Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2016-ci IL üçün illik hesabat I



Yüklə 189,17 Kb.
səhifə1/3
tarix25.06.2018
ölçüsü189,17 Kb.
#51202
  1   2   3

Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin

2016-ci il üçün illik

H E S A B A T I
Biləsuvar rayonunda 2016-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Sisteminə daxil olan 30 dövlət kütləvi kitabxanası fəaliyyət göstərmişdir ki, bunlardan biri rayon Mərkəzi kitabxanası, 29 isə kənd kitabxana filialı olmuşdur. Rayon Mərkəzi kitabxanası 1947-ci ildən fəaliyyət göstərir. Biləsuvar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1978-ci ildə yaradılmışdır. Mərkəzləşdirilmiş Kitabxana Sistemi 30 kitabxananı əhatə edir.Öz əsas vəzifəsini rayonun 100 mindən çox əhalisinə xidmətdə görən Billəsuvar rayon dövlət kütləvi kitabxanaları rayon ərazisindəki bütün kitabxanalardan oxucuların tam istifadə etməsinə nail olmaqdan ötrü özünün bütün imkanlarından istifadə etmişdir.

Mərkəzi kitabxana üzrə oxucu sayı 4310 nəfər, kitab fondunun ümumi sayı 69514 nüsxə, kitab verlişi 63600 nüsxə verilmişdir. Mərkəzi kitabxanaya yeni kitab 485 ədəd daxil olmuşdur.

Mərkəzi Kitabxanada Mərkəzi Kitabxananın İnformasiya Resurs şöbəsi il ərzində kitabxanada bütün tədbirləri kitabxananın veb saytında “Biləsuvar.cls.az “yerləşdirir.

Mərkəzi Kitabxana fasiləsiz internetlə təmin olunmuşdur. Hər bir istifadəçinin şöbəyə gələrək internetdən azad şəkildə istifadə etmək hüququ vardır. İstifadəçiyə göstərdiyi xidmətlə yanaşı kitabxananın VEB – saytı “bilasuvar.cls.az” bu şöbədə işlənib, hazırlanır. 2016-cı ildə sayta istər rayonda, istərsə də kitabxanada keçirilən 52 tədbir yerləşdirilmişdir. Kitabxana, Biləsuvar rayonu , Elektron Kitabxana, Elektron kataloq, Yeni kitablar və digər əsas bölmələrdən başqa “Yaddan çıxmaz Qarabağ” , “ İnsan hüquqları”, ”Vətənpərvərlik “ ,”Hüquq mərkəzi “,”Qədim Biləsuvar və biləsuvarlılar“, “Xaricdə yaşayan Görkəmli şəxslər” bölməsi yaradılmışdır . Bununla yanaşı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan şairləri , yazıçıları , dramaturqları , alimləri haqqında verilmiş yubiley Sərəncamları haqqında məlumatlar saytımızda yerləşdirilir. Yerləşdirilən daimi bölmələrlə yanaşı 2016-cı ildə “Multikulturalizm ili”, “ Nəsibə Zeynalova-100 illik yubileyi, VIII Ümumrespublika Kitab bayramı, Səməd Vurğun 110 illik yubileyi, Süleyman Rüstəm anadan olmasının 110 illik yubiley, Mirzə İbrahimovun 105 illik yubiley və s.keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının Tədbirlər Planının 2.3.8.bəndinə əsasən regionlarda XX əsrin 90-cı illərində nəşr olunmuş diyarşünaslığa aid olan maraqlı məlumatları skaner vasitəsi ilə elektron informasiya daşıyıcılarına köçürməli və onları kiril əlifbasından latın əlifbasına çevrilməsidir. Bu məqsədlə İnformasiya –Resurs şöbəsi bu sahədə öz işini həyata keçirir .

“Kitabxana Portalı “linki altında saytlar yaradılmış, İnformasiya –Resurs şöbələri üçün üç günlük treninqlər keçirilmiş ,hər bir rayonun saytı olmaqla yanaşı MKS-lərin Web saytlarında “Filiallar “linki yaradılmışdır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayevin tapşırığına əsasən rayonlar arasında monitorinqlər keçirilmişdir .2016-cı ilin dekabr ayında Azərbaycan Milli Kitabxanasının əməkdaşları Biləsuvar rayon Mərkəzi Kitabxanasında və həmçinin şəhər ,kənd filial kitabxanalarında olmuşdular .Mütəxəssislər rəy və tövsiyələrini vermiş,nəzərə almağı xahiş etmişlər.

Yanvar

“Qanlı yanvar”


c:\users\aida\desktop\1484654623sam_1154.jpg c:\users\aida\desktop\1484654631sam_1161.jpg

Biləsuvar rayon Mərkəzi kitabxanasında 20 Yanvar Faciəsinin 26 ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

19-20 yanvar 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxanada, Heydər Əliyev Mərkəzində 20 Yanvar Faciəsi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları və rayon ictimaiyyəti iştirak etdi.
  Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verildi.Sovet ordusunun döyüş hissələrinin Bakı şəhərinə yeridilməsi xalqa qarşı törədilən misli görünməmiş faciəyə gətirib çıxardı.Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Ulu Öndər Heydər Əliyev müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki,  dünya ölkələri  20 Yanvar hadisələrinə  siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı  bir hadisə  kimi tanınsın. Tədbirin sonunda  sənədli filmə  və mədəniyyət işçilərinin hazırladığı ədəbi -bədii kompazisiyaya tamaşa edildi.



Fevral
2 Fevral Gənclər Günü

       2 fevral Gənclər Günü münasibəti ilə Rayon Mərkəzi kitabxanada və “Zirvə”klubda "Gənclər Böyük qüvvədir" başlığı altında tədbir keçirildi. Tədbirdə Gənclər və idman idarəsinin rəisi A.Bağırov da iştirak etdi.A. Bağırov çıxış edərək qeyd etdi ki, 2 fevral Ümumrespublika Gənclər günüdür.  Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.


Azərbaycanın Milli qəhramanı M.İbrahimovun anadan olmasının 27 ildönümü

c:\users\aida\desktop\12743513_142126732838483_6437490403576274771_n.jpg c:\users\aida\desktop\12705223_142120372839119_4932633700769977466_n.jpg

 Azərbaycanın Milli qəhramanı M.İbrahimovun anadan olmasının 28 ildönümü ilə əlaqədar Mərkəzi kitabxanada 7 fevral 2016-cı il tarixində tədbir keçirilmişdir.  Mədəniyyət və turizm şöbəsinin müdiri R.Cəfərova çıxış edərək bildirdi ki, doğma torpağı uğrunda son damla qanınadək vuruşub şəhidlik zirvəsinə ucalmış igid övladların xatirəsi yaddaşlarda əbədi qalacaq. Onların sonsuz yurd sevgisi,qəhrəmanlıqlarla dolu döyüş yolu indiki və gələcək nəsillər üçün örnəkdir. Belə igid oğullardan biri də bu gün böyük iftixarla anılan, ölkə başçısı cənab ilham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən gizir Mübariz Ağakərim oğlu İbrahimovdur. Tədbir iştirakçıları Mübariz İbrahimovun ev müzeyin də ziyarər etdilər.



N saylı Hərbi hissədə-Səyyar xidmət

c:\users\aida\desktop\12742499_152436048474218_6822706940079650830_n.jpg c:\users\aida\desktop\12717816_152433458474477_8693623449845877733_n.jpg c:\users\aida\desktop\12705482_152433311807825_7299592508649908844_n.jpg

20 fevral 2016 -cı il tarixində N saylı Hərbi hissədə keçirilən valideyin görüşündə Biləsuvar rayon Mərkəzi kitabxana və Mədəniyyət Mərkəzinin kollektivi iştirak etdi. Mərkəzi kitabxananın işçiləri N saylı Hərbi hissədə səyyar kitabxana təşkil etdi və Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivi konsert proqramı ilə hərbiçilər qarşısında çıxış etdi.

Səyyar sərgi

c:\users\aida\desktop\thumb_302_8380010.jpg

          23 Fevral 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının hesabatı ilə əlaqədar təşkil olunmuş ümumrayon tədbiri ilə bağlı Heydər Əliyev Mərkəzi qarşısında rayonun peşəkar rəssamları Firudin Bağırov, Həsənağa İsmayılovun rəsm əsərlərinin sərgisi, yeni nəşr olunmuş kitabların sərgisi, eyni zamanda məktəblilərin rəsm əl işləri,dekorativ sənət nümunələri nümayiş etdirilmiş və əhali tərəfindən maraqla qarşılanmışdır.



26 Fevral Xocalı Soyqırımı

c:\users\aida\desktop\10277420_157033984681091_2057125739849592035_n.jpg c:\users\aida\desktop\11694900_157033431347813_6351477558386805534_n.jpg c:\users\aida\desktop\12734107_157034374681052_5345703107386249613_n.jpg

24 Fevral 2016-cı il tarixdə Mərkəzi kitabxanada keçirilmiş Xocalı Faciəsinin 24-cü il dönümünə həsr olunmuş "Əsir Şəhər"adlı tədbir keçirilmişdir.

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.



1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. 

Biləsuvar rayon Mərkəzi Kitabxanasında faciəyə həsr olunmuş "Xocalı Faciəsi uşaqların gözü ilə" bağlı rəsm müsabiqəsi keçirilmişdir.

Mart

 8 mart Beynəlxalq Qadınlar Günü



 

  06 mart 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.


Tədbirdə  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev bayram münasibətilə qadınları təbrik edərək onlara xoş arzularını bildirdi.O, qadınlarımızın respublikanın ictimai-siyasi, elmi-mədəni inkişafındakı fəal rolundan danışaraq qeyd etdi ki, artıq Azərbaycan xanımları dərin zəkaları və tükənməz potensialları ilə bu gün dövlət idarəçiliyinin ən yüksək pillələrində belə xalqa və cəmiyyətimizə layiqincə xidmət edirlər.M.Quliyev bir daha qadınları təbrik etdi və bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı.Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup  qadınlar qazandıqları uğurlara görə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olundular.   Çıxış edənlər bayram münasibətilə qadınlarımızı təbrik etdilər və onlara şəxsi həyatlarında və  işlərində müvəffəqiyyətlər arzuladılar.
 Sonra  rayon Mədəniyyət işçilərinin hazırladığı konsert proqramı təqdim olundu.

Novruz Bayramı

Elimizə bahar gəlir!

c:\users\aida\desktop\1625806_174775106240312_1161377989072972718_n.jpg c:\users\aida\desktop\995361_176552486062574_8971313434305278284_n.jpg c:\users\aida\desktop\1919265_176549222729567_4582005715860591923_n.jpg c:\users\aida\desktop\1625575_176550629396093_887416973068214862_n.jpg

18 mart 2016-cı il tarixdə Biləsuvar rayonunda xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən "Novruz" bayramı münasibətilə ümumrayon tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri və kollektivləri, KİV nümayəndələri, rayon ictimaiyyəti iştirak etdi.Tədbirdə Biləsuvar rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivləri rayon əhalisi qarşısında böyük bayram konserti ilə çıxış etdilər. Eyni zaman da tədbirdə xalqımızın "Novruz" bayramı ılə bağlı adət-ənənələri, qədim məişət əşyaları, milli kulinariya, dekorativ tətbiqi sənət nümunələri, kitab sərgisi nümayiş etdirildi.


31 mart Azərbaycanlıların soyqırımı

c:\users\admin\desktop\12936773_190208381363651_6267709581316097642_n.jpg c:\users\admin\desktop\12049646_190218241362665_1855581584120749392_n.jpg c:\users\admin\desktop\12718206_190219101362579_3141856930905006297_n.jpg

 

30 mart 2016-cı il tarixdə Mərkəzi kitabxanada 31 mart Azərbaycanlıların Soyqırımı gününunə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə erməni vəhşiliklərindən danşıldı. Tədbirdə mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova iştirak edirdi. Xanım Cəfərova çıxış edərək qeyd etdi ki, Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ,Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.



       1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.   "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər.

Aprel

Səməd Vurğun 110 illik yubileyi

c:\users\admin\desktop\12932610_191467794571043_5506056598229266529_n.jpg  c:\users\admin\desktop\13720_191468514570971_6940833110570095697_n.jpg c:\users\admin\desktop\12439106_191467907904365_2350728350301761122_n.jpg

1 aprel 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxanada Səməd Vurğunun 110 illik yubileyi münasibəti ilə "Bilinməyir yaşın sənin" başlığı altında tədbir keçirilmişdir. Tədbirdə mədəniyyət və turizm şöbəsinin müdiri Rəfiqə Cəfərova və məktəblilər iştirak edirdi. Xanım Cəfərova Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında geniş çıxış etdi. Xalq şairi Səməd Vurğunun Mərkəzi kitabxanada kitablarının sərgisi təşkil olunmuşdur.

Kəlbəcərin işğalının 23 ili

c:\users\admin\desktop\12670484_192336037817552_3319047450258162605_n.jpg c:\users\admin\desktop\12932682_192336171150872_6609783869256239745_n.jpg

02 aprel Kəlbəcərin işğalından 23 il ötür. Biləsuvar rayon Mərkəzi kitabxanada Kəlbəcərin işğalı günü ilə əlaqədar sərgi təşkil edilmişdir.Kəlbəcər 1993-cü ilin aprel ayının 2-dən Ermənistan ordusunun işğalı altındadır.
Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.

15 aprel Beynəlxalq Mədəniyyət Günü

c:\users\admin\desktop\12987074_201375950246894_4792984321060876194_n.jpg c:\users\admin\desktop\13010815_201374456913710_1157572079522470523_n.jpg c:\users\admin\desktop\12963790_201373580247131_7443389533122595543_n.jpg

15 aprel Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə Mədəniyyət sahəsində çalışan bütün əməkdaşlarımızı ürəkdən təbrik edirik!
15 aprel Beynəlxalq Mədəniyyət günü qeyd olunur. Bu tarix 15 aprel 1935-ci ildə Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq – hüquq təcrübəsində Rerix Paktı kimi də tanınır.O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel Mədəniyyət günü kimi qeyd olunur.
2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Arqentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Dünya bayrağı altında Ümumdünya mədəniyyət günü kimi təsdiqi üçün Beynəlxalq hərəkat yarandı.
Ümumdünya mədəniyyət gününün qeyd olunması təklifini ilk dəfə 1931-ci ildə Belçikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif etmişdir.

 


Vətənpərvərlik mövzusunda

c:\users\admin\desktop\12998666_204025333315289_7830469954467908584_n.jpg c:\users\admin\desktop\13043728_204025156648640_5888013528576773218_n.jpg c:\users\admin\desktop\12991051_204025546648601_1293934984293972448_n.jpg
19 aprel 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxananın Oxuculara Xidmət şöbəsinin müdiri Dilşad Quliyeva, Oxu zalının müdiri Aidə Zeynalova rayon 4 saylı tam orta məktəbin VII və III sinif şagirdlərinə "Vətənpərvərlik" mövzusunda intelektual suallar təqdim etdi.

23 aprel – Beynəlxaq Kitab və Müəlliflik Hüququ Günüdür
c:\users\admin\desktop\13087736_206483166402839_7160322043255439894_n.jpgc:\users\admin\desktop\13082502_206483173069505_5069420491213358992_n.jpg

23 aprel – Beynəlxaq Kitab və Müəlliflik Hüququ Günüdür.Bu gün münasibəti ilə kitabsevərləri və müəllifləri təbrik edirik.23 aprel YUNESKO tərəfindən elan edilən və Azərbaycanda artıq 1997-ci ildən başlayaraq ənənəvi şəkildə qeyd edilən Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Müəlliflik hüququnun Kitab ilə təmasda olması, «Yaradıcıdan – Kitaba, Müəllifdən – Müəlliflik Hüququna» yolu heç də təsadüfi deyil. Məşhur Volterin kəlamı ilə desək, «onlar ocaqlarımızdakı oda bənzəyir: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsusdur».
Hər bir oxunan Kitabın bəhrəsi yeni kitabdır, yeni biliyə yol açan bilik mənbəyidir, yaradıcılıq və kreativlik fenomenindən irəli gələn «Müəllif» anlayışı və Müəlliflik hüququdur.
May
Əhmədağa Muğanlı-90
c:\users\admin\desktop\13087549_212538069130682_7791570674385211869_n.jpg

Biləsuvar rayon Mərkəzi kitabxanasında Azərbaycan Əməkdar Mədəniyyət işçisi, yazıçı"Əhmədağa Muğanlı-90" illik yubileyi münasibəti ilə sərgi təşkil edildi.

 

9 May Qələbə - 71



c:\users\admin\desktop\13151769_215373495513806_4433518286660300755_n.jpg c:\users\admin\desktop\13151682_215373455513810_448180377578181907_n.jpg

7 may 2016-cı il tarixdə Biləsuvar rayon Mərkəzi kitabxanasında Qələbənin 71-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir
Gül Bayramı
http://libraries.az/uploads/image/78721431497370.jpg http://libraries.az/uploads/image/874631431497620.jpg
  9 may 2016-cı il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti və mədəniyyət və turizm şöbəsinin  təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev adına parkda Ulu Öndərin 92 illik yubileyi və möhtəşəm "Gül Bayramı" qeyd olundu.Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər və rayon ictimaiyyəti iştirak etdilər.
       Əvvəlcə Ulu öndərin abidəsi ziyarət olundu əziz xatirəsinə tər çiçəklər qoyuldu. Sonra rayonun mərkəzi kitabxana işçilərinin, ümumtəhsil məktəbləri şagirdlərinin və  gənc rəssamlarının müxtəlif növ güllərdən hazırladıqları sərgi nümayiş olundu.  Tədbir Heydər Əliyev adına parkda Biləsuvar rayonunun “Xalq Ulduzu” yarışmasından tanınan  mügənniləri  və rayon mədəniyyət işçilərinin  iştirakı ilə geniş konsert proqramı ilə davam etdi.

15 May Beynəlxalq Ailə Günü

c:\users\admin\desktop\13221737_219587318425757_2846194640723948531_n.jpg c:\users\admin\desktop\13164327_219587761759046_1259567838976464404_n.jpg

Biləsuvar rayon Mərkəzi kitabxanasında 15 May Beynəlxalq Ailə Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Cəfərov iştirak edirdi.

Yüklə 189,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə