Biləsuvarın tarixi abidələrini, Mahmudçala ovçuluq təssərrüfatını və Salyan rayonu Şirvan Milli Parkını tanıyaq



Yüklə 55,63 Kb.
tarix02.01.2018
ölçüsü55,63 Kb.


Biləsuvar rayonu üzrə turizm marşrutunun

Pasportu
İ. Ümum müddəalar

1.1. Marşrutun adı və növü: “Biləsuvarın tarixi abidələrini, Mahmudçala ovçuluq təssərrüfatını və Salyan rayonu Şirvan Milli Parkını tanıyaq”.



1.2. Kim üçün nəzərdə tutulub: tarix-və mədəniyyət abidəlri ilə maraqlananlar, balıqçılıqla maraqlananlar, təbiətlə və nadir heyvan və quşlarla maraqlanan turistlər üçün.

1.3. Qrupun optimal sayı (nəfər): minimum 4 nəfər maksimum 26 nəfər.

1.4. Marşrutun müddəti (günlə): 3 gün.

1.5. Marşrutun məsafəsi (km.): Bakı-Biləsuvar 180 km.

1.6. Marşrutun çətinlik dərəcəsi (İ-İV): İ

1.7.Marşrutun mövsümü: (yanvar, fevral, mart, aprel, may, sentyabr, oktyabr, noyabr, dekabr).

1.8. İstifadə olunacaq nəqliyyat növü: avtobus, avtomobil.

1.9. Marşrut üzrə hərəkət üsulu (maşın, piyada, atla, qayıqla, velosiped və s.).

Bakıdan Biləsuvara avtobus və avtomobillə yola düşmə. Biləsuvar rayonun girişində qarşılanma və oteldə yerləşdirmə.Biləsuvar rayonunda yerləşən tarix və mədəniyyət abidələri və görməli yerlərlə tanışlıq (Heydər Əliyev Mərkəzi, Rövşən Bədirov adına Dövlət Rəsm Qalereyası, Tarix-diyarşünaslıq muzeyi)

Yerli mətbəx nümünələri (əsasən quzu və hind quşu ətindən təamlar) ilə tanışlıq və nahar (gunorta yeməyi). Biləsuvar ilə tanışlığın davamı (“Şəhriyar Şəhəri” memarlıq abidəsi ilə tanışlıq).

Otelə qayıdış və şam yeməyi.

İkinci gün Biləsuvar ərazisində yerləşən arxioloji abidələrlə (Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisi" ) tanişlıq. Nahar fasiləsi. Nahardan sonra Mahmudçala gölündə quş ovuna getmək. Tüfənglər icazəli və öz adlarına olmalıdır. Hər kəs pozisiyalarda yerləşir və bələdçilər müşahidə edir. Qayıq və atlardan istifadə olunur. Ov macerası bitdikdən sonra otelə qayıdış.

Üçüncü gün oteldə səhər yeməyi. Salyan rayonunda yerləşən Şirvan Milli Parkı ilə tanışlıq. Milli Parkın ərazində gəzinti turistləri ekoloji marifləndirmək. Milli Parkın ərazisində olan flora və fauna ilə tanışlıq. Günorta yeməyi ,Günün ikinci yarısı Bakıya yola düşmək.



1.10. Yaşayış və yerləşmə şəraiti: otel və istirahət mərkəzləri.

1.12. Marşrut boyu qidalanma: restoran və istirahət məkanları.

1.13. Əsas ekskursiya məntəqələri: (yerləşdiyi ərazini və ünvanı göstərməklə):Heydər Əliyev Mərkəzi – Biləsuvar şəh. Milli Qəhrəman M.İbrahimov küç, Tarix-diyarşünaslıq muzeyi – Biləsuvar şəh 8 mart küç, Dövlət rəsm qalereyası H.Əliyev küç, Şəhriyar Şəhəri Muğnkənd ərazisi, Mahmudçala Ovçuluq Təsərüffatı Ovçubərə kəndi, Şirvan Milli Parkı Salyan rayon ərazisi Bakı- Astara magistiralının yolun üstü

1.14. Bələdçilərin sayı: turistlərin sayından asılı olaraq 1-3 nəfər.

1.15. Əsas xidmət xərcləri (nəqliyyat xərcləri, qidalanma, yerləşmə və s.): turistlərin sayından asılı olaraq müəyyən olunur.

1.16. Yaşayış məntəqələri və yol şəbəkələri də daxil olmaqla marşrut boyu əsas məntəqələr: Baki- Biləsuvar-Salyan-Bakı

a-bilasuvar.png
Tarixi
Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır.

Tədqiqatçı Sabir Nəsiroğlu "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın – bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğungəlir.Digər bir versiyaya görə isə ərazi öz adını "belə", "su", "var" sözlərinin birləşməsindən almışdır.Yerli əhali də bu versiyaya daha çox üstünlük verir.

Coğrafi mövqeyi

Biləsuvar rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairəsinin uzunluğu 241 km-dir. Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1358 kvadrat kilometrdir. Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı – Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.



Ümumi ərazi, [kv.km]1358.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km]1129.29
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km]202.53
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km]562.10
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km]425.31
Meyvə bağlarının ümumi sahəsi, [kv.km]12.00
Şoran torpaqların ümumi sahəsi, [kv.km]26.07

Relyefi


Rayon ərazisindən keçən Bolqarçay mənbəyini İran İslam Respublikasından götürməklə, mənsəbi Mahmudçalada bitir. Mənbəyinin Araz çayından götürən uzunluğu 101 km olan Əzizbəyov adına kanal rayon əhalisinin içməli suya olan təlabatını ödəməklə yanaşı, əkinlərin suvarılması üçün yeganə mənbədir. Rayonun qərb hissəsində şabaladı və açıq şabalıdı torpaqlar olmaqla, müəyyən hissəsi qeyri şorəkət və az miqdarda şorakət torpaqlardır.Bitki örtüyündə çöl formasiyası geniş yer tutur.Quru çöl bitkiləri (şahsöyüdü, yolğun və s.), kollar vardır. Rayonun çöl düzündə Mahmudçala ovalığı yerləşir.


Təbiəti

Rayon ərazisində ən çox rast gələn heyvan növləri canavar, tülkü, boz dovşan, çölsiçanı və çaqqal, quşlardan kəklik, qırqovul, göyərçin, su quşları və s. var. Əsasən şabalıdı və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Müəyyən hissəsi az miqdarda şorakət torpaqlardır.



İqlimi


Rayonun iqlimi isti və quru iqlimdir. İyul ayında orta temperatur +35 °C olur. Qışı mülayim keçir. Yanvar ayının orta temperaturu +7 °C. Yağıntıların miqdarı ildə 220–275 mm təşkil edir.
İqtisadi xarakteristikası



Rayonun iqtisadiyyatını əsasən kənd təsərrüfatı təşkil edir. Son illərədə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində Biləsuvar rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalı edən sənaye müəssisələri yaradılmışdır ("Biləsvar-Aqro" süd emalı zavodu, "Natural Qreland MMC"-nin konsevr zavodu). Bundan əlavə rayonda mebel fabriki, beton zavod fəaliyyət göstərir. 2010-cu ildə rayonda ümumi məhsul buraxılışının həcmi 127246,9 min manat, adam başına düşən ümumi məhsul buraxılışının həcmi 1.408 manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində sənaye məhsulunun həcmi 5823,1 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 66.687 min manat təşkil etmiş, həmçinin pərakəndə əmtəə dövriyyəsi 27165.5 min manat, əsas kapitala yönəldilmiş investisyanın həcmi 27586.5 min manat olmuşdur.


Kənd təssrüfatı

Biləsuvar rayonu əsasən kənd təsərrüfatı rayonudur. Rayonda əkinçilik, heyvandarlıq və quşçuluq geniş inkişaf etmişdir. 2010-cu ildə rayonda 41.314 ton taxıl istehsal olunmuşdur. Bunun 22.858 tonu buğda, 18.454 tonu isə arpa məhsuludur. Rayon üzrə orta məhsuldarlıq 15 sentner olmuşdur. Məhsuldarlığın az olmasının səbəbi aramsız yağan yağışlar olmuşdur. Pambıqçılığın inkişaf etdirilməsində müəyyən işlər görülmüşdür. İl ərzində 4750 hektar pambıq əkin sahəsindən 5.677 ton xam pambıq istehsal edilmişdir. Rayon üzrə orta məhsuldarlıq 12 sentner olmuşdur. Heyvandarlıq sahəsində iri buynuzlu mal qaranın sayı 39.081 baş, xırda buynuzlu mal qaranın sayı isə 134.524 baş olmuşdur. 2010-cu ildə 2.851 ton ət, 23.573 ton süd, 270 ton yun və 9.905 min ədəd yumurta istehsal edilmişdir.


Mədəniyyət, təhsil və səhiyyə müəssisələri


Biləsuvar rayonu 2013-cü ilin Gənclər Paytaxtı elan edilmişdir.

Maddi-Mədəni iris


Biləsuvar rayonunda 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidəsi var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağdam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Biləsuvar rayonunda apardığı arxeoloji kəşfiyyat işləri zamanı orta əsrlərə aid bir neçə qədim abidə, eyni zamanda, qədim şəhərin qalıqlarını aşkarlayıb. Biləsuvar rayonunda arxeoloji qazıntı aparılan zaman "Çöl Ağdam qalası", "İçəri Ağdam qalası", orta əsrlər Şəhriyar şəhərinin qalıqları, rayonun İsmətli kəndində orta əsr yaşayış yeri və kurqanı, Səmədabad kəndində orta əsr yaşayış yeri və s. aşkarlanıb.İndiyədək Şəhriyar şəhəri haqqında məlumatlar olsa da, bununla bağlı arxeoloji qazıntılar aparılmayıb.

Rayon mərkəzi Biləsuvar şəhərində və Xırmandalı kəndində 1941-1945-ci illərdə İkinci Dünya adına İdman və Sağlmlıq Kompleksi ərazisində Qarabağ uğrunda həlak olmuş şəhidlərə və 20 Yanvar şəhidlərinə xatirə kompleksi və Dərvişli kəndində 20 Yanvar şəhidlərinə xatirə kompleksi abidələri ucaldılmışdır.

Mahmudçala ovçuluq təsərrüfatı


Biləsuvar rayonu ərazisindəki Mahmudçala gölünün faunasını zənginləşdirən flaminqolar vaxtından əvvəl gölə miqrasiya ediblər.

Flaminqolar Ələt-Astara magistral yolunun kənarında yerləşən gölün mənzərəsinə əlavə rəng qatıb. Yoldan keçənlər bu mənzərəni görüb ayaq saxlayır, təbiət gözəlliyini seyr edirlər.

Qeyd edək ki, ölkəmizdə qızılqaz kimi tanınan flaminqolar "Qırmızı kitab"a düşüb. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılıblar.

ovçuluq turizmihttps://img.day.az/2016/10/16/831412_0.jpg

http://static.bsu.az/w35/16kl.jpghttp://static.bsu.az/w35/131.jpg

Azərbaycanda 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları müşahidə etmə (Bird Watching) turizm növü üzrə xüsusi marşrut təşkil olunub. 


Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən APA-ya verilən məlumata görə, bu marşrutla təşkil olunan ilk səfərdə Nazirlik nümayəndəsi, Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları, turizm şirkətlərinin əməkdaşları iştirak ediblər. Ekskursiya Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri E.Sultanov tərəfindən aparılıb və turizm şirkətlərinin nümayəndələrinin böyük marağına səbəb olub. İnfoturun keçirilməsində əsas məqsəd yerli turizm şirkətlərinin ölkəmizdə bu turizm növünün potensialı haqqında geniş məlumat əldə etməsidir. Eyni zamanda, layihənin həyata keçirilməsi nəticəsində iştirakçılar Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları müşahidə etmə (Bird Watching) potensialı haqqında ətraflı məlumat və belə turların təqdimatı üzrə lazımi vərdişlər əldə ediblər.

İnfotur layihəsi çərçivəsində iki müxtəlif (Bird Watching) quşların müşahidəsi üzrə marşrutun texniki pasportu hazırlanaraq turizm şirkətlərinə təqdim ediləcək. Bu da turizm şirkətlərinə yeni növ turizm məhsulunu beynəlxalq və yerli bazara çıxarmaq imkanı yaradacaq.



Şirvan Milli Parkı haqqında məlumatкартинки по запросу şirvan milli parkindan fotolar


Şirvan Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Səlyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.   



şirvan milli parkı Milli Parkın yaradılmasında  əsas məqsəd yarımsəhra landşaftının  başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı  kitabı”na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna  növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək,  əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait  yaratmaqdır.

 Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi  burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir.  Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər  və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri,  laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə  yaranan əsas relyef forması–düyün təpəcikləri ceyranların sığınacağı  və mühafizəsi üçün çox sərfəlidir.  

 Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da  ceyranları su ilə tam təmin edir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.

Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi, duzlaq-çoğanlı, yarımsəhra bitkiləri, çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir.

Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.

Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Bunlar Suriya sarımsaqiyli qurbağa, yaşıl quru qurbağası, Kiçik Asiya ağac qurbağası və göl qurbağasıdır.

Suriya sarımsaqiyli qurbağa nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına  daxil edilmişdir və qanunla qorunur. Şirvan Milli Parkının heterofaunasını 17 növ surunən heyvanlar təşkil edir. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır. Tısbağalar: Aralıq dənizi və ya quru tısbağası, Xəzər tısbağası, bataqlıq və ya çay tısbağası. Kərtənkələlər: Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, zərif ilanbaş kərtənkələ. İlanlar: kor ilan, adi su ilanı,  su ilanı, zeytuni təlxə, qızılı təlxə, xaltalı eyrenis, kələz ilan və cənubi Qafqaz gürzəsi.

Aralıq dənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına  daxil edilmiş və qanunamüvafiq  olaraq mühafizə olunur.

Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibb xammalı olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur.

Şirvan Milli Parkında 230 növ qeydə alınmışdır. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.

Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, bizquyruq,  cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördək və digər ördək növləri toplantılar əmələ gətirirlər. 
Göstərilən biotoplarda  iyrəncələrə, qutanlara, qarabattaqlara və qağayılara rast gəlinir. 
Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar, bizdimdiklər və bekaslar toplantılar əmələ gətirir.

Qırmızıdöş qaz, boz, ağalın və ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplarında istirahət edir, yarımsəhraların dənli-efemer, yovşanlı-efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrində qidalanırlar.

Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir.

şirvan milli parkı

Yırtıcı  quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və s. növlərə az miqdarda rast gəlinir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılmışdır.

Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı Kitab”ına, 10-u ancaq “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na, 10-u isə həm Azərbaycanın  “Qırmızı Kitab”ına (1989), həm də  “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na (2002) daxil edilmişdir.

Məməli heyvanların respublikamızda yayılmış bütün dəstələrinin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir.



Həşərat yeyənlər dəstəsindən ağdöş və qulaqlı kirpilər, quldenştedt qonurdişi; Yarasalar dəstəsindən itiqulaq, bığlı, cırtdan və Küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ   könlücəsi;  Gəmiricilər dəstəsindən ictimai çöl siçanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, kiçik və Kiçik Asiya ərəbdovşanları; Dovşankimilərdən boz dovşan; Yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi; Kürəkayaqlılardan xəzər suitisi; Cütdırnaqlılardan çöl donuzu və ceyran Milli Parkda məməlilər faunasının özəyini təşkil edir. Bu növlərdən ceyran, safsar və çöl pişiyi respublikamızın “Qırmızı Kitab”ına daxil edilmişdir. Xəzər suitisi, ceyran və safsar “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”nda müxtəlif statusla qorunan növlər elan edilmişdir. Bütün yarasa növləri “Avropa Yarasalarının Qorunması üzrə Razılaşma”ya (EUROBATS) əsasən mühafizə olunurlar. картинки по запросу şirvan milli parkindan fotolarпохожее изображение

 


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə