Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə72/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

197
ludların üstündə rayona nəzarət edən təyyarələrin bizi görmədikləri 
haqqında  çarəsiz  məruzələri  eşidirdim.  Dərin  nəfəs  alırdıq.  Pyotr 
paraşütün açılması haqqında tez-tez çox emosional şəkildə məruzə 
edirdi. Sakit düşmə prosesinə piropatronların partlayışı və kapsu-
lun  yuxarı  hissəsindəki  çatırtı  qatıldı.  Hiss  etdik  ki,  düşürük.  Bir 
andan sonra güclü silkələnmə asılma vəziyyətinin artıq simmetrik 
olduğunu yada saldı. Bir azdan növbəti iki əyləncə - artıq lazım ol-
mayan, istilənmiş termik örtüyün ayrılması. 550 kilo itirdik. Gözlə-
nilməyən piropatronlar növbəti partlayışları kreslolarımızı 21 dərə-
cə  yuxarı  qaldırdı  və  onları  armatizatorların  üzərinə  bərkitdi.  Yer 
kürəsilə görüşməyə hazır idik.          
Paraşütlə on dəqiqə uçuşdan sonra helikopter pilotunun sevinc 
dolu və coşqun səsini eşitdim. Böyük duyğularla paraşütü buludla-
rın altında gördüyünü və Yer kürəsinə 3000 metr qaldığını deyirdi. 
Ətrafımızda fırlanırdı və enmə şəraitləri barədə dayanmadan xəbər 
verirdi. Altımızdakı səthin düz və yaşıl olmasını qeyd edərək bizi 
sakitləşdirdi,  lakin  güclü,  saniyəyə  16  kilometr  sürətli  küləyin  ol-
ması haqqında xəbərdarlıq da verdi. Belə şəraitdə enmə prosesinin 
çox dinamik keçəcəyini bilirdim. Birdən 922 kod adı olan pilot sanki 
idman şərhçisi kimi, oyunçuların finala yaxınlaşması tək şərhlər et-
məyə başladı. Hər dəfə daha tez-tez deyirdi: 50 metr qaldı, 30, 20 və 
zəfər qışqırığını eşidəcəyimi gözləyəndə, “yumşaq enmə” adlanan 
raket mühərriklərinin gurultusunu və yenidən partıltı eşitdim, bu-
rulğanlıq, nəsə başıma düşdü, kapsul bir neçə dəfə yerdə fırlandı və 
hərəkətsizləşdi, bu an hiss etdim ki, paraşüt kapsulu sürüyür. Hə-
min an paraşütün bir layını açdım. Radio susdu, paraşüt laylarında 
qalmış antenni itirdik. Süküt çökdü, sağ böyürdə uzanmışdıq. He-
likopterin pilotu qışqırdı: “seli” (endilər). Klimuk gülümsədi, məni 
dizimdən vurdu və dedi: “Hə, indi evdəyik”. Həyatımda ən gözəl 
macəraya görə mən də ona təşəkkür etdim.   
Tezliklə  radioda  tanınmış  diktorun  təntənəli  səsilə  elan  edildi: 
“Bu  gün,  5  iyul  1978-ci  il  tarixində,  saat  16.30-da  ”Soyuz-30”  kos-
mik gəmisinin beynəlxalq heyətinin yumşaq enməsi baş vermişdir, 
heyətin tərkibində...”
“Yumşaq enmə” haqqında həmin elanı səhərisi günü bütün qə-
zetlər təkrar etdi.
Gözümün qabağındakı mənzərə dalğalanırdı. Bir neçə an tərpən-
mirdik.  Məni  əzən  ağırlığımı  və  bütün  bədənimdə  tər  damcılarını 
hiss edirdim. Pyotra baxdım,  üstümdə idi, mənim kimi çətin nəfəs 
alırdı.  Qulaqcıqlarda  yenə  də  sükut  idi.  Qulağıma  helikopterlərin 
asta  səsi  gəlirdi.  Siqnalizasiyanın  qəfil  səsi  bizi  keylikdən  oyatdı. 
“YUMŞAQ” ENİŞ


198
BEŞINCI  HISSƏ
Bu dəhşətli səsi batırmaq üçün tez düyməni basmağa atıldım, lakin 
hansısa qüvvə əlimi saxladı.
- Bu zibili söndür, – Pyotr israrlı dedi.
- Söndürə bilmirəm, əlim nəyəsə ilişdi, – cavab verdim.
- Sən cazibə qüvvəsini belə hiss edirsən, – dərhal izah etdi. 
Növbəti cəhd etdikdə, əllərim sözümə baxdı, lakin onları güclə 
tərpədirdim. Siqnalları eşitdim. Sol əlim lap ağır idi – bu, saatın işi-
dir, onun ağırlaşdırdığını yada saldım. 
-  Antenni  aç,  yaxınlaşırlar,  –  Pyotr  tələsdirdi  və  əlavə  etdi,  - 
sənədlərə uyğun işlə.   
Bütün  addımlar  yaddaşımda  kodlaşdırılmışdı,  lakin  əminlik 
üçün  təlimata  nəzər  yetirdim.  UKF  yayvari  antennini  pirotexnika 
üsulu ilə açdım, düz məqamında, çünki qaçıb gələn insanların səs-
lərini artıq eşidirdik. Rabitə qayıtdı. Pyotr həmin an hamının artıq 
bir neçə dəqiqə bundan əvvəl bildiyini məruzə etdi: “Zorya“ – mən 
“Qafqaz“am – sağ böyrü üstə uzanmışıq, heyətin kefi əladır”. Ka-
binənin soyutma sistemini cəld qoşdum, yönalma mühərriklərinin 
enerji  sistemində  qalmış  yanacağı  və  göyərtədə  olan  silindrlərdən 
sıxılmış qazı atdım. Artıq lazımsız xüsusi radio və optik yerləşmə va-
sitələrini söndürdüm. Çöldən gələn səslər hər dəfə daha da coşğulu 
idi. Xilasedicilərin kapsulla mübarizə etdiklərini və onu düz, üfüqü 
vəziyyətə fırlatmasını hiss edirdik. Cazibə qüvvəsi məni kreslonun 
içinə sıxırdı, içəridəsə hər şey fırlanırdı. Pyotr güc-bəla ilə lyukun 
örtüyünü açdı. İçəriyə əla, təmiz hava, Yer kürəsinin ilıq iyi, insan-
ların səsləri və helikopter mühərriklərinin səs-küyü daxil oldu. Ye-
rimdə oturduğum anda salamlaşmaq üçün Klimuk tərəfə uzadılmış 
əl gördüm. Bu əlin yiyəsi uğurlu enişimizi təbrik edir və kefimizi so-
ruşurdu. Səsi tanımağa başlayıram – bu, axtarış-xilas qrupunun baş-
çısıdır, cəsarətlilər arasında ən cəsarətlisi, əla dost və Ulduz şəhər-
ciyindən təlimatçı İosif Davıdovdur. Pyotr çölə çıxır. Bəzi avadanlıq 
elementlərini tələsik şəxsi əşyalarım olan paketə yığdım və bərkidici 
kəmərləri, skafandrı tutan bağlamaları açdım. Lyukun qapağını bir 
az örtdüm və çıxışla üzbəüz olan rəhbərin kreslosuna keçdim. Bə-
dənim ağırlaşmışdı, əl və ayaqlarım daş kimi  ağırdır. Bu bir neçə 
hərəkəti  yorğunluqla  edirdim.    Ürəyim  dəhşətli  sürətdə  döyünür-
dü. Dincimi almaq arzusundaydım. Bir neçə əl birdən məni tutmaq 
istəyirdi. Başımı lyukdan çıxardan kimi, əllərində fotoaparatlar və 
kameralar olan onlarla insan gördüm. Redaktor Stefanoviçi və yaxşı 
yer üçün mübarizə aparan fotoreportyor Tadeuş Zaqojdjinskini tanı-
dım. Reportyorlar malik olduqları bütün avadanlığı mənə tərəf tuş-
lamışdılar.  Xilasedicilərin  güclü  əlləri  məni  kapsuldan  sanki  ilbizi 


199
zirehindən çıxarırımış kimi dartıb çıxardırdılar. Ayaqlarımın içəridə 
qalmasını nəzərə çatdıran anda bir az yavaşıdılar. Pyotrun yanında 
yırğalanaraq dayandım. Leonovu gördüm. Sevinirdi və bizi təbrik 
edirdi. Kimsə məni şaquli vəziyyətdə saxlayırdı. Başqa kimsə pake-
timi saxlamağı təklif etdi. Etibar etdim və bir daha həmin insanı gör-
mədim. Ancaq bir neçə gündən sonra onun içindəkilərinin bir his-
səsini tapdım. Şəxsi kinolentlərim və qeydlərim olan qeyd kitabçası 
itdi. Hələ ilıq olan kapsulun ətrafında xeyli adam yığılmışdı, başqa-
ları da qaça-qaça gəlirdi. Əlimi sıxır,  silkələyirdilər, öz sevinclərini 
ifadə edirdilər və şəkillər üçün poz verirdilər. Burada baş verənlərin 
çoxunu  bacardığım  qədər  yaddaşda  saxlamaq  istəyirdim.  Pyotrla 
qaralmış  kapsulun  yanında,  iri  cavan  qarğıdalı  tarlasında,  nəhəng 
ağ-qırmızı paraşütümüzün düşdüyü yerdə dayanmışdıq. Yaxınlıq-
da kiçik çuxur gördüm – kapsulumuzun Yer kürəsi ilə ilk təmas ye-
rini. Pyotr qarğıdalının yaşıl yarpaq dəstəsini dərdi və mənə xatirə 
olaraq verdi, təlimatçı Yura Şmakovsa mənə yanmış termik örtüyün 
balaca qırıntısını, Baykonurda işəsalma sistemi və həmin çuxurdan 
olan bir ovuc torpağı şəffaf torbada verdi. Bu günədək həmin xü-
susi  yadigarları  və  doğma  Lipnikdən  olan  torpağı  saxlayıram.  Bir 
neçə addım atmağa cəhd etdim. Çətin olduğunu – (ağır skafandr və 
ayaqqabılarda özümü sudan çıxmış dalğıc kimi hiss edirdim)– fikir-
ləşdim. Kimsə gözəl tünd qırmızı qızıl gül dəstəsini verdi – haradan 
aldılar onu? Gülü təqdim edən izah etməyə tələsdi: “Bu Emiliyadan-
dır, bu gün səhər xahiş elədi ki, enəndən sonra sənə təqdim edim. 
Uşaqlarını da gördüm. Səni gözləyirlər, onları, öz yaxınlarını sabah 
görərsən”. Ancaq sabah?
Tezliklə vestibülyar aparatım özünü hiss elətdirməyə başladı, ba-
şım fırlandı. Tanış bir jurnalist xanımla rəşadətlə görüşərək əyiləndə 
lap gücləndi. Ana Yer kürəmiz bir həftə bundan əvvəl bizi könülsüz 
buraxdı, bu günsə sanki qəbul etmək istəmir və könülsüz cəzalan-
dırırdı. İsti idi, şlemofonu soyundum. Saçım tərdən yaş idi. Leonov 
bunu gördü, saçımı düzəltdi və yığışmış insanlardan xahiş etdi ki, 
məni çox silkələməsinlər. Bizim tərəfə təntənəli dəstə gəldiyini gö-
rüb təəccübləndim. Öndə iki milli geyimdə qız rəngli uzun xalçada 
iri çörək (karavay) gətirirdilər, onu baş əyərək bizə təqdim etdilər. 
Təzə çörək iyi göz yaşlarına səbəb oldu. Orbital stansiyadan hələ ay-
rılmadığımız zaman kosmonavt general Şatalov məndən soruşmuş-
du: “Yer kürəsində ən çox nə yemək istərdin”. Tərəddüd etmədən 
cavab verdim: “Bir tikə təzə çörəklə yağ”. Bir daha arzuların çin ol-
ması sübut edildi. Bizi əmin etdilər ki, sabah ailələrimizi görəcəyik. 
Başa düşdüyümə görə, həyat yoldaşlarımız kosmodroma gələcəklər. 
“YUMŞAQ” ENİŞ


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə