Biləsuvar, Salyan (Şirvan Milli Parkı) rayonları üzrə turizm gəzinti



Yüklə 9,13 Kb.
tarix01.07.2018
ölçüsü9,13 Kb.



f:\şəkil.jpg
Biləsuvar , Salyan (Şirvan Milli Parkı) rayonları üzrə turizm gəzinti

turu
Turizm marşrutu 3 gün üçün nəzərdə tutulu. Turistlərin istəyindən asılı olaraq bələdçi (qid) və tərcüməçi xidmətidə (ingilis, rus, ərəb dilləri) təşkil olunur (50-60manat gündəlik), maşın xidməti rayon ərazisində gün ərzində 30 manat 3 nəfər üçün, Biləsuvar və Salyan rayonlarına 50 manat. Sifariş olarsa turistlərin sayından asılı olaraq avtobuslar təşkil olunur.

Turistlərin istəyinə görə otel və istirahət mərkəzlərində endirimlə (standart qiymətdən aşağı) rezervasiya olunur (otelin qiyməti əlavə ödənilir). Turistlərin istəyi ilə əyləncə proqramları təşkil olunur (konsert, sərgi, sənətkarlarla tanışlıq, folklor qrupu ilə tanışlıq və s. əlavə təşkil olunur).
Birinci gün
Biləsuvar rayonunun girişində qarşılanma (gələnlərin istəyinə əsasən oteldə yerləşdirmə).

Biləsuvar daxilində tarix və mədəniyyət abidələri və görməli yerlərlə tanışlıq (Heydər Əliyev Mərkəzi, Rövşən Bədirov adına Dövlət Rəsm Qalereyası, Tarix-diyarşünaslıq muzeyi)

Yerli mətbəx nümünələri ilə tanışlıq və nahar (gunorta yeməyi).

Biləsuvar ilə tanışlığın davamı (“Şəhriyar Şəhəri” memarlıq abidəsi ilə tanışlıq).

Otelə qayıdış və şam yeməyi.


İkinci gün


Səhər yeməyi

Biləsuvar ərazisində yerləşən arxioloji abidələrlə (Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisi" ) tanişlıq. Nahar fasiləsi. Nahardan sonra Mahmudçala gölündə quş ovuna getmək. Tüfənglər icazəli və öz adlarına olmalıdır. Hər kəs pozisiyalarda yerləşir və bələdçilər müşahidə edir. Qayıq və atlardan istifadə olunur. Ov macerası bitdikdən sonra otelə qayıdış.



Üçüncü gün
Səhər yeməyi Biləsuvarda yedikdən sonra Salyan rayonuna yola düşmək

Salyan rayonunda yerləşən Şirvan Milli Parkı ilə tanışlıq. Milli Parkın ərazində gəzinti turistləri ekoloji marifləndirmək. Milli Parkın ərazisində olan flora və fauna ilə tanışlıq. Günorta yeməyi Salyan rayonunda etmək . Bakıya qayıdış.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə