Binder pdf



Yüklə 5,01 Kb.

səhifə30/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

67 
 
mağaranın içində  aşkar olunmuş analoji qəbirlər Azərbaycanın neolit, eneolit və 
tunc abidələri üçün səciyyəvidir. Belə qəbirlərə Qərbi Avropada da rast gəlinir. 
Dəfn ayinlərini tunc dövrünə aid olunan qəbirlər də  təsdiq edir. Qobustan 
mezolit və tunc dövrü qəbirlərinin timsalında ayinlərin bir sıra xüsusiyyətlərini 
qeyd etmək olar. 
1) Bir sıra qəbirlərdə qırmızı oxranın olması; 
2) Mərhumla birgə  əşyaların, silahların, kəsilmiş qurban qalıqlarının 
(heyvan sümükləri) olması. Məsələn, tunc dövrünün müxtəlif mərhələlərinə aid 
olan Qobustan kurqanları 3 növə  bölünür: quyusuz kurqanlar, quyu kurqanları və 
daş qutu kurqanları. 
Azərbaycanda kurqanaltı quyusuz qəbirlər ilk dəfə  Qobustanda aşkar 
olunmuşdur [246, 105]. Burada mərhumun üstü qırmızı oxra qatı ilə  örtülmüş 
qəbirlərə də dəfələrlə rast gəlinmişdir (Böyükdaş və Kənizə dağlarının arasında, 9 
№-li kurqan [yenə orada, 31, 41, 42]. 
Bu hərəkətlərin ovsun mənası daşıdığı danılmazdır. Qan rəngində  qırmızı 
boyanın olması, çox güman ki, həyatın mənası sayılan işığı, istiliyi əks etdirirdi 
[210]. Bir çox tayfalarda qırmızı boya magiya ilə  bağlı idi. Ona zalım ruhları 
qovan sehrli qüvvə, mərhumun həyat gücünün möhkəmlənməsi kimi baxırdılar. 
Tunc dövründə qədim qobustanlıların dəfn ayinləri haqqında müəyyən məlumatları 
kurqanlarda aşkar olunmuş iri mal-qara sümükləri bir daha təsdiqləyir [Qobustan, 
10 №-li kurqan], [247, 34, 42]. Əcdadların ruhuna ehtiramla bağlı olan dini 
təsəvvürlərin öyrənilməsi üçün qədim insan qalıqlarının, köhnə qəbirlərin qazıntısı 
mühüm materialdır. Tədqiq olunan məsələ üçün Qobustan arxeoloji abidələri 
böyük maraq kəsb edir. Belə  ki, aşkar olunmuş Qobustan qəbirlərinin hamısında 
mərhumlar bükülü vəziyyətdə  dəfn olunmuşlar. Bu, qədim qobustanlıların dəfn 
mərasimlərinin xüsusi cəhətləri haqqında fərziyyə irəli sürməyə  imkan yaradır. 
Mərhumlar,  əsasən şimal və  şimal-şərq istiqamətində  dəfn olunurdular. Şərq və 
qərb istiqamətində, yəni günəşin istiqamətində edilən dəfnləri, arxeoloqlar skeletin 
günəşə meyli ilə əlaqələndirirlər və burada artıq günəşə sitayişin olması ehtimalını 
irəli sürürlər [139, 62]. Göstərilən dəlillərin natamam olmasına baxmayaraq, onlar 
Azərbaycanın ən qədim tayfalarının erkən dini təsəvvürlərinin rəngarəngliyi və 
mürəkkəbliyini sübut edir. 
Dinin ən qədim formalarından biri, şübhəsiz ki, totemizmdir. 
Müxtəlif dünya xalqları arasında totemizmin yayılması kifayət qədər dəqiq 
müəyyən olunmuşdur. Tarixi inkişafın erkən mərhələlərində totemizm bu və ya 
digər formada bütün xalqlara məlum idi. Totemizmin klassik ölkəsi Avstraliya 
hesab olunur [186, 387-388]. 
Totemist etiqadlar Azərbaycanda da yayılmışdır. Burada indiyədək totemist 
dünya görüşünün əks-sədası olan adlara rast gəlmək olur: İlandağ, Maraldağ, 
Ceyran bulağı və s. 


68 
 
Totemizm izlərinə Qobustan, Abşeron, Kəlbəcər və Gəmiqayanın qayaüstü 
təsvirləri arasında rast gəlmək olar. Azərbaycan petroqliflərinin xüsusi bölməsini 
heyvan, quş təsvirləri təşkil edir. Qəbirlərdən heyvan sümüklərinin tapılması nadir 
hadisə  deyildir. Əldə olan materiallar əsasında, ehtimal etmək olar ki, onların 
bəzilərindən sitayiş obyekti kimi istifadə  olunması totemizm elementlərinin 
mövcudluğunu təsdiq edir. Arxeoloqlar əcdadlarımızın totem təsəvvürlərinin (bəzi 
heyvan və bitkilərin ilahi qüvvəsinə inam) paleolit dövründə  yayıldığını güman 
edirlər. Eyni zamanda, həm allahlara, həm də  heyvanlara şamil edilən jest dilinin 
tanış olması kimi çox maraqlı ehtimal irəli sürürlər. Bu, qayaüstü incəsənətdə 
parlaq əks olunurdu [30, 108]. Bir çox tədqiqatçıların fikrincə, paleolit və sonrakı 
dövrlərdə  insanlar qurbanlıq heyvanların təsvirlərini çəkmişlər. Onlara allahın 
«nümayəndələri və qurbanların mərasim hərəkətləri»nin rəhbəri olan heyvan - yol 
yoldaşı kimi baxırdılar [yenə orada, 108]. 
Totemlər ibtidai insanların baxışlarına və  təsəvvürlərinə böyük təsir 
göstərirdi. Totemlər onlarda qorxu və həyəcan hisləri oyadırdı. Təbiət qanunlarına 
və onun təbii təzahürlərinə cavab tapa bilməyən ibtidai insanlar bunu totemlərin 
əzəmətli gücü ilə əlaqələndirirdilər. Bu nöqteyi-nəzərdən, Azıx mağarasından aşkar 
olunmuş, içərisində  mağara ayılarının kəllələri olan yeri göstərmək olar [54. 57]. 
Belə  tapıntılar Fransanın bir çox mağaralarında -  Lazare kahasının mərkəzində 
aşkar olunmuşdur. Kəllə,  əl-ayaq qalıqları (daha sonrakı dövrlərə - mustyeyə aid) 
bir sıra Qərbi Avropa mağaralarında qeyd olunur. Hətta mustye dövründə 
totemistik təsəvvürlərin nişanələri vardır. Draxenlox (İsveçrə) və Petersxel 
mağaralarının dərinliklərində xüsusi qaydada düzülmüş mağara ayısının kəlləsi və 
sümükləri tapılmışdır [145,183 184]. Bunun təsdiqi kimi, Azıx mağarasından aşkar 
olunmuş mağara ayı balasının kəlləsi xüsusi maraq kəsb edir [yenə orada]. 
Yazılıtəpədə (Qobustan) 25 №-li daş üzərində keçi təsvirləri və kiçik çalalar 
həkk olunmuşdur. Keçiləri sanki çalaların yanına qurban kəsmək və qanın çalalara 
axması üçün gətirmişlər (şək. 36. 69). Bəzi arxeoloqlar hesab edirlər ki, petroqliflər 
qədim insanlar üçün allahla ünsiyyət vasitəsi olaraq xahiş və  cavabı əks etdirir. 
Qurbankəsmə adəti olmadan allahla əlaqə  ağlasığmaz idi [30, 103]. Ruhlar kimi 
totemlər də  toxunulmaz hesab olunurdular. Totemlər tam qadağalar sistemilə 
bağlıdır. Onları öldürmək və yemək olmazdı. Lakin bəzi hallarda qadağa 
götürülürdü. Məsələn, Berinq dənizinin sahillərində  ovda öldürülmüş suitilərin 
ruhlarını yenidən dənizə qaytarırdılar və bununla, onların yeni həyata qayıtmalarını 
təmin edirdilər. Belə  mərasimlərdə  iştirak etmək ovçuların bilavasitə  vəzifəsi idi 
[293, 301-302]. 
Belə ayinlərdən buşmenlər də istifadə edirdilər. Onların inanclarına görə, 
öldürülmüş mifik «yağış heyvanları»nın qanı və  südü quraqlıqdan yanmış torpağı 
nəmləndirir [273, 136 137]. Şimal-qərbi Avstraliyanın aborigenləri ayin zamanı 
daşların üzərindəki heyvan təsvirlərini məhv edirdilər. Bu ayinlər həyatın davamını 




Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə