Binder pdf



Yüklə 5,01 Kb.

səhifə3/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   44


 
məskənlərinin divarlarını təşkil etdiyi yerlərdə (Anazağa, Kənizə, Firuz, Ceyranlar, 
Qayaarası və s.) aşkar olunmuşdur [167, 99]. 
Hazırda Qobustan qoruğunda 6000-dən artıq rəsm qeydə  alınmışdır. 1969-
cu ildən etibarən C.Rüstəmov Qobustanın tədqiq olunmuş qayaüstü rəsmlərinin 
şəkillərini və öz tədqiqatlarının nəticələrini «Arxeoloji kəşflər» adlı illik jurnalda, 
«Qobustan dünyası», «Qobustan qədim mədəniyyət ocağıdır» adlı kitablarında nəşr 
etdirmişdir. Tədqiqatlar nəticəsində o, qayaüstü rəsmlərin tarixini dəqiqləşdirmiş, 
onların totem əlamətlərini, ayin və ovsun əhəmiyyətini işıqlandırmış [257, 156-
161], Qobustan ərazisinin müqəddəs yerlərini və pirləri tədqiq etmişdir. 
Azərbaycanın rənglənmiş qayaüstü təsvirləri haqqında ilk məlumat keçən 
əsrin 70-ci illərində  meydana çıxmışdır. Böyükdaş dağının yuxarı səkisində 24b 
№-li daş üzərində boya ilə çəkilmiş qayaüstü təsvir aşkar olunmuşdur [257. 390]. 
Qaya üzərində  xallı marala hücum edən yırtıcı təsvir olunmuşdur. Təsvir tünd 
qırmızı rəngli boya ilə  çəkilmişdir. 1984-cü ildə  Kiçikdaş dağının Qayaaltı 
kolleksiyası daşlarının birinin üzərində rəngli qayaüstü təsvirlər aşkar olunmuşdur 
(öküz və buzov rəsmləri). Arxeoloqların fikrincə, boya ilə həmçinin daş dövrünün 
mədəni təbəqələrində mövcud olan oxra ilə  çəkilmiş bu təsvir qədim 
qobustanlıların rəsmləri boya ilə işləmələrinin mümkünlüyünü sübut edir [158, 8]. 
Sonrakı illərdə qayaüstü rəsmlərin işlənilmə  texnikası və  onların həkk olunması 
üçün daş alətlərin hazırlanması texnikasına dair fəal tədqiqatlar aparılmışdır [162, 
8-11; 160, 4-10; 164, 92-94; 167. 99 103; 261,28-29]. 
1975-ci ildə  Kənizənin mezolitik təbəqəsində  iki kiçik qadın heykəli 
tapılmışdır [161,504-505]. 1986-cı ildə C.Rüstəmov artıq 5 kiçik qadın heykəlinin 
- tilsimin ətraflı təsvirini verir və  bunları mezolit dövrünə aid edir. Arxeoloqlar 
mezolit dövründə  bədii  yaradıcılıq nümunələrinin, xüsusilə kiçik heykəllərin və 
naxışlı sümüklərin olmaması barədə fikirləri təkzib edərək, Qobustanın daş dövrü 
yaşayış məskənlərində  apardıqları arxeoloji qazıntılar zamanı orada mezolit 
dövründə qadın heykəllərinin olmasını sübut edir, bundan əvvəl tapılmış qadın və 
digər qayaüstü təsvirlərin tarixlərinə yenidən baxılması zərurətini  əsaslandırırlar 
[166, 92-95]. 
Arxeoloqların eyni təsvir haqqında fikir ayrılığına tez-tez təsadüf edilir. 
İ.Cəfərzadənin fikrincə, Böyükdaş dağının yuxarı səkisindəki 24 №-li daşın 
üzərindəki təsvirdə insan mərasim rəqsini icra edir. C.Rüstəmov isə  bunu döyüş 
səhnəsi hesab edir. O, həmçinin qədim öküz təsvirlərini  ətraflı təsvir edərək 
İ.Cəfərzadənin müəyyən etdiyi tarixlə  razılaşır, «Ovçular zağası» düşərgəsində 
yerləşən 46 №-li daşın üzərindəki iki heyvan təsvirinin ümumi xarakterinə görə 
öküz və ya bizon olduğunu ehtimaledir [163,35-44]. 
2000-ci ildə C.Rüstəmovun «Qobustan Azərbaycanın qədim mədəniyyət 
ocağıdır» adlı yeni kitabı işıq üzü görmüşdür. Burada müəllif Qobustan qayaüstü 
təsvirlərinin tarixinin müəyyən olunması probleminə toxunaraq ən qədim 
petroqlifləri e.ə. XV-XIV minilliyə aid etmişdir. 


10 
 
Qobustanın arxeoloji tədqiqatlarında tədqiqatçı F.Muradovanın xüsusi 
xidmətləri vardır. «Qobustan tunc dövründə» kitabında o, ilk dəfə olaraq tunc 
dövrünə  aid materialların tam və  dolğun təhlilini vermişdir. Bundan əlavə, 
F.Muradova arxeoloji materialların və qayaüstü təsvirlərin tədqiqi nəticəsində tunc 
dövründə  qobustanlıların günəşə  və  oda sitayiş etməsi fikrini də irəli sürür 
[246,100]. F.Muradova digər  əsərlərində Azərbaycan rayonlarında aşkar olunmuş 
günəş, ulduz, svastika işarələrini təsvir edir və bunu qədim azərbaycanlıların dini 
əqidələri ilə əlaqələndirir [247, 93-103; 248,185-190]. 
Qobustan və Naxçıvan qayaüstü təsvirlərindəki işarə və damğaların təsnifatı 
arxeoloq N.Müseyibli tərəfindən verilmişdir. O, Azərbaycanın işarə və damğalarını 
21 qrupa bölmüşdür [250,18 -22]. 
Abşeronda qədim qayaüstü təsvirlər haqqında ilk məlumat 1963-cü ildə əldə 
edilmişdir [227, 67 72]. Bu təsvirlər arxeoloq Q.Aslanov tərəfindən Şüvəlan və 
Mərdəkanda aparılmış arxeoloji qazıntılar nəticəsində  aşkar olunmuşdur. İri 
daşlardan hörülmüş divarlarda aşkar olunmuş müxtəlif heyvan təsvirləri və ov 
səhnələri real və sxematik üslubda çəkilmişdir. Qazıntı zamanı üzərində  təsvirlər 
olan ayrı-ayrı daşlar da tapılmışdır. 
1948-ci ildə  İ.M.Cəfərzadə ilk dəfə  olaraq Abşeronda Zirə  qəsəbəsi 
yaxınlığında üzərində keçi təsvirləri olan ayrı-ayrı daşlar aşkar etmişdir [60, 90-
91]. Bu daşlardan biri hazırda Azərbaycan Tarixi Muzeyində  saxlanılır. 1962-ci 
ildən 1980-ci ilədək Abşeron yarımadasının şərq hissəsində, Ağdaş düzü adlanan 
yerdə apa-rılmış arxeoloji qazıntılar və  tədqiqat işləri nəticəsində  100 iri daş 
parçası aşkar edilmiş və 200-dən artıq qayaüstü təsvir qeydə alınmışdır. 
Q.M.Aslanov və  P.A.Hacıyev Abşeron qayaüstü rəsmlərinin bədii-texniki 
xüsusiyyətlərinə diqqət yetirmiş [24, 56-62], bu təsvirləri e.ə. III-II minilliyə aid 
etmişlər. Sonralar Q.Aslanov Abşeronda tapılmış qayaüstü rəsmlərə  əsaslanaraq 
qədim Azərbaycanda insanların qurbankəsmə  mərasimlərini təsvir etmişdir [25, 
131-134]. Daha sonra Abşeron petroqliflərinin mifoloji izahı haqqında İ.Əliyevin 
məqalələri işıq üzü görmüş [17,164] və onun paleolit dövrü Yeni Suraxanı yaşayış 
məskəninin aşkar olunması haqqında məqaləsi çapdan çıxmışdır [18,13]. 
1968-ci ildə Naxçıvan ərazisində yeni qayaüstü təsvirlər aşkar olunmuşdur. 
Həmin ildə Azərbaycan EA Tarix İnstitutunun Naxçıvan arxeoloji ekspedisiyası 
arxeoloq V.Əliyevin rəhbərliyi ilə Ordubaddan 40 km şimalda yerləşən Gəmiqaya 
dağında tədqiqat işləri aparmış, nəticədə yüzlərlə qayaüstü təsvirlər aşkar 
olunmuşdur. 1971-ci ildə  Naxçıvan petroqlifləri - Ordubad ərazisində Tivi 
kəndindən şimalda, Nəbiyurd və  Qızgəlinçuxur yaylaqlarında [13,393] aşkar 
olunmuş petroqliflər, Gəmiqaya qayaüstü təsvirləri barədə  tədqiqat işləri nəşr 
olunmuşdur. 
Naxçıvan qayaüstü təsvirləri haqqında daha ətraflı məlumat 1972-ci ildə 
[234, 6-10] və XX əsrin 90-cı illərində  əldə  olunmuşdur. 1990-cı ildə  V.Əliyevin 
«Gəmiqaya qayaüstü təsvirləri»  əsərində  120 daş üzərində olan rəsmlər qeydə 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə