Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

28 
 
təsvirlərini [3,134], Şove mağarasında öküz və  qadın təsvirlərini [217,36-53] 
göstərmək olar. Qobustanda bəzi qadın təsvirinin duruşu, forması, texnikası 
antopomorf fiqurlarını adı çəkilən, yaşı müəyyən olunmuş Fransa təsvirlərinə daha 
da yaxınlaşdırır. Orta və Mərkəzi Asiya petroqliflərində də mifik totem süjetlərinə 
-ulu əcdad və qadın süjetlərinə rast gəlmək olar [216, 271]. 
İnsan təsvirləri, çox güman ki, mərasim geyimlərində  olan qadın təsvirləri 
xüsusi maraq doğurur. Məsələn, Böyükdaş dağının Anazağa mağarasında, 30 №-li 
daşda (ill. 10-b; 61-a) Karets burnu (Oneqa gölü) qrupundan paleolit qadın 
təsvirləri ilə  oxşar olan (ill.61-b) çoxsaylı fiqurlara rast gəlmək olar. Bu təsvirlər 
paleolit dövrünə  aid edilir (143.13. şəkil 12). Obrazların izah edilməsində 
saamların şaman dəfləri üzərindəki «nəslin anası» (Maderakka)  və  «yaradıcı ana» 
(Sarakka) obrazlarını göstərən [300, 47] bəzi qadın təsvirləri kömək edir. 
Kişi obrazı çox nadir hallarda paleolil incəsənətinin mövzusu olurdu və 
əsasən sonrakı dövrlərə aid edilirdi. Faciəli şəraitin təsviri xüsusi maraq kəsb edir. 
Ox və nizə  sancılmış kişi təsvirlərinə  (Böyükdaş dağı, yuxarı səki, 46, 66 №-li 
daşlar), (şəkil 41; 42) də  təsadüf olunur. Bəzən bu sxematik çəkilmiş fiqurlarda 
paleolit ənənələrinin izlərini görmək olur. 
Üslub və  texnikasına görə  daha sonrakı dövrlərə aid olan insan təsvirləri 
Valkomonikanın (İtaliya) yaşı dəqiq müəyyən olunmuş neolit fiqurları ilə  bəzi 
oxşar cəhətlərə malikdir [277.9]. 
Beləliklə, etnoqrafik müşahidələr nəticəsində insan təsvirlərinin  əsas 
əlamətləri bunlardır. Göstərilən bütün faktlar mifoloji obrazların qeyri-adi 
sabitliyini təsdiq edir. İbtidai təfəkkür tərzinə  daxil olmağın çox çətin olmasına 
baxmayaraq, biz bu təsvirləri dərk edib onların məzmununu başa düşə bilərik və 
təsviri sənət obrazlarında təqdim olunan düşüncələri bərpa edə bilərik. 
 
II.1.3. ANTROPOMORF VƏ ZOOMORF TƏSVİRLƏR
 
 
Antropomorf təsvirlər.  Azərbaycan qayaüstü incəsənətində  mərasim-ayin 
əlamətləri olan çoxsaylı təfsilatlar (maska-üzlüklər, üçbarmaqlı, çoxyaruslu 
təsvirlər, heyvan cizgiləri) olmasaydı, onları insan təsvirləri kimi qəbul etmək 
olardı. Lələkli, quyruqlu və  ucları olmayan buynuzlu tac formalı mürəkkəb baş 
geyimində  olan insan fiqurları maraq kəsb edir. Qobustan və  Gəmiqaya qayaüstü 
təsvirləri arasında bu cür rəsmlər az deyil. Qobustanın Böyükdaş dağında (24 №-li 
daş) antropomorf fiqurlar təsvir olunmuşdur: onlardan biri yandan quyruqla, digəri 
başında buynuzla çəkilmişdir; qolları aşağı salınmış, ayaqları aralı, əllərində silah 
vardır (cədvəl II, şək. № 1, 2, 3). Heyvan əlamətləri (buynuz, quyruq) sayəsində 
insan heyvana çevrilir. Görünür, bu fövqəltəbii  əcdadların, yarıinsan-yarıheyvan 
təsviridir. 


29 
 
Böyükdaşın 33 №-li daşında bir fiqur dirsəyi qatlanmış və  maraqlı baş 
geyimində, digəri lələkli baş geyimində, qolları aşağı sallanmış, ayaqları dizlərdən 
bir qədər bükülmüş vəziyyətdə təqdim olunur [cədvəl II, şəkil №
 
4, 5]. 
45 №-li daşda (Böyükdaş dağı) ayaqları çox aralı, başında çıxıntı (yəqin ki, 
lələk) və quyruğu olan fiqur təsvir olunmuşdur (cədvəl II, şək. №
 
6). 
126 №-li daşda qolsuz antromorf rəsmləri görmək olar. 10 №-li şəkildəki 
fiqur boyun və baş ətrafında bəzəklə təsvir olunmuşdur [cədvəl II, şək. № 7, 8, 9, 
10]. 
Gəmiqayada 47 №-li daş üzərində  ayaqları çox aralı, dirsəkləri bükülü və 
başında lələkli, buynuzlu maska olan fiqur həkk olunmuşdur. Bu cür fiqurlara 
Gəmiqayada tez-tez rast gəlmək olar [cədvəl II, şək. № 11], [237, şək. №16 (2); 
254, daş № 219, 238, 520]. 
Bu təsvirlər üslubuna və  texnikasına görə  Şişkino kəndinin Lena 
yazılarındakı (28 (600) №-li daş) buynuzlu maskada olan antropomorf fiqura 
yaxındırlar [cədvəl II, şək. №7], [131,58, tablo 25]. Analoji təsvirlər Qızıl Göl 
[136, 27] qayaüstü təsvirlərində, Oneqa gölünün qayalarında [136, 106, 143, 21], 
[cədvəl II, şək. № 12,16] dəfələrlə təkrarlanır. 
Qobustanın Böyükdaş dağındakı 263 №-li daş üzərində  olan yarıinsan-
yarıheyvan təsvirləri maraq doğurur. Fiqur kifayət qədər sxematik çəkilmişdir 
[cədvəl 2, şək. № 1 5], lakin diqqətlə  baxdıqda maraqlı təfsilatlar meydana çıxır. 
Fiqur insan təsviridir, amma onun yuxarı hissəsi heyvan başı, alt hissəsində 
ayaqların sonu heyvan dırnağıdır. Beləliklə, qarşımızdakı təsvir, yarısı heyvan-
yarısı insanın qarışıq obrazıdır. Bəzi buna bənzər zoomorf təsvirləri neolit dövrü 
fiqurları arasında və digər regionlarda (sığın dırnaqları ilə bitən, uzun ayaqlı, 
sümük insan fiquru) müşahidə etmək olar [143, 21]. İnsanların heyvan cildinə 
maskalanması adəti bir çox xalqlarda qədimdən mövcuddur. İlahilərin heyvan 
sifətində göstərilməsi qədim Misir mədəniyyəti üçün səciyyəvidir: mərhumların 
himayədarı olan Anubis çaqqal başı ilə, müharibə ilahəsi Sohmet şir başı ilə təsvir 
olunurdu [71, 29]. Heyvan cildində  maskalanma ayini Abşeronda da inkişaf 
etmişdir. İnsanların, necə deyərlər, «mifik məxluqlar» olan heyvan maskalarında 
[cədvəl II, şək. № 13] təsvirlərini Abşeronun meqalit (iri daşlardan hazırlanmış 
qədim tikililər qəbirlər) daşlarında müşahidə etmək olar [17, 164]. 
Gəmiqayanın antropomorf təsvirlər kolleksiyasında Fransanın Kombarel 
mağarasındakı rəsmləri [237; 78, 368] xatırladan mifik məxluq (48 №-li daş) 
obrazı seçilir (cədvəl II, şək. № 14). Abşeronda alnında bir gözü olan insan 
təsvirinə gəldikdə, qeyd etmək lazımdır ki, orta əsr Oğuz türk tayfalarının  «Kitabi-
Dədə    Qorqud»  dastanında təpəgöz haqqında əfsanə mövcuddur [cədvəl III, şək. 
№ 18], [226. 74]. 
Antropomorf təsvirlərin ayrıca yarımqrupunu üçbarmaqlı məxluqlar təşkil 
edir. Yazılıtəpədəki 25 №-li daşda ibadət vəziyyətində  üçbarmaqlı yarıinsan 
obrazına rast gəlinir [cədvəl III,  şək. № 19]. Gəmiqayadakı 75 №-li daşda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə