Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə68/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

187
rıq. Dəqiq qeyd edilmiş vaxtda Volodya və Saşa işə başlayırlar. Fikirlə-
rini cəmləşdirərək, “Soyuz”da klaviaturada mənim həyata keçirdiyimə 
oxşar oyuna başlayırlar. Onların əmrləri qısa və dəqiqdir. Saniyəölçən 
onların  diqqət  mərkəzindədir.  İstiqamətləndirmə  sistemini  qoşurlar. 
Volodya  vizörə  baxaraq  əllə  idarə  edir.  Saşa  texniki  vəziyyət  və  də-
yişən parametrlər barədə hesabatlar verir. Qəribə səs-küy, taqqıltılar, 
sanki çəkiclə vurma səsini eşidirəm. Küt, lakin güclü və aydın səs gəlir. 
Gəmimizin  orbital  hissəsinə  yaxın  gedirəm.  Oradakı  illüminatordan 
kiçik  manevr  mühərrikləri  hissəsinin  işini  müşahidə  edirəm.  Effektli 
və  valehedicidir.  Onların  başlıqlarında  ardıcıl  işartılar  yaranır,  sonra 
isə ildırım sürəti ilə sferik şəkildə məkanda yayılırlar və itirlər. İllümi-
natorda üstümdə, qaranlıqda böyük göl yerini dəyişir. Gözəl və sirli-
dir. Xəritədən aydın olur ki, bu, Balxaşdır. Bir az sonra cənubda gözəl, 
qarla örtülmüş Himalay dağlarının zolağı görünür. Haradasa oralarda 
Yerin ən hündür zirvəsidir. Stansiya yavaş-yavaş horizontal vəziyyət 
alır. Yerdəki gecənin artıq orta saatlarıdır. Qırmızı çalarlarla parılda-
yan Günəş üfüqdə gizlənir. Bənövşəyi, sumağı, mavi və göy olan izi öz 
intensivliyini dəyişir. Qaranlıqda infraqırmızıya həssas olan detektor-
lar yerin görünməyən üfüqünü əks edirlər. Onlar stansiyanın aşağısını 
bizim planetimizin səthinə şaquli vəziyyətə dəqiq istiqamətləndirmək 
üçün idarəetməni qəbul edir, digər ionlu sensorlar sürət vektorunun 
yerləşməsini müəyyənləşdirir, logistik sensorlarsa həmin parametrləri 
mühərriklərə göndərilən impulslara çevirir. Həmin mühərriklər stansi-
yaya hərəkət istiqamətinə uyğun şəkildə istiqamət verəcəklər.  
Pyotr məni işçi hissəyə çağırır və MKF-6 fotocihazını sınaqdan ke-
çirməyə tələsdirir. Öz iş yerimə üzüb keçirəm, ətalət ayaqlarımı yuxarı 
qaldırır. Əlimə gələn cihazlardan tuturam ki, cihazın idarəetmə pul-
tuna yaxın olum. Qoşuram. Pyotrla hər ikimiz sınağın keçməsini mü-
şahidə edirik. Qiymətləndirmə müsbətdir. Müvafiq, sabit vəziyyətdə 
qalmaqda problemlərlə mübarizə aparıram. Problemlər tək məndə de-
yil. Pyotr  yuxarıda sallanıb qalıb, Volodya stansiyanın əsas idarəetmə 
pultunun yanında üfüqi şəkildə döşəməyə yapışıb, Saşa isə sağ divarda 
sənədləri gözdən keçirir və məlumatları öz komandirinə uca səslə oxu-
yur. Mənim xidmət edəcəyim idarəetmə pultu rentgen teleskopunun 
böyründəki sağ divarda, döşəmədəki illüminatorun yanındadır. Pul-
ta yaxınlaşanda və stansiyanın konstruksiyasına bədənimlə toxunan-
da, baş verən reaksiya nəticəsində həmin an tavanın yanına uçuram. 
Sonunda  rezinlə  bağlanıram  və  vəziyyəti  ayaqlarıma  uyğunlaşdırı-
ram. Sol illüminatorda üfüq aydınlaşır. Kovalyonokun yanına aktual 
məlumat üçün üzüb gəlirəm, bu zaman Volodya avtomatik sistemləri 
söndürür və idaəretməni üzərinə götürür. İdarəetmə dəstəklərini in-
BÜTÜN DÜNYA VƏ POLŞA


188
BEŞINCI  HISSƏ
cəliklə əyərək, stansiyanın önünün sürət vektorunun istiqamətinə uy-
ğun  şəkildə  yerləşməsini  nəzərə  alıb,  stansiyanın  şaquli  ox  ətrafında 
yavaş-yavaş hərəkət etməsinə nail oluram. Yönalma mühərrikləri daha 
tez-tez  vurur.  Volodya  maksimal  dərəcədə  toparlanaraq,  optik  vizir-
lə stansiyanın vəziyyətini müşahidə edir. Üfüqə nisbətdə olan mövqe 
vizirin mərkəzinin ətrafında şəfəqvari yerləşən kiçik pəncərələrdə əks 
edilir. Mərkəzi hissədə Yerin səthinin hərəkət istiqamətini görmək olur, 
indi dəqiq 0-180° istiqamətindədir. Orbital yönalma uğurla başa çatdı. 
Volodya müəyyən edilmiş yönalmanı təqib edən və qoruyub saxlayan 
sistemi qoşur. Məmnunluqla bizim tərəfə çevrilir və deyir: “Vsyo, teper 
rabotayte  vı”  (vəssalam,  indi  siz  işləyin).  Kağızları  qoltuğumun  altı-
na qoyuram, Saşanın verdiyi durbini götürürəm və öz iş yerimə üzüb 
keçirəm.  Bir  neçə  vaxt  bundan  əvvəlki  təcrübəni  xatırlayaraq,  divar-
dan əlavə rezin lentləri götürürəm. Düz illüminatorun yanında, yerdə 
özümü bərkidirəm. Qıraqda qalmış sənəd kitabı silindr formasını alır. 
Bəzi vərəqlər bir-birindən eyni məsafə uzaqlıqda şəfəq formasındadır. 
Unudulmaz  səhnə.  Üzüm  illüminatora  tərəf  uzanaraq,  yeri  müşahi-
də  edirəm.  İntensiv  olmayan,  tək-tük  görünən  buludlar  Amazonun 
mənsəbinədək,  haradasa  cənubi-şərqədək  uzanır. Atlantika  təmizdir. 
Ümid edirəm ki, Polşada hava yaxşı olacaq. Kameranın istilik sistemini 
qoşuram və illüminatorun çöldəki örtüyünü açıram. Həmin illümina-
torun üstündə obyektivlər yerləşir. Bu sektor ventilyatorlar tərəfindən 
havalandırılır ki, optik sistemlərin tərləməsinin qarşısı alınsın. Stansiya 
ideal üfüqi vəziyyəti qoruyub saxlayır, vaxtaşırı yönalmanı təmin edən 
mühərriklərin  tıqqıltısı  gəlir.  Pyotr  üstümdən  sallanıb,  daxil  etdiyim 
məlumatları soruşur və onları qeydlərlə müqayisə edir. Əla sakitləş-
dirici  musiqiyə  qulaq  asırıq. Atlantikanın  ortalarındayıq,  Polşayadək 
hələ çox vaxt var, lakin bu yolu biz cəmi on üç dəqiqəyə qət edəcəyik. 
Artan gərginliyi hiss edirəm. Vaxtı öldürmək üçün durbini götürürəm 
və  gözəl,  üzüb  gedən  gəminin  izini    görürəm.  Üçbucaq  dalğada  işı-
ğın sınması aydın seçilir, onun zirvəsində isə, nəinki reallıqda, daha 
çox  təxəyyül  olaraq  gəmini  nöqtə  kimi  görürəm.  Görəsən,  o,  harala-
ra baş alıb gedir, mənim üç, dörd dəqiqəyə çatacağım quruya o, neçə 
günə çatacaq? Yaşıl Burun Adalarının dağlıq adaları sağ tərəfdə qalır, 
arxamızda Afrikanın qərb sahili, qabağımızda Kanar adaları və böy-
ründə Madera yerləşir. Azor adaları qismən buludlarla örtülüb. Pyotr 
yerlə danışıqlar aparır və işə başlamağa hazır olduğumuzu bildirir. Bir 
neçə anlıq Pireney yarımadasının cənub hissəsinə diqqət edirəm – Cə-
bəllüttariq boğazını və həmçinin dənizə çıxan start yolunu görürəm. 
Xatırlayıram ki, general Sikorskinin faciəsi məhz burada 1943-cü ildə 
baş  vermişdi.  Sierra  Nevada  dağlarının  zolağı  qarla  örtülüb,  aranda 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə