22
2.1. Yardımın təşkili
İİV infeksiyalı İNİ
hamilə qadınların effektiv aparılması üçün
onları hamiləliyin ən ilk mərhələsindən tibbi yardım xidmətlərinə
cəlb etmək və hamiləliyin bütün müddəti ərzində onlara lazım olan
xidmətləri göstərən müəssisələrin əlçatarlığını təmin etmək lazımdır.
Strategiyanın əsasını antenatal, doğuş zamanı və doğuşdan sonrakı
yardım xidmətlərinin əsas rol oynadığı kompleks yanaşma təşkil edir.
Aşağıda göstərilən xidmətlərlə əməkdaşlıq etmək lazımdır:
İNİ hamilə qadınları antenatal xidmət müəssisələrinə yönləndirən
narkotiklərin zərərinin azaldılması xidmətləri göstərən QHT-lər;
Respublika narkoloji dispanseri – narkotik asılılığın müalicəsi
üzrə mütəxəssislər (bütün hamiləlik zamanı)
Respublika QİÇS-lə Mübarizə Mərkəzi;
Psixoloji və sosial dəstək xidmətləri.
2.2. Hamilə qadınlarda narkotik asılılığın və abstinensiya
simptomlarının qiymətləndirilməsi
Çox vaxt pasiyentlər qeyri-qanuni narkotiklərdən istifadə
etdiklərini gizlədirlər. Narkotik qəbul etdikləri faktını qəbul edən
qadınlarda və bunu inkar edən, lakin inyeksiya izləri və yaxud
şübhəli simptomları olan qadınlarda əlavə müayinə keçirmək
lazımdır.
Narkotikdən istifadə edən qadınlar, çox vaxt eyni zamanda bir neçə
psixoaktiv maddədən (nikotindən, alkoqoldan, marixuanadan,
opioiddən, kokaindən, “ekstazi”, digər amfetaminlərdən,
benzodiazepinlərdən) asılılıqdan əziyyət çəkirlər. Bəzən psixoaktiv
maddələrin istifadəsinin əlamətlərini/simptomlarını və abstinent
sindromunu aşkar etmək çətin olur. Hamiləliyin kliniki əlamətlərini və
hamiləliyin ağırlaşma simptomlarını narkotiklərin istifadə və abstinent
sindromu səbəbindən olan simptomlardan ayırmaq vacibdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
23
Cədvəl 5. Konkret psixoaktiv maddədən asılı olaraq hamilə qadınlarda
abstinent sindromunun əlamətləri/simptomları
Maddə
Əlamətləri/Simptomları
Alkoqol Qıcıqlanma, tremor, yuxu pozğunluğu, taxikardiya,
arterial təzyiqin yüksəlməsi, ürəkbulanma, midriaz,
qıcolma
Delta 9 –
tetrahidrokannabinol
(çətənə: marixuana, həşiş)
Narahatçılıq, qıcıqlanma, lənglik,
əsəbilik,
yuxusuzluq, ürəkbulanma, spazmlar
Tütün (məs., siqaretlərdə)
Qıcıqlanma, narahatçılıq, diqqətin konsentra-
siyasının pozulması, tapşırıqların əməl olunmasında
çətinliklər, həyacan, aclıq hissi, çəkinin artması,
yuxunun pozulması, siqaret çəkməyə meyllilik,
yuxululuq
Trankvilizator və yuxu
dərmanı:
Alprazolam, barbituratlar,
xlordiazepoksid, diazepam,
flurazepam, qlutetimid,
meprobamat, metakvalon və
digərləri
Tremor, yuxusuzluq, tez-tez kirpik vurması,
intoksikasion psixoz, qıcolmalar, həyacan,
narahatçılıq, əzələ spazmları, yuxunun pozulması,
arterial təzyiqin yüksəlməsi, qızdırma, iştahın
pozulması
Psixostimulyatorlar:
metamfetaminlər, kokain,
metilfenidat, fenmetrazin,
dimetiltriptamin, fensiklidin
Əzələlərdə ağrı, qarında ağrı, aclıq hissi,
uzunmüddətli yuxu, sui-qəsd fikirləri, bradikardiya,
preparatlara meyllilik, depressiya
Opioidlər:
kodein/oksikodon, heroin
hidromorfon, tripelenamin
Qripəbənzər sindrom, qıcıqlanma, midriaz, qarında
spazmlar, yuxusuzluq, həyacan, preparata meyllilik,
taxikardiya, arterial təzyiqin yüksəlməsi
Narkotik istifadə edən qadınların müəyyən qismi narkotik
asılılıqdan əziyyət çəkmir. Belə ki, narkotikdən asılılıq, pasiyentin
aparılma strategiyasına təsir edir, və onu aşkar edib qiymətləndirmək
çox vacibdir.
2.3 Hamiləlik zamanı psixoaktiv maddələrin təsiri və abstinent
sindromu
Abstinensiyanın simptomları cədvəl 5-də göstərilmişdir,
hamiləliyin gedişatına, dölə və yenidoğulana psxioaktiv maddələrin
təsiri isə cədvəl 6-da təsvir edilmişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
24
Cədvəl 6. Psixoaktiv maddələrin dölə, yenidoğulana və hamiləliyin
gedişatına təsiri
Maddə
Təsir
Alkoqol Öz-özünə törənən abort, mikrosefaliya, boy
artmasının gecikməsi, MSS tərəfindən
pozulma, psixi inkişafın gecikməsi və
davranış pozğunluğu daxil olmaqla, beyin-üz
anomaliyaları (gözün uclarında göz
qapağların bitişməsi, üst dodağın
hipoplaziyası, üst çənənin hipoplaziyası).
Tütün (məsələn siqaretlərdə)
İnkişaf qüsurları yaratmır, inkişafın ana
bətnində gecikməsi (doğuş zamanı bədən
çəkisinin defisiti 200 qr. az), vaxtından əvvəl
doğuş, ciftin görünməsi, ciftin vaxtından
əvvəl laylanması.
Delta-9-tetrahidrokannabinol (çətənə:
marixuana, həşiş)
İnkişaf qüsurları yaratmır, doğuş müddətdən
0,8 həftə öncə, müvafiq olaraq doğuş zamanı
bədən çəkisinin aşağı olması, kiçik davranış
pozuntuları.
Psixostimulyatorlar: piylənmənin
müalicəsi üçün vasitələr,
metamfetamin, kokain, metilfenidat,
fenmetrazin
Öz-özlüyünə abort, dölün hiperaktivliliyi,
inkişaf qüsurları (ürək qüsuru, öd yollarının
atreziyası), davranış pozğunluğu, sidik
yollarının anomaliyası, inkişafın
gecikməsinin assimetrik forması, ciftin
vaxtından əvvəl laylanması, infarkt və digər
kəllə beyinin zədələri, dölün ana bətnində
ölməsi, yenidoğulanda nekrotik enterokolit.
Narkotiklər: kodein, heroin,
hidromorfon, meperidin, morfin,
opioid, pentazosin, tripelenamin
İnkişaf qüsurlarsız ana bətnində inkişafın
gecikməsi, dölün aktivliliyinin artması ilə
abstinent sindromu, nəfəs alma çətinliyi, döl
ətrafı suların vaxtından əvvəl axması,
vaxtından əvvəl doğuş, döl ətrafı sularda
mekon qarışımı, perinatal ölüm.
2.4. Narkotik asılılıq zamanı məsləhət və müalicə
Məsləhətvermə — narkotik asılılıqdan əziyyət çəkən, İİV
infeksiyalı hamilə qadınlara göstərilən tibbi yardımın mütləq
hissəsidir. Xüsusi olaraq aşağıdakıları qeyd etmək lazımdır:
narkotiklərin dölə və yenidoğulana ziyanı;
opioidlə əvəzedici terapiyanın (OƏT) ana və dölün sağlamlığına
faydası;
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.