Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

51 
 
məlum olan mədəni qrupların bədii tərzinin, kompozisiyalarının, işlənilmə 
mövzularının müqayisəsinə yönəldək. 
Azərbaycanın bəzi təsvirlərinin texnikasına və üslubuna görə  Avropanın 
yaxşı tədqiq olunmuş qədim təsvirləri ilə  oxşarlığı xüsusi maraq doğurur. Bu 
nümunələri Qobustanın bədii irsində  müşahidə etmək olar. Ən qədim rəsmlər 
sırasında çoxsaylı insan təsvirlərini [68, 281, 230, 15, 226, 241, 257, 60, 65], üst 
paleolit fiqurları üçün səciyyəvi olan, yandan çəkilmiş qadın təsvirlərini nümunə 
göstərmək olar (şək. 39). Bu rəsmlər Qobustanın Kənizə mədəni təbəqəsində aşkar 
olunmuş kiçik daş heykəlləri ilə (ill. 56; şək. 54-b), [166, 92-95] müəyyən mənada 
oxşar cəhətlərə malikdir və  mezin paleolit veneraları [145, 200, 1, 194, 203], 
(ill.57-a-b), Pindal, Nio Madlen dövrü mağaraları (ill. 58-b; 59) və  İrkutsk 
yaxınlığında Masta kəndinin Kostenki kiçik heykəlləri ilə  analoji oxşarlığı vardır 
(ill. 57, 58, 59). A.P.Okladnikov paleolit dövrünün insan təsvirlərini tədqiq edərək, 
belə  nəticəyə  gəlmişdir ki, qadın obrazları erkən üst paleolit dövründə meydana 
gəlmiş, kişi təsviri isə madlen dövrünə aid edilir. Bunlar əsasən «üst-üstə  həkk 
olunmuş, müxtəlif dövrlərdə lay-lay çəkilmiş heyvanların oyulma təsvirləridir» 
[133, 80]. Bu cür fiqurların səciyyəvi nümunəsi-Böyükdaş dağının yuxarı səkisi, 
29 №-li daş üzərindəki ovçu təsviridir (ill. 12; 13; 14; 15; şək. 71). 
Bundan  əlavə, yuxarıda adları çəkilən rəsmlərin paleolit dövrünə aid 
olmasını Anazağa, Kənizə, Qayaarası, Qayaarası-2, Ceyranlar mağaralarının üst 
paleolit dövrü çaxmaqdaşı bıçaqları səviyyəsində  aşkar olunmuş ayrı-ayrı daşlar 
üzərindəki qadın, ovçu, öküz, qayıq təsvirləri və bu mağaraların divarları olmuş 43 
qaya üzərindəki rəsmlər təsdiq edir [168, 21], (ill. 98 (13,14); 57; şək. 72-a-b). 
Avropanın müxtəlif paleolit abidələrindən tapılmış kiçik heykəllərlə (ill. 56; 57-
b,c; 58; 59) oxşar olan Kənizə  mağarasından aşkar olunmuş daş qadın 
heykəllərinin hissələri qadın qayaüstü təsvirlərinin yaşını müəyyən edən mühüm 
amildir. Bu kiçik heykəllərdə  və  qadın təsvirlərində üst paleolit dövrünə xas olan 
cəhətlər izlənilir. Qadın və bəzi öküz təsvirlərinin yaranma tarixi öküz başı təsviri 
ilə eyni səviyyəli mədəni təbəqədən aşkar olunmuş «şatelperron bıçağı» əsasında 
müəyyən edilir. 
Qeyd etmək lazımdır ki, insan təsvirlərinin paleolit dövrünə  aid olması 
xüsusiyyətləri C.Rüstəmovun və digər alimlərin tədqiqatları əsasında nəzərə 
alınmış və  paleolit dövrünün dünya analoqları ilə müqayisədə  tamamlanmışdır. 
Gələcək tədqiqatlar, görünür, bu suala daha inamla cavab verməyə imkan 
yaradacaqdır. 
Bir sıra dəlillər Qobustan abidələrini Qərbi və Mərkəzi Avropanın tanınmış 
paleolit abidələri ilə  yaxınlaşdırmağa imkan verir, lakin Avropa nümunələri ilə 
bəzi ümumi cəhətlərə baxmayaraq, onlar özünəməxsus xüsusiyyətlərə malikdirlər. 
Qobustanın daha qədim dövrünün yaş probleminin həll olunmasında Cingirdağdakı 
tərsinə çəkilmiş keçi təsviri maraq kəsb edir (ill. 95). Bu, qayanın əvvəllər yuxarıda 


52 
 
yerləşdiyini göstərir. Beləliklə, bu daş üzərindəki insan təsvirləri sonradan həkk 
olunmuşdur. 
Bundan başqa, müxtəlif rayonlarda yerləşən Azərbaycan qayaüstü təsvirləri 
yalnız o yer üçün səciyyəvi olan bəzi özünəməxsus üslub cəhətlərinə malikdir. 
Qobustandan qərb (Kəlbəcər, Gəmiqaya, Sünik və Göyəm) və  şimal-şərqə 
(Abşeron) (ill. 96; 39-a,b; 4ü-a,b; 41; 42; 43; 44; 48; şək. 24-a,b; 25 a,b; 29) tərəf 
getdikcə, təsvirlər çox sxematik olur. Bu, Qobustan incəsənəti ilə Kəlbəcər, Gəmi-
qaya və Abşeron incəsənəti arasında bədii ənənələrin varisliyinin mümkünlüyü ilə 
bağlıdır. Qobustanın paleolit incəsənətinin üslub xüsusiyyətləri onun yerli 
özünəməx-susluğu haqqında danışmağa imkan verir. 
 
Azərbaycan qayaüstü incəsənətinin dövrləşdirilməsi 
 
Azərbaycan qayaüstü incəsənətinin dövrləşdirilməsi sahəsində arxeoloq 
İ.Cəfərzadə  mühüm işlər görmüşdür. Onun tədqiq etdiyi Qobustan petroqlifləri 
üslubuna, məzmununa və tarixinə görə  ən qədim dövrlərdən orta əsrlərədək 6 
tarixi-xronoloji qrupa bölünür: 
- ən qədim, erkən dövr; 
- neolit dövrü; 
- eneolit dövrü; 
- tunc dövrü; 
- dəmir dövrü; 
- orta əsrlər dövrü. 
Lakin bu gün petroqliflərin tarixinə dair əldə  olunmuş yeni dəlillər 
İ.Cəfərzadənin tərtib etdiyi xronologiyaya bəzi düzəliş və  dəyişikliklər edilməsini 
tələb edir. 
Son pleystosen və erkən holosen dövrü abidələri.  Qayaüstü təsvirlərin 
yaşını müəyyən etmək üçün biz onların süjetləri ilə bu və ya digər rayonların iqlim 
şəraitinin dəyişməsi və  faunanın təkamülü haqqında məlumatlarla müqayisəsini 
əsas götürmüşük. 
Bu mənada Kiçikdaş dağının 5 №-li daşı üzərindəki 4 m 23 sm 
uzunluğunda iri balıq təsviri xüsusi maraq kəsb edir [IV cədvəl, şəkil 1]. 
Ehtimallara görə, bu təsvir, bölgədə nəsli kəsilmiş delfin rəsmidir. Xəzər dənizində 
delfinin yaşaması üst dördüncü dövrə aid edilir. Bundan əlavə, ətəyində üst paleolit 
dövrünə dair mədəni təbəqə aşkar olunmuş erkən ovçular mağarasının divarında bu 
təsvirin həkk olunması dediklərimizi təsdiq edir. Beləliklə, rəsmin tarixini 
təxminən üst pleystosen dövrünün sonuna - Xəzər hövzəsinin (Xvalın dənizi) son 
iri transqressiyası dövrünə aid etmək olar [40, 80, 88]. Bu dövrdə Aralıq dənizinin 
suları Qara dənizdən, yəni Manıç boğazından keçərək Xəzərə tökülürdü [192, 292-
294]. 


53 
 
Anazağa mağarasının divarlarının birində  qalın torpaq qatı altından aşkar 
olunmuş qayaüstü təsvirləri (ill. 10) Vürm buzlaşması dövrünə, 27-20 min il əvvələ 
[209, 452] aid etmək olar. O vaxtlar dəniz səviyyəsi nisbətən aşağı idi (bax: I 
bölmə).  Böyükdaş dağının yuxarı səkisində, Öküzlər-2 düşərgəsinin (163, 43) 
mədəni təbəqəsindən aşkar olunmuş 6 Didacna balıqqulağı düşərgənin paleolit 
yaşını müəyyən edən maraqlı faktlardan biridir. Yalnız şirin sularda yaşayan bu 
molyusklar [21] Xəzər dənizinin şirin sulu olduğu dövrdə, yəni üst dördüncü dövr 
üst pleystosen dövründə  yaranmış Xvalın dənizində mövcud ola bilərdilər [192, 
292-294] (bax: Xvalın dənizinin geoloji xəritəsi). 
Dediklərimiz düşərgənin üst paleolit dövrünə  aid olduğunu müəyyən 
etməyə imkan verir. Mütləq geoxronologiyaya görə, Xvalın dənizinin mövcudluğu 
e.ə. 34 min il əvvələ  şamil edilir [101,1 129]. Bu dövr Azərbaycanda üst paleolit 
dövrünün başlanğıcı ilə (e.ə. 40-35 min il əvvəl) üst-üstə  düşür [228, 415]. 
Beləliklə, Kiçikdaş dağındakı delfin təsvirinin bu dövrə aid olduğunu güman etmək 
olar. Bu dövrdə  Manıç boğazının açıq olduğunu da [192, 292- 294] nəzərə alsaq, 
bu fərziyyənin tamamilə mümkün  olduğunu qeyd edə bilərik. 
Qeyd etmək lazımdır ki,  son paleolit mədəniyyəti Qərbi Avropa ərazisində 
daha dolğun öyrənilmişdir. Ona görə  də tarixçilərin  əksəriyyəti Qərbi Avropa 
tapıntılarına istinad edirlər. Üst paleolitin ən erkən mərhələsi orinyak dövrüdür. 
Mərkəzi Avropada bu dövr e.ə. 42 min il əvvələ aid edilir [36, səh.182]. Orinyak 
dövrü üçün müxtəlif növ daş sancaqlar, kəsici və sümük alətlər,  əsasən bizəoxşar 
ucluqlar və  deşicilər səciyyəvidir. Qeyd etdiyimiz kimi, inkişaf etmiş orinyak 
dövrünə  qadın fiqurları - «Veneralar» və  bəzi barelyeflər aid edilir. Tipik Qərbi 
Avropa mə-dəniyyəti olan solütre dövrünə (e.ə. 19 min il əvvəl) «dəfnəyarpaqlı 
ucluqlar»dan əlavə, ilk sümük iynələr də xasdır. Paleolitin son madlen mədəniyyəti 
üçün (e.ə. 15 min il əvvəl) müxtəlif daş alətlər - burğular, bıçaq-mişarlar və 
mikrolitlər səciyyəvidir. Mezolit (epipaleolit) dövrü (e.ə.13 min il əvvəl) kiçik daş 
alətlərin (mikrolitlərin) inkişaf dövrüdür. Bu dövrdə alətlərin əksəriyyəti sümük və 
ağac tutacaqlarla təmin olunurlar. 
Qobustan mağara və  sığınacaqlarında aşkar olunmuş arxeoloji nümunələr 
qayaüstü təsvirlərin bəzi yaş problemlərini həll etmək üçün qiymətli materialdır. 
Qərb və rus tarixçilərinin mədəniyyət bölgüsünə  əsaslanaraq onlardan bəzilərini 
nəzərdən keçirək.Öküzlər-2 yaşayış məskəni (Böyükdaş dağının yuxarı səkisi). 
Düşərgənin inventarı trapesiya, seqment, sancaq, deşici və digər alətlərdən 
ibarətdir. Çaxmaqdaşlı ucluqlu sancaq (şək. 72-a) daha çox Malta mağarasından 
tapılan üst paleolit çaxmaqdaşı alətləri formasına yaxındır (şək. 73-b). Qabarıq 
lövhə  qırıqlarından hazırlanmış digər sancaqlar (şək. 73-c,ç) VIII Kostenki 
düşərgəsinin Telman mədəniyyəti sancaqları ilə  (şək. 73-d) və  Şatelperron iti 
ucluqlar tipində olan erkən  Kapsi  mədəniyyətində  (Qafs, Şimali Afrika) təmsil 
olunan ucluqlu sancaq lövhəciyi ilə  (ill. 97) oxşarlıq təşkil edir. Mustye bazası 
üzərində Kapsi mədəniyyəti (Qafs, Şimali Afrika) Orta Avropanın orinyak 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə