Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

34 
 
təsvirlərinin olması da sübut edir. Arxeoloqlar qayıqları orta daş dövrününə - 
mezolitə aid edirlər. Ehtimal olunur ki, onların ən qədimi 2 -6 nəfərlik kiçik qayıq 
təsvirləridir. Bu tip qayıqlara Böyükdaş dağının yuxarı və  aşağı səkilərində  və 
Kiçikdaşda rast gəlmək olar [257, 87; 167, 55]. 
İkinci növ - burun hissəsində günəş təsvir olunmuş qayıq siluet təsvirləridir. 
Bu cür qamışdan hazırlanmış qayıq növü Böyükdaş dağının yuxarı səkisindəki 29, 
34, 35 №-li (şək. 50; 51; ill. 69), aşağı səkisindəki 1 və 8 №-li daşlar üzərində (ill. 
67; 70) və Kiçikdaş dağının 8, 19, 50, 99, 123 №-li
 
daşları üzərində (ill. 66) təqdim 
olunur. Bu cür orağabənzər qayıqların əksəriyyətində 40 nəfərdən artıq adam 
sxematik təsvir olunmuşdur. 
Həkkolunma üslubuna və  texnikasına görə  Qobustan qayıqları dünyanın 
şimal və şərq bölgələrinin qayıqlarından bir qədər fərqlənir. Anazağa mağarasının 
arxasında yerləşən qayadakı qayıq rəsmini  ən erkən və  maraqlı təsvirlərdən biri 
hesab etmək olar (şək. 50). 29 №-li
 
daş üzərində  (şimal tərəfi) qamışdan olan 
böyük qayığın barelyef (qabarıq) təsviri xüsusilə diqqətəlayiqdir (burada qədim 
rəssam qayanın təbii çıxıntısından məharətlə istifadə  etmişdir) (ill. 71). İşlənilmə 
texnikasına görə bu təsviri ən erkən petroqliflər sırasına aid etmək olar. 
Qamışdan hazırlanmış qayıq təsvirləri Dəclə  və  Fərat çayları ətrafı 
ərazilərdən, Misir, indiki Suriya, Livan və İsraildən Kiprədək, Krit, Korfu, Malta, 
İtaliya, Sardiniya, Liviya, Əlcəzair, Mərakeşin Atlantik sahillərindən məlumdur. 
İspaniyanın Atlantik sahili olan Kadis limanında (qədim Finikiya limanı) suyun 
altından tapılmış Finikiya qabının üzərindəki burnunda günəş şəkli olan qamış 
qayıqlarının relyef təsviri Qobustan qayıqları ilə bəzi oxşar cəhətlərə malikdir. 
Misir və  Əlcəzair Saxarasının bu növ qədim qayıq təsvirləri e.ə. VII-V 
minilliyə aid edilir. Onlara Nil vadisi ilə  Qırmızı dəniz arasındakı Misir 
səhralıqlarında rast gəlmək olar [187, 256; 290, 185]. Qərbi Xəzəryanı əraziləri 
Misir, Hindistan, Nil vadisi və  Qırmızı dəniz sahillərindən minlərlə kilometr 
məsafə  ayırır, lakin burnu günəşli qayıqlar haqqında təsəvvürlər uzaq şimal 
tayfalarına da gedib çatmışdır. 
Skandinaviya və  Qobustanın qayaüstü qayıq təsvirlərinin oxşar cəhətləri 
vardır [305, 366, 367, 368; 291, 60 63]. Qamış totoradan hazırlanmış böyük 
qayıqlar haqqında Pasxi adasından tapılmış arxeoloji materiallardan məlumdur. 
Buna sübut olaraq Pasxi adasının erkən dövrünə  aid totoradan hazırlanmış qayıq 
təsvirli heykəli qeyd etmək olar [290,150]. 
Qayaüstü qayıq təsvirlərini tədqiqatçı-alimlər müxtəlif cür şərh edirlər. 
Bəziləri hesab edirlər ki, qayıq təsvirləri qədim qobustanlıların təsərrüfat fəaliyyəti 
olan balıqçılıqla əlaqədar idi və buna sübut olaraq mədəni təbəqələrdə  aşkar 
olunmuş ağırlıq materiallarını, balıqtutan torların hazırlanması üçün bizləri, balıq 
sümüklərini qeyd edirlər [169,55]. Digərləri önündə günəş olan qayıq təsvirlərini 
ayin təsəvvürləri ilə  əlaqələndirirlər. Onlar hesab edirlər ki, qədim insanların 
inamlarına görə, günəş allahının şərəfinə vəfat etmiş insanların ruhu bu qayıqlarda 


35 
 
axirət dünyasına aparılırdı [152, 61-74]. Bəzi tədqiqatçı-alimlər isə qayıqları günəş 
mifi ilə əlaqələndirirlər [ 203, 38-39]. 
Belə  kompozisiyaların əmələ  gəlməsi  əcdadların sitayiş ideyaları ilə  də 
əlaqədar ola bilərdi. 
Hun-sarmat dövründə  Monqolustanın Tsaqaanqola dərəsində  qayıqda dəfn 
olunma təsvirləri çoxdur [129, 60, 3-166]. Qayaüstü təsvirlərdə  qayıqların 
kütləviliyi Baykaldan Ağ dəniz və Baltikayadək, Skandinaviyadan Misirə, 
fironların dəfn olunmuş qayıqlarınadək uzanmışdır. 
Digər tərəfdən, Xəzəryanı zonada ibtidai dövrdə  balıq ovu haqqında əldə 
olunmuş arxeoloji nümunələr balıqçılığın inkişafı haqqında fikirləri təsdiq edir 
[169,55]. lakin balıq ovunun texniki üsullarını və xüsusiyyətlərini göstərə bilən 
arxeoloji materiallar, xüsusilə müxtəlif növ ağırlıq daşları tapıntıları çox azdır. 
Etnoqrafik dəlillər göstərir ki balıq ovu xüsusi üsullarla yanaşı, həm də nizənin, 
mizraqlı kəndirin, yəni quruda ov üçün nəzərdə  tutulmuş silahların köməyi ilə 
aparılırdı [42, 144, 145]. Çubuq və  qamışdan hörülmüş torların qurulması üçün 
ağırlıq daşlarından istifadə olunması da istisna deyil [100, 51]. 
Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, qədimdə 
qayıqlardan, ilk növbədə  təsərrüfat məqsədilə, yəni balıq ovu üçün istifadə 
olunmuşdur. Qobustan ovçularının iqtisadi həyatında ən vacib hərəkət 
vasitələrindən biri olan qayıq təsvirlərinin sitayiş  - semantik mənasını da istisna 
etmək olmaz. 
Araba təsvirləri ayrıca və kiçik qrupda birləşir. Arabaların ən erkən 
təsvirləri Ur və Akkaddan məlumdur. Onlar Urukdan aşkar olunmuş silindrik 
möhürlər üzərində Hatac və  Suz saxsı qablarında təsvir  olunmuşdur [210, 203, 
224-225,231]. 
Təkərlər üzərində günəş sxematik təsvirləri, necə deyərlər, «Solyar 
arabaları» Skandinaviya, Monqolustan, Orta Asiya, Qafqaz, Tıva və Novqorod 
yaxınlığında aşkar olunmuşdur [203, 59]. 
Azərbaycan  ərazisində  arabaların meydana gəlməsinin tarixi son eneolit 
dövründən başlanır [2,175; 15,133]. Onlar tunc və erkən dəmir dövrü tayfalarının 
təsərrüfat həyatında vacib hərəkət vasitəsi idi. Bunu Azərbaycan  ərazisində tunc 
dövrünə aid müxtəlif yaşayış məskənlərindən tapılmış çoxlu gil təkər nümunələri 
sübut edir [246,53; 2,139-140; 15,175]. 
Arabaların qayaüstü təsvirləri Naxçıvanın Gəmiqaya dağında dəfələrlə 
qeydə  alınmışdır. Qobustanda isə  yalnız bir təsvir aşkar olunmuşdur (şək. 52). 
Bundan başqa, Qobustanda daş təkər də tapılmışdır. 
Gəmiqaya və  Qobustanın araba qayaüstü təsvirlərinə, həmçinin Urmiya 
ətrafı yaşayış məskənlərindən tapılmış çoxrəngli yazılı saxsı qablar üzərindəki 
rəsmlərə  əsasən söyləmək olar ki, tunc dövründə at və öküzlərdən  əsas qoşqu 
heyvanı kimi istifadə olunurdu. Bu isə arabalardan intensiv istifadə  olunmasını 
göstərir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə