Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə70/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

191
əldə edilmiş məlumatlar kiçik miqyaslı xəritələrin (20-15 metr böyük-
lüyündə  olan  obyektlər  görünürdü)  dəqiqliklə  yenilənməsinə,  kənd 
təsərrüfatında və meşələrdə istifadə olunan inventarlaşmanı aparma-
ğa, onların təsnifatına, həmçinin meşələrin, əkinin vəziyyətini müəy-
yən etməyə və kənd təsərrüfatında məhsuldarlığı proqnozlaşdırmağa 
imkan yaratdı. Satelitar metodu ilə maraqlı strukturları və eləcə də ax-
tarılan  təbii  ehtiyatların  həmin  ərazidə  olmamasını  vəd  edən  geoloji 
strukturları aşkar etmək və sənədləşdirmək olur. Ətraf mühitin çirk-
lənməsinin mənbəyini və dərəcəsini, suda planktonun yerləşməsi mə-
kanlarını monitorinq etmək olur.
Orbitdə olan kosmonavtlar Kosmosu vizual və instrumental müşa-
hidə etməyi çox xoşlayırlar, buna hər boş dəqiqələrini həsr edirlər.
İnsanlar  əldə  etdikləri  cihazlar  qədər  mükəmməl  deyillər,  lakin 
onlardan ağıllı istfadə edə bilirlər. İnsan proqramlaşdırılmır, məntiqi 
hərəkət  edir,  hadisələrin  qiymətləndrilməsində  və  qənaət  edilməsin-
də elastikdir. Nə isə qeyri-adi bir mənzərə görüb, cihazı həmin tərəfə 
fırladır, əgər lazımı şərait yoxdursa, eksperimentin vaxtını dəyişdirə, 
yaxud cihazın işini optimallaşdıra və müşahidə edilmiş təzahürləri ins-
trumental metodla təsdiqləyə bilər. Və mən öz missiyamı məhz bu cür 
anlayırdım.
BÜTÜN DÜNYA VƏ POLŞA



La Manş boğazı üzərində Günəşin batması. Müəllifin arxivindən.


Süveyş kanalının maviliyi. Müəllifin arxivindən.


Qərbi Avstraliyanın “böyrəkləri”. Müəllifin arxivindən.


Böyük Kolorado kanyonu. Müəllifin arxivindən.


Vrotslav-Straxovitse hava limanında mənim 11-ci  aviasiya qırıcı alayının bayrağı ilə 
görüş mərasimim, 1978-ci il iyul. Fotoqraf İreneuş Sobeşçuk


Məni uçuşda müşayiət edən Pan Tadeuşun nüsxəsi. “Bu gözəl və xüsusi xatirədir, öz 
şəxsi kolleksiyamda saxlayacağam” – Müqəddəs Ata dedi. Müəllifin arxivindən.


Varşava küçələrində salamlama, 20 iyul 1978-ci il. Müəllifin arxivindən.
Volov sakinləri ilə stadionda görüş. Müəllifin arxivindən.


Sevimli peşəyə qayıdış. Demblində Şahinlər Məktəbinin komandiriyəm, general rüt-
bəsi ilə təltif olunmuşam, gözəl təyyarəçi, bizim davamçılarımızın müəllimi,  polkov-
nik-leytenant Aleksandr Veştortla. Təəssüf ki, Demblində “ancaq” “İskra”larda uçur-
dum. Müəllifin arxivindən.
Oğlum kursant Miroslavla, İskra “TS-11” təyyarəsində ilk uçuşu üçün hazırlaşır, 
onun təlimatçısı mən oldum. Müəllifin arxivindən.  


“YUMŞAQ” ENİŞ
Y
er kürəsinə qayıdış əməliyyatına 4 iyulda, hələ “Salyut-6” 
orbital stansiyasında olarkən başladıq. Eniş edən hissənin 
mərkəzində müvafiq ağırlıq vəziyyətini qoruyub-saxlamaq üçün əv-
vəlcədən  müəyyən  edilmiş  sxemə  əsasən  əşyalarımızı  “Soyuz-30“ 
gəmimizin müxtəlif künclərinə yığıb bağladıq. Bu, əsasən elmi ma-
teriallar, uçuşdan alınmış kino və fotoşəkil sənədləri və şəxsi əşyala-
rımız idi. Son anda stansiyanın yan tərəfinə gerbimizi yapışdırmağa 
macal tapdım – Ağ Qartalı. Bununla yeni ənənəyə başlanğıc vermiş 
oldum.  Növbəti  beynəlxalq  heyətlər  də  olduqları  stansiyalarda  öz 
izlərini qoyurdular. Sonralar Çexoslovakiyanın da gerbi gətirildi və 
bizimkindən sonra yapışdırıldı, bəzilərisə bunu polyakın çexdən əv-
vəl getməsi kimi qəbul edirdilər, həqiqətən, belə də olmalı idi.    
“Soyuz”un göyərtə sistemlərinin saz vəziyyətdə olduğunu yox-
ladıqdan sonra orbital stansiyada qalan Kovalyonok və İvançenkov-
la vidalaşdıq. Qədim rus adətinə görə, yola çıxmazdan əvvəl bir az 
“oturmaq” lazımdır, biz də belə etdik, sakit oturduq, sonra ürəkdən 
görüşdük, yəni yaşayış sahəsindən eniş kapsulunadək sıxlaşıb ke-
çirdik. Yaşayış sahəsinin hər bir guşəsini zibil qutuları, boşalmış su 
qabları, istifadə edilmiş mexanizmlər və elmi cihazların hissələri ilə 
doldurduq. Atmosferin  qatı  layında,  haradasa  Qərbi  Qazaxıstanın 
üstündə yanacaqlar. Orada altı boşalmış su qabını yerləşdirdik. K-3 
kinokamerasını və lazımsız TV kameradan artıq çıxarılmış obyektivi 
ehtiyatla eniş kapsulasına xatirə olaraq gətirdim. Lyukları bağladıq, 
skafandrları geyindik, xüsusi bölmələrin germetikliyini nəzarətdən 
keçirdik və bizi yarı yolda qoymayacağını yoxlamaq üçün bir neçə 
dəqiqəlik əyləcləmə mühərrikini qoşduq. Klimuk bazaya stansiya-
dan  ayrılmağa  hazır  olduğumuz  barədə  məruzə  etdi.  Təyin  edil-
miş vaxtda kiçik manevr mühərriklərindən istifadə edərək, ayrılma 
əməliyyatına  başladıq.  Stansiyadan  üzüb  aralananda  radio  vasitə-
si ilə bizimlə vidalaşaraq, Yer kürəsinə sağ-salamat qayıtmağımızı 
arzu edən Kovalyonoku eşitdik. Bir an sonra illüminatordan uzaqla-
şan stansiyanı gördüm. Fotocihazı cəld çıxarıb bir neçə şəkil çəkdim 


194
BEŞINCI  HISSƏ
və bayğın-bayğın əlimi sağollaşmaq üçün yellədim. Bu, haralardasa 
Asiyanın üzərində idi.
Tezliklə  orbitdəki  son  gecəmiz  gəlib  çatdı  və  Pyotr  gəminin 
mövqeyini əli ilə Yer kürəsinin görünməyən üfüqə və sürət vekto-
runa  müvafiq  yönəltməyə  başladı.  Gecəgörmə  cihazları  dəqiq  və 
qüsursuz işləyirdi.  Gəmimizin çəkisi üçün əyləcləmə mühərrikinin 
tələb  edilən  vaxtını  hesabladıq.  Nəticələri  dəfələrlə  yoxladıq.  On-
ların  dəqiqliyindən  düzgün  enməmizdən  əlavə,  həm  də  təhlükə-
sizliyimiz asılı idi. Əgər mühərrik optimal vaxtın ehtimalından bir 
az çox işləsəydi,  gəmi sıldırım  trayektoriya  ilə Yer kürəsinə tərəf 
düşəcəkdi, atmosferdən tez keçəcəkdi, lakin yaranmış böyük yük-
lənmə sağlamlığımız üçün təhlükəli ola bilərdi. Əyləcləmə impulsu 
daha az olsa, trayektoriya səthi olardı, yüklənməsə böyük olmazdı. 
Lakin qızğın plazmada daha uzun müddət qalması nəticəsində ab-
lasiya örtüyü yana bilərdi. Kapsulanın qalıqları hesablanmış nöqtə-
dən çox uzaqlara düşəcəkdi.
Həmişəki  kimi  gözəl,  əlvan  rənglərlə  Günəşin  çıxmasını  və 
qardan ağarmış Horn burnunu son dəfə seyr etdim. Uzaqda rəng-
bərəng olan Cənubi Amerika qitəsini və buludlarla örtülmüş okeanı 
gördüm. Qvineya körfəzi tərəfə istiqamət götürmüşdük.  
Düzgün  üfüqi  vəziyyətdə  durmasından  əmin  olduqdan  sonra 
gəminin  ön  hissəsini  hesablanmış  dərəcədə  sürət  vektoru  tərəfə 
elə  qaldırdıq  ki,  mühərrik  qoşulması  zamanı  əyləcləmədə  üfüqi 
vəziyyət  alsın.  Sonra  jiroskop  sabitləşməsini  qoşduq.  Prosedurla-
rın düzgünlüyündən əmin olduqda, Pyotr ekvatora çatmamış əsas 
əyləcləmə  mühərrikini  saniyəyədək  hesablanmış  vaxtda  qoşdu. 
Onun impulsu bizi orbitdən çıxarmalıdır. İmpulslar sayğacının xoş 
səs-küyünü eşitdim, yüngül titrəmə yarandı və səkkiz gündən bəri 
ilk  dəfə  belimin  arxasında  şəxsi  kreslomu  hiss  etdim.  Əvvəlcədən 
böyük olmayan, sonra isə artan tezləşmə bədənimi kreslonun içinə 
yüngülcə basmağa başladı. 208 saniyədən sonra mühərrik inteqra-
tordan ayrıldı, yenidən çəkisizlik yarandı və qorxuducu sükut çök-
dü. Pyotr gəmidə olan vəziyyət haqqında hər dəqiqə məruzə edirdi. 
Cavab yox idi. Jiroskoplarla sabitləşdirilmiş gəmi ulduzlara nisbətən 
dəyişməz vəziyyətdə qalmışdı. Sanki arxamız qabağa uçurduq, gə-
minin ön tərəfisə üfüq tərəfə əyilirdi. Urəyimin tez-tez döyüntüsü-
nü  eşitdim.  Emosiyalar  güclü  idi,  çünki  orbiti  tərk  etdiyimizi,  bu 
mürəkkəb, təhlükəli və dönməz prosesə müdaxilə etməyin imkansız 
olduğunu anlayırdım. Fikrimiz cəmlənmiş, əzələlər və əsəblərimiz-
sə son həddədək gərgin idi. Ən çətini irəlidədir. Qəhvəyi-sarı Saxa-
ranı müşahidə edəndə, Liviya səhrasından 145 kilometr yüksəklikdə 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə