Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə79/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   73   74   75   76   77   78   79   80   81

221
dünya  həqiqidir,  məntiqə  arxalanır.  Meşənin  meşə  qoxusu,  çəmənli-
yin çəmənlik, almanın alma, limonun limon qoxusu var, benzin benzin 
qoxuyur. Kosmos isə başqa bir varlıqdır. Ora aparan yol uzundur və 
bəzən  xoşa  gəlməyən  iylərlə  örtülür.  Kosmonavt  namizədlərinin  se-
çim qrupuna düşəndə, heç fikirləşə bilməzdim ki, Kosmosun ətri ilə 
tanış olacağam. İlk iylər heç də xoş deyildi, adi, banal xəstəxana iylə-
ri, Mronqava və Zakopanada gimnastika zallarında məşqlərin qoxusu 
idi. Ulduz şəhərciyində oradakı meşənin, göbələk, ağaclar və güllərin 
unudulmaz təmiz ətirlərini kəşf etdim. Məşq laboratoriyalarının qoxu-
su əbədi olaraq yaddaşımda həkk olundu – dərmanların iyi ilə texniki 
mazların, cərəyanın, alətlərdə olan hidravlik mayelərin, çalışmalar və 
yorğunluğun  iyləri  qarışmışdı.  Bəzən  uzun  davam  edən  fırlanmalar, 
dövriyyələr, yelləncək, sentrifuqa və fırlanan kreslolarda tərs dönmələr 
zamanı elə vəziyyətə gəlib çatırdım ki, vestibülyar aparatım çətinliklə 
dözürdü. Bir gün namizədlərdən biri dözmədi və laboratoriyada başqa 
bir qoxu da yayıldı, bu, məğlubiyyət qoxusu idi. Start istilənmiş beton
qum,  çöllük,  yovşan  iylənir  –  bunlar  məni  Kosmosa  yaxınlaşdırırdı, 
oradakı  həqiqiliyə  aparan  yolun  dəhlizidir.  Metal,  plastik,  lak,  rezin 
və  ya  bütün  metal  hissələr  örtülmüş  döşəmələrin  iyi  hər  yeri  bürü-
müşdü. Nə havatəravətləndiricilər, nə də ətirlərdən istifadə edilmirdi. 
Darısqal otaqda tualetin mövcudluğu hiss olunmurdu. Çox dəqiq inşa 
edilmişdi.  Hava  dəfələrlə  filtrlə  təmizlənirdi  və  oradan  heç  bir  qoxu 
gəlmirdi. Səhər əl-üzümüzü yuduqda iyləri hiss etmək olurdu – kos-
metika ətri saçırdı. Səhərlər dezinfeksiyaedici vasitələrlə zənginlənmiş 
qəhvəyi dəsmallarla yuyunurduq. Bu, ümumi istifadə üçün kosmetika-
nın erkən inkişaf zamanı idi, buna görə dəsmallar sadəcə pis qoxurdu, 
lakin dezinfeksiyaedici vasitə olaraq çox effektiv idi. Yer kürəsindəki 
orbital  stansiyanın  simulyatorunda  hər  bir  otağın  öz  qoxusu  var  idi. 
Kosmosda bütün hissələr boyu xüsusi ventilyatorlar çəkmişdik, buna 
görə iylər qarışırdı. Ventilyasiyanın intensivliyini azaldanda, burunla 
duyulan fərqləri artıq aydın hiss etmək olurdu.   
Özümüz  hazırladığımız  yeməklər  evdə  bişirilən  gözəl  təamların 
qoxularına malik deyildi. Bankadakı ət – hətta qızdırılmış halda – evdə 
qızardılan ətin tam ətrini verə bilmirdi. Bu çatışmazlığı təkrarolunmaz 
dad və ətrə malik çay əvəz edirdi. Bunun, digər yeməklər, ümumiy-
yətlə, dadsız və iysiz olduğuna görə, yoxsa çayda həqiqətən qeyri-adi 
nəyinsə olduğundan baş verdiyini tapmaq itəyirdim. Sonralar məlu-
mat aldım ki, sirr çayın Yer kürəsində hazırlanma üsulundadır. Pinse-
tin köməyi ilə budaqdan ən zərif yarpaqlar götürülürdü. Kosmik çayın 
ətri, dadı və iyi onu ömrümdə içdiyim ən nəcib içki kimi yaddaşda sax-
lamağa səbəb olmuşdu. Bir gün Yer kürəsindən məlumat aldım ki, ”+y 
KOSMOSUN QOXUSU


222
YEDDINCI  HISSƏ
oxunda, 7 nömrəli dolabda 42 nömrəli bağlama var, sürprizdir”. Açdım 
və  karıxmış  halda  oxudum:  “Miroslav  üçün  polyak  biqosu”.  Mənim 
üçüm  polyak  biqosu  hazırlamışdılar!!!  Bir  neçə  andan  sonra  orbital 
stansiyanın göyərtəsinə dünyanın ən gözəl qoxusu yayıldı. Biqos hamı 
üçün çox dadlı idi, mənim üçün isə həm dadlı, həm də əlavə olaraq xoş 
idi. Deməli, Kosmos polyak biqosunun ətrini də verə bilər. 
Kosmosda Yer kürəsindən olan hər şey xüsusi ilə dəyərlidir. Orbitə 
uçaraq həmkarlarım üçün hədiyyələr apardım. İki həftə idi ki, onların 
Yer kürəsi ilə fiziki əlaqələri yox idi. Səbirsizliklə hədiyyələri gözləyir-
dilər. Saşa üçün həyat yoldaşının adından bir neçə alma və iki limon 
gətirmişdim.  Ona  dedim:  “Buyur,  bu  Rimmadandır”.  Necə  reaksiya 
verdiyini gördüm, gözləri dolmuşdu. Almalardan birini dəqiqliklə seyr 
etdi, qoxladı. Sonunda soymağa başladı. Kabinəyə Yer kürəsinin ətri 
yayıldı. Almanı dörd hissəyə böldü və bizə təklif etdi. Pyotrla qətiy-
yətlə imtina etdik. “Siz yeyin, biz bir azdan qayıdırıq”, – Pyotr dedi. 
Bu meyvələrdən hamımız faydalandıq. Soyulmuş qabıqları sənədləri, 
qeydləri və ya digər bərkidilməmiş əşyaları saxlamaq üçün istifadə et-
diyimiz rezin lentlərlə divarın böyrünə bərkitdik. Və iki xiyaban ya-
ratdıq – sol (-y) limon və sağ (+y) alma xiyabanı idi. Onların yanında 
üzərək, Yer kürəsini əvəz edən ətirlərdən böyük sevinclə zövq alırdıq.  
Çəkisizlik şəraitində duyğular, eləcə də iybilmə hissi daha da sərt-
ləşir. Bunu gözlənilmədən baş verən iy hadisəsi vaxtı və ondan sonra 
uzun müddət hiss edə bildik. Nahardan əvvəl elektrik qızdırıcısına şor-
ba və konserv tübikləri qoyduq. Avtomatı 4,5 dəqiqəyə qurduq. Naharı 
gözləyərək hərəmiz öz işi ilə məşqul olmağa başladıq. Mən Yer kürə-
sini müşahidə etməkdə və daha maraqlı mənzərələrin şəklini çəkmək-
də  davam  edirdim.  Birdən  qulaqbatıran  partlayış  gurultusu  eşidildi. 
Mərkəzi hissəni tüstü bürüdü. Tez hərə öz gəmisinə atıldı. Bizim gəmi-
miz  stansiyanın  qarşı  tərəfinə  birləşdirilmişdi.  Tüstü  buludunda  Ko-
valyonokla toqquşdum. “Mətbəx partladı”, – o qışqırdı. Həqiqətən də, 
yanmış yeməyin iyini hiss etdim. Tüstü partlamış tübikin buxarı imiş, 
onun içindəkilərsə göyərtənin ətrafına yayılmışdı. Qalıqlar çəkisizlik-
də yuxarı qalxaraq, müxtəlif canlıların sürüsünə bənzəyirdi, məsələn, 
hərəkət edən, bir-birinə ilişən və fırlanan iyrənc hörümçəklərə oxşayır-
dı. Gülməyə başladıq və cəld uçan qalıqları yığdıq. Səhnə çox məzəli 
idi. Müxtəlif vəziyyətlərdə uçurduq, uçanları tutmaq üçün bir-birimizə 
dəyirdik. Külə dönmüş yeməyin iyi xoşagəlməz və qıcıqlandırıcı idi. 
Şiddətli  hərəkətlərlə  vestibülyar  aparatımı  yükləndirdim.  Sıxıntı  və 
ürək bulantısı hiss etdim. Nahardan imtina etdik. Qapalı bir yerdə ol-
maq istədim, çünki üstəlik başım da fırlandı. Rezin paketlə stansiya-
nın  arxa  hissəsinə  uzdüm.  Pyotr  orada  artıq  öz  paketi  ilə  dincəlirdi. 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə