Biblioqrafiya



Yüklə 318,61 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix17.09.2017
ölçüsü318,61 Kb.
#54
1   ...   4   5   6   7   8   9   10   11   12

 

31

 



İİV testinin müsbət nəticəsi olan hamilələrin sayı; 

 

Tibbi abort keçirilmiş İİV infeksiyalı hamilələrin sayı; 



 

Hamiləlik zamanı ARV profilaktikası qəbul edən İİV infeksiyalı 

hamilələrin sayı; 

 

İnyeksiyon narkotiklər qəbul edən və opioid asılılığından əziyyət 



çəkən İİV infeksiyalı hamilələrin sayı; 

 

OƏT qəbul edən İİV infeksiyalı hamilələrin sayı; 



 

OƏT və ARV profilaktikası  qəbul edən  İİV infeksiyalı 

hamilələrin sayı. 

Doğum evində: 

 

Daxil olmuş İİV infeksiyalı hamilələrin sayı; 



 

Hamiləlik zamanı İİV testindən keçməmiş daxil olan hamilələrin 

sayı; 

 

onlardan neçəsində İİV-ə ekspress müayinə keçirilmişdir; 



 

onlardan neçəsində müsbət cavab alınmışdır; 

 

Hamiləlik zamanı ARV profilaktikası almayan İİV infeksiyalı 



qadınların sayı; 

 

Doğuş zamanı ARV profilaktikası  qəbul edən  İİV infeksiyalı 



hamilələrin sayı; 

 

İnyeksion narkotik istifadə edən və opioid asılılığı olan İİV 



infeksiyalı qadınların sayı; 

 

onlardan neçəsi doğuş zamanı OƏT qəbul edib; 

 

Təbii yolla doğan İİV infeksiyalı hamilələrin sayı; 



 

KƏ aparılan İİV infeksiyalı hamilələrin sayı; 

 

İİV infeksiyalı analardan doğulmuş yenidoğulanların sayı; 



 

onlardan neçəsi ARV profilaktikası alıb; 



 

onlardan neçəsi süni qidalanmada olublar; 



 

onlardan neçəsi yalnız ana südü ilə qidalanıblar; 

 

İİV infeksiyalı analardan doğulan və PZR üsulu ilə diaqnoz 



qoyulmuş İİV infeksiyalı yenidoğulanların sayı; 

 

opioid asılılığı olan analardan doğulan yenidoğulanların sayı; 



 

abstinent sindromunun müalicəsini alan yenidoğulanların sayı. 



 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

32

Əlavə 1 



Süni qidalandırmanın qəbul oluna bilən, mümkünlüyünün, 

maliyyə əlverişliliyinin, sabitliyinin və təhlükəsizliyinin müəyyən 

olunması 

Qəbul oluna bilən.  

Qəbul oluna bilən o deməkdir ki, yəni qadın süni qidalandırmaya 

qarşı yönəldilmiş sosial və yaxud mədəni təzyiqə  məruz qalmır və 

onun süni qidalandırma barəsində  qərarı ailə  və  ətrafdakılar 

tərəfindən dəstəklənir və yaxud da o, ana südü ilə qidalandırmaya 

təkid göstərən ailə  və dostlara qarşı müqavimət göstərə biləcək və 

süni qidalanma stiqmasının öhdəsindən gələ biləcəkdir. 

Mümkünlük.  

Ananın (və onun ailəsinin) süd qarışımı hazırlamağa və  uşağı 

gündə 8-12 dəfə yetəri qədər qidalandırmağa zamanı, biliyi, bacarığı 

və digər imkanları vardır. Ana süd qarışımı hazırlamaq üzrə təlimatı 

anlamağa və onlara əməl etməyə qadirdir; onun yaxınları tərəfindən 

dəstəyi var ki, bu da ona süd qarışığını düzgün hazırlamağa və uşağı 

gecə  və gündüz qidalandırmağa imkan verəcəkdir, baxmayaraq ki, 

uşağa qulluq onu məişət işlərindən ayıracaq. 



Maliyyə əlverişliliyi.  

Ana (və onun ailəsi) ictimai təşkilatlar və yaxud səhiyyə 

sisteminin (əgər lazımdırsa) dəstəyi ilə ana südünün əvəzedicilərini 

almaq, hazırlamaq və istifadə etmək, və həmçinin süni qidalanma ilə 

əlaqədar digər xərcləri (yanacaq, təmiz su, sabun, digər ləvazimatlar), 

ailənin sağlamlığına və qidalanmasına zərər gətirmədən ödəyə bilir. 

Maliyyə əlverişliyi anlayışı həmçinin (lazım olarsa) uşağın diareyası 

zamanı tibbi yardıma və  müalicəsinə xərclər tələb olunduqda onların  

ödənilmə imkanının olması deməkdir. 

Sabitlik.  

Süni qidalanma üçün lazım olan bütün inqrediyent və 

məhsulların mütəmadi və fasiləsiz təchizat və etibarlı paylaşdırılması 

sistemi


;

 bunlar uşağın onlara ehtiyacı olduğu müddət ərzində əl çatan 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

33

olmalıdırlar, – bir yaşadək və yaxud daha böyük olana qədər. Bu, 



qarışımın tapılmamağının və yaxud maliyə imkanı daxilində 

olmamağı ehtimalının aşağı olmasıdır. Bundan başqa, fasiləsizlik 

anlayışı ana olmadıqda digər bir insanın hər zaman qarışığı hazırlaya 

bilməsi və uşağı qidalandırması deməkdir. 



Təhlükəsizlik.  

Süni qidalanma üçün süd qarışığı gigiyena normalarına  əməl 

edərək hazırlanır və düzgün saxlanılır; uşaq onu gigiyena tələblərini 

nəzərə alaraq yetəri qədər qəbul edir (əllərin yuyulması  və  təmiz 

butulka, və yaxud daha yaxşısı, fincan). Təhlükəsizlik, ana və yaxud 

uşağa baxan digər insanın: 

 

təmiz su mənbəyindən istifadə imkanı var (su kəməri və yaxud 



digər etibarlı mənbədən); 

 

yararlı  və  tərkibində infeksion xəstəliklərin törədiciləri olmayan 



qarışığı hazırlayır; 

 

əllərini və qabları sabun ilə  əsaslı  şəkildə yumaq imkanı  və 



mütəmadi olaraq uşağın qidalandırılmasında istifadə olunan 

ləvazimatların sterilliyini təmin etmək üçün onları qaynatmaq 

imkanı var; 

 

uşaq hər dəfə qidalandırıldığı zaman süd qarışığının hazırlanması 



üçün suyu qaynatmaq imkanına malikdir; 

 

quru qarışığı  təmiz, həşəratlar, gəmirici və digər heyvanlardan 



qorunan bağlı konteynerdə saxlamaq imkanı mövcuddur. 

Əgər bu şərtlərə əməl etmək imkanı yoxdursa uşağı həyatının ilk 

aylarında yalnız ana südü ilə qidalandırmaq və imkan olan kimi süni 

qidalanmaya keçmək məsləhət görülür. İİV infeksiyalı anaya onun 

həyat şəraitinə ən uyğun olan düzgün seçimi etməkdə və daha sonra 

da qəbul edilmiş  qərarı  həyata keçirməkdə kömək etmək lazımdır. 

Qadına yerli şəraiti nəzərə alaraq qidalandırmanın hər bir metodunun 

risk və üstünlükləri haqda məsləhət vermək lazımdır. Qadının hansı 

növ qidalandırmanı seçməsindən asılı olmayaraq, ona uşağı düzgün 

və təhlükəsiz qidalandırmaqda kömək etmək lazımdır. 



 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 318,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə