Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

58 
 
1. Qədim öküz-tur dövrüBu dövrdə nəsli kəsilmiş fauna təmsilçisi - öküz-
turların primitiv-təbii təsvirləri, həmçinin klaviform təsvirləri, qadın işarələri. 
yandan və başsız paleolit «Veneralar» və əks-barelyefi texnikasında həkk olunmuş 
təsvirlər təqdim olunur (ill.58-a). 
Erkən ovçular və  mərasim rəqsləri təsviri (ill. 64; şək. 45), çoxsaylı qayıq 
təsvirləri bu dövr üçün səciyyəvidir. Bu dövr öz növbəsində  bəzi  əlavələrlə dörd 
üslub qrupuna (Lerua-Qurana görə) bölünür: 
I üslub.  Kiçikdaş dağının Qayaarası düşərgəsindəki öküz başının təsviri, 
həmçinin Böyükdaş dağının yuxarı səkisi, Öküzlər-2, Kənizə  yaşayış 
məskənlərindəki ayrı-ayrı daşlar üzərində  öküz başı təsvirləri. Şonqar (şək. 6, 7). 
Böyükdaşın yuxarı səkisi 33 (45) №-li daşı və  ehtimal olunan qadın işarəsi 
(Böyükdaş dağı, aşağı səki, 8№-li daşdan şimala) (ill. 73; 74). 
II üslub.  Təbii ölçülü öküz təsvirləri,  əks-barelyef insan təsvirləri 
(Böyükdaş dağı, yuxarı səki, 65. 29№-li daş) (ill. 29;12). 
III üslub.  Qısa ayaqlı və gen bədənli öküz təsvirləri (ill. 35), Böyükdaş 
dağı, yuxarı səki 29, 65 №-li daşlardakı klaviform işarələri (şək. 70). 
IV üslub.  1) Ox və  kamanlı kişi ovçuların əks-barelyef təsvirləri (ill. 14; 
15); 2) Böyükdaş dağının yuxarı səkisindəki Öküzlər-2, Kənizə, Kiçikdaş dağının 
Qayaarası və  Şonqar dağının yaşayış məskənlərinin mədəni təbəqələrində  aşkar 
olunmuş ayrı-ayrı daşlar üzərindəki təsvirlər (ill. 13, 14, 56, 98 (13,14, 101(7) şək. 
54-e). Burada, əsasən ovçular, qadınlar, öküzlər və qayıq rəsmləri təqdim olunur. 
II Vəhşi atlar və öküzlər dövrü  (
əhliləşmişlərdə daxil olmaqla). Burada 
vəhşi öküz və kulanların ovlanması səhnəsinin təsvirləri təqdim olunur. (Böyükdaş 
dağının yuxarı səkisi, 45 №-li daş (ill. 22; 23). Bu dövrdə əhliləşdirilmiş, öküzlərin 
real təsvirləri meydana çıxır (yenə  orada, 45 №-li daş), (ill. 21). Mərasim-ovsun 
mənasını daşıyan rəsmlərə də rast gəlinir (kollektiv rəqslər, qurbankəsmə səhnələri 
və s. Böyükdaş dağının yuxarı səkisi, 67 №-li daş), (ill. 62). 
III. Marallar dövrü.  1) Maral və  dağ keçilərinin çoxsaylı təsvirləri. 
Rəsmlər real ölçüdə  təsvir olunmuşlar, vəhşi qaban və  ev heyvanlarının təsvirləri 
də həkk olunmuşdur. (Cingirdağ, Yazılıtəpə, 4, 9, 92, 33, 54 №-li daşlar, Böyükdaş 
dağının yuxarı səkisi 46 №-li daş, aşağı səkisi 10 №-li daş), (şək. 25-b, c; ill. 25; 
26; 37; 38: 49): 2) İnsanların ov səhnələrində  və  mərasim-ovsun səhnələrindəki 
üslub təsvirləri (Böyükdaş dağının yuxarı səkisi. 59 №-li daş (şək. 19; 20; 21-a, b). 
IV Keçilər dövrü.  1 qrup - Kiçikdaş dağında maral və  Cingirdağda keçi 
təsvirləri (Cingirdağ 13. 33, 36, 63, 54 №-li daşlar; Böyükdaş dağının yuxarı 
səkisi, 42 №-li daş, cənub tərəf) (şək. 76 a, b, c, ç, d), II qrup - Kəlbəcər, Gəmiqaya 
(21, 33, 34, 54 №-li daşlar) və  Abşerondakı heyvan təsvirləri (şək. 22-a,b; 24 ill. 
39; 40; 41; 42; 43: 44). Yeni obrazlar - buynuzlu keçilər, dairə şəkilli günəş işarəsi 
(Gəmiqaya 21 №-li daş) meydana çıxır (şək. 77; 78). İnsan təsvirləri yandan və 
üzdən, hərəkətdə  (heyvanı təqib edərkən, rəqs və ya ovsun ayinlərini yerinə 
yetirərkən) təqdim olunurlar (şək. 23). 


59 
 
V Dəvə dövrü.  Dəvələrin, şirlərin sxematik təsvirləri, atlı və ov səhnəsi 
təsvirləri (Böyükdaş dağının yuxarı səkisi. 90, 103 №-li daş və  aşağı səkisi, 155 
№-li daş. Kiçikdaş dağı 37№-li daş, Yazılıtəpə  24, 42, 38. 40 №-li daşlar), latın, 
ərəb və fars yazıları (şək. 32; ill. 50:51). 
Nəzərdən keçirdiyimiz materiallar aşağıdakı nəticələrə  gəlməyə imkan 
verir. Üst pleystosen dövründə ovun əsas obyekti sürü halında yaşayan iri 
heyvanlar idilər. Ova kollektiv halında gedirdilər. İnsan təkbaşına qida əldə edə 
bilmirdi. Qobustan qayaüstü təsvirlərində də aparıcı yeri əsas yaşayış mənbəyi olan 
heyvanlar - öküz-tur, vəhşi at və  başqaları tuturdu. Lakin pleystosenin sonu 
holosenin  əvvəlində  iqlim şəraiti dəyişilir. Buna müvafiq olaraq ov obyekti də 
dəyişir. Bu dövrdə qayaüstü incəsənətdə  müasir holosen faunasının (maral, keçi, 
vəhşi qaban, quş və s.) təsvirləri meydana çıxır. 
 
Neolit və tunc dövrləri abidələri 
 
Azərbaycanın neolit və tunc dövrləri petroqliflərinin süjetlərində ov üslubu 
izlənilir. Həkkolunma üslubuna görə, onlar üst paleolit və mezolit dövrlərinin 
rəsmlərindən fərqli olaraq daha sxematik tərzdə  çəkilmişlər. Neolit və tunc 
dövrünün petroqliflərində insan təsvirlərinin faiz nisbəti bir qədər azalır. Daha çox 
heyvan təsvirləri müşahidə olunur. Üslub xüsusiyyətlərinə görə, bu dövrün 
rəsmlərini 2 qrupa bölmək olar. Birinci qrupa daha real təsvir olunmuş heyvan 
rəsmlərini aid etmək olar. Məsələn, Kiçikdaş dağında maral və  Cingirdağda (33, 
54№-li daşlar) keçi təsvirləri. Burada, bəzi heyvan təsvirlərində neolit dövrünün 
ənənələri qorunub saxlanmış, lakin onların məzmunları daha geniş və rəngarəngdir. 
Onlardan bəziləri sakit, digərləri rəqs edən vəziyyətdə - arxa pəncələri üzərində 
bir-birinə qarşı təsvir olunmuşlar (Böyükdaş, yuxarı səki, 42№-li daş (cənub tərəf); 
Yazılıtəpə (13, 63, 54, 36 №-li daşlar), (şək. 76-a,b,c,ç,e). 
İkinci qrupa Kəlbəcər, Gəmiqaya (21№-li daş) və Abşerondakı (şək. 22-a,b; 
24; ill. 39; 40; 41; 42; 43; 44) heyvan təsvirləri aiddir. Çəkilmə üslubuna və 
məzmununa görə, ikinci qrup petroqlifləri Qobustanın sonrakı dövr təsvirlərinə 
yaxındır. Bu rəsm qrupunda yeni meyillər aydın izlənilir. Yeni obrazlar - buynuzlu 
keçilər, dairəvi günəş işarəsi   (Gəmiqaya   21№-li daş) meydana gəlir(şək.79;80).   
İnsan təsvirləri   hərəkətdə  (heyvanı təqib edərkən, rəqs  və  ya  ovsun  ayinlərini   
yerinə   yetirərkən) təqdim olunurlar (şək. 23). Gəmiqayanın Nəbiyurd adlanan 
yerində 2002-ci ildə  aşkar olunmuş yaşayış məskəni, qəbiristan, saxsı qabların 
qırıqları tədqiqatçılar üçün bəzi qayaüstü təsvirlərin (insan, keçi və marallar 
təsvirləri) yaşını müəyyən etmək üçün əsas olmuşdur (e.ə. IV minilliyin sonu - III 
minilliyin əvvəli) [254, 125- 126]. 
Kəlbəcər qayaüstü təsvirlərinin yaşını müəyyən edərkən, arxeoloqlar 
yaşayış məskəninin və e.ə. III minilliyə aid olan dairəvi tikilinin qalıqlarını əsas 
götürmüşlər. Bu yerdə şurf vasitəsilə erkən tunc dövrünə aid mədəni təbəqə aşkar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə