Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə8/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

31
PLANERDƏN REAKTIV TƏYYARƏYƏ QƏDƏR
sözləri  yadda  saxladım.  1961-ci  ildə  Aviasiya  Zabitləri  Məktəbinin 
praporşiki  olduğum  zaman  bu  qaydaya  əməl  edirdim.  Nəticəsini 
gördüm.
1954-cü ildə ilk dəfə anamla Varşavaya Vladekin dəvəti ilə gəlmişdik. 
O, Bemovoda iyirmi nömrəli tramvayın terminalı, yəni hava limanının 
yaxınlığında  yerləşən  gözəl  ikiotaqlı  mənzildə  yaşayırdı.  Günün 
vaxtından  asılı  olmayaraq,  reaktiv  təyyarənin  mühərrikinin  səsini 
eşidən  kimi  hava  limanına  tərəf  qaçırdım,  orada,  hasarın  yanında, 
kolda  uzanıb  enmə  meydançasının  havasını  ciyərlərimə  çəkirdim. 
Təyyarələr  20-30  metrlik  məsafədə  idi.  Bir  neçə  saatdan  sonra  anam 
məni varenik və ya hər hansı şorba qazanı ilə tapırdı. Elə olurdu ki, 
şam yeməyinə gəlmirdim, çünki gecə uçuşları daha heyranedici idilər. 
Əsgərlərlə tanış olduqdan sonra onlardan bir qazança sıyıq və indiyə 
qədər  dadını  unutmadığlm  kotleti  alırdım,  sonra  isə  məni  hasardan 
keçirirdilər. Təyyarələrin yanında kiçik işləri yerinə yetirməyimə icazə 
verirdilər. 
İllər sonra Babitse hava limanında hərbi təyyarə ilə dəfələrlə enib 
və postumun yanında hərəkət edərkən bir dəqiqəlik təyyarəni saxlayıb 
salamlaşırdım.
Ümumi  təhsil  liseyində  oxuyarkən  model  düzəltməklə  məşğul 
olmağa başladım. Çardaqdakı otaqda kiçik model sexi quraşdırıb, boş 
vaxtlarımı orada keçirirdim. Hər ideal model onun haqqında texniki-
tarixi  bilikləri  aldıqdan  sonra  bir  neçə  həftə  ərzində  yaxın  parkda 
kəsilmiş cökədən arzular obyektinə dönürdü. Modellərin kolleksiyası 
böyüyürdü, bununla birgə zəif qiymətlərin kolleksiyası da durmadan 
zənginləşirdi.  Fikirlərim  planerin  kabinəsində  idi,  çünki  tətillərdən 
və onuncu sinfi bitirəndən sonra planer pilotu nişanı ilə qayıtmışdım. 
Mən planerlən ilk dəfə “səyahət”ə çıxanda, Vladek Qrünvaldda məşhur 
qalibiyyətin 550-ci ildönümündə 64 qırıcıdan ibarət şahmat qaydasında 
uçan birgə qrupa rəhbərlik edirdi. Mən ona heyran qalmışdım, bütün 
Polşa və dünya təyyarəçiləri kimi. 
Liseydə  gözəl  müəllimlərim  var  idi:  polyak  dilindən  xanım  prof. 
Mitskeviç,  fizika  fənnindən  prof.  Zebrovski,  tarixdən  prof.  Haydo, 
riyaziyyatdan  prof.  Peşlak.  Fəlsəfəyə  giriş  fənnindən  dərs  deyən 
Ksöndz Bosakın həyata dair məsləhətləri çox dəyərli idi. Tərbiyəçilərim 
həvəsimi başa düşürdülər, lakin məni təyyarəçi rolunda heç təsəvvür 
edə bilmirdilər. Qamış özü uça bilməz – müəllimlərim deyərdi. Önündə 
durduğum  seçki  komissiyası  da  eyni  fikirdə  idi.  Məni  ələ  salırdılar, 
lakin  bu  ən  qorxulusu  deyildi.  Onlar  mənim  orduya  yaramadığım 
qənaətində idilər – C kateqoriyasını aldım, bu isə orduda xidmətə tam 
yararlı olmadığımdan xəbər veriridi. Planerdə uçmaq arzumu eşidəndə 


32
IKINCI HISSƏ
isə daha bərk gülməyə başladılar. Mənim dünyam beləcə darmadağın 
oldu. 
İllər sonra həmin şəxslərdən biri məni Vrotslavda həyat yoldaşına 
hamının  eşidəcəyi  səslə  təqdim  etdi:  “Bax,  Başya,  bu,  polkovnik 
Hermaşevskidi.  Mən  onu  Aviasiya  Zabitləri  Məktəbinə  yönəltdim“. 
Əlbəttə  ki,  həmin  vaxt  mənə  göstərilən  “xeyirxahlığa“  görə  ona 
təşəkkür etdim.
Aviasiya  təhsilim  müddətində  uçuş  sənətində  təcrübələri  olan 
və  həvəsimi  başa  düşən  gözəl  insanlara  rast  gəlirdim.  Baş Aerotibbi 
Tədqiqatlar Mərkəzində iki dəfə məğlubiyyət yaşadığıma baxmayaraq, 
Vrotslav  Aeroklubuna  qəbul  edilmişdim.  VA-nın  o  zamankı  müdiri 
polkovnik  Antoni  Zcislav  Mayevski  biliklərə  yiyələnmək  istəyimə 
görə  mənə  ciddi  istehza  ilə  yanaşırdı.  Onlarla  suallar  verirdi.  Sonda 
ilk dəfə aviasiya və uçuş barəsində ilk dəfə bu qədər məhdud biliklərə 
malik insan gördüyünü dedi. Planer nəzəriyyə kursunu yaxşı qiymətlə 
bitirdim.  Müvafiq  təyinatla  Voluvdan  iki  dostumla  birgə  Oleşnitsa 
hava limanına gəldik. Elə oldu ki, kurs bir həftə sonra başlayası oldu. 
Dostlarım öz evlərinə döndülər, mənsə qaldım. Qayıtmaq üçün pulum 
yox idi, ona görə də Texniki Aviasiya Zabitlər Məktəbinin ərazisində 
əsgər mətbəxində ştatdankənar köməkçi vəzifəsinin mənə düzəldim. 
Kartof,  tərəvəz  soyurdum,  yeşikləri  daşıyırdım.  Bunun  müqabilində 
hansısa anbarda yatırdım, hər şeydən öncə isə təyyarələrlə əlaqəm 
var  idi,  çünki  TAZM-də  hərbi  təyyarələrin  xidməti  üzrə  gələcək 
mexanik və texniklər  təhsil alırdılar. Burada müxtəlif növlü hava 
gəmiləri var idi.
Bir  həftədən  sonra  HAH-1  (Hərbi  Aviasiya  Hazırlığı)  kursunun 
iştirakçısı  oldum.  Arıq  cüssəli,  yerdə  məşğələlər  zamanı  son  dərəcə 
dəqiq,  havada  isə  rahat  və  sakit  təlimatçı  Eugeniuş  Mlınarskinin 
himayəsi altında idim. 
11 iyul 1960-cı il tarixində qeydiyyat nömrəsi SP-2200 olan “Vağ“ 
planerinin kabinəsində pilot vəzifəsinə namizəd rolunda ilk uçuşumu 
həyata keçirmək üçün onunla əyləşdim. Dostlarım paraşütü taxmaq və 
kəmərləri bağlamağa kömək etdilər. Birinci kabinədə arxada təlimatçı 
əyləşmişdi. “Hazırsan?“ – soruşdu. Emosiyalarım aşıb-daşırdı, başımla 
razılığımı bildirdim. Qaldırıcı vasitəsi ilə uçuşa başladıq. Polad buraz 
planerin  gövdəsini  qəribə  səslə  dolduraraq  dartılırdı.  Yerimizdən 
tərpəndik. Demək olar ki, planer dərhal otdan ayrılıb burnunu səmaya 
tərəf  yönəltdi.  Təlimatçının  səsini  eşitdim:  “Daha  güclü  dart“.  Eyni 
zamanda öz qulpunu da çəkdi. Planer şahə qalxdı. Nə yeri, nə üfüqü 
görmürdüm, yalnız göy üzünə yönəltdiyim ayaqlarımı görürdüm. Bu 
mövqe divanın üstündə qoyulan stullarda təyyarəçi rolunu oynadığım 


33
PLANERDƏN REAKTIV TƏYYARƏYƏ QƏDƏR
zamanki  duruşuma  bənzəyirdi.  Nəfəs  belə  ala  bilmirdim.  Bir  neçə 
dəqiqədən  sonra  250  metr  hündürlükdəydik.  Cihazların  sürətimizin 
70 km/s olduğunu göstərməsinə baxmayaraq, planer elə bil hərəkətsiz 
dayanmışdı. Bu, tanışlıq uçuşu idi. İdarəetmə cihazlarına, demək olar 
ki,  toxunmurdum.  Baxışımla  ətrafda  olan  hər  şeyi  qeydə  alırdım. 
Hava limanı üzərində müəyyən olunmuş dairəni həyata keçirdikdən 
sonra enmə meydançasında idim. O zaman eşitdim: “İşarələrdən öncə 
planlaşdır“. Elə bilirdim ki, hava limanına enə bilməyəcəyik, çünki çox 
kiçikdi (əslində isə 3000 metr idi!). Vəziyyət hər saniyə dəyişirdi. Yerə 
tərəf  gedirdik.  İstər-istəməz  torpaqla  toqquşacağımızı  fikirləşəndə, 
idarəetmə  cihazlarında  təlimatçının  qərarında  dönməz  reaksiyasını 
hiss  etdim.  Xilas  edilmişdim.  Otlara  dəyən  gövdənin  səsini  eşitdim 
və  bir  andan  sonra  Vağ  enmişdi.  Həyəcanla  “Əladır“  qışqırdım  – 
təlimatçının enməsini deyil, bütün uçuşu nəzərdə tuturdum. Arxadan 
eşitdim: “Deyəsən, yaxşı uçacaqsan. Təbrik edirəm“. Uçuş üç dəqiqə 
davam edib - 6.26-dan 6.29-dək. 
Təlimatçı Mlınarskinin sayəsində 29 iyul tarixində ilk dəfə müstəqil 
olaraq uçuşu yerinə yetirdim. Doğrudan da, tək uçduğuma əmin olmaq 
üçün bir neçə dəfə arxaya dönüb baxdım. Əmin olandan sonra isə 
var-gücümlə “Baxın, tək uçuram!“ - deyə qışqırdım. Yerə endikdə isə 
təlimatçıdan ənənəvi şapalağı aldım, sonra isə onun və beş dəqiqə 
bundan əvvəl ilk dəfə tək uçan dostum Zıqmuntun təbriklərini qəbul 
etdim. Həyəcanlı şəkildə özümə and verdim ki, bu tətili uçuşa həsr 
edəcəyəm. Daha sonra bütün həyatımı həsr etdim. On iki nəfərdən 
ibarət  qrupdan  hamı  planer  pilotu  olmadı.  Bəzilərinin  motivi 
olmadı,  bəziləri  inkişaf  edə  bilmədilər.  Üç  həmkarım  gözümüzün 
önündə  Yunak-təyyarəsi  ştoporu
19
  yerinə  yetirərkən  qəzaya 
uğrayandan sonra evə döndülər. Pilotlar torbaları dairəyə tullamağı 
öyrənirdilər.  Təəssüflər  olsun  ki,  hədəfə  təyyarəylə  düşmüşdülər, 
pilotlardan birisə həlak olmuşdu. 
Növbə  zamanı  kifayət  qədər  ciddi  nizam-intizam  var  idi. 
Günümüz dan yeri sökülməmiş başlayırdı. Yuxulu vəziyyətdə otların 
üstü  ilə  ayaqlarımızı  sürtə-sürtə  hava  limanının  o  biri  tərəfində 
yerləşən anqarlara gedirdik. Orada texniki baxış keçirəndən sonra 
bir kilometrlik yol boyu əl ilə planerləri starta çəkib sürürdük. Hər 
gün başqa cür olan günəşin doğması bizim mükafatımız idi.
Uçuş günü uçuşun özündən fərqlənir. Bu, çoxlu fiziki güc tələb 
19
Ştopor  –  vintvarı  xətt  üzrə  sürətlə  başı  aşağı  enməkdən  ibarət  yüksək  təyyarəçilik 
üsulu


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə