Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

42 
 
ayin rəqsləri ilə  əlaqəli verilir [301, 115]. Naxışlı labirint təsviri ilə  bəzədilmiş 
sədəfli balıqqulaqlarından Avstraliyanın qərbində  sitayış ayinlərində istifadə 
olunurdu. Onları müqəddəs hesab edir  və  yalnız sitayiş ayini keçirən kişilər 
taxırdılar. Bu balıqqulaqları tayfaarası mübadilə vasitəsilə bütün Avstraliyada 
yayılmışdır. Onlardan yağışın yağması üçün, həmçinin məhəbbət ovsunlarında 
istifadə olunurdu [93, 275-296] Labirint təsvirləri bizə Mezin üst paleolit 
məmulatlarından tanışdır [4]. Labirint motivini V.R.Kabo dini -ovsun mərasimləri 
ilə əlaqələndirir və güman edirdi ki, paleolit insanın mağarası sirli yeraltı yolu ilə 
əlaqə  yaradırdı [93. 275 296]. Labirint təsvirlərinə madlen dövründə  də, mezolit, 
eneolit, tunc dövründən orta əsrlərədək rast gəlinir.  Onlar Aralıq dənizi  ətrafı,  
Qafqaz, Şərqi Asiya, Peruda da geniş yayılmışdır. 
Aydındır ki, Azərbaycan qayaüstü incəsənətinin erkən mərhələləri yuxarıda 
nəzərdən keçirdiyimiz özünəməxsus üslubla səciyyələnir. Onların fərqi 
antropomorf obrazlarının müxtəlifliyi, heyvan obrazları və onların yayılma sahəsi, 
nəhayət, yerli tayfaların təsərrüfatı, məişəti və  mənəviyyatı ilə  səciyyələnir. Əsas 
nəticə ondan ibarətdir ki, Azərbaycanda petroqliflərdə  əks olunmuş mədəni-tarixi 
proses göründüyündən də zəngin və mürəkkəbdir. 
 
II. 2. AZƏRBAYCAN QAYAÜSTÜ 
 
Qayaüstü incəsənət  əsərlərinin  işlənilmə  texnikası onların yaşını müəyyən 
etmək üçün ən mühüm və təyinedici şərtlərdən biridir. Petroqliflərin elmi cəhətdən 
əsaslandırılmış ilk elmi təsnifatını, onların işlənilmə  texnikasının dəqiq və  ətraflı 
təhlilini Q.Flaman vermişdir. Şimali Afrika və Saxara petroqliflərinin çoxillik 
tədqiqatı əsasında Q.Flaman qayaüstü təsvirlərin iki əsas tipini təyin etmişdir - 
cilalanmış kontur xətli oyma təsvirlər və  qırıq-qırıq xətt şəklində  həkk olunmuş 
təsvirlər. Üslubuna görə petroqlifləri 3 hissəyə  bölmüşdür - təbii, yarısxematik, 
sxematik. Müəyyən etmişdir ki, təbii və  yarısxematik təsvirlər dərin oyma 
texnikası ilə işlənilmişdir. 
Qobustanın dərin oyulmuş qayaüstü təsvirlərini işləmək üçün ibtidai 
rəssamlar bərk kəsici və döyücü əmək alətlərindən istifadə edirdilər. Belə  daş 
alətlər Firuz-2, Qayaatlı, Öküzlər, Kənizə, 7 №-li
 
(Kiçikdaş dağı) düşərgələrdə 
aşkar olunmuşdur. Bunlar rəsmləri həkk etmək üçün sancaq, çaydaşı və 
çaxmaqdaşından hazırlanmış alətlərdir [159, 8- II; 160, 4 10; 164, 92-94]. Kənizə 
yaşayış məskənində itiuclu, lakin qayalar üzərində  rəsmlərin həkk olunması 
nəticəsində kütləşmiş alətlər tapılmışdır [160. 4 10]. Ən qədim rəsmlər daş 
üzərində  oyma texnikası ilə  işlənilirdi. Nümunə  olaraq Böyükdaş dağının yuxarı 
səkisindəki 64 və  65 №-li daşların üzərində  həkk olunmuş öküz təsvirlərini 
göstərmək olar (ill. 28; 29). Bu texnika ilə  heyvan fiqurları, adətən şırımın 
uzunluğu 5-2 mm, eni 10-30 mm oyma xətlərlə  çəkilirdi, yəni ucu iti əşyalarla 


43 
 
oyma yolu ilə kontur xətləri dərinləşdirilirdi [61, 304].  Bu cür işlənilmə 
texnikasına Böyükdaş dağının aşağı səkisindəki qadın təsvirini də aid etmək olar. 
Petroqliflərin növbəti tipi - batıq barelyef şəklində  həkk olunmuş qadın və 
kişi təsvirləridir. Məsələn, Böyükdaş dağı (yuxarı səki) 29 №-li daşda (cənub və 
şimal tərəfi) və  ya Kiçikdaş dağının 49 № -li daşında təsvirlər  əvvəlcə  oyulmuş, 
sonra isə  sürtülmüşlər. Böyükdaş daşının (yuxarı səki, 48 №-li daş) Yeddi gözəl 
mağarasındakı qadın təsviri (ill. 60) və  həmin dağın (aşağı səki) 8 №-li daşı 
üzərindəki qayıq  təsvirləri (ill. 70) qayaüstü rəsmlərin işlənilmə  texnikasının 
öyrənilməsi üçün maraq kəsb edir. Arxeoloqların fikrincə, həkkolunma texnikasına 
görə  qayıq təsvirləri xüsusi maraq doğurur. Bu təsvirlərdə  daha bacarıqlı rəssam 
işi, xüsusən daha mükəmməl alətdən istifadə olunması hiss olunur [38, 229]. 
Nöqtə metodu ilə  oyma texnikasından Böyükdaş dağının yuxarı səkisində, 
159 №-li daş üzərindəki öküz təsvirində (şək. 6) istifadə olunmuşdur. Öküz hücum 
vəziyyətində və ya qəzəblənmiş halda təqdim olunur. 
Qobustanda qarışıq texnikaya da rast gəlinir. Buna nümunə  olaraq 29№-li 
daş üzərində  (şimal tərəf) təsvir olunmuş qayığı göstərmək olar. Bu oyulmuş 
təsvirlər qayanın təbii relyefinə uyğunlaşdırılmışdır (ill. 71). Qayığın alt hissəsi ucu 
iti alətlə yerinə yetirilmiş, üst hissəsi isə  mağara divan səthinin təbii  əyriliyi və 
çıxıntılığından istifadə olunaraq verilmişdir. Böyükdaş dağının yuxarı səkisində (2 
№-li daş) olan öküz təsviri də daşın təbii relyefindən istifadə olunaraq çəkilmişdir 
(şək. 5). Bundan başqa, keçi təsvirində də qədim rəssam daşın kiçik çıxıntısından 
istifadə edərək onun konturunu oyma xətlə göstərmişdir [68, 18]. 
Dünyada belə nümunələr çoxdur. Bütün bunlar ibtidai rəssamın inkişaf 
etmiş bədii təxəyyülünü sübut edir. O, relyef təsviri əldə etmək üçün qaya səthinin 
əyriliyindən, qabarıqlığından istifadə edir. Paleolit dövrü rəssamının təbii 
relyeflərdən, mağara divarlarındakı çıxıntı və çuxurlardan istifadə etdiyi təsvirlərin 
paleolit (bəzən, hətta orinyak dövrü) mahiyyətini xüsusi qeyd etmək lazımdır. Bu 
cür texnika ilə  Rufinyak mağarasında at başı, Fonde-Qomda atın arxa hissəsi və 
Kastilyoda bizon təsvir olunmuşdur [5 ?111]. Bəzi arxeoloqlar hesab edirlər ki, ən 
qədim təsvirlər təbii qaya səthindən istifadə olunaraq çəkilmiş rəsmlərdir [78, 321]. 
Beləliklə, Böyükdaş dağının yuxarı səkisindəki (29 №-li daş, şimal tərəfi) qayıq 
təsvirini üst paleolit dövrünə aid etmək olar. 
Cingirdağın 25 №-li daşı üzərində sonrakı dövrə aid edilən təsvirdə rəssam 
çalalardan istifadə edərək, qurban-kəsmə səhnəsini əks etdirmişdir (şək. 69). 
Qobustanın oxra ilə  rənglənmiş petroqlifləri xüsusi qrup təşkil edir. 
Məsələn, Böyükdaş dağının yuxarı səkisi, 24a №-li daşdakı təsviri rəssamlığın şah 
əsəri adlandırmaq olar (şək. 3) [262, 28 -29]. Burada qədim rəssam qırmızı rəngli 
oxra ilə leopardın xallı maralı təqib etməsini təsvir etmişdir. Qayaaltı kolleksiyanın 
11  №-li daşında üzərində boya qalıqları olan öküz və buzov təsvirləri vardır [167, 
102]. Böyükdaş dağının aşağı səkisində, 112 və 116 №-li daşlarda oxra qalıqlarına 
rast gəlmək olur (ill. 89; 90). Arxeoloqlar Qobustandakı bir çox rəsmlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə