75
TİKANLARI KEÇƏRƏK...
seçilən hazırkı kosmonavtları təqdim etdi. Həyəcandan onların bə-
zilərini yadda saxlaya bildim. Biz namizədləri - Yen Ziqmundu və
Almaniya Demokratik Respublikasından Eberhard Kölneri, Çexos-
lovakiyadan Vladimir Remeki və Oldrix Pelçakı, həmçinin mənimlə
Zenek Yankovskini təqdim etdilər. Hər birimiz qısa olaraq tərcüme-
yi-halımızı danışdıq. Bununla da rəsmi hissə bitdi. Böyük marağa
səbəb olduğumuzu hiss etdim.
Rəisin müavini general Aleksey Leonov uçuşa hazırlıq proqramı
və onun həyata keçirilməsi mərhələləri ilə tanış etdi. Gözlənilənlərə
rəğmən, nə uçuşun planlaşdırılma tarixi, nə də ki, heç olmasa, təxmi-
ni vaxtı qeyd olunmamışdı.
İlk mərhələdə kosmik uçuş nəzəriyyəsi və dinamikasının, kos-
mik aparatların idarə sistemlərin, astronomiya və astronaviqasiyanın
qavranması nəzərdə tutulmuşdu. Texniki hazırlığa “Soyuz” kosmik
gəmisinin və “Salyut” orbital stansiyasının tikintisi və istismarı daxil
idi. İlk gündən tibbi, psixoloji hazırlıq proqramını həyata keçirir,
həmçinin fiziki hazırlıq planını yerinə yetirirdik.
Hər birimiz üçün məqsədi müvazinət aparatının və ürək-damar
sisteminin müqavimətini artırmaq olan “TU-104“ təyyarə-laboratori-
yalarında çəkisizlik uçuşları, “Miq-21“ təlim təyyarələrində uçuşlar,
müxtəlif mühit və iqlim qurşaqlarında yaşamaq qabiliyyətini forma-
laşdıran fərdi məşqlər planlaşdırılmışdı. Planlaşdırılan elmi ekspe-
rimentlərin aparılması metodikası və təhlükəsizlik probleminin xır-
dalıqla öyrənilməsi ayrıca bir hissə idi. Bu bilik üzrə imtahan birinci
mərhələyə son qoyurdu.
İkinci mərhələ ekipaj tərkibli cütlüklərlə təlim şəklində keçirilirdi.
Bu, “Soyuz” kosmik gəmisinin idarə edilməsi, həmçinin sistem və ci-
hazların müstəqil uçuş zamanı istismarı, “Salyut” stansiyası ilə birgə
onların və astronaviqasiya simulyatorlarında məşğələlərin aparılma-
sı idi. İstehsalat fabrikində konstruksiyanın müxtəlif mərhələlərdə
qurulması ilə tanışlıq da nəzərdə tutulmuşdu. Təhlükəsizlik prin-
sipləri haqqında mövzu xüsusi idi. Görüşün sonunda bizə sabah
üçün məşğələlər planı təqdim olunduqdan sonra quru əmr verildi:
“Məşğələlərə başla”. Beləliklə, “İnterkosmos“ proqramı kosmonavt-
larının ilk beynəlxalq şöbəsi olduq.
Günümüzə havanın və ilin fəslindən asılı olmayaraq, “məcburi ol-
mayan” fiziki məşğələlərdən başlayırdıq. “Təsadüfi” həkimlərə rast
gəlirdik. Onlar isə “fürsətdən” istifadə edərək, nəbz və təzyiqimizi
ölçürdülər. Hər günümüz diqqətlə planlaşdırılmışdı. Xidməti sahədə
vaxtımızı axşama qədər keçirirdik, həmçinin şənbə və əksər bazar
günlərimizi də. Yeməyimizi sovet yoldaşlarımızla birgə kosmonavt-
76
DÖRDÜNCÜ HISSƏ
lar üçün kazinoda yeyirdik. Həkimlər hər yerdə idilər, hər məşqdən
öncə müayinə olunurduq. Həftədə bir dəfə geniş şəkildə, ayda bir
dəfə isə üçgünlük xüsusi əziyyətli müayinələr keçirilirdi. Onda da
mənə “şübhələri ləğv etmək üçün” əlavə müayinə təyin olunurdu
ki, bu zaman ağ horranı tamaşanın müəllifi olan həkim Romuald
Dombrovu söyə-söyə udurdum.
İlk həftələr tipik sinif məşğələləri ilə keçdi. Kosmik uçuşun nəzə-
riyyəsi çox çətin oldu, onun anlayışı mürəkkəb riyazi hesablamalara
əsaslanırdı. Müəllimlərin xeyirxahlığı və yardım etmək istəkləri biz-
də hörmət və təşəkkür hissi oyadırdı.
Yeni il bayramında qısa məzuniyyətdən sonra şəhərciyə ailəmlə
birgə qayıtdım. Almanlar və çex Pelçak da həmçinin. Remek aramız-
da yeganə subay idi. Yankovski ailəsini ölkəsində qoyub gəlmişdi.
Yaxınlarımın yanımda olmasına və həyat yoldaşımın planlarına xətt
çəkərək, məni dəstəkləməyə qərar verməsinə görə çox sevinirdim.
Mehmanxana-profilaktoridə yaşayırdıq. Bu, rahat və xoş yer idi, hər-
çənd qadınlar mətbəxi bölüşməli idilər. Amma yəqin ki, bunun sayə-
sində belə tez tanış olub dostlaşdılar. Uşaqlarımız da dostlaşdılar. Öz
polyak-çex-alman-rus dilləri ilə danışıb, bir-birilərini çox gözəl başa
düşürdülər.
Qar yorğanına bürünmüş Ulduz şəhərciyi əsrarəngiz görünürdü.
Çox soyuq idi. Evlərin üstündən tüstü çıxırdı, hər yerdən ayaq altında
xırçıldayan qarın səsi gəlirdi. Hündür şam ağacları və çoxsaylı
tozağacları qar papaqlarının ağırlığından əyilirdilər. Meşədəki
köşklər nağıllardakı dekorasiyaya bənzəyirdilər. Gəzinti hər zaman
xoş təəssürat oyadırdı. Qızım daha çox bürünmüş şəkildə kirşə ilə
gəzirdi. Soyuqdan yanaqları qırmızı idi, nağıldakı kimi və çox gözəl
görünürdü. Belə gözəl anlar üçün fürsət çox az idi. O zaman ətrafa
baxmaq və Moskvadan şərqə 40 kilometr məsafədə, şəhərətrafı
tramvayın Çkalovskaya dayanacağının yaxınlığında yerləşmiş şam
meşəsi ilə əhatələnən, tipik qarnizon qəsəbəsi olan Ulduz şəhərciyinin
coğrafiyası ilə tanış olmaq imkanım var idi. Əraziyə hündür beton
hasar çəkilmişdi. Mühafizəni xidmətin əsgərləri təmin edirdilər. Əsas
giriş çox da görkəmli deyildi. Hasardan gedən yol gözəl meşə ilə düz
bizim yaşadığımız profilaktoriyə aparırdı. Bu yolun tam yarısında
sol tərəfdə Yuri Qaqarinin abidəsi var idi. Düz abidədən sonra geniş
xiyaban var, ordan sol tərəfə gedərkən kosmonavtların iki yaşayış
bloku, poçt, məktəbdən ibarət Zabitlər Evinə, sağ tərəfdəsə qorunan
xidməti sahəyə çatmaq olar. Qəsəbənin şərq hissəsində Mərkəzin
heyəti və əməkdaşları üçün onlarla blok inşa olunub, meşənin
hasarının yanında isə müxtəlif konstruksiyalı qarajlar cərgəsi var.
77
TİKANLARI KEÇƏRƏK...
Burada hər zaman dostluq ab-havası var idi. Şənbə və bazar günləri
qarajlar rayonunda bişirilən ətin və profilaktorinin yanındakı göldən
tutulub hisə verilmiş balıqların qoxusu hiss edilirdi. Axşamlar isə
gözəl mahnılar ifa edən qrupların səsləri gəlirdi. Bir dəfə Zabitlər
Evinin foyesində kimsə satirik rəsm asmışdı – qarajlar cərgəsi,
ulduzlu səma, qar topası. Yolla qadınla qız gedir, hər ikisi isti geyinib,
ayaqlarında isə keçə çəkmələr. Qarajların birinin qapısı bir az açıqdır.
Qadın təəccüblənən qıza işıq zolağını göstərib deyir: “Atanın yaşadığı
yerə bax”.
Bunu mənim yoldaşım da uşaqlara deyə bilərdi, çünki xidməti
sahədə gecəyə kimi dərs otaqlarının pəncərələrindən işıq görünürdü.
Profilaktoridən o sahəyə qədər məsafə yaxın idi. 35 dərəcədən yük-
sək soyuqlar bu yolu sonsuzluğa qədər uzadırdı. Mühazirə və təlim-
lər bir neçə xüsusi kompleksdə keçirilirdi. Ən müəmmalısı müxtəlif
laboratoriyası, müxtəlif ixtisaslı həkim otağı, labirintəoxşar aparatı
olan psixoloji otaq, orada isə əzab vermək üçün çoxlu ixtiraçı cihaz-
lar və iki ədəd yüklənməyə qarşı sentrifuqa, aşağı təzyiq, sakitlik və
təklik kamerası olan tibbi pavilyon idi.
Simulyatorlar kompleksi Mərkəzin inzibati binasında yerləşirdi.
İki anqarda “Salyut-6” stansiyası və “Soyuz” kosmik gəmisinin ma-
keti, həmçinin seçilmiş dinamika vəziyyəti və ya missiyanın bütün
mərhələləri, gəminin ayrı-ayrı sistemlərinin fəaliyyətinin startdan
öncə yoxlanılması, start və orbitə daxil olmaq, manevr və orbitin kor-
reksiyası, stansiyaya yaxınlaşma və birləşmədən başlayaraq orbit-
dən çıxış və enməyə qədər kompleks şəkildə məşq etmək imkanı var
idi. Simulyator real uçuşu çox düzgün şəkildə təsvir edirdi, müxtəlif
qəza vəziyyətlərini yarada bilirdi. Cihazların göstəricilərinə, akus-
tik effektlərin yaranmasına böyük hesablama mərkəzi cavabdeh idi.
Lakin yüklənmə və çəkisizlik kifayət etmirdi, çünki onları stasionar
şəraitdə əmələ gətirmək mümkün deyil.
Nəzəri hazırlıq kompleksi ayrıca üçmərtəbəli binada yerləşirdi.
Dərs otaqları və texniki-metodik kabinetlər, planetari, kosmik na-
viqasiya kabinetləri, kitabxana, uçuşları idarə edən kiçik mərkəz və
xoş istirahət guşəsi çox yaxşı təchiz edilmişdi.
İdman kompleksində yerli baza, stadion, hovuzlar, gimnastika
zalı, tennis kortları, sauna və kosmetik kabinet var idi. Pilotlar üçün
tanış olan və daim söyülən müvazinət orqanının hazırlığı üçün alət-
lər, fırladan cihaz və jiroskoplar bütün bunlara arzuolunmaz bir
əlavə idi.
Nəzəri məşğələlər sürətlənirdi. Yeni bilikləri həvəslə öyrənirdim.
Kosmik uçuşun dinamikası təyyarə uçuşunun mexanikasına heç ox-
Dostları ilə paylaş: |