Binder pdf


I. Ən qədim erkən mərhələ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

62 
 
I. Ən qədim erkən mərhələ - son pleystosen və erkən holosen dövrü öküz-
tur dövrü - ən erkən hüdudu e.ə. 34000-ci ilə aid edilir. Bu dövr, öz növbəsində 
dörd üslub qrupuna bölünür: 
 
I üslub orinyak üslubu (e.ə. 34000-ci il): Kiçikdaşın Qayaarası 
düşərgəsindəki öküz başı təsviri, həmçinin Böyükdaş dağının yuxarı səkisindəki 
Öküzlər-2, Kənizə  yaşayış məskənində, Şonqar dağında (şək. 8, 9, 10) ayrı-ayrı 
daşlar üzərindəki, Böyükdaşın yuxarı səkisi, 33 (45) №-li daşdakı öküz başı 
təsvirləri və  Böyükdaş dağının aşağı səkisi, 8 №-li daşdan şimala qadın işarəsi 
ehtimal olunan abidə (ill. 72; 73). 
 
II üslub - solütre-madlen üslubu(e.ə. 19000-15000-ci illər):  Təbii ölçüdə 
öküz təsvirləri, qadınların əks-barelyef təsvirləri (Böyükdaş dağının yuxarı səkisi, 
65, 29 №-li daş) (ill. 12; 29). 
 
III  üslub - madlen üslubu (e.ə. XV-XIII minillik): Qısa ayaqlı və gen 
bədənli öküz təsvirləri (ill. 19; 34; 36)  klavitorm işarələri (Böyükdaş dağının 
yuxarı səkisi, 29 65 №-li daşlar).  
 
IV üslub madlen-mezolit üslubu (e.ə. XIII-VIII minilik): 1) Kişi ovçuların 
əks-barelyef təsvirləri və ox-kamanlı ovçu təsvirləri (ill. 14; 15); 2) Böyükdaş 
dağının yuxarı səkisində yerləşən Öküzlər - 2, Kənizə, Kiçikdaş dağının Qayaarası 
və  Şonqar dağının mağaralarının mədəni təbəqələrindən aşkar olunmuş ayrı-ayrı 
daşlar üzərindəki təsvirlər (şək. 72; ill. 56; 98; 101). Burada, əsasən ovçu, qadın, 
öküz və qayıq təsvirləri təqdim olunur. 
 
II. Neolit dövrü - vəhşi at və öküzlər dövrü (e. ə.VII- VI minillik) 
Vəhşi öküz və  kulanların ovlanması səhnəsi (Böyükdaş dağının yuxarı 
səkisi, Ovçular mağarası, 45 №-li daş) (ill. 22; 23), əhliləşdirilmiş öküzlərin real 
təsvirləri (yenə orada, 45 №-li daş) (ill. 30-a,b). Böyükdaş dağının yuxarı səkisi. 67 
№-li daş), (ill. 62). 
III. Eneolit dövrü - Maral və keçilər dövrü (e.ə.VI-IV minillik) 
1) Maral və keçilərin çoxsaylı təsvirləri. Rəsmlər real ölçüdə  təqdim 
olunurlar. Vəhşi qaban və  ev heyvanlarının da təsviri vardır. (Cingirdağ, 
Yazılıtəpə, 4, 9, 92, 33, 54 №-li daşlar, Böyükdaş dağı, yuxarı səki, 46 №-li daş; 
aşağı səki, 10№-li daş) (şək. 17; 26-b, c; ill. 25; 26; 38; 49). 
2) Ov səhnələrində və mərasim-ayin səhnələrində insanların üslub təsvirləri 
(Böyükdaş dağı, yuxarı səki, 59№-li daş) (şək. 19; 20; 21-a, b). 
IV.Tunc dövrü - keçilər dövrü (e. ə. IV-III minillik) 2 qrupa bölünür: I 
qrup - Kiçikdaş dağında maral və Cingirdağda keçi təsvirləri (13, 33, 36, 63, 54 №-
li daşlar) Böyükdaş dağı (yuxarı səki, 42 №-li daş (cənub tərəf) (şək. 75). 


63 
 
II qrup - Kəlbəcərdə, Gəmiqayada [21 №-li daş ] və Abşeronda (şək. 22 a,b; 
24; ill. 39; 40; 41; 42; 43; 44) heyvan təsvirləri, buynuzlu keçi təsvirləri, dairə 
şəkilli günəş işarəsi [Gəmiqaya - 21 №-li daş] (şək. 76; 77), araba və digər təsvirlər 
(şək.78). 
V. Dəmir dövrü (e.ə. II-I minillik) 
Maralların təqibi səhnəsi (Yazılıtəpə, 9, 38, 40, 92, 136 №-li daşlar; 
Böyükdaş dağı, yuxarı səki, 103 №-li daş; Gəmiqaya, 54 №-li daş) (şək. 21-a-b; 
36; 47; 49), qurbankəsmə  səhnələri (Yazılıtəpə, 24,25 №-li daşlar), qolsuz 
antropomorf fiqurlar (şək. 81), Gəmiqaya, Kəlbəcər və Abşeronun bəzi insan, keçi 
və maral təsvirləri. 
VI. Orta əsrlər dövrü (I-XVIII əsrlər) 
Dəvə  karvanları təsvirləri (Böyükdaş dağı, aşağı səki, 155 №-li daş) (şək. 
32), nizə ilə silahlanmış atlılar, işarələr və damğalar, islam dini məzmunlu yazılar 
və təsvirlər (Böyükdaşın aşağı səkisində mehrab təsviri, ərəb və fars yazıları). 
 
 
 
 
 


64 
 
IV FƏSİL 
 
AZƏRBAYCAN QAYAÜSTÜ İNCƏSƏNƏTİNİN SEMANTİKASI 
 
Azərbaycan qayaüstü təsvirləri qədim Azərbaycan  əhalisinin müxtəlif dini 
təsəvvürlərinin formalaşmasının öyrənilməsinə  imkan yaradır. Üst paleolit, 
mezolit, neolit və digər dövrlərin petroqlifləri, qədim arxeoloji komplekslər 
əsasında ayin təsəvvürlərinin rəngarəngliyini müşahidə  etmək olar. Qədimdə 
Azərbaycan  əhalisi arasında animizm, totemizm və ulduz ayinləri kimi etiqadlar 
mövcud olmuşdur. 
Animizm - bəşər mədəniyyətinin erkən mərhələlərində meydana gələrək 
inkişaf etmiş və yer üzünün bütün dinlərinin ayrılmaz hissəsi olmuşdur. 
Etnoqrafiyada elə bir din yoxdur ki, animizmi qəbul etməsin. Totemizmdə, 
ovsunlarda, fetişizmdə, mərhumlara sitayişdə, ibtidai dinin bütün formalarında 
mustye dövründən üst paleolitə  keçid zamanı ruhlar, onların mənəvi müəmmalı 
təsiri haqqında təsəvvür, yəni animistik təsəvvürlər mövcud olmuşdur. Bu özünü
ələlxüsus dəfn mərasimlərində əyani büruzə vermişdir. İbtidai dövrdə təbii fəlakət 
qüvvələri, müəmmalı hadisələr qarşısında qorxu animistik təsvirlər  əmələ 
gətirmişdir. İbtidai insanlar çoxsaylı ruhlar dünyasında yaşayırdılar. 
Müqəddəs dağlara sitayiş ən qədim və  geniş yayılmış adətlərdən biridir. 
Sonralar dağlara sitayiş bəzi dinlərə  keçmişdir. Hindistanda Himalay dağlarına, 
Fələstin yəhudiləri Sinay dağına, Yunanıstanda Olimp dağına sitayiş edilmişdir. 
Mərkəzi Asiyanın (Monqolustan, Qazaxıstan, Özbəkistan və s.) ən hündür dağ 
zirvələrində dağların ruhu üçün qurbangahlar olan daş qalaqları    «obo» yığırdılar. 
İndi də buradan keçənlər «obo»ya nəinki daş, həmçinin şirniyyat və ya kökə 
qoyurlar. Bu nəzirlər yerli əhaliyə iltifat üçün dağların ruhuna verilirdi [127.39]. 
Kökləri ilə  uzaq keçmişə  gedib çıxan dağlara və  daşlara sitayiş 
Azərbaycanın bir çox rayonlarında öz əhəmiyyətini saxlayır. Onlardan Xızı 
rayonunda Şahbuz [213,19]. Beşbarmaq dağlarını, Qobustanda Cingirdağı 
(əvvəllər Cingir Baba adlanırdı), Qonaqkənddə  Həzrət Baba, Ordubad rayonunda 
Əshabi-Kəhf və Gəmiqayanı göstərmək olar. 
Arxeoloqlar dağlara sitayişin mövcud olması və  yayılmasını bu cür izah 
edirlər ki, dağ zirvələrinin göylərə ucaldığı və bura buludların yığıldığı, ildırımlar 
çaxdığı yer olduğu üçün (ildırıma səbəb olan təzahürlərdən bulud və yağışlardan 
əkinçilik, məhsuldarlıq insanın firavanlığı üçün əsasdır) bu dövrdə  dağlara və 
onların ruhlarına sitayiş əmələ gəlmişdir [222, 384]. 
Qobustanda hal-hazırda da qədim ənənə saxlanılmışdır  - yerli camaat üçün 
toy günü Böyükdaş dağını ziyarət etmək mütləq mərasimdir. Bu, dağlara ehtiramın 
qədim formalarının qalıqlarıdır. 
Son illər ərzində Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi sayəsində 
əldə  olunmuş materiallar qayaüstü incəsənətlə  dağ və  daşlara sitayiş arasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə