Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə63/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

175
içdi. Dərindən nəfəs aldı və masanın üstündə asılıb qaldı. Bizsə onu 
diqqətlə izləyirdik, sanki zəhəri yemək üçün seçilmiş qardaş siçovulun 
reaksiyasını gözləyərək donmuşduq. Testin əlamətsiz keçməsi eksperi-
mentin qısaldılması haqqında müzakirələrə səbəb oldu. İyirmi dəqiqə-
dən sonra Saşa yenə içmək üçün əlini uzatdı və bununla eksperiment 
bitmiş hesab olundu, sağlıq demək olardı və dördü deyildi:
– 
bizim, yəni mənim və Pyotrun, missiyamızın uğurlu keçməsi-
nin sağlığına;
– 
planetin ilk kosmonavtı Yuri Qaqarinin qəhrəmanlığının şərə-
finə:
– 
Polşa və SSRİ xalqlarının və başçılarının sağlığına:
– 
ailələrimiz: həyat yoldaşlarımız, uşaqlar və valideynlərimizin 
sağlığına.
Sonuncu  sağlıq  mənim  idi.  Bütün  tostlar  ciddi  və  əzəmətli  idi  və 
adambaşına  20  qramla  möhürlənmişdi.  Deməli,  29  iyun  1978-ci  ildə 
heyət tərəfindən yaxşı qəbul edilmiş dostluq və gələcəyə ümid verən 
jesti etdim. Bəzi növbəti heyətlər fikrimi icra edirdilər, lakin xəbər veril-
diyinə görə, kimsə hardasa bir az  “canfəşanlıq” edənədək. Əvəzindəsə 
Pyotr mənə çox xoş sürpriz etdi – həyat yoldaşımdan məktub. Ünvan 
belə idi: “Miroslav Hermaşevski, “Salyut” orbital stansiyası, hardasa 
Kosmosda”. Ən uzaq küncə çəkilib məktubla, ən yaxınlarım haqqında 
düşüncələrimlə təkbətək qaldım. Oxuyub təsirləndim və həyəcanlan-
dım. Məni heç kəs narahat etmir. Fikir verirəm ki, göz yaşlarım axmır, 
lakin gözüm dolub. Məktubu bir neçə dəfə təkrar oxuyuram. Minlərlə 
kilometr burdan uzaqda olsalar da, ailəmin yaxınlığını hiss edirəm.
İkinci  gün  sona  çatır.  Yataq  torbamın  yerini  dəyişdirməyi  qərara 
aldım. Tavanda, rentgen teleskopunun üstündə Kovalyonokun  razı-
lığı ilə iki metrlik yer tapdım. Dünənki təcrübələri xatırlayaraq, özü-
mü daha çox rezin lentlə təmin edirəm. Hazırda yer kürəsinin rabitə 
nöqtələrindən kənar bir məkanda yerləşirik. Bu orbit Sibirin, Kamçat-
kanın, Sakit okeanın sərhədsiz sularından, Şərqi Amerika və Okeani-
yanın sərhədlərindən keçir. Asiya və Avropada gecə düşüb. Qaranlıq 
və  tutqundur.  Yorğunluğa  baxmayaraq,  vaxtımı  yuxuya  sərf  etmək 
istəmirəm. İllüminatorun önündən ayrılmıram, lakin yalnız okean və 
buludları  görürəm,  okean  və  buludları...  Yatmağa  gedirəm.  Yatmaq 
üçün  yerim  rahatdır.  Üzə-üzə  yataq  torbasına  daxil  oluram  və  rezin 
lentlərlə möhkəm bağlanıram. Burdan daxili əla görmək olur. Yarasa 
vəziyyətində yatmış həmkarlarımı görürəm. Döşəmədə olan balaca il-
lüminator mənə mane olur, çünki arada düşən günəş işığı məni oyadır. 
KOSMİK SİRR


176
BEŞINCI  HISSƏ
Səhər tualetə gedəndə, ən birinci işim həmin illüminatoru qapaqla bağ-
lamaqdır.
Orbitdə üçüncü günümdür – 30 iyun. Yer kürəsi bu gün tibbi eks-
perimentlər gününün olduğunu xatırladır. Bu eksperimentlər ürək-da-
mar sisteminin fəaliyyət vəziyyətinə, dadbilmə duyğusunun qorunub 
saxlanılmasına, toxumaların oksidləşməsinə, ətraf mühitlə bədən ara-
sında istilik mübadiləsinə və psixofiziki vəziyyətimə qiymət verməlidi. 
Bir gün üçün həddindən artıq çoxdur.  
Səhər  yeməyi  zamanı  Yer  kürəsi  yenə  məni  çağırır.  Qulaqcıqları 
taxıram. Ulduz şəhərciyindən qonşum Anatoli Dedkovun səsini tanı-
yıram. Bu gün o, növbətçi operatordur. Rabitə əks-səda ilə təhrif edil-
mişdi (yəqin ki, dalğalar Aydan əks edilir). Deyir ki, işə gedərkən bizə 
keçdi və Emiliyanı hamamda gördü. “Nə? – soruşuram, – sən orda nə 
edirdin?” “Getdim... və vannada Mila göstərdi...” – cavab verdi. “Nə 
göstərdi?” – bir az narahat oldum. Qonşu isə: “Gülləri”. “Hansı  güllə-
ri”, – sorğu-suala  tuturam. “Hansı, hansı, qızılgülləri, vannada çoxlu 
qızılgül”. “Bəs Mila da vannada idi?” – artıq əsəbi soruşuram. “Yox, 
Mila gülləri qoydu vannaya və çoxlu qonaqların olduğunu göstərdi”, 
– qonşu cavab verir. Ah, bu rabitə... Evdə qonaqları qəbul etmək üçün 
üçqat fürsət olmuşdur, uçuşum, həyat yoldaşım Emiliya və qızım Emi-
liyanın ad günləri. Hər ikisi mənim əvvəlcədən gizlin sifariş etdiyim 
gülləri və hədiyyəni bu gün alıblar.   
İlk  tapşırığı  səhər  yeməyində  dərhal  icra  edirik.  Mən  “təcrübə 
dovşanı”yam, Pyotr isə icraçı. Yer kürəsində bu eksperimenti dəfələrlə 
məşq  etmişdik.  Cihaz  dolabçasını  açanda,  onun  içindəkilərin  hamısı 
– tellər, lentlər, sensorlar, rezin şlanqlar – bütün istiqamətlərdə uçub 
gedir. “Cüllüt quşu” eksperimentinin bir elementi olan təzyiq şalvarını 
geyinirəm  və  dolabçanın  içindəkilər  üzərimdə  bağlı  vəziyyətdə 
hazır  dururam.  Bu  eksperimentlə  ayaqlarımda  qan  damarlarının 
müntəzəmliyini və ürək-damar sisteminin tənzimlənmə qabiliyyətini 
müəyyən etməli idik. Şalvarın germetik ayaqlarından havanı nasosla 
çıxartmağa  başlayıram.  Təzyiq  fərqi  nəticəsində  qan  bədənimin 
yuxarı hissələrindən ayaqlara axmağa başlayır. Rahatlıq hiss edirəm. 
Başım  artıq  “aşağı”da  deyil,  lakin  təzyiqi  artıranda,  bədənin  yuxarı 
hissələrində  bir  anlıq  qanın  mövcüd  olmamasını  hiss  edirəm. 
İstilənirəm, hər şey başıma fırlanır və yayılır. Yer kürəsində olsaydım, 
indi  çoxdan  yıxılmışdım  yerə,  burda  isə  sadəcə  hərəkətsizləşirəm. 
Mexaniki olaraq klapanı açıram və qanın yenidən başıma axmasını hiss 
edirəm.  “Normallıq”,  yəni  baş-ayaq  vəziyyətdə  olmağımın  hissləri 
qayıtdı.  Hərbi  Aviasiya  Tibb  İnstitutunun  alimləri  eksperimenti 
İdarəetmə  Mərkəzindən  təqib  edirdilər.  Hər  biri  öz  fərziyyəsini 


Baykonurun çöllük mənzərəsi, “vulkan”ın partlayışından əvvəlki görüntü. Fotoqraf 
Tadeuş Zaqojdjinski.


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə