Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə76/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   73   74   75   76   77   78   79   80   81

211
üzləşəsi oldum. Uçuşa görə  mənə içi dolu lüks villa və ödənişsiz 
xidmətçilərin  verilməsi  xəbərinə  mat  qaldım.  Poznandan  şayiələr 
çatırdı  ki,  pilot  və  kosmonavt  kreslosu  uğrunda  rəqabət  aparma-
ğa qardaşım Vladislav kömək etmişdi. Bəli, bu, həqiqətdir – mənə 
çox kömək etdi. O, həmişə mənim üçün nüfuz sahibi və əlçatmaz 
nümunə idi. Lakin o mənim əvəzimə oxumurdu, əvəzimə uçmur-
du,  dəhşətli  yükləmələrə  dözmürdü,  mənasız  tədqiqatlar  zamanı 
huşumu itirdiyim an mənə oksigen vermirdi, əvəzimə sərt zondları 
udmurdu, səhvlərə görə cərəyanla cəzalandığım zaman əvəzimə öz 
başını vermirdi, qeyri-insani məşqlərdən sonra onun ürəyi bulan-
mırdı. Vladek mənə kömək etdi, çünki pilot və həmçinin rəisim ola-
raq məni, yeni başlamış pilotu ciddi qiymətləndirirdi, məsləhətlər 
verirdi, ən əsası isə, hələ uşaqlıqda aviasiyaya sevgisini mənə aşıla-
mışdı. Vətənpərvərliyi öz doğma evimdə öyrəndim.  
Düzünə qalsa, aviasiyada çoxillik xidmətimi ancaq 2005-ci ildə 
bitirdim. Həmin zaman milli müdafiə naziri olan Yejı Şmaycinski 
sonuncu  uçuşu  icra  etmədiyimdən  xəbər  tutdu.  Əvvəlki  nazirlə-
rin səhvlərini düzəltmək üçün Hərbi Hava Qüvvələrinin başçısına 
şəxsən əmr verdi. 5 oktyabr tarixində hərbi pilotun xidmətini mü-
vəffəqiyyətlə başa çatdıran anı yaşadım, son hərbi təyyarədə vida 
uçuşunu  icra  etdim.  Uçuşda  Demblində  xidmət  etdiyim  vaxtdan 
keçmiş  tələbəm,  artıq  o  zaman  kursantlar  arasında  seçilən  Rışard 
Rutkovski məni müşayiət edirdi. Bu “Miq-29“-dakı uçuş bütün xır-
dalıqları  ilə  həyatımdakı  ilk  uçuşum  kimi  yaddaşımda  həkk  edil-
di. Bu sözləri yazdığım an Rutkovski artıq generaldı. Bu da mənim 
üçün sevinc və məmnunluq mənbəyidir. 
Şəxsi uçuşlar kitabçamda bu qırx dəqiqəlik rəmzi uçuş haqqında 
son yazı aviasiyada çoxillik xidmətimi tamamladı. Sükan arxasın-
dakı  balansım  iki  min  saatdan  artıqdır,  planerlərdən  başlayaraq, 
piston mühərrikli təyyarələr və reaktiv təyyarələrin müxtəlif növ-
ləri “Miq-15“, “Miq - 17“, “Miq-21“, “F-16“, “F-18“, “Mirage-2005“, 
“Su-27“ və “Miq-29“-dək idarə etmişdim.
Təqaüdçü  həyatım  heç  də  darıxdırıcı  deyil.  Sakit  yerdə,  meşə-
nin ortasında həyat yoldaşımla birlikdə tikdiyimiz evdə yaşayıram. 
Həyatımıza qız nəvələrim ilə birgə sevinirik. Polşa və bütün dün-
yadan gələn sonu olmayan məktublarla mübarizə aparıram. Görün-
düyünə görə həyatım rahatdır, lakin bu ancaq illüziyadır, həyatın 
tez-tez bizə müxtəlif sürprizləri olur. Üzərimdə tanınmış mütəxəs-
sis  tərəfindən  aparılan  amansız  cərrahi  əməliyyat  dəhşətə  çevril-
di. Həkim səhvi nəticəsində üç ciddi əməliyyatdan keçəsi oldum. 
Həkimlər həyatda sağ qalmağıma şans vermirdilər. Son əməliyyat 
ORBİTİN QARANLIQ TƏRƏFİ


212
ALTINCI  HISSƏ
həkim  səhvini  təsdiqlədi  və  növbəti  sürprizi  təqdim  etdi.  Qarın 
boşluğumda, üç ay bundan əvvəl ilk əməliyyatdan qalmış 1x1 ölçü-
sündə əməliyyat dəsmalı tapılmışdı. Bu bədbəxtlikdən sağ çıxdım, 
yarım ildən sonra isə itirdiyim otuz kilo çəkimi “qaytardım”, bir il 
yarımdan sonra isə yükləmələrlə “F-16“-nı cavanlıq illərimdə oldu-
ğu kimi idarə edirdim.  
Otuz  ildən  sonra  da  tanındığıma  heyran  qalıram.  Uşaqların 
kortəbii  reaksiyaları məni təəccübləndirir, məncə, bu reaksiya daha 
çox  valideynlərin  hekayələrindən,  daha  az  isə  dördüncü  sinif  şa-
girdləri üçün kitabda təsvir edilmiş kiçik Miruş və Miroslavın nai-
liyyətlərindən irəli gəlir.    
2008-ci ildə siyasi səhnədə məni cəzalandırmaq niyyətləri olan 
siyasətçilər peyda oldu, hərbi rütbəmi almaq, illərcə xidmətə görə 
aldığım  təqaüdü  kəsmək  istəyirdilər,  amma  nəyə  görə?  Burada 
Stanislav Lemin
66
 dediklərini qeyd edəcəm: “Əgər Hermaşevskini 
fransız və ya amerikalı raket kosmosa aparsaydı, yəqin ki, ona daha 
yaxşı münasibət göstərərdiniz”.
66
 Stanislav Lem (1921-2006)- polyak yazıçı, futuroloq, satirik, filosof və fantast idi


KOSMİK AİLƏ
K
osmonavtlar  və  Astronavtlar  Assosiasiyasını,  yəni  Qərb  və 
Şərqdən kosmik uçuşlar iştirakçılarını birləşdirən institutu ya-
ratma ideyası keçən əsrin səksəninci illərinin əvvəllərində meydana gəldi. 
Arabir  astronavtikaya  dair  qurultaylarda  görüşürdük.  Dəmir  pərdənin 
arxasından olan həmkarlarımızla maraqlanırdıq. Dəfələrlə əmin olmuş-
dum ki, “normal” və çox xoş oğlanlardır. Kosmik mövzulara dair eyni 
fikirlərə malik idik, Kosmosu eyni cür yaşayırdıq və eynilə risk edirdik. 
Bizi qəbul etmədiyimiz amil ayırırdı – siyasət. Birləşdirənsə “oradakı”, Yer 
kürəsindən xaricdəki unudulmaz təcrübə idi.  
Bir-birimizə yaxınlaşmaq üçün kosmik imperiyaları ayıran etibar-
sızlıq  buzlarını  əritmək  lazım  idi.  İlk  təşəbbüsü  amerikalılar  etdilər. 
1982-ci  ilin  yazında  amerikalı  Russel  Şveytskart  və  Jeyms  L.Hikman 
SSRİ Elmlər Akademiyasının üzvləri ilə sorğu müzakirələri, amerikalı 
və  sovet  hakimiyyəti  nümayəndələrilə  astronavtlar  və  kosmonavtlar 
birliyinin  yaradılmasının  mümkünlüyü  barədə  danışıqlar  aparırdı-
lar. 1983-cü ildə mövqelər yaxınlaşdı. Maykl Kollins, Edqar Mitçel və 
Russel Şveytskart Moskvaya gəldilər, kosmonavtlar Aleksey Leonov, 
Aleksey Yeliseyev, Vitali Sevastyanov və Valeri Kubasovla görüşdülər. 
1984-cü  ilin  sentyabr  ayında  amerikalı  astronavtlar,  rusiyalı  kosmo-
navtlar və fransız kosmonavt Jan Lu Kretyen Paris ətrafındakı Kerney-
də görüşdülər. Kosmonavtlar və astronavtların ilk konqresinin məhz 
həmin bu yerdə 1985-ci ildə keçirilməsinə dair qərar qəbul edildi.
Parisdən 40 km aralıqda, Ruan tərəfə gedən yolda, qədim ağaclar ara-
sında IX əsrdən qalmış Kerney abbatlığı yerləşir. Bir gün səlibçilər müqəd-
dəs torpağa yürüş etmək üçün burada görüşmüşdülər. Hazırda bu, xanım 
Feliks Amiotun şəxsi mülküdür, o, isə artıq kosmosa uçmuş və yenə də 
bu arzuda olan şəxslərə şərəflə qonaqlıq verdi. Xanımın qızı – zövqlü sa-
rısaç Mari Kristina amerikalı astronavt, 1971-ci ildə Ay üzərinə Apollo-14 
gəmisi  ilə  dördüncü  ekspedisiyasının  iştirakçısı  Edqar  Mitçellə  evlənib. 
Sənayeçi ailəsinin dəbdəbəli iqamətgahı olan Abbatlığın qədim divarların-
da ABŞ, SSRİ, Fransa, Səudiyyə Ərəbistanı və İnterkosmos proqramının 
missiyalarında iştirak etmiş dövlətlərin təmsilçiləri – Bolqarıstan, Çexoslo-
vakiya, Kuba, Monqolustan, ADR, Polşa, Rumıniya və Macarıstandan 25 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə