Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə71/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

195
lazımsız mühərrik və orbital hissələr enmə kapsulundan ayrıldılar 
və  Yer  kürəsi  tərəfə  öz  trayektoriyaları  ilə  uçdular  ki,  atmosferdə 
yansınlar.  İki  uzaqlaşan  obyekti  gördüyümü  məruzə  etdim.  Peris-
kopun ekranından artıq lazımsız linzanı çıxardım və sağ yan divar-
da xüsusi cibə qoydum. Təəssüf ki, ilgək qopdu və bir andan sonra 
böyük şüşə parçası kabinədə uçurdu. Təhlükəni aradan qaldırmaq 
üçün onu yenidən qablaşdırdım, yastıqla basdım və dizimlə saxla-
dım. Yer kürəsinə məruzə verdim ki, ilgək qopdu. Qayıtdıqdan son-
ra əsasən də UNO ovçularına hansı ildırım haqqında danışdığımı və 
hansı obyektləri gördüyümü dəfələrlə izah edirdim. 
Saniyədə 8 kilometr sürətlə uçan meteoritə çevrildik. Lap özümə 
qısılmışdım, kreslonun kəmərlərini və ayaqlarımı saxlayan kəmər-
ləri bir az da bərkitdim. Ayaqlarımı yığmış, təhlükəsizlik kəmərləri 
ilə bərkidilmiş, həyat verən oksigen və Yer kürəsindən ruhlandırıcı 
sözləri çatdıran cihazlarla “göbək”lə birləşdirilmiş halda illümina-
tordan Liviya səhrasının ölü səthini müşahidə edirdim.  
Kapsul yavaş-yavaş odadavamlı tərəfini uçuş istiqamətində fır-
ladırdı. Kiçik mühərriklər qısa impulslar atırdı ki, atmosferə daxil 
olduğumuz  zaman  tələb  edilən  mövqeyi  qoruyub  saxlayaq.  Bunu 
yandırılmış yanacağın qalıqları olan,  dairəvi yayılıb nəhəng çəhra-
yı sabun köpükləri kimi məkanda itən sakit tüstü burumları müşa-
yiət edirdi. Aralıq dənizini keçirdik, aşağıda Krit və Kipri gördüm. 
Artıq aşağıda idik – Yer kürəsindən 100 km aralıqda. Şlemin şüşəli 
örtüyünə hansısa kiçik qırıntılar yaxınlaşırdı. Önümdə ATMOSFER 
siqnalizatoru  yandı.  Bu,  atmosferdə  əyləcləmə  prosesinin  başlan-
ğıcı  işarəsi  idi.  Birdən  cihazlar  cədvəlinin  altından  missiyanın  ilk 
günlərində  itirdiyim  və  Leonovdan  xatirə  olan  qələm  çıxdı.  Bunu 
müsbət işarə kimi qəbul etdim və qələmi tez kombinezonun cibinə 
qoydum. İllüminatordan baxdım – altımızda sağ tərəfdə Türkiyəni, 
bir andan sonra isə Qafqazın qarlı dağlarını gördük. Evlə bizim ara-
mızda  1500 kilometr var – və məhz bu an ilk, ürkək alovu gördük, 
əvvəl  kapsulanı sanki çəhrayı duman bürüdü və atmosferin daha 
dərinliyinə keçdikcə qatılaşdı. Öz bədənimin ağırlığını hiss etdim. 
Görünməyən qüvvə döş qəfəsimi sıxırdı və hiss etdim ki, sanki bo-
ğazım daralır. Getdikcə nəfəs almaq daha da çətinləşirdi və böyük 
səylər  tələb  edirdi,  danışmaqsa,  demək  olar  ki,  mümkün  deyildi. 
Alov artıq əməlli-başlı görünürdü, illüminatorun odadavamlı şüşə-
sinin  arxasında,  sifətimin  yanında  yanırdı.  Buna  baxmayaraq,  bir 
neçə dəfə diksindim, çünki bu, xoş rəngdə olan, on beş milyon selsi 
dərəcəsinədək istilənmiş plazma idi! Düz belimin arxasında odada-
vamlı örtük 1750 Selsi dərəcəsinədək qızdı. Artan yüklənmə məni 
“YUMŞAQ” ENİŞ


196
BEŞINCI  HISSƏ
boğmağa  başladı,  buna  görə  diafraqma  ilə  nəfəs  almağa  çalışdım. 
Kömək etdi. Yer kürəsinə məruzələri zorla edirdim. İllüminatorun 
şüşəsi istiləşməyə başladı, birinci sarı, sonra isə açıq qəhvəyi rəng 
aldı.  Tezliklə  yanğının  hisi  şüşənin  şəffaflığını  tamamilə  bağladı. 
Ancaq yağışdan sonraki izlərə oxşar zolaqlar görünürdü. Bu zolaq-
lar  konstruksiyanın  ərimiş  hansısa  xarici  elementlərindən  qızğın 
metal  damlalarını  çıxarırdı.  Dəhşətli  yüklənməyə  dözmək  çox  çə-
tin idi. Hiss edirdim ki, bədənim yastılaşır. Havanı suda boğulanlar 
kimi  udum-udum  alırdıq,  sanki  ehtiyat  üçün  saxlamaq  istəyirdik. 
Radio rabitəsi kəsildi, çünki istilənmiş plazma radiodalğaların axı-
nını  dayandırdı.  Buna  baxmayaraq,  dayanmadan,  artıq  qışqıraraq 
göyərtədəki  vəziyyət  haqqında  məruzə  edirdik.  Lakin  qəbul  yox 
idi. Özümü narahat hiss etdim. Qəflətən kapsul yellənməyə başladı 
və artan, xoş olmayan və narahatedici böyük tezlikdə titrəmələr və 
dartılmalar başladı. Hiss edirdim ki, sanki dəli olmuş atların daşlıq-
la dartdığı çəlləkdə idim. 35 Max sürətlə atmosferin sahəsinə daxil 
olurduq,  atmosfersə  Yer  kürəsini  müdafiə  edərək,  bizi  yad  cisim 
kimi qəbul edirdi. Yüklənmə ilə bizi əzmək, temperaturla isə yan-
dırmaq istəyirdi.
Qəflətən Yer kürəsini eşitdik. Rahatlandıq. Bizə məlumat verildi 
ki, Yer kürəsindən 40 kilometr aralıqdayıq və eniş “normal” davam 
edir. Paraşütün açılmasına qalmış vaxtı hesablamağa başladım. Kap-
sulun titrəməsi ritmik azalan yellənməyə keçdi, yüklənməsə böyük 
dərəcədə azaldı. Kapsul istilənmiş metal meteorundan aerodinamik 
daşa çevrilməyə başladı. Turbulent axın laminat axına çevrildi. Yer 
kürəsi xatırlatdı ki, kəmərlərimizi lap sıxmalıyıq, bərkidilməmiş əş-
yalarısa yaxşıca bağlamalıyıq. Bunların hamısını çoxdan eləmişdik. 
Mənim  fikrim  paraşütdə  qalmışdı.  Olduqca  mürəkkəb  missiyanın 
uğuru və həyatımız bu ənənəvi və müəyyən mənada primitiv nəq-
liyyat vasitəsindən asılı idi. Paraşütün açılmasına bir yarım dəqiqə 
qalmış, saniyələri uca səslə geri saymağa başladım. Vaxt bitmək bil-
mirdi. Əminəm ki, paraşütü açılmayan Komarovun üzünü gördüm. 
Ağlıma ən pis fikirlər gəlirdi və məhz bu an küt partlayış və şiddətli 
sıçrayış səsini eşitdik. Ardıcıl üç dəfə təkrarlandı. Bu, növbəti para-
şütlərın  açılmasına  işarədir:  dartıcı,  əyləcləyən,  növbəti  dartıcı  və 
daha qüvvətli sıçrayış – min kvadrat metr sahəli əsas paraşüt bizi 
öz ağuşuna alır.
Süküt  çökdü  və  yavaş  yellənirik.  Düşmə  sürətini  hesablamağa 
çalışırdım ki, ehtiyat paraşütün açılmasına ehtiyac olub-olmamasını 
dəqiqləşdirək.  Əla  idi.  Lakin  hara  enəcəyimizə  dair  bəzi  narahat-
lıqlar yarandı, bu, dağ, meşə, tayqa, bəlkə də bataqlıq ola bilər. Bu-


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə