Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə75/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

208
ALTINCI  HISSƏ
məşhurluq  cavabdehlik  tələb  edir  və  zamanla  problemli,  hətta 
yorucu ola bilər.  
Elmi  təcrübələrin  hazırlanmasında  iştirak  edən  Polşa  Elmlər 
Akademiyası və dövlət elmi institutları mənimlə Pyotru ali mükafatlara 
layiq gördülər. Kosmik uçuşa görə əsas mükafat – yaşıl rəngli “Polonez“ 
markalı avtomobil məni çox sevindirdi. 
Ölkə ərazisində ikihəftəlik tur dəqiqliklə planlaşdırılmış tədbir 
idi. Alimlər, əsgərlər, gənclər, mədənçilər, zavod və fabrik işçiləri, 
skautlar,  pilotlar  və  aeroklublarda  model  hazırlayan  mütəxəssis-
lərlə görüşdük. Həyat yoldaşlarımız qadın proqramlarında iştirak 
edirdilər. Vrotslavda şəhərin fəxri vətəndaşı statusuna layiq görül-
düm. Doğma hərbi hissədə - 11-ci qırıcı alayı və Volovda, doğma 
liseydə  dost  və  müəllimlərimlə  görüş  çox  təsirli  oldu.  Hər  yerdə 
maraq oyadırdıq. İnsanlar bizə qarşı çox mehriban idilər, bizə hör-
mət bəsləyirdilər. Alqışlar bitmək bilmirdi.
Radomda ilk dəfə olaraq Pyotra paxıllıq etdim. Nə ürəkdən qar-
şılandığına, nə də şəhərin fəxri vətəndaşı olmasına. Pyotr oradakı 
Qızıl  Ordunun  qəbiristanlığında  atasının  qayğı  ilə  təmir  edilmiş 
məzarına əklil qoymaq imkanına malık idi. Mənimsə belə şansım 
yox idi. İndi, neçə illər keçdikdən sonra, öz atamın qarşısında baş 
əyə bilərəm. Məzarı önündə deyil, çünki artıq mövcud deyil, Berez-
nedə  hətta  polyak  qəbiristanlığı  yoxdur.  Bu  gün  Varşavada  onun 
adı yazılmış yerdə, Volin Skverində, Milli Ordunun 27-ci diviziya-
sının Qəhrəmanlar Abidəsinin önündə, Paris ətrafındakı Montmo-
rensidə, “Postumuzda qaldıq” lövhəsi yerləşdirilmiş polyak qəbi-
ristanlığında,  Zamoşç  Rotondasında  və  onun  rəmzi  məzarı  olan, 
anamın Vrotslavdaki qəbri yanında əklil qoya bilərəm.
Zaman ötdükcə anladım ki, vaxtımı bir neçə adam idarə etməyə 
başlayıb,  özüm  haqqında  fikirləşmək  imkanı  sistematik  olaraq 
əlimdən alınmışdı. Yüksək səviyyəli məmurlar uğurumla elə öyü-
nürdülər  ki,  sanki  bu  onların  işi  idi.  Hesab  edirdilər  ki,  müxtəlif 
təntənələri qeyd etməli, fəxri komitələrdə oturmalı, lentləri kəsmə-
li, yəni bəzək kimi hər an onların qulluğunda olmalıyam.  
Xidməti  borclarımı  bəhanə  gətirərək,  bu  vəziyyətdən  qaçmağa 
çalışırdım. Bu zaman komandirlərimə təsir göstərirdilər, onlar ra-
zılaşır, sonra isə tez-tez baş verən səyahətlərimdən narazılıq edir-
dilər. 
Uçuşlar  üçün  darıxırdım,  lakin  mənə  təklikdə  uçmaq  qadağan 
edilmişdi. Bu qadağanı heç kəs izah edə bilmirdi. Bu mənasızlığa 
son qoymaq üçün məni Moskvaya Baş Qərargahın Akademiyasına 
oxumağa göndərməyi xahiş etdim. Təklifimə müsbət cavab aldım. 


209
Oxumağa 1980-ci ilin payızında getdim, əlbəttə ki, ailəmlə. Bizə ev 
verdilər. Oğlum səfirliyin yanında polyak məktəbinə gedirdi, qızım 
isə uşaq bağçasına. Həyat yoldaşım Polyak Radio və Televiziyası Müx-
birləri Bürosunda işə qəbul edildi. Bu, iki psixoloji dincəlmə ili idi. 12 
müxtəlif ixtisaslı polyak zabitləri qrupuna daxil oldum, bunlardan 
ikisi pilot, biri xüsusi təyinatlı, topçu, hava hücumundan müdafiə, 
kimyaçı,  istehkamçı,  məntiqçi  və  bir  neçə  ümumi  hərbi  zabit  idi. 
Akademiyada ikinci kosmonavt-tələbə idim. İki il bundan əvvəl bu 
tanınmış məktəbi iki nömrəli kosmonavt, Qaqarinin əvəzedicisi Ger-
man Titov bitirmişdi. Yaxşı oxumağa çalışırdım və qrupda ən yaxşılar 
arasında ikinci idim. Qrupumuzda 10 nəfərdən ən gec general rütbəsi-
ni alan podpolkovnik Marian Robelek başçımız idi.
Ölkəyə  Akademiyanın əməliyyat və strateji səviyyəli diplomu ilə 
qayıtdım. Polkovnik rütbəsinədək yüksəldim və mənə Hərbi Hava Qü-
vvələrinin Hava Hücumundan Müdafiə  yüksək vəzifə verildi. Təcrübə 
yığandan sonra Varşavanın Bemovində korpus komadirinin müavi-
ni vəzifəsini icra edirdim. 
1984-cü il payızın sonlarında, Demblin məktəbinin rəis müavini, 
sonra isə rəisi vəzifəsinə təyin edildim. Elə məhz orada 1988-ci ildə 
briqada  generalı  rütbəsi  aldım.  Demblində  işlədiyim  illəri  xüsusi 
məmnuniyyətlə  yada  salıram.  Tək  uçmağ  qadağasını  aradan  qal-
dırmağa nail oldum. Plakatdakı qəhrəman olmaq istəmirəm – izah 
edirdim.  Öz  aviasiya  karyeramda  bir  az  gerilədim.  Ancaq  məktə-
bin reaktiv “İskra” və turbovintli “Orlik” təyyarələrində uçurdum, 
amma onlardan istədiyim qədər istifadə edə bilirdim. Tez-tez təli-
matçı qismində tabeliyimdə olan vahidlərin pilotları və kursantlarla 
uçurdum, onlardan biri də oğlum Miroslav idi. Aviasiya sənətkar-
lığında  təcrübəli  olan  “İskra“ların  pilotları  mənə  bir  neçə  maraqlı 
pilotluq manevrləri öyrətdilər. Mazovetski Tomaşov məktəb alayı-
nın komandiri Aleksandr Veştort tayı-bərabəri olmayan hava akro-
batı  idi.  Həmçinin  Demblin  alayının  komandiri  Maçey  Novaçıkin, 
əsasən də birgə yalançı hava mübarizəmiz zamanı pilotaj bacarıq-
larına  heyran  qalırdım.  Onlar  və  oxşarları  gələcək  pilotları,  bizim 
davamçılarımızı öyrədirdilər.
Şahinlər  Məktəbinin  tarixində  ilk  dəfə  olaraq  birinci  attestasi-
yanın  60-cı  ildönümü  ilə  əlaqədar  Demblin  məktəbinin  müharibə-
dən əvvəlki şagirdlərini ziyarət etmişdim. Əfsanəvi şəxsləri, Böyük 
Britaniya uğrunda döyüşlərin qəhrəmanlarını, kitablardan tanıdıq-
larımı,  303-cü  diviziyanın  iki  məşhur  keçmiş  başçısı,  polkovniklər 
Yan Falkovskini və Voyçex Kolaçkovskini, eləcə də yüzlərlə qırıcı, 
bombardmançı,  naviqasiya  pilotlarını  –  bir  sözlə,  faşizm  üzərində 
ORBİTİN QARANLIQ TƏRƏFİ


210
ALTINCI  HISSƏ
qorxulu  müharibənin  bütün  cəbhələrində  hava  məkanında  döyüş 
iştirakçılarını tanıdım.  
Demblində dörd il rəis vəzifəsində çalışdıqdan sonra Hərbi Hava 
Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunları komandanının 
müavini  vəzifəsinə  təyin  edildim,  sonra  isə  Milli  Müdafiə  Naziri 
Stanislav Dobjanskinin məsləhətçisi oldum. Onun davamçıları məni 
vaxtından  əvvəl  ehtiyata  göndərməyə  çalışırdılar,  lakin  məhkəmə 
mənim  lehimə  qərar  qəbul  etdi. Aviasiyada  2001-ci  ilədək  xidmət 
etdim, lakin növbəti müdafiə nazirlərinin (indi onlara haqlı olaraq 
MMON şefləri deyilir) heç biri mənə 40 illik xidmətə görə təşəkkür 
etmədi. Mənə mənsub olduğum son uçuşu da heç biri təşkil etmə-
mişdi. Ehtiyata çıxandan bir il sonra, 2002-ci ilin 15 avqust tarixin-
də  yenidən  mundir  geyindim.  Belvederin  həyətində  məni  cənab 
Prezident Aleksandr Kvaşnevski qarşıladı və gözəl məktub təqdim 
etdi.  Mundirimdə  növbəti  medallar  parıldayırdı:  əla  səviyyəli  pi-
lotun qartal şəklində nişanı, Polşa Xalq Respublikasının Əməkdar 
Pilotu nişanı, PXR-nın Kosmonavtı nişanı. Yanımda kiçik aviasiya 
qılıncı var idi – bu mükafatı 22 mart 1964-cü il buraxılışından olan 
əla təyyarəçi üçün Milli Müdafiə Naziri layiq görmüşdü. Mundirin 
sol sinəsində Xidmətlərə görə Qızıl Xaç və bircə orden – Təbəssüm 
Ordeni
65
  asılmışdı.  Kosmik  uçuşa  görə  təqdim  edilmiş  I  dərəcəli 
Qrünvald Xaçı tarixin zibilliyinə atılmışdı. 
XX  əsrin  80-cı  illərinin  ortasından  sədrlik  etdiyim  Polyak Ast-
ronavtika Cəmiyyəti ilə Polşa Elmlər Akademiyasının Satelitar və 
Kosmik Tədqiqatlar Komitəsi, ən əvvəla isə, Kosmik Uçuş İştirak-
çılarının Beynəlxalq Assosiasiyası (ASE - Association of Space Exp-
lorers,  rus  dilində  AUKP  –  Assosiasiya  Uçastnikov  Kosmiçeskix 
Polyotov) ilə əməkdaşlıq edirdim. Hər il keçirilən qurultaylarda öz 
məruzələrimi təqdim edirdim. 90-cı illərdə məni ASE-nin icra ko-
mitəsinin üzvü seçdilər, ikinci dəfə bu şərəfli vəzifəni 2005-ci ilədək 
icra etdim.
Ölkə çətin illərini yaşayanda, ASE-nin üzvləri mənə dəstək olur-
dular, cəsarətlə və rəsmi şəkildə məni müdafiə edirdilər. Öz dəlil-
ləri prezident Lex Valensayadək  çatdırdılar, o isə Baş Qərargahın 
rəisi, general Tadeuş Viletskiyə “bütün dünyada tanınmış ilk kos-
monavtımıza  hörmət  bəsləmək  və  xidmətə  qaytarmağı”  məsləhət 
görmüşdü. 
Həyatda  həmişə  olduğu  kimi,  bəziləri  tərəfindən  bədxahlıqla 
65
 Polşada təsis edilmiş bu orden uşaqlar tərəfindən seçilən böyüklərə verilir. Azərbay-
canda həmin orden 2007-ci ilin mart ayında Ələkbər Hüseynova verilmişdi


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə