkeçiricilər bö-
yük dərəcəli vahidliyə malikdirlər, buna görə də yüksək həssaslıq və 
aşağı inersiya ilə səciyyələnir, bu, infraqırmızı şüalanmanın əla detek-
torlarıdır. Buludlar, buxar, atmosferdə tozlama bu şüalanmaya maneə 
olmurlar. Eksperimenti Aleksandr İvançenkovla aparıram. Tavanda iki 
şlüzdən birinə montaj edilmiş “Splav” – stansiya göyərtəsinin elektrik 
cihazından istifadə edirik. Xüsusi ampulalara qoyulmuş tətbiq edilən 
materialları onun içində əridirik. Sonra isə həmin materialı 47 saat da-
vam edən yavaş və nəzarətli soyutmaya məruz qoyuruq. İki ampulam 
var, deməli, eksperimenti iki dəfə icra etməliyik. O biri ampulanı da bu 
cür qızdırırıq, lakin 16 saat yarım davam edən passiv (avtomatik tem-
peratur nəzarətindən istifadə etmədən) soyutma aparırıq. Eksperimen-
ÖZÜNƏMƏXSUS GÖRÜŞ


170
BEŞINCI  HISSƏ
ti reallaşdırdığımız müddətdə “Salyut” stansiyası azad orbit uçuşunda 
idi, konstruksiyanın titrəməsinə və ya tezləşməyə səbəb ola biləcək bü-
tün cihazlar söndürülmüşdü. Biz də, heyət də xüsusi ehtiyatla hərəkət 
edirik. “Fotonlar” öz proqramlarını reallaşdırırlar. Bioloqların göbələk-
lərin  vəziyyəti  haqqında  sorğu-sual  etdiklərini  eşidirdim.  Onlara  ta-
maşa edirdim, şəffaf qablarda böyüyürdülər. Çəkisizlik onları ənənəvi 
geotropizmdən  məhrum  etmişdi.  Bütün  istiqamətlərə  böyüyürdülər. 
Bəzilərinin papaqları aşağı, torpağa istiqamətlənmişdi, hamısı forma-
sını itirmişdi. Gələcəkdə  çəkisizlikdə  uzun  müddət  keçirəcək  kos-
monavtlar haqqında fikirləşdim – görəsən, onlar da belə təəccüblü 
məqamlarla  rastlaşacaqlar?  Ev  sahibləri  hər  gün  qaçış  və  veloer-
gometr idman alətlərində məşq edirdilər. Qan-tərə batınca özləri-
ni yorurdular. Bu zaman şəffaf şirlənmə ilə örtülmüş mum fiqur-
larına  oxşayırdılar,  təri  isə  gülərək  dəsmallarla  yığırdılar.  Fiziki 
məşqlər  gündəlik  çətinlikləri  unutmağa  və  gərginliyi  azaltmağa 
kömək edirdi. Onlar məşq edib, stansiyanı əsdirdikləri zaman mən 
illüminatordan  Günəşin  batmasına  baxmağı  xoşlayırdım.  Stansi-
yanın ətrafında, qara səmanın fonunda sanki kometa hörüyünü və 
ya qar çovğununu müşahidə edirdim – bu, minlərlə yanıb-sönən, 
parıldayan işıqlar idi. Həmin parıltıları stansiyanı istiləndirən bir 
neçə qat alüminium folqadan ibarət olan örtük salırdı – termik ör-
tük,  demək  olar  ki,  termos  funksiyasını  yerinə  yetirirdi  –  istiliyi 
xaricə buraxmırdı, təhlükəsizlik üçün isə perforasiya edilmişdi ki, 
qəfil sürətli qalxma baş verdikdə start zamanı təzyiqin düşməsi nə-
ticəsində cırılmasın. Günəş küləyi ilə qovulan alüminium parıltılar 
gözəl vizual təzahür yaradırdı. Hər gün qeyri-adi bir şeyə tamaşa 
edirdim. Bir kosmik gecə zamanı (Yer kürəsində gündüz idi) iki-üç 
işıqlı nöqtə gördüm. Bir azdan ikisi də göründü. Prosedura uyğun 
olaraq, heç bir fikir irəli sürmədən Pyotra illüminatordan baxmağı 
xahiş etdim. Bir neçə anlıq şüşədən qopmadı. Xeyli müddət tamaşa 
etdi.  Əlini  çıxardı,  dörd,  sonra  isə  beş  barmağını  göstərdi.  “Yed-
di”  anladım.  Mən  də  baxdım.  Həqiqətən  də,  yeddi  “obyekt”  var 
idi.  Stansiyamız  ətrafında  əzəmətlə  uçub  fırlanırdılar. Avropanın 
üstündə  olanda,  Yer  kürəsindən  bizim  rayonda  hər  hansı  obyek-
ti  görüb-görmədiklərini  soruşduq.  Yer  kürəsi  inkar  etdi.  Günəş 
batdığından, ora tamaşa etmək qeyri-mümkün oldu. Böyük nara-
hatlıqla növbəti gecəni gözləyirdik. Obyektlər yenə də bizi müşa-
yiət edirdi. Özümüzü narahat hiss etdik. Kovalyonok obyektlərin 
trayektoriyasını  təsvir  etməyə  başladı.  Növbəti  əlaqə  zamanı  Yer 
kürəsi obyektlərin necə hərəkət etməsi barədə soruşdu, bəzilərisə 
antenləri çıxartdı və işıq indikatorlarını qoşdu. Belimdə soyuq tər 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə