Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə62/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

171
hiss  etdim.  Məktublaşmanı  Kovalyonok  aparırdı.  Uzun  məlumat 
mübadiləsindən  sonra  Yer  kürəsi  soruşdu:  “Yeddi  ədəd  görürsü-
nüz?” – Bəli, yeddi. Yer kürəsi - “Stansiyalar sağdan sola fırlanır-
lar?” – Bəli, yenə də stansiyanın başçısı təsdiq etdi. “Onda narahat 
olmayın. Ötən gün Miroslavla Saşanın Kosmosa buraxdıqları zibil 
konteynerləridir”.  Hamı  gülməyə  başladı.  Öz  təsəvvürüm  məni 
çaş-baş salmışdı, ONLARın olmaması isə məni məyus etdi.
Bəzən  əyləncə  üçün  məkanda  sərbəst  üzən  suyun  özünü  necə 
aparmasını müşahidə edirdik – ağırlıq qüvvəsi ona təsir etmir, ye-
rüstü gərginliyin sayəsindəsə sferik, yəni şar formasını alır. Veril-
miş  həcmdə  ən  az  sahəli  formanı.    Bunu  öz  gözlərimlə  görməyə 
fürsət  tapmışdım. Avropanın  seçilmiş  rayonlarının  şəkillərini  çə-
kirdik. Aparatın yanında olmağım mütləq idi. İş uzanırdı, mənsə 
tualetə getmək istəyirdim. Müvafiq anı çox gözləyəsi oldum. İşdə 
iki və ya üç dəqiqəlik boş vaxtdan istifadə etmək istəyirdim.  WC-
yə tərəf enerji ilə üzdüm. Tələsik lazımi cihazı tapdım. Qarnımın 
altına  söykədim.  Bir  azdan  xoşbəxt  rahatlıq  hiss  etdim.  Cihazın 
sərt xortumu məni otağın içindəki bütün künclərə aparırdı. Tava-
nın altında fikir verdim ki, sifətimin yanında tərpənən iri bir qəh-
vəyi-bej şar asılıb qalmışdı. Səksəndim, lakin heç bir şübhəm yox 
idi. Bunlar sidik kisəmin içindəkilər idi. Sadəcə sorucu nasosu qoş-
mağı unutmuşdum. Bir saniyəyə tələb edilənləri qoşdum və gözəl, 
canlı təzahür qıfın içində itdi.     
Yer kürəsində qravitasiya şəraitində qabda olan su onun forma-
sını alır, çəkisizlik şəraitində isə yan divarlara yapışır, orta boş qa-
lır. Su ilə hava qarışmasın deyə, qablarda elastik bölücü membran 
var və elə məhz bunun sayəsində suyu qablardan çıxarda bilirdik. 
Membranın altına  hava buraxırdıq, o isə suyu yuxarı basırdı. Su-
yun  təzə  saxlanılması  üçün  onu  gümüş  ionlarla  təmin  edirdilər. 
Niyə  məhz  gümüş?  Çünki  uzunmüddətli  uçuşlar  planlaşdırılan-
da, suyun saxlanılması mümkün olmur. Qablarda saxlanılaraq bir 
müddətdən sonra öz təzəliyini itirirdi, su köhnəlirdi və içində yo-
sunlar  peyda  olurdu.  Distillə  edilmiş  su  isə  kosmonavtları  qane 
etmirdi.  Kimsə  qeyd  etmişdi  ki,  kilsədən  olan  dəyişdirilməmiş 
müqəddəs su təzəliyini uzun müddət saxlayır. Həmin suyun nü-
munəsi götürüldü. Gümüş ionları aşkar edildi. Laboratoriyada adi 
su gümüş ionları ilə zənginləşdirildi – effekt gözlənilməz oldu, su 
təzəliyini uzun müddət saxlaya bilmişdi. Həll tapıldı, lakin labo-
rantları bir sual sakit qoymurdu: gümüş ionlar kilsə suyuna necə 
düşüb. Müvafiq xidmətlər kilsəni təqib etdilər. Bir həftədən son-
ra tapmacanın cavabı tapıldı. Keşiş suyu müqəddəs edərək, onun 
ÖZÜNƏMƏXSUS GÖRÜŞ


172
BEŞINCI  HISSƏ
içinə gümüşü zəncir salırdı və bununla gümüş ionlar suya keçirdi.      
Çox su içirdik – günə 1,5 litr. Yemək və isti içkilər hazırlamaq 
üçün nəfəs aldığımız havada həmişə olan nəmlikdən alınan suyun 
regenerasiya  sistemindən  istifadə  edirdik.  Nəmliksə  orqanizmi-
mizdən və istifadə etdiyimiz dəsmallardan yaranırdı.


KOSMİK SİRR
S
tartdan  iki  gün  əvvəl  Baykonurda  “Kosmonavt“ 
mehmanxanasında  öz  şəxsi  “baqaj”ımı  yığmağa  başladım. 
Adama 0,8 kilo limit verilmişdi. Klimukun xahişləri, təkidi və polyak 
arağının təsiri limiti 2 kiloya çatdırdı. Nə etmək olar, Baykonur heyəti 
ilə kosmonavtlar arasında olan dostluq həmrəyliyi quru qanun, qadağa 
və əmrlərdən güclüdür. Uşaqlarımın və həyat yoldaşımın şəkillərini, 
sevdiyim  kitablarımın  ilk  səhifələrini,  icra  etdiyim  bütün  uçuşları 
qeyd  etdiyim  uçuş  kitabçamın  ilk  səhifəsini,  yumşaq  oyuncaqları, 
polyak  pilotunun  8  nişanını,  Andjey  Buqalanın  verdiyi  məşhur 
polyak  pilotunun  “döş  nişanı”nı,  iki  ağ-qırmızı  bayraq,  himnin 
musiqisi yazılmış iki açıqca və markaları, həyat yoldaşım, əvəzedicim 
və orbitdə işlədiyim dostlarımın həyat yoldaşları üçün gümüş kulonlar 
və  Pan  Tadeuşun  miniatür  nəşrini  özümlə  götürdüm.  Ən  cəsarətli 
arzularımda belə onun missiyadan ən vacib xatirə olacağını bilməzdim. 
İllər  keçdikdən  sonra,  II  İohann  Pavelin  pontifikatının  on  beşinci 
ilində,  səhra  yepiskopu  L.S.Qlodjanin  təşəbbüsü  sayəsində  miniatür 
kitabı  Castel  Gondolfada  çıxışı  zamanı  Müqəddəs  Ataya  təqdim 
etməli oldum. Təklifim onu bir az təəccübləndirmişdi. Kosmik poçtun 
miniatürün üzərinə vurulmuş möhürünü seyr etdi, Kosmosdan xüsusi 
xatirə  hədiyyəsinə  görə  təşəkkür  etdi.  Onu  sinəsinə  sıxdı:  “Bu  elə 
polyak səciyyəli bir şeydir ki, onu papanın kitabxanasına verməyəcəm, 
öz şəxsi toplularımda saxlayacam”, – dedi. Papa qısa söhbətdən sonra 
yığışanlara  müraciət  etdi:  “Baxın,  cənab  generalla  ikimiz  də  on  beş 
yaşlıyıq, çünki cənab general Kosmosa uçanda, mən Pyotrun Paytaxtına 
getdim”...
Həkimlər  “Eleu-terakok”adlı  spesifik  bir  vasitənin  müəyyən  miq-
darını aparmağı tövsiyə edirlər. Atom sualtı gəmi dənizçilərinin fırtı-
nalı dənizdə uzunmüddətli reyslərdə əldə etdikləri təcrübə sübut edir 
ki,  bu  vasitə  vestibülyar  aparatın  diskomforta  öyrəşməsinə  kömək 
göstərir.  Jenşen  kökü  və  başqa  nədənsə  düzəlmiş,  konyakın  konsis-
tensiyası, rəngi və iyinə malik həmin xüsusi vasitə spirtli ekstrakt idi. 
Əvvəl həmkarlarımla zarafat etmək və eleuterokok əvəzinə guya kon-


174
BEŞINCI  HISSƏ
yak gətirdiyimi söyləmək istəyirdim. Sonra isə tamam başqa bir fikrə 
gəldim.  Ulduz  şəhərciyində  qəşəng  bağlamada  polyak  brendi  şüşəsi 
ehtiyatı varım idi. Xahişimlə həyat yoldaşım həmin şüşəni kuryer təy-
yarəsi ilə mənə göndərdi. Laboratoriyanın tibb işçilərindən dörd boş 
plastik şüşəni aldım və hamısının üzərinə brend emblemlər yapışdır-
dım.  Pis  alınmamışdı,  buna  görə  həmin  qablara  yüksək  faizli  məcu-
nu tökdüm, şüşənisə tez gizlətdim. İdeyam xoşuma gəlirdi. Bu anda 
qapı gurultu ilə açıldı və arxasında bütün şöhrəti ilə taleyimizin ciddi 
“kral və tanrısı” peyda oldu – general Şatalov. Tez ayağa qalxdım və 
bir an sonra yenidən oturdum. Bu sondur – düşündüm. Şatalov baxışı 
ilə seximi nəzərdən keçirdi və söylədi: “Nədir, Miroslav, dəli olmusan? 
Göyərtəyə polyak konyakını aparmaq istəyirsən?” Mən zahirən çox sa-
kit, daxildəsə emosiyalardan qaynayaraq cavab verdim: “Axı bu bizim 
və “Fotonlar” üçün eleuterakokdur, o, konyaka oxşayır. Buyurun, da-
dına baxın” və şüşəni verdim. Şüşəni aldı, baxdı, “Ağıllısan, – dedi, – 
amma bu dərmanı, bu zibili içməyəcəm. Konyak olsaydı, başqa məsələ. 
Hamısını tez qablaşdır, Miroslav, çünki bu gün gəmini yığırlar və yük-
lə iş bitəcək”. Beləliklə, daha bir polyak amili göyərtədə, sonra isə orbit-
də peyda oldu. Əlbəttə ki, bütün bunları sirr olaraq Pyotra danışdım, 
o isə çevikliyimə təəccübləndi, fikrimdən razı qaldı, qaçaqmalçılığı isə 
təqdir etdi.                         
Təntənəli salamlama şam yeməyi olacaqdır. Saşa masanı bəzədi, 
ən yaxşı yemək-içməyi düzdü, hamıya çay dəmlədi və yaxşı əhval-ru-
hiyyədə yeməyə başladıq. Ərzaqları bir-birimizə mişar kimi düz xətlə 
verirdik.  Onlar  isə  adətən  başımızın  üstündən  keçirdi,  çünki  yerdə 
adət etdiyimiz kimi uçuş trayektoriyasının bucağına düzəliş edirdik. 
Masa isə müvəqqəti istifadə edilməyən çəngəl-qaşıqları və qida məh-
sullarını xüsusi taxçalarda və ya bağlanan rezinlərin altında saxlamaq 
üçündür. Qalanı kabinənin içində azad uçuşurdu.
İtmiş əşyaları ilk gündə əsasən masanın altında və ya yerdə axtarır-
dım. Lakin bir qayda olaraq arxada və ya üstümdə olurdular. Ət kon-
servlərini açdıq, mənsə duzu çıxardım. Şüşənin birini götürdüm. Heç 
kəsin  marağını  oyatmadı  –  hamının  eleuterakokdan  zəhləsi  gedirdi. 
Şatalovun hadisəsini danışanda atmosfer gərginləşdi. Volodya Koval-
yonok, stansiya və heyətin başçısı kimi şüşəni müsadirə etdi. Orqaniz-
min necə reaksiya verəcəyini heç kəs qabaqcadan deyə bilməzdi, lakin 
tamah güc gəlirdi. Kimsə birinci olmalı idi. Ən əvvəl məni kənarlaşdır-
dılar, çünki xüsusi qayğı altında idim. Pyotr da çıxdı. Kovalyonok içə 
bilməzdi, çünki hamımıza görə cavabdeh idi. Qaldı Saşa. Eksperimen-
tin baş iştirakçısı olmağa böyük həvəslə razılaşdı. Öncə dili ilə dadına 
baxdı, gözləri güldü, sonra isə plastik şüşəni sıxdı və 20 qrama yaxın 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə