Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə66/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

181
böyük, şaquli vəziyyət almış sütunlaradək. Bu qeyri-adi və gözəl mən-
zərəni  -  meteoritlərin  son  anlarını  göstərən  onlarla  zolaqlar  daha  da 
zənginləşdirirdi. Bu “bombalama”nı cənub və şimal yarımkürələrində 
böyük coğrafi enlikdə müşahidə etmişdim. Yer kürəsinin atmosferin-
dən ancaq yüzlərlə metr aralıda görünən meteoritlərin yanımdan uça 
biləcəyini yadıma salanda diksindim. Əgər bu, baş versəydi...
Özümü narahat hiss etdim. Üfüqdəki parıltı məni düşüncələrimdən 
ayırdı, təhlükə hissi harasa yox oldu. Günəş dünyanı rəngləmək qa-
biliyyəti ilə öyünür, Kosmosun qaranlığı isə rəng qammalarını udur. 
Təəccüblə fikir verdim ki, xarici antenlər, hətta günəş batareyalarının 
panelləri gözqamaşdırıcı dərəcədə ağdır. Konstruksiyanın elementlə-
rinə düşən kölgələr onları nizamlanmamış ağ-qara televizordakı kimi 
tanınmaz hala gətirirdi. Yer kürəsində gecə idi, stansiyanı isə Günəş 
işıqlandırırdı.  Dəqiqələr  keçdikcə  Günəş  Yer  kürəsinə  və  atmosferə 
işıq salmağa başladı. Günəş üfüqdən yuxarı qalxdıqca, parıltılı ağlıq 
və dərin qaranlıq itməyə başladı. Atmosferdən əks edilən səpələnmiş 
işıq stansiyaya çatmağa başlayır. Konstruksiyanın xarici elementləri öz 
dolğun rənglərini alır, antenlər yaşıl, günəş batareyaları isə mavi–laci-
vərd rəngdədir. Dörd gözlə baxırdım, buludlar və hüdudsuz okeanın 
mənzərəsindən həzz alırdım, lakin qayıqçı tək quru axtarırdıq. Elə or-
bitlər olurdu ki, 60-70 dəqiqə, yəni bütöv kosmik gün ərzində sərhədsiz 
suları görürdük. Ancaq kosmosdan görmək olur ki, Yer kürəsi quru və 
dəniz deyil, dəniz və qurudur, çünki onun sahəsinin 71 faizini dəniz və 
okeanlar tutur, ancaq 29 faizini quru təşkil edir.  
Hüdudsuz  sulara  baxırdım,  onun  səthinin  müxtəlif  tipli  və  fərqli 
rənglərdə olduğunu görürdüm. Cənubi Amerikanın sahillərində okea-
nın üzərində sanki yağ ləkəsi nəzərə çarpdı. Həmin faktı göyərtə gün-
dəliyinə köçürdüm, kəşfimi həmkarlarımla bölüşdüm. Kovalyonok qı-
saca dedi: “Kosmosdan Yerdə görə bilmədiklərini izləyə bilərsən. Bu, 
Kosmosdan planktonun görünüşüdür”. Kiçik şeylərin uzaqdan daha 
yaxşı müşahidə edilməsi fərziyyəsi yenə də təsdiq edildi. 
Okeanda baxıb tapdığımız kiçik ada və ya torpaq hissəsi “Quru” 
qışqırığına səbəb olurdu. İmkanı olanlar illüminatorların qabağına ke-
çirdi. Yönalma cihazına və xəritəyə baxmaqla artıq bilirdik ki, bu cür 
görünən Havay adalarıdır, yeddi dəqiqədən sonra isə Şimali Amerika 
qitəsini görəcəkdik. Əvvəlcə Sietl, sonra isə Böyük Göllər, Kanadaya 
keçdik, Boston və Nyu-Yorksa bir neçə dəqiqədən sonra görünəcəkdi. 
Və yenə də su, böyük su – suyun üzərində az-çox 50 dəqiqə uçacaqdıq, 
sonra Avstraliyanı görəcəkdik.  
Qar  kəfəni  ilə  örtülmüş  Qrenlandiya  ağ  rəngdə  parıldayırdı.  Bu-
ludlar azaldı. Onların böyük dəstələri və ya balaca topluları Atlantik 
SİRLƏR VƏ RƏNGLƏR DİYARI


182
BEŞINCI  HISSƏ
okeanın boz sularını bəzəyirdi. Şimali Amerikanın şimal-şərq sahilləri-
ni keçirdik. Avropaya uçan və oradan qayıdan onlarla təyyarələrin at-
mosferdə qoyduğu kimyəvi izləri müşahidə etdim. Durbinlə təyyarələ-
ri görmək istədim. Əbəs yerə. Əvəzində boz okeanın səthindən üzüb 
keçən və sadəcə qara nöqtələr kimi görünən gəmilərdən sonra dalğa-
ların dağılmasını gördüm. Ağ, tək-tək buludlar diqqətimi çəkdi, çoxu 
şimalda idi, Nyu-Faunlend tərəfə, cənuba hərəkət edirdilər. “Niyə belə 
ağ və balacadırlar?” –  Pyotrdan soruşdum. Baxdı və dedi: “Bu, bu-
ludlar deyil, buz dağlarıdır”. Bizdən aşağıda, haralardasa “Titanik“in 
fəlakəti baş vermişdi. 
Avstraliya öz nəhəngliyi və vəhşi təbiəti ilə məni heyrətə saldı. Bu, 
böyük  səhradır,  mavi-açıq,  yaşıl  okeanla  toqquşduğu  yerdə  yaşılla 
rənglənib. Yarısı qaranlıqda idi. Növbəti kosmik gecə yaxınlaşırdı. 
Gecə düşünmək üçün yaxşı vaxtdır, bundan əlavə, milyardlarla ul-
duzlar görünür, Yerdə olduğu kimi, ancaq başının üstündə deyil, bü-
tünlüklə ətrafında. 
Uşaqlıqda səma anlayışı mənim üçün yaxşılıq və ədalətin sinonimi 
idi, cəhənnəmsə pislik və əzab-əziyyətlə bağlı idi. Cəhənnəm dəhşətli 
idi, lənətlənmişlər qətranda bişirdilər, oranın yiyəsi iyrənc şeytan idi, 
onun padşahlığı isə hardasa Yerin dərinliyində yerləşirdi. Əlbəttə ki, 
cəhənnəmə  düşmək  istəmirdim,  buna  görə  özümü  yaxşı  aparırdım. 
Səma isə yuxarıda olan bir şey idi, mavi və ya ulduzlarla parıldayan qa-
ranlıq idi. Səmada mələklər yaşayırdı və orada cənnət var idi. Səmada 
buludlar, quşlar və təyyarələr uçurdu. Gecə mənim üçün həmişə sirli 
idi, parıldayan ulduzlar isə təxəyyülümü zənginləşdirirdi və marağımı 
oyadırdı. Anama əminliklə deyirdim ki, gecəni mələklər yaradır, çünki 
səmanı yorğanla örtürlər, ulduzlar isə sadəcə yorğanlarda olan deşik-
lərdi- mənim yorğanımda xüsusi ilə çox idi. 
Yetkinlik  yaşımda  səmanın  daha  dərinliyinə  baxmaq  istəyirdim. 
Qalileyin sadə teleskopunu linza və eynəkdən düzəltdim. Linzanı ba-
cım işlədiyi laboratoriyadakı mikroskopdan “tapdım”. Litseydə astro-
nomiya elmi səmaya marağımı artırdı, bu zaman bəzi ulduzların ya-
nıb-sönməsi, bəzilərininsə təkrarolunmaz bürclərin yaratma səbəbləri 
haqqında düşünməyə başladım. Bəzən səma müşahidələrini Ayın al-
tında romantik gəzintilərlə əvəz edirdim – həmişə tək olmurdum. 
Dostum  Henrik  Pyotrovski  də  səma  ilə  maraqlanırdı.  Axşamlar 
yaxınlıqdakı  parkda  hündür  ağaclara  dırmaşırdıq  və  orada  əvvəlcə-
dən hazırlanmış oturacaqlarda başımız yuxarı saatlarla ulduzlu səma-
nı  müşahidə  edirdik.  Henya  ilə  kainatın  quruluşu,  səma  cismlərinin 
hərəkət prinsipləri və bürclər, yəni Kosmosun fizikası haqqında bilik-
lərimlə bölüşməyə cəhd edirdim. Onu isə daha çox Kosmosun fəlsəfəsi 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə