Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

32 
 
Bundan heç də  az maraqlı olmayan digər təsvir Böyükdaş dağının yuxarı 
səkisindəki 67 №-li daş üzərində aşkar olunmuşdur. Bu təsvirlər daha sonrakı döv-
rə (e.ə. VI-IV minillik) aid edilir (ill. 62). Böyükdaş dağının yuxarı səkisində olan 
Ovçular mağarasında 46 №-li daş üzərində bir-birinin  əlindən  tutaraq  rəqs edən 
insanların sxematik təsvirləri vardır. Bu müasir «Yallı» rəqsini çox xatırladır. 
Analoji təsvirlərə  qazıntılar vaxtı aşkar olunmuş ayrı-  ayrı daşlarda rast gəlinir 
(şək. 46-a). Bu təsvirlərin Yuxarı  Lena  qayalarında,  Talma və    Xon-Şulun 
adlanan yerlərdə  yaşı bir qədər az olan insan təsvirləri ilə  bəzi oxşar cəhətləri 
vardır [135, 145, 157]. 
Ova mifik hazırlıq - mərasim rəqsləri geridə qalmış qəbilə quruluşlu tayfalar 
arasında geniş yayılmışdır. Avstraliya aborigenləri ova çıxmamışdan əvvəl 
mərasim rəqsi ifa edirdilər. Görünür, Qobustan ovçuları da ovun uğurlu olması 
üçün öz ovsun rəqslərini yerinə yetirirdilər (Böyükdaş, yuxarı  səki, 24 №-li daş) 
(ill. 64-a, b). 
Daha sonrakı dövrlərə aid olan rəqs süjetlərinə  Gəmiqayanın qayaüstü 
təsvirlərində rast gəlmək olar (şək.  46-b).  Bu  təsvirlər Qızılvəng nekropolundan 
tapılmış çoxrəngli-naxışlı səhəng üzərindəki təsvirlərə bənzəyir [15, şək. 35-42; 2, 
309]. Abşeronda rəqs edən iki adamın qayaüstü təsviri də maraq doğurur (ill. 63-c). 
Qayaüstü incəsənətin erkən inkişaf mərhələsindən başlayaraq qayaüstü 
təsvirlər mövzusunda ən mühüm süjetlərdən biri ova sitayiş olmuşdur. Qədim ovçu 
qayalar üzərində öküz sürüsünü təqib edən oxatanı [Böyükdaş yuxarı səki, 45№-li 
daş], (ill. 65), heyvanları tutmaq üçün müxtəlif çəpər və tələləri [Kiçikdaş, 19, 58 
№-li daşlar] (ill. 66) təsvir edərək mərasim ayini sayəsində özünü
 
uğurlu ovla 
təmin etməyə  səy göstərirdi. Şumer və Assuriya barelyeflərində  vəhşi öküz ovu 
səhnələri buna parlaq misaldır. 
Ətraflı təhlil etmədən də, ov səhnələrinin məzmunundakı fərqi görmək olar. 
Bu səhnələrdə müxtəlif dövr ovçularının ideya və  təsəvvürləri  əks olunur. Bir 
qədər qədim təsvirlərdə  realizm, heyvan obrazı ön plana çıxır. Sonrakı dövr 
təsvirlərində  sxematizm müşahidə  olunur. Buna baxmayaraq, onların hamısı istər 
ovçuluq, istərsə  də  sitayiş sahəsində kollektivizmi əks etdirir. Bu süjetlərin daha 
maraqlı cəhəti ov silahlarının müxtəlifliyidir. 
Paleolit dövrü ovçularının kürəklərində  dırmıq şəklində  olan dişli, xüsusi 
silahlar asılmışdır (Böyükdaş, yuxarı səki, 29 (47) №-li daş; 32 (1), 49, (10) №-li 
daşlar; Kiçikdaş, 19 №-li daş, Yeddi gözəl, Qayaarası və Ceyranlar mağarası) (ill. 
66). Çox güman ki, bunlar mifik silah - fetişlərdir (bütlərdir). Bu təsvirlər  əsasən 
qadın obrazları üçün səciyyəvidir. (Bax: «İnsan təsvirləri» bölməsi) Kişi ovçular, 
adətən ox və kamanla təsvir olunmuşlar (Böyükdaş, yuxarı səki, 23, 29, 38, 39 №-
li daşlar). Ox və kaman ən qədim dövrlərdən - mezolit dövründən başlayaraq orta 
əsrlərədək qayaüstü süjetlərdə  səciyyəvi detaldır. Ox və  kamanla yanaşı, daha 
sonrakı ov süjetlərində adi nizə  və  üçdişli nizə  təsvirləri meydana gəlir (şək. 47; 
48; 49). Qobustanın Ovçular mağarasında yerləşən 45 №-li daş üzərində (ill. 65) və 


33 
 
Böyükdaş dağının yuxarı səkisindəki 46 №-li daş üzərində  həkk olunmuş 
oxatanların ov səhnəsi müəyyən dərəcədə Levante (İspaniya) qayaüstü təsvirlərinə  
oxşayır [271, səh. 49-51]. Tunc dövrünə aid bu səhnələr, həmçinin metal 
məmulatlar üzərində, xüsusilə Gədəbəy rayonunun Paradiz nekropolunda (95 №-li 
qəbir) aşkar olunmuş əşya üzərindəki təsvirlə müəyyən oxşar cəhətlərə malikdir 
[265, səh.16-18]. 
Gəmiqaya, Kəlbəcər və  Abşeronun çoxsaylı ov səhnəsi təsvirləri (şək. 23; 
24-b) arasında yuxarıda nəzərdən keçirdiyimiz səhnələrin analoji və kompozisiya 
cəhətdən onlara yaxın süjetlərinə tez-tez rast gəlmək olar. Onların hamısı az və ya 
çox dərəcədə  Qobustanın paleolit dövrü rəssamlarının ən qədim  yaradıcılıq 
nümunələrinə aid edilir və  uzun zaman  Xocalı-Gədəbəy mədəniyyətinin saxsı 
qablarında və bədii tunc üzərində ənənə şəklində qalmışdır. 
Sonrakı dövr süjetlərində  məzmun dəyişir. Piyada ovçuların yerinə  atlılar, 
ov heyvanı öküzün yerinə maral gəlir. Ov idmana, əyləncəyə çevrilir. Yazılıtəpədə, 
100 №-li daş üzərində yaba və  ya üçdişli nizə ilə  silahlanmış atlının maralı nişan 
alması səhnəsi təsvir olunmuşdur (şək. 47). Analoji rəsmlərə elə  orada, 40 №-li 
daşda (şək. 48) və 34№-li daşda rast gəlmək olar. 
Yazılıtəpənin 9
 
№-li
 
daşı üzərindəki təsvir (şək. 49) maraqlı kompozisiya 
təşkil edir. Atlılar nəcib maralı ovlayırlar. Ovçulardan biri üçdişli nizəni ona 
tuşlamışdır. Təsvir rəssam tərəfindən çox canlı, dinamik şəkildə  təqdim olunur. 
Arxa planda paralel xətlərlə kəsişən düzbucaqlı rəsmləri görmək mümkündür. Çox 
güman ki, bu təsvirlər ovsun məqsədilə həkk olunmuşdur. 
Gəmiqayada maralın ovlanması səhnəsinin qayaüstü təsviri böyük maraq 
doğurur. Bu süjetlər tarixi mənbədir və Azərbaycan  əhalisinin həyat tərzini, dini 
təsəvvürlərinin erkən formalarını bərpa etməyə kömək edir və eyni zamanda, bu 
ərazinin qayaüstü incəsənətinin xronologiyasını təsvir etməyə imkan yaradır. 
 
II.1.5. HƏRƏKƏT VASİTƏLƏRİNİN TƏSVİRLƏRİ 
 
Digər maraqlı kompozisiya o dövrün hərəkət vasitələrinin təsviridir. 
Azərbaycanın qayaüstü incəsənətində  qayıq və araba təsvirləri xronoloji 
araşdırmalar üçün böyük maraq kəsb edir. Dünyanın müxtəlif bölgələrində  qayıq 
təsvirləri qayaüstü incəsənətdə geniş yayılmış süjetdir. 
Azərbaycan qayaüstü incəsənətində  qayıq təsvirlərinə  yalnız Qobustanda 
rast gəlmək olar. 
Bizə qədər gəlib çatmış qayıq təsvirlərinə diqqətlə baxsaq, əmin ola bilərik 
ki, bu süjetlər Qobustan mədəniyyətinin ən erkən mərhələlərində meydana gəlmiş 
və minilliklər  ərzində mövcud olmuşdur. Tədqiqatçılar bu qayıq təsvirlərini 
növlərinə görə üç yerə bölürlər: xətti, siluet və hörmə qayıq təsvirləri [257, 87-96], 
(ill. 67; 68; şək. 50; 51). 
Qobustan qayalarında təsvir olunmuş qayıqların qədimliyini onların 
həkkolunma texnikası və eyni qaya üzərində qayıqlarla yanaşı, qadın, ovçu və öküz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə