Biblioqrafiya



Yüklə 318,61 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix17.09.2017
ölçüsü318,61 Kb.
#54
1   2   3   4   5   6   7   8   9   ...   12

 

9

1987-ci ildən 2009-cu ilin dekabr ayınadək Respublika QİÇS-lə 



Mübarizə  Mərkəzində  İİV infeksiyası  təsdiq olunmuş 2224 nəfər 

rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2138 nəfəri (96,1%) 

Azərbaycan vətəndaşıdır. 

İİV-ə yoluxmuş Azərbaycan 

vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. 2138 

nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4%) İİV-ə  yоluхmа 

inyeksion narkotiк istifadəsi nəticəsində, 495-də (23,2%) 

heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 

20-də (0,9%) anadan uşağa keçməklə, 1-də (0,05%) donor qanının 

köçürülməsi nəticəsində baş vermişdir, 230 nəfərdə (10,8%) yoluxma 

yolu naməlumdur. 

1992-ildən 2009-cu ilin 1 dekabr tarixinədək Azərbaycanda 780 

аilədə İİV-ə yoluxma faktı qeydə alınmışdır. Оnlardan 18 ailədə ata – 

ana - uşaq, 1 ailədə  ana - uşaq, 166 ailədə  ər - arvad, 547 ailədə 

yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxmuşdur  

Risk faktorları 

 

Seks-biznes işçiləri 



 

İnyeksion narkotik istifadəçiləri 

 

Steril olmayan tibbi avadanlıqdan və alətlərdən istifadə edilməsi 



(stomatoloji, mama-ginekoloji, cərrahi, endoskopik praktikada, 

kosmetoloji kabinetlərdə və s.) 

 

Müntəzəm qanköçürmə, hemodializ əməliyyatına məruz qalan 



pasiyentlər  

 

Yoxlanılmamış qanın köçürülməsi 



 

İİV – müsbət anadan uşağa ötürülmə 



XBT-10 ÜZRƏ TƏSNİFAT 

Z20.6 – Xəstə ilə kontakt və İİV ilə yoluxma imkanı 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

10

III. İLKİN MÜAYİNƏ 



1.  Hamilələrin antenatal xidmət səviyyəsində ilkin müayinəsi 

Hamiləlik  dövründə  İİV-ə  məsləhətvermə  və müayinə – AUÖ-

nin tezliyini aşağı salmağa imkan yaradan effektiv tibbi xidmətdir 

(A). Səhiyyə Nazirliyinin göstərişinə görə bütün hamilə qadınlar 

hamiləliyin I və III-cü trimestrində bu müayinədən keçirlər. 

Hamilələrin ilkin səhiyyə xidməti səviyyəsinə ilk müraciəti 

zamanı İİV-ə müayinə aparılmalıdır (A)

Yüksək risk qrupuna daxil olan hamilə qadında  İİV testi mənfi 

olduqda hamiləliyin ikinci və üçüncü trimestrlərində  təkrar  İİV-ə 

müayinə aparılmalıdır.  

İİV-ə müayinənin keçirilməsi - İİV infeksiyasını hamilə 

qadınlarda hamiləliyin erkən dövründə aşkar etməyə və onlara AUÖ-

nin profilaktikası üzrə tam xidmətlər kompleksini aparmağa imkan 

verərək  İİV-in hamiləlik, doğuş zamanı  və doğuşdan sonrakı 

müddətdə anadan uşağa ötürülməsi riskini minimuma endirir (A)

İİV üzrə müayinə könüllü olmalıdır  (B). Lakin, tibb işçiləri 

pasiyentlərin müayinəyə  cəlb edilməsinə  təşəbbüs göstərməlidirlər. 

Qadın müayinə üçün yazılı razılıq verməlidir. Müayinədən  əvvəl 

məsləhətvermənin aparılması  və hamilənin qərarı barədə  məlumat 

hamilənin müşahidə  vərəqəsində qeyd olunmalıdır  (B). Qadın 

müayinədən  imtina etmək hüququna malikdir (B). Məsləhətvermə 

aparılmadan  İİV-ə müayinə aparmaq yolverilməzdir  (B).  İİV-ə 

müayinədən imtina edən hamilələr də tam antenatal qulluqla əhatə 

olunmalıdır (C)

İİV müsbət hamilə qadınlarda CYYİ-ın, C və B viruslu 

hepatitlərin skrininqi aparılmalıdır. Skrininq hamiləliyin mümkün 

qədər erkən dövründə aparılmalı və hamiləliyin 28 həftəsində təkrar 

olunmalıdır (C)

İİV statusunu aşkar etmək üçün ilkin qiymətləndirməyə 

aşağıdakılar daxil edilməlidir: 

 

Müayinədən əvvəl məsləhətvermə 



 

İFA üsulu ilə və / və ya ekspress testlər



 

vasitəsi ilə İİV-ə müayinə 

(doğuşda olan və  İİV statusu barədə  məlumatı olmayan 

qadınların müayinəsi üçün doğum evlərində ekspress testlər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

11

mövcud olmalıdır). Müsbət nəticənin immunoblottinq üsulu ilə 



təsdiqlənməsi;  

 

Müayinədən sonra məsləhətvermə, həmçinin müayinənin 



nəticəsindən asılı olmayaraq riskli davranışın azaldılması üzrə 

məsləhətlər. 

Əgər qadında İİV-ə ilkin testlər müsbətdirsə, növbəti mərhələdə 

təsdiqedici müayinə Respublika QİÇS-lə Mübarizə  Mərkəzində 

aparılır. Xəstəliyin kliniki mərhələsinin müəyyən olunması və AUÖP 

planının tutulması İİV üzrə mütəxəssis tərəfindən həyata keçirilir. 

Müayinədən əvvəl məsləhətvermənin əsas məqsədlərindən biri – 

qadının inyeksion narkotik istifadə edən cinsi partnyorundan 

yoluxması riskini qiymətləndirmək, və həmçinin qadının özünün hər 

hansı bir narkotikdən (inyeksion narkotiklər daxil olmaqla) 

istifadəsini aşkar etməkdir. Narkotiklərdən istifadə  və xüsusilə 

onlardan asılılıq hamiləliyin gedişatına və dölün inkişafına mənfi 

təsir edir və hamiləlik, doğuş zamanı və doğuşdan sonrakı müddətdə 

anaya olduğu kimi dölə/yenidoğulana da ixtisaslaşmış yardımın 

göstərilməsini tələb edir.  

2.  Məsləhətvermə 

İlkin müayinə aparıldıqdan sonra, İİV infeksiyalı hamilə qadınla 

konkret vəziyyətlə  əlaqədar aşağıda qeyd edilmiş  məsələlər barədə 

söhbət aparmaq lazımdır: 

 

cinsi  əlaqə zamanı  İİV infeksiyası  və digər CYYİ-lərin 



ötürülməsinin profilaktikası 

məqsədilə prezervativlərdən 

(kondomlardan) istifadə; 

 

İİV-in dölə/yenidoğulana ötürülməsi riski və profilaktika yolları; 



 

AUÖP strategiyasının bir hissəsi olan ARV profilaktikasının 

faydası və riski; 

 

B və C hepatit viruslarının perinatal ötürülməsi riski və onun 



azaldılması yolları (C); 

 

sifilisin perinatal ötürülməsi riski, İİV-in ötürülməsi riskinin 



azaldılması üçün sifilis, qonoreya və xlamidiozun müalicəsinin 

zəruriliyi (C)

 

narkotiklərin dölün inkişafına təsiri, həmçinin abstinent sindrom 



və dərmanların təsiri (bax bölmə IV.4.2 ); 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 318,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə