Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə7/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   2   3   4   5   6   7   8   9   10   ...   81

olan  köhnə  Folklor  Evinin  yanında  kurqan  tikilib.  Lövhədə  məlu-
mat  verilir:  “Burada  182  günahsız  insanın  cənazəsi  yerləşir”  –  bu 
haqda qardaşım Vladıslavdan bilirəm. Ora gəldiyimdə kurqan artıq 
yox  idi.  Yerli  insanlar  deyirdilər  ki,  o,  biçin  işlərinə  mane  olurdu. 
Qurbanların cənazələri hörmətlə yaxınlıqdakı Byalkaya köçürülüb. 
Qoyulan baş daşı heç nə ilə başqa qəbirlərdən fərqlənmirdi. Kiçik 
lövhə çatlamış və oxunmaz vəziyyətdə idi. Həmin gecənin dəhşətli 
səhnələrini yadda saxlamadığıma peşman deyiləm. İki bacım Anna 
və  Teresa,  həmçinin  qardaşım  Boqdan  həmin  hadisələrdən  neçə  il 
sonra da gecələr yuxudan qorxudan qışqırıb ayılırdılar.


İKİNCİ
HİSSƏ
Səmanın qaranlığını nişan alıram



PLANERDƏN REAKTİV TƏYYARƏYƏ QƏDƏR
B
öyük qardaşım Vladislav 1948--ci ilin payız aylarında aviasiya 
təhsili almağa başlamışdı. O, Demblində
15
 Aviasiya Zabitləri 
Məktəbində kadet idi. Düz bir ildən sonra evə gəldi, ona yaxınlaşmağa 
belə  cəsarət  etmirdim,  dəyişmişdi  –  boylu-buxunlu,  gümüşü  rəngli 
təyyarəçi  formasında  idi.  Sevinə-sevinə  təyyarələr,  uçuşlar  haqqında 
danışırdı.  Ondan  başqa,    sirli  dünyanın  qoxusu  gəlirdi.  Bu,  artıq 
Voluvdan  olan  və  bacısı  Alina  ilə  Malçıtsadakı  şəkər  zavoduna  bir 
pedallı və bir şinli velosipedlə işə gedən Vlacyo deyildi; və bu liseydə 
oxuyarkən yanacaqdoldurma məntəqəsində kanistrdən benzin tökərək 
işləyən  Vlocu  deyil.  İndi  o,  təyyarəçi  Vladek  idi.  Mən  də  onun  kimi 
olmaq istəyirdim.
Anam  çox  işləyirdi,  uşaqları  saxlamaq  lazım  idi  axı.  Anamın 
işini  asanlaşdırmaq  üçün  əmim  Kajimej  məni  Zlotuvun
16
  yanındakı 
Krayenkaya
17
 “kökəltməyə“ aparmışdı. Əmim və onun sərt, tələbkar, 
lakin  məni  öz  övladı  kimi  çox  istəyən  həyat  yoldaşı  Korneliyanın 
qayğısı  ilə  əhatə  olunduğum  varlı  evə  gəlib  düşdüm.  Birinci  sinfi 
bitirdiyim haqda şəhadətnaməni də Krayenkada aldım. 
Məktəb illəri qayğısız idi. Məktəb “UNRI“ südü, balıq yağı və bulka 
kimi əlavə yemək verirdi. Aviasiya haqqında bilikləri abunə olduğum 
və  1951-ci  ildən  müntəzəm  surətdə  oxuduğum  “Səyyar  Polşa» 
jurnalından əldə edirdim. Bu biliklər dünya görüşümü genişləndirirdi. 
Qardaşımın  hekayələrini  xatırlayıb,  hərbi  təyyarəçilərin  şəkillərinə 
baxandan  sonra  çarpayının  üstünə  stulu  elə  şəkildə  qoyurdum  ki, 
uçan təyyarəyə bənzəsin. Stulda uzanaraq özümü göy üzündə sürətlə 
gedən qırıcı təyyarənin kabinəsində hiss edirdim. O vaxtlar bu mənim 
ən  sevdiyim  və  saatlarla    əylənə  biləcəyim  oyun  idi.  Dostlarımla 
gizlicə metal qırıntıları olan zibilxanaya gedirdik. Orada olan təyyarə 
15
 Demblin – Polşada şəhər
16
 Zlotuv- Polşada şəhər
17
 Krayenka – Polşada şəhər


30
IKINCI HISSƏ
kabinəsində otururdum. İdarəetmə elementlərinə toxunub burnumun 
altında  mızıldanırdım,  uçurdum.  Təyyarənin  qanadlarının  üstündə 
qara  xaçlar,  kabinədə  isə  çoxsaylı  “saat“lar  var  idi.  Həmin  “saat”lar 
almanların idi. Və bu saatları xüsusi ehtirasla sındırırdıq. Bu gün, bunu 
yada saldığım zaman utanıram, çünki bu, əsl qırıcı təyyarə - “Messer-
schmitt“-109 idi.
10  yaşım  olanda,  arıq  və  zəif  oğlandım.  Bədən  quruluşum, 
müəlliməmin fikrincə, Maria Konopnitskanın novellasındakı Musiqiçi 
Yanek  roluna  uyğun  gəlirdi.  Xoşbəxtlikdən  anam  premyeradan  bir 
gün  öncə  mənim  Yanek  rolunda  planlaşdırılan  teatr  debütümdən 
xəbər tutdu və etiraz səsini ucaltdı. Fikirləşirəm ki, ən kiçik övladının 
“balaca,  arıq,  açıq  rəngli  gözləri  olan“  uşaqla  müqayisə  edilməsi 
anamın qüruruna çox toxunmuşdu. Bunun sayəsində mən aktyorluq 
karyerasından  qurtula  bildim.  Uçuş  haqqında  xəyallarımla  qaldım, 
bunu  çəmənə  öz  əlimlə  düzəltdiyim  böyük  çərpələnglə  gəlməyim 
təsdiqləyirdi.  İctimaiyyət  nümayədələrinin  dediyinə  görə,  tamaşa 
pis  deyildi,  hətta  pərdənin  bağlandığı  zaman,  yəni  çərpələngimin 
burularaq yerə çırpıldığı zaman alqışlar da səslənirdi. Bu kiçik teatrda 
özümü  yaxşı  hiss  edirdim,  tamaşalar  isə  getdikcə  daha  da  maraqlı 
olurdu.  Aktyorları  çoxsaylı  planer  modelləri,  isti  hava  balonları  və 
özümün düzəltdiyim rezinötürücülü modellər əvəz edirdi. 
Dostlarım  arasında  modelləşdirmə  və  aviasiya  sahəsində  sayılıb-
seçilən adam idim. İlk növbədə ona görə ki, qardaşım Vladıslav tanınmış 
və sürətlə inkişaf edən pilotuydu. Onun haqqında radiodan eşidəndə 
və  ya  qəzetlərdə  “baş  zabit  pilot  Vladıslav  Hermaşevski“  sözlərini 
oxuyan zaman parad anında təyyarəsinin səsini təsəvvür edirdim. İndi 
dördüncü siniflərin polyak dili kitabında “Kiçik Vlacyonun təyyarəçi 
olması  haqqında“  adlı  hekayə  var.  Həmin  kitabı  bacım,  müəllimə 
Alina  və  Sabinanın  övladları  oxuyublar.  1951-ci  ildə  “Azadlığın 
qanadları“  qəzetində  qardaşım  və  bir  neçə  pilotun  şəklini  gördüm. 
Orada  yazılmışdı:  “Bütün  Polşa  müasir  avadanlığın  istifadəsi  üzrə 
ustaların - bu təyyarəçilərin soyadlarını bilir… onlar polyak səmasını 
qoruyurlar“. “Qanad və Motor“ aviasiya jurnalındakı məlumat mənə 
çox təsir etmişdi. “Vladek Hermaşevski hələ yeniyetmədir – PGİ
18
-nın 
üzvü, faşistlər tərəfindən evi yandırılan və atası sovet partizanları ilə 
əməkdaşlıq etdiyinə görə öldürülən kəndlinin oğludur“. Öyrəndim ki, 
“Vladek reaktiv təyyarəni elə idarə edir ki, elə bil bu ən adi işdir. Şəhərə 
çox  az  çıxır,  vaxtının  çoxunu  mühazirə  zallarında  keçirir  –  beləliklə, 
Hermaşevski  təvazökarlıqla  öz  uğurlarının  mənbəyini  göstərir.  “  Bu 
18 
PGİ – Polyak Gəncləri İttifaqı


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə