Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

49 
 
elmlərlə kifayət qədər uyğunlaşdırılmış tədqiq olunmamasıdır. Bu tədqiqat işində 
maksimal dəqiqliyə nail olmaq üçün paleontologiya, geologiya və digər bu kimi 
müxtəlif elmlərin məlumatları əsasında problemin  geniş, kompleks öyrənilməsi 
metodundan istifadə olunmuşdur. 
Yaş probleminə bir qədər başqa tərəfdən,  ənənəvi üsul və  təsəvvürlərdən 
imtina edərək yanaşmaq lazımdır. Qobustanın bəzi qayaüstü təsvirlərinin yaşı 
haqqında qeydlər şəklində ilkin nəşrlər artıq mövcuddur [165, 7-84; 256, 96; 190, 
25; 192, 292-294; 193; 194; 196, 62 65; 276, 18]. Nəticədə  rəsmlərin yaşına dair 
tamamilə yeni rəqəmlər əldə edilmişdir. 
Azərbaycan qayaüstü incəsənəti öz mövzularına görə bizi paleolit dövrünə 
aparmış və  əgər biz bu abidələrin üslub xüsusiyyətlərinə müraciət etsək, onda bu 
yaxınlaşma daha aydın və əsaslandırılmış görünər. Paleolit incəsənətinin inkişafını 
başa düşmək üçün tədqiqatçılar, hər şeydən əvvəl, tapıntıları xronoloji ardıcıllıqla 
düzürlər. Lakin təbii təzahürləri daş alətlərlə eyni qaydada ayırmaq mümkün deyil, 
buna görə  də  biz yaşı dəqiq müəyyən olunmuş mədəni qruplara istinad etməyə 
cəhd edəcəyik. 
Təəssüflə qeyd etmək lazımdır ki, paleolit abidələrinin dövrləşdirmə 
sxeminin hazırlanmasına dair tamamlanmamış iş hal-hazırda da davam edir. Bu 
üslub xronologiyası indiyədək aparılmamışdır. Buna görə  də biz qərb 
tədqiqatçılarının üslub sxemlərinə istinad edəcəyik. 
Orinyak incəsənəti haqqında Herbert Kyun yazırdı: «...bu təsviri sənət 
əsərlərinin üslubunda həlledici amil - dərinliyin olmamasıdır, bu onların səthiliyi, 
müstəvi üzərində  sözsüz sakitliyidir. Ən mühümü isə  hər bir şeyə riayət olunaraq 
dərin və bir dəfəyə cızılmış kontur qətiyyətlə və möhkəm həkk olunmuşdur». «Pair 
non Pair»-dən olan orinyak fiqurlardan birini təsvir edərək o deyir: «Təsvir bir 
müstəvi üzərində durur». Arxeoloqlar hesab edirlər ki, orinyak üslubu təsvirin 
hamısının konturda yerləşdirilməsidir» [302]. 
Arxeoloqların orinyak təsvirlərinin üslubu haqqında bu iddiaları Qobustanın 
(məhz obrazların realistik şərhi verilən) bəzi qayaüstü təsvirlərinə müəyyən 
mənada aid edilə bilər. 
Azərbaycanın qayaüstü təsviri incəsənəti qrafik düz səthlidir. Təsvirlər 
bütöv və ya konturlu siluetlə  həkk olunmuşlar. Perspektiv və  həcm mövcud 
deyildir. Heyvan və  quşlar  həmişə yandan təsvir olunmuşlar (Böyükdaş dağı, 
Anazağa mağarası). Fiqurların öz aralarında mütənasibliyi şərti təəssürat yaradır. 
Bəzən heyvan və quşlar bir-birlərinə əks istiqamətdə (başı yuxarı və ya aşağı və s.) 
təsvir olunurlar. Heyvanların səciyyəvi cəhətlərini canlı əks etdirən bu düz səthli və 
realistik təsvirlər bəzi fərqlərə baxmayaraq, orinyak təsvirlərinə  oxşayırlar 
(Böyükdaş dağı, yuxarı səki, 64, 65 №-li daşlar). Bu fikrin təsdiqi kimi, orinyak 
incəsənətinin bəzi elmi səciyyəvi xüsusiyyətlərini göstərmək olar. Paleolit 
incəsənətinin inkişafının birinci mərhələsinin (orinyak-solütre) (1906-cı il 
A.Breylin həkkolunma üslubuna görə) üslubu üçün geniş və  dərin şırımlar 


50 
 
səciyyəvidir, siluetlər həmişə yandan verilir, heyvanların isə əksər hallarda cəmi iki 
ayağı göstərilir [294, 370], [5, 9- 29]. 
Öz növbəsində madlen dövrü incəsənəti daha yüksək pilləni  əks etdirir. 
Burada üçölçülük (eni, uzunu və hündürlüyü), nisbətən mürəkkəb kompozisiyalar 
fiqurların dinamikliyini, ayrı-ayrı hissələrini əks etdirir [143, 1-32]. 
A.Lerua-Quran Qərb paleolit incəsənəti abidələrini təhlil edərək üslubların 
özünəməxsus xronologiyasını yaratmışdır [297]. 
I üslub. Heyvan başlarının və  qadın cinsi işarələrinin primitiv və kobud 
təsvirləri (Kastane, Selye, La Ferrasi). Bu üsluba Şonqar - 1 dağında (1, 4, 5 №-li 
daşlar) (şək. 70-a) (170, 83, 86, 87) və  Kiçikdaş dağında Qarayarası mədəni 
təbəqəsində  üst paleolit çaxmaqdaşı bıçaqları kompleksi səviyyəsindən ayrıca 
daşda, Böyükdaş dağının Öküzlər-2 və Kənizə mağaralarında [167,99-103, şək. 22] 
aşkar olunmuş öküz başının təsvirlərini, həmçinin Böyükdaşın aşağı səkisi 8№-li 
daşdan şimalda yerləşən qadının güman edilən cinsi işarəsi (ill. 72; 73) və 9 №-li 
daşdakı (Böyükdaşın yuxarı səkisinin şərq hissəsi) tamamlanmamış süysünlü öküz 
təsvirini (şək. 70-b), [5, 9-29] [69, 137] şamil etmək olar. 
II üslub. Yandan təsvir olunmuş heyvan fiqurları ilə  səciyyələnir. Onlar 
boyun-kürək xətti ilə  çəkilmişlər, buynuzlar çox vaxt üz tərəfdən verilir. İnsan 
fiqurları (heykəllər və barelyeflər) isə sanki romb daxilinə  əlavə  olunmuşlar. Bu 
üsluba Per-non-Per, Lojeri-Ot, La Ferrasi, Villendorf, Dolni-Vestonitse, Lossel, La 
Qrez, La Mut, La Kroz a Qontran, Şabo, Le Fiqye nümunələri aiddir. Bu üsluba 
Böyükdaş dağı, yuxarı səkisinin 78№-li daşı üzərindəki təsviri də aid etmək olar 
(ill. 60). 
III üslub. İri və enli bədənli heyvan təsvirləri, ayaqları qabağa və  qısa 
verilmişdir. Buynuzlar real görünüşdə  təqdim olunur. Bu üslubda dördbucaqlı 
(dama şəkilli) və  klaviform işarələr təsvir olunmuşdur. Bu üslub qrupuna Rok de 
Ser, Furno-dyu Dəbl, Lasko, Fon de Qom, La Mut, Peş Merl, Qarqas, Altamir, 
Kastilyo, Paseqa, Rokamadur, Kunyak, Kovalanas yaşayış məskənləri aiddir. Bu 
üsluba rəsmin işlənilmə texnikasını nəzərə alaraq (kontur dərin şırımla açılmışdır) 
Böyükdaş dağının aşağı səkisi, 15№-li daş üzərindəki [68, 264] və  Böyükdaş 
dağının yuxarı səkisi, 112 №-li daş üzərindəki heyvan təsvirlərini şamil etmək olar. 
Bundan əlavə, qeyd etmək lazımdır ki, Qobustanda klaviform işarələri tez-tez rast 
gəlinən süjetdir (şək. 71). 
IV üslub. İki hissədən ibarətdir: 
- qədimi (orta madlen dövrünə uyğun); 
-  ayrı  -  ayrı daşlar üzərində parlaq və  dəqiq, qayaüstü rəsmlərdə isə 
natamam təqdim olunan sonrakı dövr üslubu. 
A. Lerua Le Quranın bütün bu üslublarını Qobustan paleolit təsvirləri üçün 
qəbul etmək olar. 
Azərbaycanın ən qədim tarixinin paleolit dövrü incəsənətinin  xronoloji  
ardıcıllıqla  öyrənilməsi    vacib    və mürəkkəb məsələdir. Diqqətimizi dəqiq tarixi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə