Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

38 
 
artıq günəş işarələri (bir-birinin içərisində) qeydə  alınmışdır. Onlardan 6-sı yer 
səviyyəsindən hündürdə, qalanları isə  yerin altında, mədəni təbəqə  səviyyəsində 
olmuşdur. Buradan son eneolit və erkən tunc dövrünə aid ocaq və maddi 
mədəniyyət (saxsı qırıqları və  s.) qalıqları aşkar edilmişdir. (257, 92). Qabarıq 
dairə  rəsmlərini Azərbaycan, Gürcüstan və  Dağıstanın saxsı qablarındakı 
təsvirlərlə müqayisə edən arxeoloqlar Kür-Araz mədəniyyətinin erkən 
mərhələsinin izlərini görürlər (249,144-148, 87-a, 48). 
Qobustan günəş işarələri işlənilmə  texnikasına  və  üslubuna görə İrlandiya 
menqirlərindəki və  Şotlandiya qayalarındakı işarələrlə  bəzi oxşar cəhətlərə 
malikdir. (305, şək. 366, 367, 368),  (ill.74-b). Analoji günəş işarələrinə Sakaçi-
Alyanda da (Aşağı Amur)    rast gəlinir [74,155],  (şək. 54).  Gəmiqayada çox 
maraqlı təsvir aşkar olunmuşdur. Burada rəqs edən insanlar arasında günəş işarəsi - 
şüa saçan dairə  təsvir olunmuşdur. Arxeoloqlar bu səhnənin bərəkət mərasimi 
bayramı ilə əlaqələndirirlər [15,175]. 
Öz növbəsində spiralvari və  əyri xətli ornamentlərlə  bəzəməni arxeoloqlar 
neolit dövrünün son mərhələsinin səciyyəvi  əlaməti hesab edirlər. Bu ornamentlə 
bəzəmə  Sakit okeanın etnoqrafik mədəniyyətində [134, 112-122] və  aşağı Amur 
tayfalarında [74, 155] geniş yayılmışdır. Azərbaycan petroqliflərinə oxşar arxeoloji 
təsvirlərə Avstraliya materikində də rast gəlmək olar [95, 317; 199, 123-128]. 
Şüa saçan dairə  işarələrinə  Cingirdağda, Böyükdaş dağının ətəklərindəki 
Sofi Novruz Baba pirinin qəbirüstü daşlarında təsadüf olunur [246,94], (şək. 55). 
Gəncəçay sahilindəki Quşçu kəndinin, Kilikdağın kurqan və  qəbirlərində  aşkar 
olunmuş saxsı qabların, Azərbaycanın orta və son tunc dövrü qədim bəzək 
əşyalarının spiralvari ornamentlə  bəzədilməsi [55, tablo 11, 10; XXII, 1; 49, 136, 
fiq.5, № 88(l/8); 50, 27-41; 51 inv. № 7721k, inv. № 961. IV tablo] də bu 
qəbildəndir və Gəmiqayanın  19a, 22, 242 №-li daşları üzərindəki spiral qayaüstü 
təsvirləri ilə uyğunluq təşkil edir [ 237; 254; 158; 160; 261], (şək. 56 - a, b,c). 
Bizim petroqliflərin digər ən mühüm işarə süjeti yağış və suyu təmsil edən 
ziqzaqlardır. Böyükdaş dağının yuxarı səkisi, 29№-li daş üzərindəki ziqzaq şəkilli 
oyma böyük maraq doğurur. Çox güman ki, bu, yerə tökülən yağış suyunu təmsil 
edir. Təxminən üst paleolit dövrünə aid olan ovçu təsviri yağış rəmzini qabaqlayır. 
Beləliklə, ehtimal etmək olar ki, yağış təsviri ovçu təsvirindən  əvvəl həkk 
olunmuşdur. Ola bilsin ki, bu təsvirlər eyni dövrə aiddir. Lakin bu rəsmlərin 
xronoloji nisbətinə əməl etmək lazımdır. 
Paleolit mahiyyət nöqteyi-nəzərindən həmin 29№-li daş üzərindəki 
qayaüstü kompozisiya, çox güman ki, nağıl xarakteri daşıyır. Analoji əyrixətli 
ornamentlərə  kiçik formalı incəsənətdə  də rast gəlinir. Qobustan qoruğunun 
fondlarında (inventar №
 
2467, 2488) 1977-ci ildə Anazağa mağarasından tapılmış 
iki kiçik ölçülü çay daşı (ill. 75) və 1975-ci ildə Kənizə sığınacağının 2,55-2,65m 
dərinliyində  aşkar olunmuş əhəngdaşı (inventar №1479, çöl kitabında №1095) 
saxlanılır (ill.76-a). Bu daşlar üzərində Şonqardağ kolleksiyasındakı (ill.77) ziqzaq 


39 
 
şəkilli qayaüstü təsvirlərlə eyni olan əyrixətli rəsmlər həkk olunmuşdur. Ziqzaqvari 
elementlər-badama oxşar fiqur şəklində işarələr daxildə tor formalı kəsişən xətlərlə 
cizgilənmişdir. Bu ziqzaqvari rəsmlər Kostenki-1 düşərgəsinin ilk mədəni 
təbəqəsindən aşkar olunmuş sümüklər üzərindəki incəsənət  əsərləri [138, 57, 59] 
və  Prcemostda (Moraviya) Pavlovsk düşərgəsindən tapılmış sümüklərdəki 
ornamentli bəzək əşyaları ilə oxşardırlar [78,714], (ill. 78-b,c). 
Arxeoloqlar bu növ işarələri «küknarabənzər fiqurlar» adlandırırlar. Onlara 
Monqolustanın paleolit dövrü Xoyt-Tsenxeriyn-aquy mağarasında və Franko-
Kantabri vilayətindəki mağaralarda rast gəlmək olar [129,28, şək. 6]. Bu işarələrə 
çox vaxt Avrasiyanın paleolit dövrü mağaralarının divarlarındakı üçbucaqlar, 
klaviforlar, qadın və  kişi işarələri, heyvan təsvirləri ilə bir yerdə  təsadüf olunur 
[yenə orada, 29], (şək. 57 a,b). 
Beləliklə, Qobustan və  Şonqardağın kolleksiyalarında «küknarabənzər» 
təsvirlər paleolit dövrünün digər abidələri ilə müəyyən mənada oxşardırlar [185, 
24-33; 192, 62 65; 266, 18]. Avropa və  Asiyanın müxtəlif yerlərinin qayaüstü 
təsvirlərinin oxşar və eyni məna kəsb etməsi onların bərabər inkişaf səviyyəsini 
sübut edir. Ziqzaqvari işarələr Azərbaycanın eneolit və tunc dövrünün Qızılburun, 
II Kültəpə saxsı qablarında geniş yayılmış süjetdir. [12. № 1], [55, cildlər XVI, 3; 
XVII, 35; 49, 136, № 82 (1-8; 82 XIV tablo], (şək. 58 -a,b,c,ç). Bu qrup 
petroqliflərə  Böyükdaş dağı, yuxarı səki, Ovçular mağarasının, 45 və  33 №-li 
daşlarında və Böyükdaş dağının aşağı səkisinin 9 №-li daşlarındakı tor təsvirlərini 
aid etmək olar (baxmayaraq ki, onlar müxtəlif məna daşıya bilərlər). 
Bununla əlaqədar, Lena ziqzaqvari təsvirlərinin [131, 83, tablo № XIX] və 
Kareliyanın Oleneostrov qəbiristanlığında aşkar olunmuş kəsmə ornamentli 
qumdaşından olan əşyanın Qobustan abidələri ilə  (Şonqar dağı 9№-li daş 
üzərindəki qayaüstü təsvirlər (ill. 77) və Böyükdaş dağı yuxarı səkisinin Anazağa 
mağarasında aşkar olunmuş iki kiçik (inv. № 2467. 2488) çaydaşının (ill. 75 a,b) 
bəzi oxşarlığı xüsusi məna kəsb edir. Spiral, ziqzaq, əyri və  dalğalı xətt şəklində 
ornament Filippin və  İndoneziyadan tutmuş Okeaniya və Avstraliyayadək 
yayılmışdır [220, 573]. Spiralvari təsvirlərə  Naxçıvanda-Gəmiqaya təsvirlərində 
rast gəlinir və tədqiqatçılar tərəfindən neolit və tunc dövrünə id edilir [236, 35]. 
Qobustan və  Gəmiqayanın işarə  və  damğa təsvirləri tədqiqləşdirilərək 21 
qrupa bölünmüşdür [251, 8-9]. Qəbul olunmuş ənənəyə  əsasən, hesab edilirdi ki, 
Qobustanın ən qədim işarə  və damğaları orta əsrlərə aiddir. Lakin Monqolustanın 
mezolit dövrü abidələri arasında bu damğalara oxşar abidələrin aşkar olunması 
Qobustan damğa təsvirlərinin daha qədim mənşəyi haqqında məntiqi nəticəyə 
gəlməyə əsas verir. 
Xaç işarələri və xaçabənzər təsvirlər tədqiqat üçün qiymətli materiallardır. 
Qobustanın Anazağa mağarasında (31 №-li daş) [68; 250, 19-21], (ill. 78), 
Cingirdağda (35№-li daş) svaslika işarələri (ucları düzbucaq şəklində  əyilmiş 
xaçşəkilli nişanə) təqdim olunur (ill. 79). Xaç işarələrinə  Böyükdaşın aşağı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə