Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

47 
 
petroqliflərinin tarixini müəyyən etmək olur. Mədəni təbəqə səviyyəsində yerləşən 
Qayaarası mağarasının divarlarındakı qayaüstü təsvirlərin müəyyənləşdirilməsi 
buna misal ola bilər. Bu mədəni təbəqədən tapılmış üst paleolit dövrünə aid 
əşyalara [165, 7-8] - Şatelperron tipli bıçaqlara və üzərində təsvirlər olan ayrı-ayrı 
daşlara əsasən təxmini nəticəyə gəlmək olar ki, bunların yaşı 31,5 min ildir. 
Bundan başqa, xronologiya problemini dəqiqləşdirmək üçün paleontoloji və 
geoloji materiallardan istifadə  olunması çox vacibdir. Xəzər dənizinin 
transqressiyası, reqressiyası və  üst pleystosen faunasının nəsli kəsilmiş nümayən-
dələrinin daşlaşmış qalıqlarının yaşı haqqında materiallar xronologiyanı təyin 
etməyə imkan verir. 
Azərbaycan petroqliflərinin müəyyən edilmiş yaşı, məlum olduğu kimi, 
şərti, ilkin xarakter daşıyır. Adətən, vəhşi heyvan təsvirləri nisbətən erkən qrup 
rəsmləri kimi nəzərdən keçirilir. Əksər hallarda biz vəhşi öküz-tur və ona qarşı ov 
səhnələri ilə  rastlaşdıqda təsvirlərin təhlilini təsdiq etməyə  imkan yaranır. Bəzi 
hallarda tədqiqatçılar, hətta öküz-turu bizon kimi də qeyd etməyi mümkün hesab 
edirlər [163. 40-49, 43]. 
Beləliklə, Azərbaycanın Xəzəryanı ərazilərində turun ehtimal olunan 
məskunlaşması dövrü haqqında əldə olunan materiallar, vəhşi öküz təsviri 
petroqliflərin bəzi qruplarının yaşının müəyyən olunması üçün istifadə etməyə 
imkan yaradır. Bu tapıntılar vəhşi öküzün iştirakı ilə olan süjetlərin yuxarı 
xronoloji həddini təyin etməkdə  əsas ola bilər. Biz qayaüstü təsvirlərin yayıldığı 
rayonların müasir landşaft -  iqlim şəraitinin konkret təhlili və  nəzərə  alınması 
hesabına bu məlumatları bir qədər dəqiqləşdirə bilərik və qayaüstü təsvirlərin 
xronologiyasında bəzi dəyişikliklər edə bilərik. Buna baxmayaraq, petroqliflərin 
yaşının müəyyən edilməsində bu və ya digər nəsli kəsilmiş və ya nəsli kəsilməkdə 
olan heyvan təsvirlərinin ənənəvilik amili problem olaraq qalır. 
Binəqədi faunasının Fələstin, Suriya və  Livanın paleolit mağaralarındakı 
heyvan təsvirlərinin siyahıları ilə müqayisə edərək, arxeoloqlar Binəqədi 
çöküntülərinin mövcudolma dövrünü təxminən mustye və orinyak dövrünə aid 
edirlər [40, 157]. Qobustanın ən qədim qayaüstü təsvirlərinin orinyak və solütre 
mədəniyyətinə  aid olması haqqında E.Anatinin [278, 32, 60; 192, 292 294; 193, 
194] ehtimallarını nəzərə alsaq, bu məsələyə dair ədəbiyyatda hamı tərəfindən 
qəbul olunmuş tarixdən (ədəbiyyatda üst paleolitin sonu - mezolitin əvvəli qeyd 
olunur) fərqli olaraq Qobustan qayaüstü təsvirlərinin daha qədim tarixi haqqında 
məntiqi nəticələrə gəlmək olar [165, 7-8]. 
Şübhəsiz, Qayaarası düşərgəsindən aşkar olunmuş üst paleolit dövrü 
çaxmaqdaşı bıçaqları [165, 7 8; 190, 25] Böyükdaş dağının Kənizə  düşərgəsinin, 
Kiçikdaş dağının Qayaarası düşərgəsinin divarlarındakı bəzi petroqliflərin üst 
paleolit dövrünə aid olmasını təsdiq edir. Altamir,
 
Qarqas, Trua Frer, Qornos de la 
Penya, La Qrez, Pernon-Per mağaralarının əhəngdaşı divarlarında  əvvəlcə  səthi 
sonra isə daha dərin qazılmış oymaları arxeoloqlar periqord dövrünə aid edirlər [5, 


48 
 
9- 29]. Onlar bəzi Qobustan təsvirləri ilə  (Böyükdaş dağı, yuxarı səki, 29, 64, 65 
№-li daşlar üzərindəki öküz təsvirləri) müəyyən oxşarlıq təşkil edirlər (ill. 12; 28; 
29). Bu cür oymalar Labatyu, Lossel Fiqye, Qorj d'Anverdəki fiqur təsvirləri kimi, 
tədricən  əsl barelyefə keçir. Heyvan təsvirləri ilə  yanaşı, insanı təsvir edən  əsl 
barelyeflərə (Loseldəki periqord dövrü) rast gəlinir. Analoji, lakin əks barelyef 
insan təsvirlərinə Qobustanda, Böyükdaş dağının yuxarı səkisində (29 №-li daş) və 
Kiçikdaş dağında təsadüf olunur. 
Qayaüstü təsvirlərin nisbi yaşını təyin etmək üçün bütün şərtlər nəzərə 
alınır. Misal üçün, üzərində təsvir olan daş və qayanın səthi vaxt keçdikcə müxtəlif 
dəyişikliklərə  məruz qalır. Patin, turşuma, qayanın işlənmiş səthi ilə birgə  əhəng 
sızıntıları fiqurun səthini yekcins edir [294]. 
Nəsli kəsilmiş heyvan təsvirləri petroqliflərin qədimliyini sübut edir. 
Qobustanın Böyükdaş dağındakı Anazağa, Kənizə, Kiçikdaş dağındakı Qayaarası-
1, Firuz-1, Firuz-2 kimi mağaralarında bəzi qayaüstü təsvirlər bu və ya digər 
dərəcədə arxeoloji təbəqə ilə bağlıdır. Bu halda yaşı dəqiq təyin etmək olar. 
Təsvirlər mədəni təbəqənin yaranmasından əvvəl və ya onunla eyni vaxtda 
həkk olunmuşdur. Anazağa, Qayaarası, Qayaarası-2, Ceyranlar, Kənizə 
düşərgəsində  üst paleolit dövrü çaxmaqdaşı bıçaqları səviyyəsində  aşkar olunmuş 
qadın, öküz və qayıq təsvirləri və bu düşərgələrin divarları - 43 qaya üzərində digər 
rəsmləri olan ayrı-ayrı daş və  onların qırıqları məlumdur [168, 21]. Böyükdaş və 
Kiçikdaş dağının yuxarıda qeyd olunan düşərgələrının üst paleolitin periqord 
dövrünə aid edilən bəzi təbəqələri [190,25; 192, 292-294; 193; 196, 62 65; 276, 18] 
bu mağaraların divarlarındakı petroqliflərlə  tam eyni üslubda şəkilmiş ayrı-ayrı 
daşlar üzərindəki təsvirlərə malik idilər. [137, iş № l, 2, 3; 167, 99 103, şəkil 2, 2; 
163, 40-49, 42]. Beləliklə, ayrı-ayrı daşlar üzərindəki bu rəsmlərin aşkar 
olunduqları mədəni təbəqədən  əvvəl təsvir olunmaları haqqında nəticəyə  gəlmək 
olar. 
Divarlar üzərindəki təsvirlərin dəniz qumu təbəqəsi ilə  örtülü olması 
hallarına da təsadüf olunur. Buna misal olaraq, Firuz-1 düşərgəsindən 500-600 m 
şimalda yerləşən Ceyranlar yaşayış məskənini göstərmək olar. 
Bəzi rəsmlər (öküz, qadın, ovçu və  balıq rəsmləri) dəniz qumu 
səviyyəsindən aşağıda aşkar olunmuşdur (1 metrədək qazıntıdan sonra dəniz qumu 
təbəqəsi aşkar olunmuşdur). Bu da bir tarixi dövrdə  dəniz səviyyəsinin dünya 
okeanı səviyyəsindən aşağı, digər dövrdə 118 m [192, 292 294] hündürlükdə 
olmasını göstərir. Beləliklə, qazıntıların nəticələri və nukleuslar, trapesiyalar, 
sancaqlar, mikrolövhəciklər, çopperlər və s. bu kimi üst paleolit dövrünə aid 
əşyaların əsasında Ceyranlar mağarasının petroqliflərini təxminən [165, 7-8] 
periqord dövrünə şamil etmək olar [137, iş № 1,
 
2-14]. 
Qobustan  qayaüstü rəsmlərinin tarixinin  müəyyən edilməsində  çətinliyin 
əsas səbəbi uzaq dövrlərdən bizə  gəlib çatmış sənədli sübutların yarımçıq 
olmasıdır. Amma, digər tərəfdən bu vəziyyətin səbəbi uzaq dövrlərin müxtəlif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə