Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

44 
 
rənglənmiş olduğunu güman edirdilər [yenə orada, 102]. Avstraliyalılar boya əldə 
etmək üçün çalalarda boyaq maddəsi parçalarını əzərək toz halına salırdılar (ill. 91-
a), [78, 332]. Qobustanda mağara və qayaüstü təsvirlərin yaxınlığında çoxsaylı 
çalalar aşkar edilmişdir. Yəqin ki, Qobustanın ibtidai ovçuları bu texnikadan 
istifadə edirdilər (ill. 91-b). Avropanın paleolit dövrü mağaralarında rəsmlərin 
rənglənməsi üçün tərkibində  dəmir olan oxradan istifadə olunurdu. Bu oxradan 
sarı, qəhvəyi rənglər əldə edilirdi [5.10]. Macarıstanda isə oxra əldə etmək üçün üst 
paleolit yataqlar mövcud olmuşdur [78, 329]. Böyük Qobustan ərazisində çoxlu 
neft-qaz yataqları vardır. Bəzi yerlərdə neft və  qazın yer üzünə  təbii tullantıları 
nəticəsində  qırmızımtıl rəngdə  dəmir turşu kütləsi səpələnmişdir. Ola bilsin ki, o 
vaxtlar qədim rəssamlar bu cür prosesləri müşahidə  etmiş və  dəmir turşusundan 
rəsmlərin rənglənməsi üçün istifadə etmişlər. 
Sürtülmə texnikası ilə yerinə yetirilmiş rəsm Böyükdaş dağının aşağı səkisi, 
239 №-li daşdan məlumdur. Cızma və oyma (çox güman ki, metal alətlə) yolu ilə 
yerinə yetirilmiş rəsmlərə Qobustan və Gəmiqaya qayalarında rast gəlmək olar. 
Gəmiqayada neolit və tunc dövrü qayaüstü təsvirləri daş alətlərlə  həkk 
olunurdu. Rəsmlər, əvvəlcə nöqtə vurmaq texnikası ilə döyülür, sonra sürtmə yolu 
ilə konturlar dərinləşdirilirdi. Bundan başqa, Gəmiqayada sürtmə yolu ilə yerinə 
yetirilmiş rəsmlərə də təsadüf olunur [14, 104-108]. 
Abşeronun bəzi meqalit daşları üzərində insan və  heyvanların barelyef 
təsvirlərinə rast gəlmək olar (ill. 92; 93). Təsvirlərin bir çoxu şaquli vəziyyətdə 
olan yastı daşlar üzərində  həkk olunmuş, sürtmə yolu və  ya iri çaydaşından olan 
alətlərlə oyulmuşdur [27a, 85]. 
Beləliklə, Azərbaycanın qayaüstü incəsənətində 
tədqiqatçı-alimlər 
tərəfindən işlənilmə  texnikasının bir neçə növü - oyma, sürtmə, döymə  və ya iti 
metal əşya ilə cızma, nöqtələrlə döymə, rəngləmə texnikası [237, 71; 258, 5; 167, 
99 103; 86, 91 98; 226, 68 71] və  qayanın təbii relyefindən istifadə  texnikası 
müəyyən edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 


45 
 
III FƏSİL 
 
AZƏRBAYCAN QAYAÜSTÜ TƏSVİRLƏRİNİN DÖVRLƏŞDİRİLMƏSİ 
 
Qayaüstü incəsənət üzrə tədqiqatçının rastlaşdığı ən mühüm və çətin məsələ 
qayaüstü təsvirin yaşının müəyyən edilməsi problemidir. Bu isə öz növbəsində, 
tarixi inkişafın uzun mərhələlərində abidənin yerinin düzgün müəyyən edilməsi 
üçün mühüm əhəmiyyət kəsb edir. Qayaüstü təsviri olan ayrı-ayrı  daşların və 
mədəni təbəqə  qalıqlarının stratiqrafiyası (süxurların laylanması fonnalarının, yer 
qabığının əmələgəlmə  prosesinin tarixi ardıcıllıqla öyrənilməsi), tipoloji təhlil və 
digər elmlərin-geologiya, paleozoologiya, paleobotanika və s. köməyi ilə 
təsvirlərin yaşını bəzən təyin etmək mümkündür. Lakin əldə  olunmuş məlumatlar 
son dərəcə təxmini xarakter daşıyır və onların daha dürüst yaşları haqqında suallar 
cavabsız qalır. 
Qayaüstü incəsənətin (xüsusilə paleolit dövrü incəsənətinin) yaşının 
müəyyən edilməsi probleminin həllində Breyl [295], Qrasiozi [303], Laminq-
Kmperer [296] və xüsusilə Lerua Quranın [297] tədqiqat işləri və monoqrafiyaları 
mühüm rol oynamışdır. 
Xronologiya məsələsi xüsusi müzakirə  tələb edir. İbtidai arxeologiya üçün 
qayaüstü incəsənət ibtidai insanların təfəkkürünün öyrənilməsi istiqamətində 
mühüm mənbədir. İbtidai arxeologiyanı antropologiya, dördüncü dövr geologiyası, 
paleobotanika, paleocoğrafiya, osteologiya və digər elm sahələri olmadan təsəvvür 
etmək mümkün deyil. Lakin son illər fizika, kimya, biologiyanın sürətli inkişafı ilə 
əlaqədar arxeologiyanın təbii və  dəqiq elmlərlə  əlaqəsinin yeni üsul, imkan və 
yolları meydana gəlmişdir. 
Hazırkı dövrdə daha dürüst yaşı təyin etmək üçün gilin zolaqları üzrə yaşın 
təyin edilməsi, spor-tozcuq təhlili, radiokarbon, dendroxronoloji, arxeomaqnit, 
termolüminessent və digər üsullardan istifadə olunur. Arxeologiyada nisbi 
xronologiya metodları yaxşı işlənib tədqiq olunmuşdur. Arxeoloqlar formal-
səciyyəvi və stratiqrafik metodlardan istifadə edərək hər hansı bir hadisəni səhvsiz 
bu və ya digər dövrə (daş, tunc və ya dəmir) aid edə bilirlər. 
Qayaüstü rəsmlərin nisbi yaşını müəyyən edərək təsvirin üslubundan başqa
həkkolunma texnikası və patinləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Qeyd 
etmək lazımdır ki. YUNESKO-nun dəstəyi ilə 2003-2004-cü illərdə Qazaxıstan və 
Özbəkistanda (Tamqalı, Kulcabası və Sarmışsaye çöllükləri) keçirilmiş beynəlxalq 
elmi-praktik seminarlarda rəsmlərin yaşının müəyyən edilməsində köməkçi 
amillərdən biri olan daş və qaya səthində patin nümunələrindən uğurla istifadə 
olunmuşdur. 2004-cü ilin dekabrında Hindistanda keçirilən qayaüstü incəsənətə 
dair X Beynəlxalq Konqres zamanı Bimbetka (Bhimbetka). Çambal Vali (Chambal 
Valley)  ərazilərində  mədəni təbəqələrdən tapılmış tapıntıların termolüminessent 
üsulu ilə  yaşının müəyyən edilməsi nümayiş etdirilmişdir. (Qeyd: müəllifin şəxsi 
müşahidə və tədqiqatlarından). 


46 
 
Paleolit dövrünün incəsənət nümunolərinin dövrləşdirilməsi üzərində daha 
ətraflı dayanaq. XX əsrin I yarısında Fransada arxeoloji tapıntıların təkamülü və 
yeni növ alətlərin meydana gəlməsi  əsasında üst paleolit dövrünü üç mərhələyə 
bölürdülər: orinyak. solütre və madlen. G.Peyroni [298, 9-10] sübut etmişdir ki, bu 
bölgü paleolit mədəniyyətinin inkişafını əks etdirmir və bir qədər fərqli bölgü təklif 
edir. Sonralar A.Lerua-Quran bu dəlillər əsasında üst paleolitin xronoloji cədvəlini 
tərtib etmişdir [cədvəl № VII]. 
Orinyak mərhələsinə  inkişafın iki xətti - Qərbi Avropada üst paleolitin 
başlanğıcında təxminən eyni vaxtda mövcud olmuş orinyak və periqord xətləri 
daxil idi. Periqord mərhələsi üçün Şatelperron tipli ucluqlar adlandırılan qabarıq 
retuşlu ucu olan çaxmaqdaşlı lövhəciklər, sümük bizlər, silindr formalı nizə 
ucluqları səciyyəvidir. Bu dövr düşərgəsi radiokarbon metodu ilə e.ə. 31, 690+250 
və 31.550+400 ilə  aid edilir. Avropada Şatelperronun xarakterik düşərgəsi Arsi-
sür-Kürdür [36, 188  189, 285]. 
Qeyd etmək lazımdır ki, Kiçikdaş dağındakı Qayaarası sığınacağından üst 
paleolit əmək alətləri və onların arasında Şatelperron tipli bıçaqlar [168, 21; 165, 7-
8; 137, İş №  1], seqmentvari bıçaq lövhəcikləri (QTBQ fondu, inv. № 5684), 
prizma şəkilli nukleuslar (QTBQ fondu, inv. № 5722, 6207) aşkar edilmişdir. 
Analoji nukleuslar Kiçikdaş dağının Ceyranlar düşərgəsində (QTBQ fondu, inv. № 
814), Böyükdaş dağının Kənizə düşərgəsinin 3,8-4,2 m dərinliyində (QTBQ fondu, 
inv. № 2018-3, 2006-2, 1799 -1, 1760-4) aşkar edilmişdir. 
Prızmaşəkilli nukleuslar, bıçağa oxşar çaxmaqdaşı lövhəcikləri, sümük 
bizlər üst paleolit dövrü üçün səciyyəvidir [230,58]. Bıçaqşəkilli çaxmaqdaşı 
lövhəcikləri, həmçinın Kiçikdaş dağının Qayaarası (inv. №
 
5684, 5689, 5705) və 
Ceyranlar (inv. 904, 905, 907) düşərgələrində  kar olunmuşdur. Məlum olduğu 
kimi, lövhəcikdən bir çox alətlərin hazırlanmasına üst paleolitin  əvvəllərində 
başlanılmışdır [36, 194]. 
Həminm mədəni təbəqələrdən üzərində təsvir olan ayrı-ayrı daşlar da aşkar 
olunmuşdur. Kənizə düşərgəsinin 4,3 m dərinliyində üzərində şir (inv. № 2049) və 
kəmər- çinli insan təsviri olan (inv. № 2050) daşlar tapılmışdır. 
Qayaaltı sığınacaqlarında və bəzi çoxqatlı təsviri olan qayaların ətəklərində 
sonralar aparılmış tədqiqat və  qazıntı işləri zamanı əldə  olunmuş qənaətlər 
Qobustan abidələrinin xronologiyasına yenidən baxılması zərurətini yaradır. Yaxın 
vaxtlaradək Qobustan abidələrinin qədimliyi barədə problem prinsipial deyil, daha 
çox fərdi xarakter daşımışdır. Xronologiya problemlərinə dair ilkin nəşrlər vardır, 
lakin bu problem indi daha dərindən tədqiq olunur. Bununla əlaqədar, təsvirlərin 
yaşına dair tamamilə yeni dəlillər əldə olunmuşdur. Bu gün Azərbaycanın qayaüstü 
incəsənətində yaş məsələsinə tam və kifayət qədər konkret cavab vermək üçün bəzi 
imkanlar vardır. Əgər kiçik formalı incəsənət əsərlərinin yaşı tapıldıqları arxeoloji 
təbəqəyə görə  əksər hallarda düzgün təyin olunursa, qayaüstü təsvirlərin yaşının 
müəyyən edilməsi böyük çətinliklər doğurur. Lakin Qobustanın bəzi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə