Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə9/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
1   ...   5   6   7   8   9   10   11   12   ...   81

34
IKINCI HISSƏ
edən daimi təlimdir. Yerə endikdən sonra əl ilə planeri start yerinə 
aparır,  dartan  cihaz  işə  düşəndə  isə  uzunluğu  bir  neçə  yüz  metr 
olan burazı qaçaraq bucurğada
20
  qədər çəkirdik. Bəzən öz növbəmi 
gözləyərkən cibimdən latın dili kitabından bir vərəq çıxardıb, planerin 
qanadının  kölgəsində  Ovidinin  poeziyasını  əzbər  öyrənirdim.  Bunu 
daxilimdəki tələbə görə etmirdim, vəzifəmə görə edirdim. Latın dilini 
öyrədən professora yaxşı bildiyim mətnlə cavab verməli idim. 
Təlimin  sonunda  sırada  Zıqmunt  Borıslavski,  Franek  Paynovski, 
Valentı Plonka, Vatsek Şetelnitski, Yanuş Rudı və  Boqdan Linevski ilə 
qaldım. 
Bir  neçə  bəxtəvərlə  birgə  avqust  ayında  Karkonoşeda
21
  hələ 
müharibədən  əvvəl  tanınmış  Yejuv  Sudetski  planer  meydançasının 
üstündə  uçurduq.  Orada  himayəçim  təlimatçı  və  pilot,  gözəl  insan, 
aviasiya haqqında böyük biliklərə malik və yüksək fiziki hazırlığı olan 
–  xanım  Lidiya  Pazio  idi.  Xanım  Lidiya  özüm  haqqında  bilmədiyim 
xüsusiyyətlərimi  üzə  çıxarmışdı:  inad,  başqalarından  çox  şey  əldə 
etmək  istəyi,  tədbirlilik  və  havada  olarkən  mühakimə  yürütmək 
qabiliyyəti.  Orada  ilk  dəfə  planerlə  ştoporu  və  mənə  çox  güclü  təsir 
bağışlayan  müxtəlif  pilotaj  fiqurlarını  görmüşdüm.  Yejuvda  ilk 
itaət  dərsimi  almışdım.  Bir  saatdan  çox  Muşe-100  ilə  göydə  “asılıb 
qalmışdım“.  Uzun,    bir  neçə  kilometrlik  yamacı  dövrələyən  hava 
axınından  istifadə  edirdim.  Səma  ağır  buludlarla  örtüldü.  Hava 
limanından  göyə    üç  qırmızı  raket  atıldı  –  dərhal  enmək  əmri.  Bu 
siqnala əhəmiyyət vermədim. Yamac boyu bir uçuş da yerinə yetirməyi 
qərara aldım. Uçuş əla keçmişdi, lakin güclü burulğan başladı, külək 
şiddətləndi. Yerə enmək üçün geri döndüm. Spidometr 90 km/s sürətini 
göstərirdi,  mən  isə  yavaşca  irəli  gedirdim.  Qırmızı  raketlər  daha  tez 
göründü. Enmə meydançasına necə çatacağım haqqında düşünməyə 
başladım,  alçaqdan  uçurdum.  Tərslikdən  yağış  da  yağmağa  başladı. 
Bir  az  yuxarı  qalxmağı  qərara  aldım,  təpənin  başına  yaxınlaşırdım. 
Dağa  möhkəm  dəyib,  aşağıya  tərəf  uçdum.  Ölümcül  “dalda  (külək 
tutmayan yerdə)“ qalmışdım. Ağacların başları səs-küylə yaxınlaşırdı. 
Bir neçə metr hündürlükdə təkrarən təpənin üstündən uçdum. Enmə 
meydançası haradasa buralarda idi, onu kabinənin şüşələrini bürüyən 
yağış damlalarından bulanıq şəkildə görürdüm. Görünmə dərəcəsini 
yaxşılaşdırmaq  üçün  instinktiv  olaraq  kiçik  yan  pəncərəsini  çəkdim 
və  yenidən  ağacları  gördüm,  onlar  çox  yaxın  idi.  Öndən  heç  bir  şey 
20
 Bucurğad – ağırlıq qaldıran mexanizm
21
 Karkonoşe  - Polşa və Çexiya ərazisinə dağ massivi


35
PLANERDƏN REAKTIV TƏYYARƏYƏ QƏDƏR
görmürdüm. Ciddi-cəhdlə Muxanı sol tərəfə apardım. Pəncərədən çox-
çox  yaxında  şumlanmış  torpaq  sahəsini  gördüm.  Şassiləri  çıxartdım, 
uçuşu düzəltdim və həmin an yaş, palçıqlı torpağa çırpıldım. Planer 
haradasa beş metrdən sonra dayandı. Mən sağ idim. Yağış leysanla əvəz 
olunmuşdu. Kabinədə qaldım, yağışın səsi əsəblərimi sakitləşdirirdi. 
Bir  neçə  dəqiqədən  sonra  dostlarım  təngnəfəs  sonradan  dediklərinə 
görə, “məni qırıntılardan çıxartmaq üçün“ qaçıb gəldilər. Əsəbi təlimatçı 
məni yaxşıca vurub dedi: “Əşyalarını yığ və evinə cəhənnəm ol!“ Üç yüz 
metrə yaxın  məsafədən uçuş xaçımı dağa daşımalı oldum. 
Lidiya xanım qaydaları pozduğuma görə məni söyüb biabır elədi və... 
enməmə görə təriflədi. Bizi danlayan kişiyə deyirdi: “Mirekdən əl çək, o 
mənim tələbəmdi, sən də onun kimi əlli metrlik torpaq sahəsinə enməyə 
cəhd  göstər“.  Özümü  lap  axmaq  kimi  hiss  edirdim,  çünki  bu  enməni 
planlaşdırmamışdım. Təsadüf və ya mənim mələyim (anam hər zaman 
deyərdi ki, hər insanın öz mələyi var) elə etdilər ki, planeri qırmadan enə 
bildim.  Təyyarəçilikdə  uğurla  bədbəxtliyin  son  dərəcə  yaxın  olduğunu 
anladım. 
Yejuvda  rezin  kanatlardan  və  təyyarədən  sonra  startı  gördüm.  Bu 
səlahiyyəti  mənə  aviasiya  əfsanəsi  olan  insan,  pərəstiş  etdiyim  və  ona 
oxşamaq istədiyim təlimatçı pilot Tadeuş Popel vermişdi. Təyyarəçilikdə 
tanınmış və əməkdar insanların əllərini hər dəfə çiynimə ərklə vurmaları 
ilə  fəxr edirdim. Evə arzuladığım təcrübə qazandaıqdan sonra, III sinif 
planer pilotu nişanı ilə gəlmişdim. Anam baxıb: “Deyəsən kişiləşmisən“, – 
dedi. Bu sözləri eşidəndə sevinməyə bilərdimmi? 
1960-61-ci  ilin  qarları  əriyən  kimi  mart  ayında  Vrotslavdakı 
Qaduv  hava  limanının  anqar  və  planerlərini  təmizləyirdim.  Bu  artıq 
“mənim“  hava  limanım  idi.  İllər  öncə  bir  neçə  günümü  onun  hasarı 
altında,  Kujniki  stansiyasının  yaxınlığında  yerləşən  dağılmış  bunkerin 
yanında keçirmişdim. Tələbkar Zcislav Mayevski əvvəl iş qabiliyyətimi 
qiymətləndirdi, sonra isə nəzəri biliklərimi və Bocian (Leylək) planerində 
pilotaj  bacarıqlarımı  yoxladı.  Belimdən  astaca  vurub,  parıldatdığım 
Muxanı  (planer)  göstərib  dedi:  “Onu  özünə  götür  və  uç,  amma  yıxılıb 
ölmə, çünki başqa xamlara da planer lazımdı“. Təlimatçının dediklərinə 
əməl  etdim,  planeri  zədələmədim.  Hər  zaman  çətin  də  olsa,  səliqəli 
idarəetməyə  diqqət  yetirirdim.  Təlimatçıma  Demblindəki  AZM-ə  daxil 
olmaq  istəyim  haqqında  dedim.  “Yüksəklərə  can  atırsan“,  –  rəyini 
bildirdi. Bir saatdan sonra bu sözlər yazılan müsbət rəy aldım: “Müsbət 
qiymətləndirmə  nəticəsində  Vrotslav  Aeroklubu  tərəfindən  AZM-ə 
namizəd kimi seçilmişdir“. Üstəlik “Zcixu“ mənə Beskidada Jar dağında 
keçirilən planer yarışına iştirakçı kartını verdi.
Məktəbin komandiri tanınmış, qorxubilməz pilot Adam Cujınski idi, 


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə