Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə65/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

178
BEŞINCI  HISSƏ
başımla şıddətli hərəkətlər etmirdim, yalnız bütün korpusumla fırla-
nırdım. Nahardan sonra bir az boş vaxt tapıram və Pyotrun təklifinə 
uyğun olaraq, tavanın altında rezinlərlə bağlanaraq dərhal yuxuya ge-
dirəm. Düz iyirmi dəqiqə möhkəm yatmışdım. Oyanandan sonra özü-
mü güclü hiss edirdim. Yaxşıdır, çünki axşam rabitə vaxtı yaxınlaşır. 
Jurnalistlər vəd etdiyimiz mətbuat konfransını gözləyir. 
Bizi  sual  atəşinə  tuturlar.  Özümü  ən  yaxşı  tərəfdən  göstərmək 
istəyirəm.  Həmkarlarımın  yanında  “otururam”  və  arada  bir  yüngül-
cə  yuxarı  qalxıram  –  çəkisizliyi  nümayış  etdirmək  üçün,  lakin  Pyotr 
qətiyyətlə məni aşağı dartır. Bir neçə dəfədən sonra jurnalistlər buna 
fikir  verirlər.  Bu  anda  növbətçi  operator  qoşulur  və  özümü  belə  şən 
aparmağıma  bəzi  səbəblərin  olduğunu  deyir.  “Miroslav,  Mərkəzdən 
hamımız sənə təbriklərimizi göndəririk. Sənin doğma Vrotslav şəhə-
rində 35 milyonuncu vətəndaş dünyaya gəldi – gözəl qızdır” – deyir. O 
dəqiqə cavablandırıram: “Təbriklərə görə təşəkkür edirəm, amma mə-
nim bununla heç bir əlaqəm yoxdur, çünki il yarımdan çoxdur ki, Ul-
duz şəhərciyindəyəm”. Orada olanların gurultulu qəhqəhəsi eşidilirdi. 
Uçuşdan sonra bildim ki, növbətçi psixoloq özünü hiss etmə bəndində 
o dəqiqə 5 qiymətini qoyub.  
Axşam  Pyotrla  təmir  işinə  başladıq.  Çex  aləti  Oksimetri  təkmil-
ləşdirməliydik.  Həmin  alət  zədələnmişdi,  lakin  tibbi  eksperimentləri 
aparmaq üçün gərəkli idi. Pyotr qırılmış telləri lehimləyirdi. İş gecəyə-
dək uzandı. Alətlə güləşərək, müxtəlif qəribə vəziyyətlərə düşürdük, 
stansiyanın daxilində uçuşurduq. Bu iş bizi taqətdən saldı və vestibül-
yar aparatı pozdu. Yorğunluqdan yuxulaya bilmirdim. Qəribə və anla-
şılmaz bir şey görürdüm. Gözlərimi yumanda qığılcım, sanki miniatür 
işartı və hər iki gözümü kəsən parlaq zolaqlar görürdüm. Qorxdum. 
Mənə elə gəlirdi ki, ağrı hiss edirəm. Pyotrdan yatıb-yatmamasını so-
ruşdum. Cavab verdi ki, o da həmin şeyləri görür. “Narahat olma, bu, 
stansiyanın örtüyündə olan böyük enerjinin balaca hissəcikləridir, gö-
zün sarı yerinə düşən kimi işıq yaradırlar. Əvvəlki missiya zamanı da 
bununla qarşılaşdım. Alimlər bunun səbəbini bilmirlər. Zərərli deyil, 
indi keçəcək. Yat” – deyərək məni sakitləşdirdi. Həqiqətən də, növbə-
ti günlərdə də gözlərimdə parıltıları görürdüm, amma artıq həminki 
qorxudan əsər-əlamət yox idi.


SİRLƏR VƏ RƏNGLƏR DİYARI
İ
lk  günlərdə  rəngli  olanlar  mənim  diqqətimi  çəkirdi.  Növbəti 
günlər  daha  maraqlı  və  vizual  cəhətdən  zəngin  idi.  Həmkar-
larımın köməyi sayəsində yeni xüsusiyyətləri və qeyri-adi obyektləri, 
gölləri, böyük çayları, meşə zolaqlarını, su obyektlərinin və atmosfe-
rin çirklənməsini görüb seçməyi öyrəndim. Coğrafi dərketmə və səmti 
müəyyənləşdirmə təcrübəsi qitələr, okeanlar və Yer kürəsinin atmosfe-
rində baş verən fenomenləri planlaşdırdığım və mütəmadi olaraq mü-
şahidə etdiyim günlərdə yardımçım olur. Bu müşahidələri maraqlandı-
ğıma görə deyil, elmi proqramın bir hissəsi olduğuna görə aparırdım. 
Göyərtənin gündəliyində öz müşahidələrimi qeyd edirdim, gördüyüm 
təzahürün qısa təsvirini, vaxtı və orbitin ballistik məlumatlarını da ya-
zırdım. Müşahidələrimə əla əl aparatı olan Hasselbladla çəkilmiş fo-
toşəkilləri əlavə edirdim. Bu, maraqlı məşğuliyyət idi, çünki Kosmosda 
çox vaxtımı aparırdı. Özüm də bu işə hər boş anımı sərf edirdim. Apa-
ratdan ayrılmırdım.    
Volodya  Kovalyonok  okean  cərəyanlarını  və  gəmilərin  keçdikləri 
yerdə dalğaların dağılmasını göstərdi. Özüm onları yəqin ki, seçə bil-
məzdim, çünki adi gözlə bütün bunları ancaq uzun məşqlərdən sonra 
və Günəşin xüsusi işığında görmək olar.  
Müşahidələrin aparılması həmişə mümkün olmur, çünki Yer kürəsi 
tez-tez buludlarla örtülür. Onlar müxtəlif formalarda düzülür və yad-
daqalan cizgilər yaradır. Bir baxışla bir neçə barik sistemi əhatə edirəm. 
Buludlar layı səylə işlənmiş sinoptik xəritə kimi görünür, burada bu-
ludların  yolunu,  onların  piral  sistemini  görmək  olur.  Tez-tez  əsasən 
tropiklər qurşağında fenomenlərdən ən qorxulusunu – bulud topasının 
ortasında mavi sonsuz çala olan nəhəng burulğanı – tornadonu mü-
şahidə edirdim. Baxana elə gəlir ki, onun gözü ilə sorulub aparılacaq. 
Yer  kürəsini  növbəti  dəfə  fırlanaraq  dəyişiklikləri  və  artıq  müşahidə 
edilmiş fenomenlərin hərəkət istiqamətini təqib edirik. Gecə həmin ra-
yonlar minlərlə ildırımlarla işıqlanırdı, gündüzsə gecə olmuş fırtınala-
rın nəticələrini göstərirdi - saysız-hesabsız yanğınlar, yüz kilometrlərlə 
qalxan  tüstülər.  Gecə  fırtınaları  fenomenini  dəfələrlə  müşahidə  edir-


180
BEŞINCI  HISSƏ
dim və özümə sual verirdim ki, görəsən, insan tərəfindən yaradılmış 
atom kataklizmi necə olardı? 
Yer  kürəsinin  müxtəlif  rayonlarındakı  geoloji  strukturlar  sakit  və 
mənzərəli görünürdü. Onun zənginliyi tükənməzdir, buzun və əbədi 
qarın bəyazlığı ilə örtülmüş boz dağ massivlərindən başlayaraq, qəh-
vəyi rəngin bütün çalarlarında olan xətti əsərlərdən keçərək, sirli, lakin 
dənizin və okeanın səthində, və yaxud səhranın qumları altında sis-
temlər görünür. Sonsuz Tibet öz sirlərinin çoxunu gözlərimin qarşısın-
da açdı. Kamçatka artıq uzaqdan özünün müxtəlif, bəzi hallarda canlı 
ləl-cəvahiratını – vulkanları təqdim etdi.
Bir neçə gün xəritəsiz və göyərtə yönəldicisi olmadan müşahidələr 
apardıqdan sonra uçduğumuz sahəni tanıya və müəyyən edə bilirdim. 
Orbitdəki gecənin öz gözəlliyi və sirləri var. Bir gecə ekvatorial Afri-
kadan şimal-şərq istiqamətində uçaraq, özümdən çox uzaqda yüzlər-
lə sarı alov nöqtələrini gördüm. Bu, fantastik mənzərə idi, lakin mən-
də narahatçılıq yaradırdı. Pyotrdan baxmasını xahiş etdim. O, həmin 
dəqiqə narahatlığıma son qoydu, çünki bundan əvvəlki missiyalardan 
zəngin təcrübəyə malik idi. Məni sakitləşdirdi – bu, Dəclə əraziləri idi, 
burda qara qızılı, nefti əldə edirlər, gördüyüm alov isə yanan qazdır. 
Həmin andan bu səciyyəvi mənzərə dəfələrlə oriyentir kimi mənə xid-
mət etmişdi.  
Bir neçə il sonra “Mir“ stansiyasından həmkarlarım Musa Manarov, 
Viktor Afanasyev və Yaponiyanın ilk astronavtı Toyohiro Akijama mü-
haribənin məşum tüstüsünü müşahidə edirdilər – yanan neft quyuları 
və yüzlərlə kilometrə yayılan his. Həmin zaman Uçuşun İdarəedilməsi 
Mərkəzində idim və bu dəhşətli görüntüləri böyük ekranda görürdüm. 
Bir  neçə  gün  gördükləri  haqqında  narahatlıqla  danışdıqlarını  eşidir-
dim. Mikrofonu əlimə götürəndə, Musa söhbətin mövzusunu dəyişdi, 
səsimi tanıdı, sevindi. Mənimlə adi məsələlər haqqında elə sakit danı-
şırdı ki, sanki onun evinə ən yaxın taksofondan zəng etmişdim. 
Stansiya fasiləsiz olaraq öz vəziyyətini dəyişirdi, ehmalca fırlanırdı, 
üfüqi vəziyyət alandan sonra isə ay işığında özümlə paralel buludları 
gördüm. Bir anlıq elə bildim ki, təyyarədə uçuram və özüm-özümə sual 
verirdim  ki,  niyə  buludlar  parlayan  açıq  yaşıl  çalara  malikdir.  Həm-
karlarımdan kimsə qışqırdı: “Gümüşü buludlar altımızdadır”. Bu qey-
ri-adi  fenomeni  Y.Romanenko  və  Q.Qreçko  1977-ci  ildə  kəşf  ediblər. 
Hamımız  eyni  anda  fotoaparatları  götürdük.  Pyotr  öz  fotoaparatına 
gecə görünüşü taxdı. Həmin gecə görünüşü kosmik gəmisində məkan 
yönəlməsinin gecə müşahidəsi və nəzarəti üçün xidmət edir, çünki o, 
işığın gücünü 40 min dəfə artırır. Böyük həvəslə şəkillər çəkdik, bulud-
lar fərqli formalar alırdı – üfüqi böyük toplulardan dolaşıq topalar və 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə