Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə69/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

189
isə yaşıllıq, qəhvəyi – yayın bütün rəngləri var. Madridin ətraflarında 
qismən buludluğun fonunda kondensasiya vasitəsilə alınmış onlarla iz 
görürəm. Onlardan çoxu Atlantikanın mərkəzinə, digərlərisə Avropa-
nın mərkəzinə və həmçinin Aralıq dənizi tərəfə istiqamət götürüb. 
Pyotr  Hasselblat  cihazına  nəhəng  teleobyektiv  quraşdırdı  və 
döşəmədəki illüminatorun solunda yer tutdu. Cihazı yer kürəsi tərəfə 
tuşlayır və olduğu vəziyyətdə qalmaq üçün mübarizə aparır. Ona bər-
kidici  lentlər  verirəm.  Onlardan  birini  tutur,  illüminatorun  yanında 
bərkidir və artıq viziri gözünə yaxınlaşdırmaq istəyəndə, yuxarı üzüb 
gedir. Fotoşəkillərin çəkilməsini saxlamadan, dişləri ilə lentin ucundan 
tutur və beləcə də ayaqları yuxarı qalxmış vəziyyətdə öz işini davam 
edir.  Sonra  isə  gülüşlə  şəkillərin  xüsusilə  gözəl  çıxacaqları  haqqında 
əminliklə deyir. Aşağıda artıq Fransadır, Paris və Britaniya adalarının 
bir hissəsi buludlarla örtülüb. Polşanın üzərində görüntünün necə ola-
cağı haqqında fikirləşirəm. Yer kürəsi hazır olub-olmamağımız barədə 
soruşur. Təsdiq cavabı verirəm və eyni zamanda illüminatora müm-
kün qədər yaxın olmağa çalışıram. Pyotr kimi yuxarı qalxıram. Onun 
fəndi  –  dişlə  saxlayıb  tutmaq  –  özünü  doğruldur.  Durbinin  gözlü-
yündə keçdiyimiz şəhərləri, çayları görürəm, lakin harada olduğumu 
dəqiqləşdirə bilmirəm, xəritəyə baxmağa isə vaxt yoxdur. Çəkisizlik-
də iş yerimdən xeyli yuxarı qoyulmuş elektron saata baxıram. Onun 
göstəricilərini  oxumaq  üçün  başımı  yuxarı  qaldırmalıyam.  Bir  neçə 
dəfə belə etdikdən sonra başımın hərləndiyini hiss edirəm. Tərslikdən 
cihazın  idarəetmə  pultu  sağ  tərəfdən  qoyulub.  Vestibülyar  aparatım 
artıq  dözmür,  ürəyim  bulanmağa  başlayır.  Pyotr  son  saniyələri  uca-
dan  sayır:  4,  3,  2.  Emosiyaların  artmasını  hiss  edirəm.  “Sıfır”  əmrini 
eşidəndə fotocihazı qoşuram və fotoşəkilçəkmə prosesinin gedişatını 
təqib  edirəm.  Cəftənin  cırıltısını  və  müvazinətləşmə  mexanizminin 
səs-küyünü eşidirəm. Nəzarət pultunda müəyyən qaydada lampalar 
yanır.  Kamera  kasetlərlə  birlikdə  ritmik  yellənir  ki,  şəkilləri  çəkilən, 
hərəkətdə olan obyektlərin bucaq sürətini müvazinətləşdirə bilsin. Ko-
valyonok  qışqırır:  “Mirek,  Polşa”.  İnstinktiv  olaraq  kardioliderin  səs 
siqnalizasiyasını qoşuram. Həkimlərin xahişi ilə ürəyimə nəzarət edən 
cihazı stansiyada olduğum müddət ərzində sinəmdə gəzdirməliyəm. 
Aydın “ciyilti” eşidirəm, bu, ürəyimin döyüntüsüdür. Nəbz dəqiqəyə 
80 vurğu, əməlli-başlı artıb, startda olduğundan da yüksəkdir. Durbini 
gözümə yaxınlaşdırıram, hansısa dağlar, çay, böyük şəhər, avtomobil 
şossesini və hava limanını görürəm. Hava limanını tanıyıram. Axı bu 
mənim Vrotslavımdır. Detalları tanımağa başlayıram. Odranın şırıltısı-
nı, Aşağı Sahildəki dambanı, böyründə uşağlığımın şəhəri Volovu gö-
rürəm. Pyotru çağırıram, qışqırıram və gördüklərimi göstərirəm, o isə 
BÜTÜN DÜNYA VƏ POLŞA


190
BEŞINCI  HISSƏ
mənə heç baxmır, başı tamamilə fotoşəkillərin çəkilməsinə qarışıb. Bir 
baxışımla bütün Polşanı əhatə edirəm. Bü görüntü sadəcə fantastikdir. 
Qdansk körfəzi, Bıdqoşç və Varşavanın üzərində bulud yoxdur. Visla-
dan şərqə Yer kürəsini yenə də buludlar örtür. Gəmimizin dəlicəsinə 
böyük olan sürətini yenidən yadıma salıram. Vislanı keçirəm. Pyotrun 
ipucuna uyğun olaraq, ekspozisiyanın parametrlərini dəyişirəm, çünki 
Yerin şərqi istiqamətdə işıqlanması hər dəfə zəifləyir. Sərhədi keçirik. 
Saata baxıram. Doqquz saniyədən az vaxt ötüb. Özümə sual verirəm – 
Polşa belə balacadır, yoxsa biz bu cür tez uçuruq?
Fotoşəkilçəkmə  əməliyyatının  təsiri  altındayam.  İşin  nəticələrini 
sənədlərdə  qeyd  edərək,  yenidən  Polşanın  üzərindən  uçuşu  yaşayır-
dım və hər dəfə belə idi. MKF-6 cihazı ilə işləmək mənə böyük zövq 
verirdi,  bu,  komanda  çalışması  idi.  Missiyanın  sonunadək  Avropa, 
Afrika, Asiyanın şərq rayonları, Mərkəzi Atlantika və Hind Okeanının 
2500-ə yaxın fotoşəklini çəkdik. 
Çoxspektorlu fotokamera MKF-6M dəqiqliyi ilə tanınan Almaniya 
Demokratik  Respublikasında,  Karl  Tseiss  Yenin  optik  fabriklərində 
Moskva Kosmik Tədqiqatlar İnstitutunun mütəxəssisləri ilə birgə “İn-
terkosmos” proqramının çərçivəsində istehsal edilmişdi. Kamera birgə 
müvazinətləşdirmə platformasında yerləşdirilmiş altı müstəqil kame-
radan ibarətdir. Şəkillər sinxron çəkilir, yəni altı diapazonda birdən – 
görünən orta dalğalı şüalanmadan başlayaraq qırmızı işığadək. Bu çox 
effektiv həll oldu, çünki alınmış spektr çıxarışları (ağ-qara lentdən) mü-
vafiq rəngli filtrlərlə birgə ekranda göstəriləndə, şəkli çəkilmiş məzmu-
nun dəqiq izah edilməsini mümkünləşdirən müxtəlif rəngbərəng ob-
razlar verir. Cihazın üstünlüyü ondan ibarətdir ki, burada stansiyanın 
orbitdə yüksək sürətlə (7,9 km/s) hərəkət etməsinə görə şəkli çəkilən 
obyektlərin yerdəyişmə bucaq sürətini aradan qaldıran hərəkətin mü-
vazinətləşmə sistemi işlənilib. Bu həllin sayəsində şəkillər müvafiq kəs-
kinlik əldə edirlər. Kameraya 70 mm eni və 120 metr uzunluğu olan altı 
lentli kaset yerləşdirəndə, hər kanalda 1250 kadr çəkmək imkanı olur. 
Yer kürəsinə qayıtdıqdan bir neçə ay sonra çəkdiyim şəkilləri Varşa-
vada Geodeziya və Kartoqrafiya İnstitutunda gördüm. Gözəl mütəxəs-
sislər öz elmi sirlərini mənim üçün açdılar və geologiya, topoqrafiya, 
kənd təsərrüfatı, balıq ovu, hidroqrafiya, ətraf mühitin qorunmasına, 
məkan  planlaşdırılmasına  və  ümumiyyətlə,  bütün  xalq  təsərrüfatına 
yardımçı ola biləcək fotoşəkillərin təfsir imkanlarını göstərdilər.   
Orbit yüksəkliyindən çəkilmiş şəkillər həmin cihazla eyni məkan-
ların  təyyarədən  çəkilmiş  çoxspekterli  şəkillərinə  əlavə  edilmişdi. 
Müqayisəli materiallar əldə edilən materialların yeni təfsir metodlarını 
işləməyə xidmət etdi. 1978-ci il bu cəhətdən pioner ili oldu. Orbitdən 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə