Biblioqrafiya


 İlk dəfə doğuş zamanı yardım üçün müraciət edən İİV



Yüklə 318,61 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix17.09.2017
ölçüsü318,61 Kb.
#54
1   2   3   4   5   6   7   8   9   ...   12

 

19

1.4. İlk dəfə doğuş zamanı yardım üçün müraciət edən İİV 



infeksiyalı hamilə qadınlar 

Doğuşdan  əvvəl yardım almamış hamilələr, çox vaxt əhalinin 

həssas qrupuna aiddirlər. Yüksək  İİV infeksiyası riski olması ilə 

əlaqədar bu kimi hamilələrdə onların İİV statusunu qiymətləndirmək 

vacibdir  (B). Bu hallarda qadınlara ekspress-müayinədən keçmək 

təklif olunur. İİV-ə ekspress-müayinədən keçirilməsindən  əvvəl, 

qadına müayinədən  əvvəl məsləhət və ekspress-müayinənin 

nəticələri alındıqdan sonra isə müayinədən sonrakı  məsləhət 

keçirilməlidir.  

Pasiyent testin keçirilməsinə  məlumatlandırılmış razılıq 

verdikdən sonra  ekspress-müayinə keçirilir.  

Müayinə nəticələrinin açıqlanması: 

 

Ekspress müayinənin mənfi nəticəsi İİV infeksiyasının olmamağı 



kimi qiymətləndirilir.  Əgər hamiləliyin son 3 ayı  ərzində 

infeksiya riski mövcuddursa, qadına  İİV-ə  təkrar müayinədən 

keçmək məsləhət görülür. 

 

Müsbət nəticə İİV infeksiyasının mövcudluğunu təsdiq edən ilkin 



nəticə hesab edilir. 

İİV-ə ekspress müayinənin müsbət nəticəsi olduğu halda, 

məsləhətçi qadına başa salmalıdır ki, İİV-ə aparılan ekspress 

müayinənin nəticəsi ilkin olmasına baxmayaraq, ona və onun uşağına 

virusun ötürülməsi riskinin azalması üçün virusa qarşı  dərman 

vasitələri qəbul etmək lazımdır. Müayinədən sonra məsləhətvermə  

aparılır. 

Məsləhətvermə  və müayinə  məxfilik prinsiplərinə uyğun olaraq 

keçirilir.  

 

Qadınla onun İİV statusu barədə partnyoru, qohum və ya yaxın 



tanışlarını məlumatlandırmaq imkanı müzakirə edilir. 

 

Qadın ona və uşağına ARV profilaktikasının keçirilməsinə razılıq 



verdiyi təqdirdə, o məlumatlandırılmış razılığı imzalayır. 

 

 Ekspress  müayinə ilə eyni zamanda qanın  İİV-ə  İFA üsulu ilə 



standart yoxlanması həyata keçirilməlidir. 

 

 Müayinədən sonrakı  məsləhətvermə  İİV-ə testin İFA və 



immunoblottinq üsulu ilə aparılmış  müayinənin nəticəsini 

aldıqdan  sonra aparılmalıdır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

20

 



Təsdiqedici müayinələrin nəticələrinin ana və  uşağın 

xəstəxanadan evə yazılmasından əvvəl məlum olmasına çalışmaq 

lazımdır. 

Cədvəl 4. Doğuş anında yardım üçün ilk dəfə müraciət edən İİV 

infeksiyalı hamilə qadınlar 

(hamiləlik zamanı ART qəbul etməmişlər) 

Klinikaya 

daxil olma 

zamanı 

Doğuş zamanı 

ARV 

profilaktika 

Doğuşdan sonra 

ARV profilaktika 

Doğuş üsulları 

Doğuş 


zamanı  

Zidovudin 300 

mq uşağın 

doğumundan 

əvvəl hər 3 saatda 

lamivudin 150 mq 



doğuş başlayanda 

və sonra uşaq 

doğulana qədər 

hər 12 saat 

nevirapin 200 mq 



doğuş prosesi 

zamanı 1 dəfə 

Ana

1



zidovudin 300 mq + 

lamivudin 150 mq 

doğuşdan sonra 7 gün 

ərzində gündə 2 dəfə. 

Uşaq

2

:  



zidovudin (sirop)

3

     



4 mq/kq 4 həftə 

ərzində gündə 2 dəfə  

lamivudin 2 mq/kq 4 



həftə ərzində gündə 2 

dəfə  


+  

nevirapin 2 mq/kq bir 

dəfə;  

Doğulduqdan sonra 



48 – 72 saat ərzində 

başlamaq


4

Təbii doğuş

5



İnvaziv mama 



müdaxilələri, 

xüsusilə də dölün 

başına elektrodun 

qoyulmasından və 

epiziotomiyadan 

çəkinmək lazımdır. 



Qeydlər: 

1

ART-nin sonrakı taktikası  və doğuş zamanı  İİV infeksiyası  aşkar olunmuş qadınların 

aparılması, CD4-ün sayı, VY və kliniki müayinənin nəticələrindən asılı olacaqdır 

(müayinələr doğuşdan  dərhal sonra aparılmalıdır).  

2

Əgər ana doğuş zamanı zidovudin və lamivudinlə profilaktika alıbsa, uşağa zidovudin və 

lamivudini doğulduqdan sonra 8—12 saat arasında vermək lazımdır, və  əgər ana doğuş 

zamanı ARV profilaktikası almayıbsa, o zaman qeyd olunan dərman vasitələrinin qəbuluna 

doğulandan  sonra mümkün qədər tez  başlamaq lazımdır. 

3

Vaxtından tez yenidoğulanlar üçün zidovudinin dozası 1,5 mq/kq v/d və yaxud 2,0 mq/kq 

daxilə təşkil etməlidir.  

4

Əgər ana nevirapin qəbul etməyib və yaxud nevirapinin qəbulundan uşağın doğulmasına 

gədər iki saatdan az vaxt keçibsə,

 

nevirapinin bir dozasını uşağa doğulduqdan dərhal sonra, 

ikinci dozanı isə həyatının 72-ci saatında vermək lazımdır. 

5

Əgər aktiv doğuş fəaliyyəti qeyd olunmursa və döl qişaları tamdırsa, KƏ-ni təklif etmək 

olar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

21

İİV(+) hamilələrdən olan yenidoğulmuşlar doğulan gündən ART 



almalıdırlar (A)

1.5. Aktiv vərəmi olan İİV infeksiyalı hamilə qadınlarda AUÖP 

Aktiv vərəmi olan İİV infeksiyalı hamilə qadınlarda ilk 

növbədə vərəmin müalicəsini aparmaq lazımdır. 

 

Vərəmə qarşı birinci sıra dərman vasitələrinin  əksəriyyəti 



hamiləlik zamanı istifadə edilərkən təhlükəsizdir. Döl üçün 

ototoksik olan streptomisin istisna təşkil edir. Bu dərman 

vasitəsini hamiləlik (meninqitli pasiyentlər istisna olmaqla) və 

ana südü ilə qidalandırma zamanı (uşaqlarda ciddi əks təsirlər 

mümkündür) istifadə etmək olmaz. Bundan başqa, rifampisin və 

etambutol kimi dərman vasitələrindən hamiləliyin birinci 

trimestrində istifadə etmək məsləhət görülmür. 

 

Əgər vərəmin müalicəsi uzun müddətlidirsə, AUÖ-nin ARV 



profilaktikası vərəmə qarşı aparılan müalicə fonunda keçirilir. 

 

Tərkibində nevirapin olan ART sxemləri dərmanların qarşılıqlı 



təsiri səbəbindən rifampisinlə birgə təyin olunmamalıdır. 

 

AUÖP üçün ART sxemi daxilində Pİ



 

(lopinavir/ritonavir) qəbul 

edən  İİV infeksiyalı hamilə qadına, vərəmin müalicəsi zamanı 

rifampisinə təhlükəsiz alternativ kimi rifabutini günaşırı 150 mq 

dozada (və yaxud həftədə 3 dəfə) təyin etmək olar, belə ki, 

rifabutin YAART sxemində Pİ-nin istifadəsinə imkan yaradır. 

 

Əgər rifampisin əvəzinə rifabutin istifadə olunursa, AUÖP üçün 



ART sxemləri yuxarıda təsvir edildiyi kimi eyni olaraq qalır. 

Rifabutinin səviyyəsi lopinavir/ritonavirin fonunda yüksələ bilər, 

ona görə bəzən rifabutinin dozasını azaltmaq tələb olunur. 

 

Qaraciyər fermentlərinin aktivliyinə diqqətlə  nəzarət etmək 



lazımdır. 

2. İnyeksion narkotik qəbul edən İİV infeksiyalı hamilələrin 

aparılması 

Narkotik qəbul edən hamilələrdə ağırlaşma riski yüksəkdir. Belə 

qadınların aparılması zamanı, narkotik asılılığın hamiləliyə, dölə  və 

onların fərdi sağlamlığına mümkün mənfi təsirlərini nəzərə almaq 

lazımdır (cədvəl 6).  

Narkotik qəbul edən hamilələr narkoloqla birğə aparılmalıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 318,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə