Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

30 
 
üçbarmaqlı məxluqun maraqlı təsviri aşkar olunmuşdur. Rəsmdə  mifik personajı 
təxmin etmək olar [cədvəl III, şək. № 20]. 
Azərbaycanın antropomorf təsvirlərinin digər süjeti kahinlik əlaməti olan 
heyvan üslubunda maska-üzlüklü fiqurlardır. Yazılıtəpənin (Qobustan) 14 №-li 
daşında kahinlik əlaməti olan fiqur təqdim olunur [cədvəl III,  şək. № 21], [68]. 
Azərbaycan qayaüstü təsvirləri arasında (Böyükdaş dağı, yuxarı səki, 29 №-li daş) 
lələkli maskada kahin rəsmini də xüsusi qeyd etmək olar [cədvəl III, şək. №  22], 
[68]. 
Gəmiqayadakı (Naxçıvan) 60 №-li daş üzərində maskaüzlüklü fiqur qeydə 
alınmışdır [237]. Yandan təsvir olunmuş quş maskasında olan antropomorf fiqur öz 
zahiri görünüşündə insan və  quş əlamətlərini uzlaşdırır [cədvəl 111, şək. № 23]. 
Onun başı quş, bədəni insandır. Bu, mifoloji obrazın mürəkkəb totemist xarakterini 
və onun ikililiyini sübut edir. 
Dünyanın müxtəlif yerlərində  quş-insana sitayişin böyük yayılma sahəsi 
mövcuddur və  quş vasitəsilə  əcdadlarla  əlaqə  yaradılması haqqında təsəvvürlər 
geniş yayılmışdır. Animalizm və  bir zahiri görünüşdə  həm insan, həm quş təsviri 
Misir rəssamlığında geniş yayılmış süjetdir. Qədim misirlilərin sənəti öz kamilliyi 
ilə insanı heyran edir. Müdriklik allahı quş-insan olan pavian (əntər) Totun təsviri 
bizə məlumdur [71, 29]. 
Azərbaycanın antropomorf təsvirlərinin tədqiqi nəticəsində çoxyaruslu 
fiqurları ayırmaq mümkün olmuşdur. 
Qobustan petroqlifləri arasında çoxpilləli obraz üç dəfə qeydə  alınmışdır. 
(Böyükdaş dağının 24 №-li daşındakı rəsmlər nəzərdə tutulur) [cədvəl III, şək. 24, 
25], [68]. Ən maraqlı çoxpilləli personajlardan biri Böyükdaş dağının yuxarı 
səkisindəki 29 №-li daş üzərindədir [cədvəl III, şək. 26], [68]. Ola bilsin ki, qədim 
rəssam  əsas obrazlardan birini əks etdirmişdir. Bu təsvir öz əksini son tunc və 
erkən dəmir dövrü Şərqi Zaqafqaziyanın saxsı qablarında, xüsusilə Kilikdağın 3/6 
№-li kurqanlarından və  Gəncəçayın sol sahilində, Xanların qərbində yerləşən 
Topalhəsənli yaxınlığındakı 1-3 №-li kurqanlarından aşkar olunmuş saxsı qablarda 
tapmışdır [55; 110, 112, 125, tablo XIV, XVI, XXIX], (şək. 43-b, c, ç). Bunlar 
Yuxarı Lenanın daha sonrakı dövrə aid olan antropomorf fiqurları ilə  oxşarlıq 
təşkil edir. Həkk olunmuş mürəkkəb fiqur səkkizlik formasında təqdim olunur (şək. 
43-a), [132, səh. 143]. Analoji ikiyaruslu fiqurlara Gəmiqayanın qayaüstü 
rəsmlərində rast gəlmək olar [cədvəl III, şək. 27], [237, 61 №-li daş; 254, 219 №-li
 
daş]. Buna oxşar özünəməxsus çoxpilləli obrazlara Monqolustanın, Sibirin, 
Koreyanın və  Qərbi Avropanın qayaüstü təsvirlərində  təsadüf olunur [cədvəl III, 
şək. 28, 29, 30, 31], [129, səh. 45]. Arxeoloqlar çoxpilləli fiqurları nəslin 
davamçısı olan  qadına sitayiş təsvirləri ilə  əlaqələndirirlər. Çin qrafik formaları 
arasında buna bənzər heroqliflərə  «SOU» (uzunömürlülər) rast gəlmək olar. 
Burada erkən qrafik formada qolları səmaya qaldırılmış, ayaqları dizdən bükülmüş 


31 
 
və  aralı qoyulmuş vəziyyətdə birində iki, digərində üç nəsil qadın təsvir 
olunmuşdur [128,21  22 ]. 
Beləliklə, qayaüstü təsvirlərdə  antropomorf obrazların əsas məzmununu 
Azərbaycanın ibtidai tayfalarının həyatı, ayin və etiqad sirləri, mərasim fəaliyyəti 
təşkil edir. 
 
Azərbaycan qayaüstü incəsənətində zoomorf təsvirlər 
 
Azərbaycan petroqlifləri arasında məlum canlı məxluqların heç biri ilə 
müqayisəyə gəlməyən fantastik təsvirlərə tez-tez rast gəlmək olur. Onlar iki qrupa 
bölünür. Bunlardan biri elmə  məlum olan heyvanların hamısından fərqlənən 
zoomorf təsvirlər, digəri isə insan kimi qəbul edilə bilən antropomorf rəsmlərdir. 
Səciyyəvi nümunələrdən biri məlum heyvan təsvirləridir [cədvəl IV, şək. 1-22]. 
Azərbaycan zoomorf təsvirləri yalnız uydurma heyvan təsvirləri deyil, həm 
də  qədim rəssamın yüksək bədii fantaziyası, xülyası ilə  şərtlənir. Bu rəsmləri 
primitiv adlandırmaq olmaz. Qədim rəsmlər üst paleolit dövründən başlayaraq 
ibtidai insanın öz təsəvvürünün, düşüncəsinin və kifayət qədər inkişaf etmiş 
mədəniyyətinin olmasını göstərir. Qaya üzərində  rəsmlərin işlənilmə  texnikası 
təcrübəli texniki bacarığı və həqiqətən, dahiyanə bədii fantaziyanı sübut edir. 
Qobustanda, Gəmiqayada, Kəlbəcərdə  və  Abşeron yarımadasında bu cür 
əsərlər yaratmış qədim rəssam, həqiqətən, öz dövrünün bacarıqlı, mahir sənətkarı 
olmuşdur. 
Azərbaycan qayaüstü antropomorf və zoomorf incəsənətinin ideya əsası 
özündə qədim insanın gündəlik məişət təcrübəsini və zəngin mənəvi dünyasını əks 
etdirir. 
Azərbaycan heyvan, insan, zoomorf və antropomorf təsvirləri arasında 
süjeti bolluq və  bərəkət, heyvan-totem, məşhur əcdadlar haqqında mifik 
təsəvvürlərdən yaranan rəsmləri xüsusi qeyd etmək olar. 
Qayaüstü incəsənətə dair əldə  olunmuş materiallar Azərbaycanın qədim 
tayfalarının dünyagörüşünü və dinin erkən formalarını açıqlayan etibarlı mənbə 
kimi diqqəti cəlb edir. 
 
II.1.4. KOMPOZİSİYA SƏHNƏLƏRİ 
 
Azərbaycanın qayaüstü incəsənətində tez-tez rast gəlinən süjet kompozisiya 
səhnələridir. Qayaüstü incəsənətə dair əldə  olan materiallar arasında ayrı-ayrı 
süjetləri nəzərdən keçirdikdə  məlum olur ki, ən qədim təsvirlər ov səhnələri və 
mərasim rəqsləridir (ill. 62; şək. 44). 
Azərbaycanın qayaüstü incəsənətində rəqs süjetlərinə tez-tez təsadüf olunur. 
Böyükdaş dağının yuxarı səkisindəki 39 №-li daş üzərində real ölçüdə  rəqs edən 
insanlar təsvir olunmuşdur (şək. 45). Bu rəqs edən insanların ən qədim təsviridir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə