28
4. Yenidoğulanlara doğum evində baxılması
4.1. Yenidoğulanların İİV infeksiyası üzrə laboratoriya
diaqnostikası
İlk dəfə İİV-in DNT-si üçün PZR-i doğuşdan sonra 48 saat
ərzində keçirmək lazımdır. Göbək qanı onun tərkibində ananın
qanının olması mümkünlüyündən müayinə üçün yararlı deyil.
Müsbət nəticə uşağın böyük ehtimalla yoluxmuş olduğunu bildirir.
İİV-in DNT-si üzrə ikinci araşdırma uşağın həyatının 6 – 8-ci
həftəsində birinci araşdırmanın nəticələrindən asılı olmayaraq
keçirilməlidir. Əgər PZR-in aparılması əlçatar deyilsə, 15 – 18 ay
yaşında İİV-ə qarşı anticisimlərin aşkar edilmə müayinəsi keçirmək
və ardınca nəticəni immunoblottinqdə təsdiqləmək tövsiyə edilir.
Uşağın İİV-ə yoxlanması ilə paralel olaraq, ona baxanlarla da
məsləhət keçirmək, testin nəticələrini müzakirə etmək və uşağın İİV
statusunu birdəfəlik aydınlaşdırmaq üçün əlavə araşdırmaya ehtiyac
olduğunu başa salmaq lazımdır.
4.2. Narkotik asılılıq və abstinent sindromlu yenidoğulanların
aparılması
4.2.1. Kliniki müayinə
Ana bətnində opioidin təsirinə məruz qalan yenidoğulanların 50-
80%-də abstinent sindromu müşahidə olunur (adətən həyatının ilk
24-72 saatında). Lakin, medikamentoz
müalicə tələb edən ağır
simptomlar bu uşaqların yalnız 5-20%-də müşahidə olunur.
Metadonun abstinent sindromu adətən 4 gündən artıq çəkmir.
Yenidoğulanlarda abstinent sindromunun simptomların ağırlılığı
və davamlılığı ilə fərqlənir və aşağıdakıları daxil edir:
tremor, əzələ hipertonusu, narahatçılıq, yuxunun pozulması,
davamlı ağlama, hiperrefleksiya;
tez tez qusma, öyümə, diareya;
taxipnoe;
kiçik simptomlar: qızdırma, asqırma, tərləmə, burnun tutulması,
əsnəmə.
Abstinent simptomlu, anası narkotikdən istifadə etmiş və yaxud
etməsi şübhəli olan yenidoğulanda abstinent sindromunun ağırlılığını
hər 4 saatdan bir qiymətləndirmək lazımdır. Ağırlılığın
qiymətləndirilməsini eyni sistem ilə keçirmək lazımdır (bax əlavə 2).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
29
Bu qiymətləndirmənin əsasında abstinent sindromunun müalicəsi
üçün dərman vasitələrinin dozaları seçilir (bax cədvəl 7).
4.2.2. Yenidoğulmuşlarda abstinent sindromunun müalicəsi
Yenidoğulanlarda asbtinent sindromunun müalicəsinin əsas
məqsədi – ona rahatlıq, tamdəyərli yuxu və qida təmin etməkdir;
müalicə bütün simptomların kənarlaşdırılması ilə nəticələnmir.
Müalicə mərhələlərlə, neonatoloq, sahə pediatrı və ya ailə həkimi
tərəfindən narkoloqla birlikdə aparılır.
Birinci mərhələ - dəstəkləyici terapiya: sakit mühit (sakit yer,
tutqun işıqlandırma, bərk bələmə, qolda və yaxud çarpayıda
yırğalamaq), uşağın tez-tez porsiyalarla yedizdirilməsi (tələb
olunduqca), ətraf mühitdə kəskin dəyişikliyin olmamağı. Əgər
simptomlar güclənirsə, ikinci mərhələyə keçirlər.
İkinci mərhələ - dərmanlarla müalicə. Seçim üçün dərman
vasitəsi – fenobarbitalın məhluludur. Əgər bu dərman vasitəsi
effekt vermirsə və yaxud qıcolmalar müşahidə olunursa, onun
əvəzinə morfin məhlulu təyin edilir. Dərman vasitələrinin
müalicəvi dozaları abstinent sindromunun ballarla
qiymətləndirilməsindən asılı olaraq dəyişilir (cədvəl 7)
Bəzən çox güclü öyümə müşahidə oluna bilər; bu halda
müvəqqəti olaraq təyin olunmuş dərman vasitələrini xlorpromazinlə
əvəz etmək lazımdır (2 – 3 mq/kq/gündə 3 – 4 dəfə ə/d).
Cədvəl 7. Yenidoğulanlarda abstinent sindromunun müalicəsi
üçün dərman vasitələrinin terapevtik dozaları
Doza
Abstinent
sindromunun ağırlığı
(ballarla)
Fenobarbital Morfin
8 – 10
6 mq/kq/ gündə 3 dəfə
0,32 mq/kq/ gündə 4
dəfə
11 – 13
8 mq/kq/ gündə 3 dəfə
0,48 mq/kq/ gündə
4dəfə
14 – 16
10 mq/kq/ gündə 3
dəfə
0,64 mq/kq/ gündə
4dəfə
17+
12 mq/kq/ gündə 3
dəfə
0,80 mq/kq/ gündə 4
dəfə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
30
Yenidoğulanlar üçün AUÖP-ın hissəsi kimi təyin olunan ARV-
vasitələrilə yenidoğulanlarda abstinent sindromunu müalicə etmək
üçün təyin olunan dərman vasitələri arasında qarşılıqlı əlaqə hələ
öyrənilməyib.
4.3. İmmunizasiya
İİV təsirinə ana bətnində məruz qalan və İİV-infeksiyası
simptomu olmayan uşaqların hamısına doğum evində digər
yenidoğulanlara olunduğu kimi eyni qrafik ilə vərəmə qarşı peyvənd
(BCJ) vurmaq lazımdır.
Digər peyvəndlər milli immunizasiya proqramına əsasən
həyata
keçirilir.
Sonrakı yardımı almaq üçün təyinat
İİV-ə yoluxan qadınlar, yenidoğulanlar və onların ailələri daimi
çox-profilli yardım almalıdırlar. Buna aşağıdakılar daxildir:
yenidoğulana pediatrik yardım, həmçinin həyatının birinci
ilində opportunistik infeksiyaların profilaktikası üçün göstəriş
olarsa YAART;
ana üçün doğuşdan sonra kontrasepsiya;
İİV zamanı müalicə və yardım;
narkotik asılılığın müalicəsi və narkotiklərin zərərini
azaltmaq proqramları çərçivəsində yardım.
Müvafiq nəzarətin təmin olunması və sonrakı yardımın
göstərilməsi üçün, doğum evində ana və uşağın ART-sinə dair ətraflı
məlumatlarla çıxarış tərtib olunmalıdır.
Bu çıxarışı pasiyentin və
yenidoğulanın həkiminə təqdim etmək lazımdır. İİV müsbət körpələr
QİCS mərkəzində qeydiyyata alınırlar və sahə-pediatrı və ya ailə
həkimi ilə birgə nəzarət edilirlər.
V. TIBB MÜƏSSISƏLƏRİNDƏ TOPLANMASI MƏSLƏHƏT
OLUNAN MƏLUMATLARIN MİNİMAL SİYAHISI
Aşağıda verilmiş məlumatlar hər bir tibb müəssisəsində
mütəmadi əsasda toplanmalıdır (məs., ayda, kvartalda və yaxud
yarım ildə bir dəfə).
Antenatal xidmət müəssisələrində:
Hamilələrin sayı;
İİV testindən keçmiş hamilələrin sayı;
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.