Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə80/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   73   74   75   76   77   78   79   80   81

223
Özümüzü dəhşətli dərəcədə pis hiss etsək də, bir-birimizə gülümsədik. 
Yanmış yeməyin iyi örtüklərə hopdu və missiyanın sonundadək keç-
mədi. Dəfələrlə mətbəxin yanından üzəkən nəm iyi məni qıcıqlandırdı. 
Yer  kürəsinə  dinamik  düşürdük.  Kapsulun  enmə  trayektoriyasını 
əhatə edən alovun mənzərəsi maraq oyadırdı, beyin isə şüurlu olaraq 
yanğın iyini yaradırdı. Alovadavamlı örtüklə qorunurduq. Kapsul ger-
metik olsa da, yanğının iyini aydın hiss edirdik. Yerlə toqquşma, yəni 
„yumşaq eniş”, macəranın sona çatması haqqında xəbər verdi. Lyuku 
açdıqdan  sonra  böyük  hava  udumu  aldım.  Bu,  missiyanın  ən  gözəl 
qoxusu  idi. Nəfəs almırdım, təkrarolunmaz dada malik olan havanı 
içirdim, xoşbəxtlik və uğur qoxusu, salamlama zamanı çörəkdən gələn 
həyat ətrini duyurdum.
KOSMOSUN QOXUSU



TƏXƏYYÜLÜN SƏRHƏDDİNƏ QƏDƏR
Hər şey sirdir, heç nəyi mübahisəsiz dəqiqləşdirmək mümkün deyil. 
Empedokl
A
rtıq yetkin pilot olaraq uzun illər ərzində Polşa səmasını 
qırıcı təyyarənin kabinəsindən ölçüb-biçirdim, lakin bir 
gün  səma  mənim  üçün  Kosmosa  çevrildi.  Həyatımda  ilk  dəfə  ona 
„toxuna” bildim. Onun sonsuzluğu mənim, insanın necə kiçik, köv-
rək  olduğunu  göstərdi.  Böyüklüyə,  Kosmosun  mükəmməlliyinə, 
onun  ideal  harmoniyası,  sakitliyi  və  əbədi  olmasına  qarşı  böyük 
itaət  hissi keçirdim. İtaət  birdən yaranmır. Orbitdə ilk dəqiqələr, 
həqiqətən də, intellektual eyforiyadır. ”Yer kürəsini uzaqdan görən 
bir neçə nəfərdən biriyəm - deməli, güclü qüvvəyəm”. Ağıl-fərasət 
tez  yaranır,  mən    insan  intellekti  və  ruhu  sayəsində  buradayam. 
Özümü tanımaq, səssizliyin hüdudsuzluğunun və məkanın nəhəng-
liyinin mənasını aşkar etmək üçün mənə səmada milyonlarla ulduz 
görmək  lazımmış.  Kosmos  anlamaqda,  öz  mövcudluğunun  məna-
sını başa düşməkdə çox kömək edir. Bəs mən hüdudsuz Kosmosla 
müqayisədə kiməm? Heç kim, sadəcə kiçik qum zərrəsiyəm, məna-
sı olmayan bir tozcuq, lakin düşünən tozcuq. Bəs sən, kosmonavt, 
kimsən, kəşfiyyatçı, səyahətçi, bəlkə də gələcəkdə uzaqlara aparan 
səyahətlərin pioneri? Birinci Yuri Qaqarin olmuşdu. 12 aprel 1961-ci 
ildə – bu günü xatırlayıram – dünya heyran qalmışdı. İnsan fizika 
qanunlarına, minlərlə maneələrə, öz zəifliyinə üstün gəldi və əbədi 
arzuları  həyata  keçirdi.  Yer  kürəsini,  Ananı  və  bəşəriyyətin  əbədi 
beşiyini 108 dəqiqəlik tərk etdi.      
O,  Kaluqadan  olan  təvazökar  müəllim,  dahi  mütəfəkkir  və  da-
marlarında polyak qanı axan Konstantin Siolkovskinin söylədiklə-
rini rəhbər tutaraq Kosmosa getdi. Yarım əsr əvvəl Siolkovski belə 
demişdi:  „Planet  düşüncənin  beşiyidir,  lakin  daima  beşikdə  yaşa-
maq olmaz... Bəşəriyyət əbədi Yer kürəsində qalmayacaq, lakin işıq 
və məkanı təqib edərək, ilk əvvəl qorxa-qorxa atmosferin xaricinə 
çıxacaq, sonra isə günəş sistemini bütövlüklə fəth edəcək”.
Bu, çox peyğəmbərcəsinə söylənmiş sözlər idi. Bu gün daimi ola-
raq Kosmosda mövcuduq. İnsan Aya da gedib çatdı. Məntiqlə dü-


226
YEDDINCI  HISSƏ
şünsək, demək olar ki, növbəti məqsəd Mars olacaqdır. Bu həqiqət-
dir,  lakin  düzünə  qalanda,  söhbət  həmin  sirli  planetdən  getmir. 
İnsanın Kosmosdakı fəaliyyətinin əsas məqsədi Ay və ya Mars, eləcə 
də Yer kürəsindən xaricdəki hər hansı nöqtə deyil, lakin bəşəriyyətin 
inkişafına Yer kürəsində əbədi qalaraq nail olmaq mümkün deyil. 
İnsanların  bir  çoxuna,  hətta  ali  təhsili  olanlara,  hələ  müasir 
dövrdə  elə  gəlir  ki,  astronavtika  sivilizasiyanın  inkişafı  üçün  əsas 
istiqamətlərlə  heç  bir  əlaqəsi  olmayan  bir  sahədir.  Bəziləri  hər 
hansı  təcrübənin  faydalarını  görürlər,  lakin  deyirlər  ki,  bunları 
daha ucuz başa gələn vasitələrlə əldə etmək olardı. Buna etiraz edə 
bilmərik,  lakin  bir  şey  də  var  ki,  həmin  yol  daha  uzun  olacaqdı. 
Hərçənd    astronavtikadan  başqa  heç  bir  sahədə  elmi,  texniki 
qurğuların saz və etibarlı olması, eləcə də bir neçə il bundan əvvəl 
heç  kəsin  arzulaya  bilməyəcəyi  ölçülərədək  elektronik  sistemlərin 
kiçildilməsi və kiçiltmə imkanları problemlərinin təcili həlli ehtiyacı 
üzə çıxmır.      
Kosmosda  arzularımızı  reallaşdırırıq,  fürsətdən  istifadə  edərək 
insanın  təbiəti,  Kainatı  fitri  tanımaq  ambisiyalarını  sakitləşdiririk. 
Kosmosdan özümüz də faydalanmağa çalışırıq, bəlkə də hər şeydən 
əvvəl orada həyatı və həmçinin bütün bəşəriyyət üçün uzaq gələcək 
perspektivlərini axtarırıq. 
Bu gün Kosmosun tədqiqatı tək insanın orada mövcudluğu ilə as-
sosiasiya edilmir, hərçənd insan orada bir ildən uzun müddət ərzin-
də yaşaya bilər. Həmçinin insan tərəfindən istehsal edilmiş cihazlar 
günəş sistemimizin planetlərinə daxil olur, eləcə də ”Voyager” kimi, 
bizim Sistemi tərk edərək Kainatın hüdudsuzluğuna doğru uçurlar. 
Milyard  işıq  ili  ilə  ölçülən  Kosmosun  böyüklüyü  insan  üçün 
ancaq  işıq  üfüqünün  bir  saniyə  keçən  dərinliyinədək  əl  çatandır. 
Demək  ki,  Kosmosda  artıq  50  illik  fəaliyyətə  baxmayaraq,  Kainatı 
tanıma böyük odisseyasının ən erkən mərhələsindəyik.    
Kosmosa səyahət etmə imtiyazı hər kəsə verilməyib, ancaq 474 
kosmonavt və astronavt buna malikdir. Faktiki olaraq biz hamımız 
kosmik dənizçilərik. Yer kürəsi orbitlə Günəşin ətrafında saniyədə 
30  kilometr  sürəti  ilə  fırlanır,  Günəş  isə  öz  sisteminin  bütün  pla-
netləri ilə Herkules bürcü istiqamətində saniyədə 20 kilometr sürəti 
ilə üzür. Nəhayət, Kainatda milyardlarla qalaktikalardan biri olan  
Qalaktikamız  öz  oxu  ətrafında  fırlanır.  Onun  ölçüsü  ağlasığmaz 
dərəcədə nəhəngdir. O, 10 min işıq ilinə yaxın spiral strukturu və 
150 min işıq ilinə yaxın diametr təşkil edir, özündə yüz milyardlar-
la ulduzu ehtiva edir, bizim Günəş sistemimizsə heç də mərkəzdə 
yerləşmir, mərkəzdən 30 min işıq ilinə yaxın məsafədə yerləşir. Ən 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə