Безымянный indd



Yüklə 9,98 Kb.

səhifə77/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
1   ...   73   74   75   76   77   78   79   80   81

214
ALTINCI  HISSƏ
kosmonavt və astronavt görüşmüşdü.  
İlk  günlərdə  amerikalı  və  rusiyalı  komandalara  bölünmə  çox  aydın 
görünürdü. Səudiyyə Ərəbistanından olan astronavt, kral ailəsinin üzvü 
Əl-Saud Sultan bin Salman bin Əbdüləziz amerikalıların tərəfini tuturdu. 
Rusların dəstəyi daha böyük idi – biz, yəni İnterkosmos proqramının sək-
kiz kosmonavtı və fransalı Kretyen (“Soyuz-T6” və “Salyut-7” missiyaları) 
onların tərəfindəydik.
Tarixdə ilk görüş Mixail Qorbaçovun – beynəlxalq siyasətin yüksələn 
ulduzunun Fransaya səfərinə təsadüf etdi. ”Perestroyka” sözü dünya kar-
yerasını qurmağa başlayırdı. Həmçinin amerikalılarla rusların birgə uçuşu 
olan Apollo-Soyuz proqramından on il keçirdi. 
Görüşümüzün  məqsədi  nizamnamənin  hazırlanması  və  təsdiq  edil-
məsi, ASE birliyinin həyata keçirilməsi idi. Hər hansı siyasi konteksdən 
qorxurduq və buna görə Assosiasiyanın nizamnaməsində Kosmosun hər-
bi məqsədlərə xidmət edə bilməyəcəyi qeydini əlavə etməmişdik. Daha 
təhlükəsiz formulu işlətdik – kosmik sahənin tədqiqatları insanlara xid-
mət etməlidir. Assosiasiyanın rəsmi dilləri kimi ingilis və rus dilləri seçil-
di, ASE-nın bərabərhüquqlu qərargahları isə San-Fransiskoda və AUKP 
Moskvada fəaliyyət göstərəcəklər.
Mitçellər  bizi  evlərində  qalma  şəraiti  ilə  təmin  etdilər.  Məsləhətləş-
mələr gecə yarısınadək davam edirdi. Zirvə toplantımız ancaq oktyabrın 
4-dən 5-nə keçən gecə Qurultaya çevrildi. Uzun davam edən, gərgin mü-
zakirələrdən sonra etibarsızlıq divarı aşdı. Gecə saat üçdə nizamnaməni 
təsdiqlədik və Kosmos Tədqiqatçıları Assosiasiyasının çağırılması haqqın-
da qərar qəbul etdik. Bu andan kosmonavtlar və astronavtların təşkil et-
dikləri icmaya çevrildik. Şampan verildi. Hadisədən xatirə olaraq təsadüfi 
bir plakata öz imzalarımızı çəkdik. Bu, ənənəyə çevrildi – hər bir qurultay-
dan növbəti bu cür xatirə gətirirəm. Artıq iyirmi beş ədəddir. ASE bağlı 
dairə deyil – kosmik sahədə olanlar, Yer kürəsi ətrafında heç olmasa bir 
dəfə fırlananlar, çəkisizlik təcrübəsinə malik və Yer kürəsini uzaq məsafə-
dən görənlər üçün qapımız açıqdır. 
Sübh çağınadək gözəl əhvalımız var idi. Abbatlığın böyük yemək ota-
ğında növbəti qurultaylara məşhur şəxsləri, bəşəriyyətin sülh yolu ilə inki-
şafına yaxşı təsir göstərən nüfuzlu şəxsləri dəvət etməyi qərara aldıq. Ker-
neydə son banketdə bu xüsusi qonaq qeyri-adi şəxs olmuşdu – Jak Kusto, 
dəniz dərinliklərinin tədqiqatçısı, səyahətçi və yazıçı. Fəxri qonaq hansısa 
anlamda bizə yaxın adam idi. Həqiqətdə okeanın dərinliyi Yer kürəsin-
dən xaricdəki vakuumdan fərqlənir, lakin eynilə insana qarşi ədavətli idi. 
Dərinlik dalğıcları da təklik mühiti ilə tanışdırlar – astronavtlar kimi öz 
intellekti  və  zəhməti  ilə  sualtı  dünyanın  kəşfiyyat  şəraitini  yaradan  in-
sanlar piramidasının zirvəsində dayanıblar. Kusto öz çıxışında dərinlik-


215
də  çəkisizliyin  əvəzedicilərinin  üzəçıxma  faktını  qeyd  etdi.  Onun  çıxışı 
böyük maraqla qarşılandı, çünki kəşfləri Kosmosdakı təcrübəmizə yaxın 
idi. Şveytskart qonağa mükafat təqdim etdi və onun haqqında belə sözlər 
dedi: ”İnsanlardan heç biri bəşəriyyətdə ətraf mühitin qorunması üçün 
belə ciddi məsuliyyət duyğusunu Sizin kimi oyada bilməmişdir”.
Vida axşamı ”son et lumiere” (işıq və səs ) üslubunda qeyri-adı tama-
şa ilə bitdi. Zamana səyahət etdik. Min illər əvvələ, bu möhtəşəm divar-
larda qurulan zamanlara qayıtdıq, məşəllər və səslərlə bizə orta əsrlərdə 
baş verənləri və ov səhnələrini göstərirdilər. Kosmos insanlarının ilk bey-
nəlxalq görüşü gözəl atəşfəşanlıqla sona çatdı.   
ASE-nın ilk Qurultayının şüarı belə idi: ”Yer kürəsi – Bizim Evimizdir”, 
çünki Assosiasiyanın ən əsas məqsədi bu günün və Yer kürəsinin qayğısı-
na qalmaqdır. Assosiasiyanın üzvlərini kosmik məkanı tədqiq və istifadə 
etmək sahəsində beynəlxalq əməkdaşlığı təbliğ etmək, cəmiyyəti insanın 
kosmik məkana çıxmasının tarixi mənası barədə məlumatlandırmaq və 
dünya ictimaiyyətini Kosmik kəşfiyyatlarda əldə edilmiş nailiyyət-
lərin mənasını daha asan başa düşmək üçün birləşdimək niyyətin-
dəyik. 
Assosiasiyanın öz qrafik işarəsi var – bu, Kosmosun qaranlığı fo-
nunda şüşəsində Yer kürəsinin təsviri əks edilən kosmonavtın şle-
midir.  
ASE-nin  ilk  Qurultayının  vacib  amillərindən  biri  dövlət  başçı-
larına  və  hakimiyyətə  Kosmosa  soyuq  müharibə  baxışı  ilə  deyil, 
başqa  bir  nəzərdən  baxmaq,  sülh,  gələcək  nəsil  və  bəşəriyyət  na-
minə kosmik məkanın birgə istifadəsi üçün  alimlərin cəhdlərini bir-
ləşdirməkdir. Hər növbəti Qurultay başqa dövlətdə həmin dövlətin 
kosmonavt və ya astronavtının dəvəti ilə keçirilir. Konqreslər artıq 
Macarıstanda,  Meksikada,  Bolqarıstanda,  Səudiyyə  Ərəbistanında, 
Hollandiyada, Almaniyada, ABŞ-da, Rusiyada, Polşada, Kanadada, 
Kosta-Rikada,  Rumıniyada,  Belçikada,  İspaniyada,  Şotlandiyada, 
Avstriyada və Yaponiyada keçirilib. 2009-cu ildə Praqada, sonra isə 
Malayziyada görüşməyi planlaşdırırıq. 1995-ci ildə Polşada ASE-nin 
Qurultayı  zamanı  fəxri  qonaq  Polşa  Prezidenti  cənab  Lex  Valensa 
olmuşdu, şüarı isə ”Kosmos və müasir cəmiyyət” idi. 
Kosmos insanlarını birləşdirən bağlar çox güclü və təbiidir, buna 
görə tez-tez Ulduz şəhərciyinə gedirəm. Bunun üçün səbəb boldur, 
ya  elmi  simpoziumların  təşkili,  Qaqarinin    uçuş  ildönümü,  missi-
yamızın  ildönümü  və  ya  yubileylər:  Klimukun  60  illiyi,  Valya  Te-
reşkovanın 70 illiyi. Həmçinin səbəb olmadan da Şəhərciyin mühiti 
və  ya  dostlarım  üçün  darıxanda  oraya  gedirəm.  Orada  uşaqlarım 
və qız nəvələrimlə olmuşdum, müəllimlər, həkimlər, təlimatçılar və 
KOSMİK AİLƏ




Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə