Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə74/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

202
BEŞINCI  HISSƏ
haradan  gəldiniz?”  Yaşlı  xanım  dedi:  “A  mi,  Polacy,  tut  jeszczo  z 
wojny”
64
. Bir neçə həmyerlimlə salamlaşdım, onlar həyəcanlı və xoş-
bəxt  idilər.  Onların  göz  yaşları  mənim  göz  yaşlarıma  səbəb  oldu. 
Vaxt  tələsdirirdi.  Hava  limanının  yolunda  uçuş  üçün  hazır  olan 
“TU-134“ təyyarəsi gözləyirdi. Kabinə sakit və qəşəng idi. Heyəti-
mizin hər yerdə bizimlə olan həkimi masanı açdı, yeməklər əla və 
dadlı idi, şirniyyat, meyvə, balıq kürüsü və başqa şeylər də var idi. 
Bir  badə  şampandan  imtina  etmədik.  General  Leonov  tərəfindən 
təşviq edilərək, böyük həvəslə içdik. Yada saldı ki, uçuşdan əvvəl 
kosmodrom mehmanxanasında vidalaşanda, köpüklənən şampana 
ancaq baxa bildik. Sağlığı deyəndən sonra Yer kürəsində olduğuma 
inandım.
Baykonura saat yarımlıq uçuş nəzərə çarpmadan keçdi. Enişdən 
əvvəl göyərtədə olan mundirləri geyindik. Pyotr Sovet Ordusunun 
polkovnik  mundirini,  mənsə  Polşa  Ordusunun  mundirini  geyin-
dim. 
Hava limanında bizim üçün şən salamlama hazırlamışdılar. Hə-
yat  yoldaşım  və  uşaqları  axtarırdım,  onları  soruşdum.  Boş  yerə. 
Növbəti salamlama “Kosmonavt“ mehmanxanasında hazırlanmış-
dı. Bizi tibbi personal və xidmətçilər gözləyirdi. Bizi növbəti kara-
vayla salamladılar. Kimsə mənə tısbağa verdi – yadında saxlamışdı 
ki, oğluma belə hədiyyə söz vermişəm. Şöhrət xiyabanında təntənə 
ilə ağac əkdim (46-cı nömrə). Mətbuat konfrasında bizi sual atəşinə 
tutmuşdular. Yorğun idim və dincəlmək istəyirdim. Sabah Ulduz 
şəhərciyində  olacağımız  haqqında  xəbər  verildi.  Təəccübləndim. 
Yoldaşımı və uşaqlarımı görəcəyimə sevindim. Bəs niyə ikihəftəlik 
istirahətdən məhrum olduq? “Sabah saat 11-də Kremldə olmalısı-
nız – cavab verildi. – Oyanma səhər saat dörddə, gedin dincəlin”. 
Leonov bizi hovuza apardı ki, “çəkisizliklə vidalaşaq”. Amma bu, 
daha  doğrusu,  onunla  yenidən  görüş  idi.  Çiməndən  sonra  start 
günü  söz  verilmiş  qızıl  şüşə  peyda  oldu.  Dörd  saatdan  az  yat-
dım. Səhəri saat 9-da Çkalov hava limanında yaxınlarımı gördüm. 
Həyəcanın sonu yox idi. Həyat yoldaşım sevincdən ağlayırdı. Bo-
ğazımda qəhər və təsviredilməz sevinc hiss edirdim. Oğlum fəxr 
duyurdu,  qızımsa  boynumdan  bacardığı  qədər  bərk  tutmuşdu. 
Salamlaşanların  arasında  müəlliməm,  xanım  Yuzefa  Haydonu, 
Demblindəki Şahinlər Məktəbinin rəisi, general Yuzef  Kovalskini, 
redaktor Rışard  Badovskini, mədənçiləri və jurnalistləri gördüm.    
64
 Xanım rusifikasiya edilmiş polyak dilində danışırdı: “Biz, polyaklar, hələ müharibə 
dövründən burada qalmışıq”


203
Ulduz şəhərciyində bizə isti salamlama hazırlanmışdı. Deyəsən, 
bizi salamlamağa bütün sakinlər gəlmişdi. Onlar Qaqarinin abidəsi 
önündə ailələrimizlə əklil qoyduğumuz mərasimdə də iştirak edir-
dilər.  Coşqulu  dəstə  Kosmonavtlar  Xiyabanı  ilə  Zabit  Evinədək 
zəfər gəzintisi zamanı bizi müşayiət edirdi, orada təntənəli görüş 
təşkil edilmişdi. Övladlarım məndən bir addım belə ayrılmırdılar, 
hətta kürsüdə çıxış etdiyim zaman. Yaxınlarımla görüş sevinci qısa 
oldu.  Moskvaya  getdik.  İki  saat  sonra  Pyotrla  gərgin  vəziyyətdə 
Kremlin qızılı bəzənmiş zalında idik. Qulağımda hələ də helikop-
terin səsini eşidirdim və onun arasında danışan L.Brejnevin sözləri 
gəlirdi:  “Kopernikin  vətəninin  oğlu  Kosmosa  getdi,  bu  fantastik-
dir.  Polşa  və  polyaklar  üçün  bu,  böyük  milli  fəxrdir”.  Kremldən 
Sovet  İttifaqı Qəhrəmanının Qızl Ulduzu ilə qayıtdım (nr 11301).
Axşam bizim idi. Ulduz şəhərciyində Zabitlər Evinin qəbul zal-
larında çox sayda kosmonavtların, Mərkəz işçilərinin və Moskva-
dan  gələn  vacib  qonaqların  iştirakı  ilə  şərəfimizə  ziyafət  verildi. 
Valya Qaqarina - Yurinin həyat yoldaşı və Valentina Tereşkova da 
iştirak edirdilər. Əyləncə səhərədək davam etdi. Lakin mənim fik-
rim Polşada idi.
“YUMŞAQ” ENİŞ



ALTINCI
HİSSƏ
İki min saatdan artıq
sükan arxasında...



ORBİTİN QARANLIQ TƏRƏFİ
Əbədi qələbə yoxdur. 
Antuan de Sent-Ekzüperi 
R
aketin  startetmə  anından  nəhəng  təşviqata  da  start  ve-
rildi.  Kosmik  uçuşların  iştirakçıları  milli  qəhrəmanlara 
çevrilirdilər. Sovet İttifaqı Qəhrəmanı fəxri adı Pyotra əvvəlki mis-
siyalarına görə iki dəfə verilmişdi. Mən də bu şərəfə haqlı olaraq  
“Elmi-tədqiqat “Salyut-6” – “Soyuz” orbital kompleksində kosmik 
uçuşun  uğurla  icrası  və  həmin  vaxt  nümayiş  etdirilən  igidlik  və 
qəhrəmanlığa” görə layiq görülmüşdüm.
Qəzetlər  orbitdən  məlumatları  çatdırmaq  üçün  rəqabət  aparır-
dılar.  Xarici  mətbuat  bunu  xoş  sözlərlə  şərh  edirdi.  Əsas  mətbu 
orqanların xüsusi buraxılışları peyda olurdu. Radioda həkim, alim 
və siyasətçi qrupları növbətçilik edirdi. Uçuşun gedişatı haqqında 
mütəmadi xəbərlər verilirdi. Kosmik uçuş Polşa və SSRİ arasında 
olan böyük dostluğun təsdiqindən əlavə, həmçinin orbitdə həyata 
keçirilən unikal proqramla təstiqini tapan geniş elmi əməkdaşlığın 
isbatıdır.  Uçuşun  tibbi  və  psixofizioloji  amilləri  haqqında  məlu-
matlar verilirdi. Polyak kosmonavtikasının gələcəyinə dair nikbin 
baxışlar yaranmışdı. Epizodik nəşr və plakatlar, poçt markaları və 
sikkələr  peyda  oldu,  bunların  hamısı  uçuşu,  uçuş  heyətini  mədh 
edirdi. 
Polyaklar  həmyerlilərinin  Kosmosa  uçuşu  haqqında  xəbəri  se-
vinc və fəxrlə qəbul edirlər. Digər reaksiyaları da yada salmaq la-
zımdır, tez-tez olmasa da, amma aşağıda verilmiş misal kimi: “Nə 
ət, nə sümük var, polyak isə kosmosa uçur”. 
Polşaya Pyotr və ailələrimizlə 22 iyuldan əvvəl gəldik ki, Polşa 
Dirçəlişinin 34-cü ildönümünü qeyd edək. Bizi şövqlə qarşıladılar. 
Birdən-birə  məşhurlaşdım;  bununla  necəsə  yaşamaq  lazım  idi 
-  amma  necə?  Saysız-hesabsız  məktublara,  teleqramlara  cavab 
verməyə  çatdırmırdım.  Təsəvvür  edə  bilməzdim  ki,  xoş  olan 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə