Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə73/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

200
BEŞINCI  HISSƏ
Başqa heyətlər kimi, iki həftə orada güc yığmaq üçün qalmalıydıq.               
Gün boyu fotoreportyorların əmrində idik. Onlarsa özləri yarat-
dıqları  xaosda  işləyirdilər.  “Artıq  həmişə  belə  olacaq”  –  Pyotr  gü-
lümsəyərək  mənə  deyir.  Onların  mövcudluğu  mənim  üçün  cazibə 
qüvvəsi və vestibülyar aparatın pozğunluğundan daha bezikdirici 
idi. Çoxillik ənənəyə əsasən, kapsulun qarayanıq səthində imza at-
malı idik. Jurnalistlər bu məqamı əbədiləşdirmək üçün hazırlaşdı-
lar  və...  karandaş  yoxdur.  Jurnalist  İrena  Şadzevska  bizi  bu  çətin 
məqamdan xilas etdi. Öz dodaq boyasını bizə qurban etdi. Bu orijinal 
üsulla  ənənəni  qoruyub  saxladıq.  Fikrim  ancaq  hardasa  əyləşmək 
idi.  Həkimlər  bizi  helikopterə  yönəltdilər.  Hər  dəqiqə  kimsə  bizə 
qaçıb çatırdı, şəklimizi çəkirdilər, gül və ya hansısa oyun-oyuncaq 
verirdilər. Çobanın mənə verdiyi hədiyyədən çox sevindim – mənə 
yerli, iki  simli dombra adlanan simli alət bağışladı. Çox böyük olan 
helikopterdə  özümüzü  oturacaqlara  atdıq.  Gücümüz  yox  idi.  Ska-
fandrları soyunmaq təklif edildi. Lakin diqqətimi ətirli karavay çək-
di. Düzü, onu çırpışdırdıq – çox dadlı idi. Əsl rahatlıqsa skafandları 
soyunandan sonra idi. Yuyunmaq da təsviredilməz ləzzət idi. Köy-
nəyi əlimə alanda, tərdən yaş və sal daş kimi ağır idi. Əzələlərim və 
duyğularım cazibə qüvvəsini belə qəbul edirdilər. Həkimlər bizdən 
bir  addım  belə  ayrılmırdı.  Nəbzi,  təzyiqi  yoxlayırdılar,  parlaq  tə-
bəssümlə bizi tərəzidə çəkirdilər və su içməyə sövq edirdilər. “Bə-
dəninizdəki  su  xeyli  azalıb,  lakin  bir  neçə  gündən  sonra  normaya 
qayıdacaqsınız”, – deyirdilər. Sən demə, səkkiz gün kosmosda oldu-
ğum zaman 4,6 kilo arıqlamışam. Sonra mənə məlum oldu ki, həmin 
müddət ərzində həyat yoldaşım 6 litr ağlayıb.
Qarğıdalı  tarlasında  hərəkət  sıxlaşırdı.  Yeni  maraqlananlar  və 
jurnalistlər peyda olurdu. Hər kəs heç olmasa bir sual verməyə çalı-
şırdı, ab-hava yorucu, lakin həyəcanlı və mehriban idi. Rahat paltar 
– mavi cins geyinərək helikopterdən çıxdıq ki, çoşğun toplum ilə ye-
nidən görüşək. Qarğıdalının təmiz tapdalandığını gördüm. Arkalık 
adlı yerə tezliklə uçacağımız haqda məlumatı böyük sevinclə qəbul 
etdik. Mi-8 nəql helikopterinin kabinəsində bərk metal oturacaqda 
yer aldım. İçərisi nəm idi. Kabinənin orta hissəsində iri, sarı 800 litr-
lik  əlavə  yanacaq  bakı  yerləşdirilmişdi.  Ən  mühüm  sərnişin  mən 
idim.  Pyotr  Klimuk  başqa  helikopterlə  uçurdu.  Uçuşda  mənə  avi-
asiya marşalı, II Dünya müharibəsində iki dəfə Sovet İttifaqı Qəh-
rəmanı olan, hücumçu pilot Aleksandr Yefimov müşayiət edirdi. O, 
günlərin bir günü bizi yorucu məşqlərdən sonra masada yatmış gör-
müşdü. Həmçinin həkim və xidmətdən iki xanım var idi, onlar özlə-
rini daha mehriban göstərmək istəyirdilər – biri buterbrodlar, birisə 


201
içkilər təklif edirdi. Çay xüsusən ətirli idi. Minnətdarlıq edərək bir 
buterbrod yedim və dadlı karavayı götürdüm, onu qırırdım, iyləyir-
dim və sanki ən dadlı təam kimi yeyirdim. 
Startdan sonra helikopterin pilotu eniş yerimizi bir neçə dəfə fır-
landı. Yüzlərlə adam, onlarla maşın və bizim kapsul tərəfə yığılan 
yeni insanlar gördüm. Onlar piyada gəlirdilər, maşınlarla, kamaz-
larla, atlarla... Son dəfə kapsula baxdım, insanlarla əhatə edilmişdi. 
Yan tərəfdə aydınca “krater” və açılmış nəhəng ağ-qırmızı paraşüt 
görünürdü. Uçuş istiqamətinə qarşı perpendikulyar qoyulmuş otu-
racaqda bunların hamısını görmək üçün tez-tez yerimi dəyişirdim. 
Vestibülyar aparatım özünü xatırlatdı, kefim pozuldu. Marşal Yefi-
mov bunu hiss etdi. “Düz otur”,– təklif etdi. Pilot kabinəsinə işarə 
etdim. Anladı, başı ilə yellədi və ikinci pilotu çağırdı. Onun yerini 
böyük həvəslə tutdum. Bu mənim yerim idi. Helikopterin kapitanı 
baş verən dəyişikliyi gülümsəyərək qəbul etdi. Kabinə şüşələnmiş-
di, görüntü əla idi və başımı fırlatmağa ehtiyac yox idi. Uçuş rahat 
idi. Sükanlara toxundum, onları incəliklə əlimlə sıxdım. İçimdə pilot 
instinkti oyandı. Dəstəyi çəkdim, pilot bunu gördü və xahişimi an-
ladı. Əllərini yuxarı qaldırdı. Qətiyyətlə sükanı tutdum. Helikopter 
mənə  tabe  oldu.  40  dəqiqə  ərzində  idarə  etdim.  Kapitan Arkalıka 
enməmişdən əvvəl idarəetməni üzərinə götürdü. Sağda nizamlı sı-
ralarla düzülmüş yüzlərlə insan gördüm.
Enəndən  sonra  helikopterə  qızlardan  ibarət  nümayəndə  heyəti 
yaxınlaşdı,  onlar  da  bizi  ətirli  çörək  və  duzla  salamlayırdılar.  Əl-
lərində gül uşaqlar və rəngli şərflər bağlamış yerli hakimiyyət nü-
mayəndələri  yaxınlaşdılar.  Məni  və  Pyotru  –  fikir  verdiyimə  görə 
- tələsik inşa edilmiş bir az yuxarı tərəfə apardılar. Kimsə çıxış etdi, 
çıxış edənlər həyəcanlarını gizlədə bilmirdilər. Mən Arkalıq şəhəri-
nin fəxri vətəndaşı olmaq şərəfinə layıq görüldüm. Pyotr çıxış etdi 
– çox duyğulu və təsirli. Məni çıxış etməyə dəvət edəndə ayaqlarım 
büküldü. Nəsə deməli olduğumu anlayırdım. Gərginlik yüksək idi, 
karıxıb qalmışdım. Danışırdım, toplananlarsa tez-tez məni alqışla-
yırdılar. Nə o zaman, nə də indi çıxışımın məzmununu xatırlamı-
ram.  Yığıncağın  bitməsini  xilas  kimi  gözləyirdim.  Təşkilatçıların 
şpalerlə gəzmək təklifimi qəbul edəndə çox sevindim. Salamlama və 
təbəssüm  bitmirdi.  Toplaşanların  qəfil  jestlərinə  reaksiya  verərək, 
onlara  tərəf  çevriləndə  tarazlığı  itirirdim. Yanaşı  gedənin  əli  məni 
saxlayırdı. Toplaşanların əllərindəki Pyotrun və özümün böyük, la-
kin çox pis portretlərimizə təəccüblə baxırdım. Yəqin ki, yerli “rəs-
sam”  tərəfindən  tələsik  çəkilmişdi.  Bu  an  polyak  dilində  “Salam, 
Mirek” eşitdim. Təəccüblənərək soruşdum: “Siz, polyaklar, buraya 
“YUMŞAQ” ENİŞ


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə