Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

40 
 
səkisində  (16 №-li
 
daş). Roma yazısı yaxınlığında (ill. 80) rast gəlmək olar. Bu 
işarələr Lüləli dərə  yaxınlığındakı son tunc və erkən dəmir dövrü kurqanlarından 
(№ 15, 16, 18), Gəncəçayın sağ sahilində, Xanlardan cənub-şərqdə yerləşən 
kurqanlardan (№ 2/9. № 4/18), Gəncəçayın sol sahilində, Xanlardan qərbə 
Topalhəsənli yaxınlığındakı kurqanlardan (
 
1 -3) tapılmış saxsı qablar üzərində 
[55, tablo XVI, XVIII, XIX, 112, 114, 115], (şək. 59 (1-7). Gədəbəy rayonunun 
tunc dövrü daş qəbirlərindən (Daşqutu) aşkar olunmuş asma bəzək  əşyalarında 
[241, 113], (şək.60-a), Naxçıvanın eneolit və  tunc dövrü saxsı qablarında [2,307 
(15)], (şək.60-b), Qazax rayonunun Kilikdağındakı Sarıtəpə yaşayış məskənlərində 
aşkar olunmuş saxsı qablar üzərindəki svastika işarələri ilə oxşarlıq təşkil edir [57, 
84a, fiq.l, d.101.fiq. 1.203; 55; tablo XVII (11, 16, 17, 31], III (26, XVI 92)]. 
Dairə içərisində  svastika işarəsinin təsviri Gəmiqayada qeydə  alınmışdır 
[237, şək. № 7], (şək. 61). Bir çox tədqiqatçılar svastika və xaç işarələrində günəş 
rəmzini görürlər. Yunanların qədim günəş allahı Apollonun, şimal xalqlarının 
allahı Torun, Assuriya-babil allahı Anunun rəmzi xaç formasında idi. Misirlilər 
xaçı «günəş əbədiliyi ilə  əlaqədar olan ölməzlik rəmzi» hesab edirlər [72, 196-
202]. Svastika işarəsinin insan və ya heyvan təsvirləri ilə  əlaqəli verilməsini 
(Xanlardan şimalda tapılmış qab üzərindəki ov səhnəsi təsviri) arxeoloqlar dini 
ovsun anlamı kimi qəbul edirlər [57, 84a, fiq. l.d.101 fiq. 1,203; 141, 87-97]. 
Qobustanda heyvanın xaç və ya svastika ilə  əlaqəli çoxlu sayda maraqlı 
təsvirləri vardır [Böyükdaş, aşağı səki, 20la №-li daş, Cingirdağ - Yazılıtəpə, 59, 7 
№-li daş) (şək. 62; 63-a,b). Bundan başqa, Qobustanda (Yazılıtəpə, 47 №-li daş, 
qərb tərəf) [69, 5-347] və Gəmiqayada (143 №- li daş) (254. 193), (ill. 81, şək. 64-
a, b) maraqlı və xüsusilə də oxşar işarələr təsvir olunmuşdur. 
Azərbaycanın, xüsusilə  Qobustanın ən erkən qayaüstü incəsənət 
abidələrinin çoxu ola bilsin ki, təsviri işarələr (signs icons) idi [284, 391, 109]. 
Məsələn, ayaq izini təsvir edən erkən ovçuluq piktoqrafiyası (şəkillər vasitəsilə 
ifadə edilən ən qədim yazı üsulu) təsvirlərini məhz bu cür şərh etmək olar [83, 408 
418, 202], [260, 2-19]. İnanca görə, burada İmam Əlinin izi qalmışdır. Bu daş 
sonralar yerli əhali tərəfindən «Əli ayağı» adlandırılmışdır (ill. 82). 
Daş üzərində  iz formalı analoji çalalara Şimal rayonu Karqopolye ayin 
daşları arasında rast gəlmək olar. Rəvayətə görə, «İsa peyğəmbər və  ya hansısa 
digər müqəddəs» buradan keçmişdir. Bu cür daşlara ehtiram hazırkı dövrdə  də 
davam  edir  [215,  57-65].  Monqolustanda  ayaq  izinin 22 analoji işarəsi qeydə 
alınmışdır [23, 197]. Avstraliya petroqlifləri arasında və mərasim-ayin əşyalarında 
insan pəncəsi təsvirlərinə rast gəlmək olar [289]. Caduya qarşı sümük tiyənin qabı 
üzərində olan analoji insan pəncəsi təsvirləri Peterburqun Antropologiya və 
etnoqrafiya muzeyində saxlanılır (kolleksiya № 921-79) [94].  
Azərbaycan qayaüstü incəsənətində  damğalar xüsusi rol oynayır. Ehtimal 
olunur ki, bu süjetlər pleystosen dövrünün sonu və erkən holosen dövründə, maddi 
mədəniyyətdə mühüm dəyişikliklər dövründə meydana gəlmişdir. Şərqi (Arşanxad 


41 
 
əyaləti) və  Cənubi Monqolustanın (Tsaqan-ayriqe  əyaləti) sal daşları və  qayaları 
üzərindəki analoji damğalar mezolit dövrü işarələrinin  əsas növüdür. Arxeoloqlar 
bunları ən qədim Çin piktoqram və qrafik təsvirlərinə  bənzədirlər. [129, 31, 32, 
şək. 7]. Azərbaycanda bu işarələrin tayfa və nəslin totem işarələri olmasını məntiqi 
qəbul etmək olar. Cingirdağın ətəyində, karvan yolunda özünəməxsus işarələri olan 
Damğalıdaş qayası vardır. (123 №li daş) (ill. 83; 84). Maraqlıdır ki, eynilə bu cür, 
lakin metal alətlə  həkk olunmuş damğalara Qaraçı karvansarayının divarlarında 
(ill. 85; 86), Şonqardağın qayaüstü kolleksiyasında, Böyükdaş dağının ətəyindəki 
qəbiristanlıqda (ill. 87; 88), Böyükdaşın  yuxarı səkisində  (52 №-li daş) və 
Qobustanın bəzi pirlərinin (Qaraatlı, Sofi Novruz baba, Sofi Həmid pirləri) 
qəbirüstü daşlarında rast gəlmək olar [247, 93-103]. Subuktuyedə  (Baykalyanı) 
[28, 42, şək. 68], (şək. 65), həmçinin Orta Asiya qayaüstü incəsənətində - Tamqalı 
(Qazaxıstan), Zaraut Kamara (Özbəkistan), Şaxta mağarası (Tacikistan) 
kolleksiyasında analoji təsvirlər mühüm əhəmiyyət kəsb edir. Tədqiqatçılar 
Xaraut-Kamara və Şaxta mağarasını mezolit dövrünə aid edirlər [200, 74]. 
Adətən belə  işarəli daşlara karvan və ticarət yollarında təsadüf olunur. 
Analoji daşlara Peruda [269, 29], Monqolustanın Arşan-xad mezolit abidələrində 
(Şərqi Monqolustan) [129, 31; 127, səh. 64] rast gəlmək olar.  
Qobustan   damğalarının   oxşarlarına Şri-Lankanın [282, 341, şək. 2-ci] və 
Keniyanın [283, 33-47, 36; 3-358, şək. 2-ci] (şək. 66-a,b) qayaüstü təsvirləri 
arasında təsadüf edilir. 
Arxeoloqlar bu təsvirləri mülkiyyət işarələri kimi qeyd edir və güman 
edirlər ki, onlar müəyyən dərəcədə imza rolunu oynaya bilərdilər. Yazılı sübutların 
azlığı və  ya olmadığını nəzərə  alaraq damğalar əvəzedilməz mənbə ola bilər və 
tayfa, etnik qrupların yerləşməsini, hərəkəti yollarını göstərə bilər [129, 115-117]. 
Monqolustanda mezolit dövrünün əsas işarələri arasında Qobustan damğalarına 
oxşarları vardır. Bununla əlaqədar, arxeoloqların ehtimalları Xəzər dənizinin qərb 
sahillərində ilk ovçuların yerdəyişmə yolları haqqında düşünməyə vadar edir. 
Labirint (dolanbac) qayaüstü təsvirləri (daxilində  həndəsi ornament olan 
düzbucaqlı və dairəvi təsvirlər) də maraq doğurur. Məsələn, Qobustanın Böyükdaş 
dağının yuxarı səkisində (23, 99. №-li daş), (şək. 67 a,b). Cingirdağda (1, 7,12) №-
li daş), (ill. 83; 84), Gəmiqayada (117, 118 №-li daş) (şək. 68-a,b) və  Abşeronun 
mezolit daşlarında [16,31], (111. 56) olan təsvirləri göstərmək olar. Düzbucaq 
şəkilli təsvirlərə Şimali Qafqazın və Dağıstanın orta əsr daşları və kərpic abidələri 
üzərində rast gəlinir. Bəzi müəlliflər onları labirint adlandırırlar [22, 105; 171, 90]. 
Digərləri isə bu təsvirlərin qədim dini məna kəsb etdiyini bildirirlər. Buna nümunə 
olaraq, Qavurqala məbədinin daş döşəməsi üzərində  çəkilmiş bu növ sehrli 
təsvirləri göstərmək olar. Sonralar bu təsvirlər oyun mənasını kəsb etməyə başlayır 
[267, 170-173]. Buna oxşar təsvirlərə  Şamaxı rayonunun Quşçu kəndi 
yaxınlığındakı Abdal damı mağarasının daş döşəməsi üzərində təsadüf olunur [247, 
93-103]. Yeni Cənubi Uelsin qərbində labirint heyvan, ov səhnəsi və  mərasim - 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə