Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

69 
 
sübut edir. Bu isə, ölüm, məhvolma təhlükəsindən və  onları dəf etməyin 
mümkünlüyü ümidindən irəli gələn ibtidai dinin ən vacib vəzifəsidir. 
Heyvanlara sitayiş Azərbaycanın qədim tayfaları arasında geniş yayılmışdır. 
Heyvanların qayaüstü təsvirlərinin müqayisəli təhlili  əsasında bu mövzunu 
nəzərdən keçirək. 
Öküzə  sitayiş.  Azərbaycan petroqlifləri arasında qədim tayfa və  xalqların 
öküzə  sitayiş etmələri haqqında zəngin, rəngarəng və qiymətli material hesab 
edilən öküz təsvirləri xüsusi yer tutur. İnsan öküzlə (bizon, tur) ilk tanışlığı paleolit 
dövründə  baş vermişdir. Qayaüstü incəsənətin inkişafının ilkin mərhələlərindən 
başlayaraq, Azərbaycanın qayaüstü təsvirlərinin mövzu süjetlərində əsas yerlərdən 
birini ov ayinləri tutmağa başlayır. Bəşər tarixinin ilkin mərhələlərində  yaranmış 
ov ayin etiqadları min-illiklər ərzində qorunub saxlanmış və çoxsaylı əlamətlərdə, 
qadağalarda, etiqadlarda öz əksini tapmışdır. Bunların bir çoxu dastan, rəvayət və 
əfsanələr şəklində bizim günlərədək gəlib çatmışdır. Qədim ovçu qayalar üzərində 
öküz-tur sürüsünü təqib edən oxatanları (Böyükdaş, yuxarı səki, daş № 45, şimal 
tərəfi) (ill. 65) və  heyvanları tutmaq üçün müxtəlif hasar və  tələləri (Böyükdaş, 
yuxarı səki,  45 №-li daş, şimal tərəfi, Kiçikdaş, 19, 58 №-li daş) (şək.15; ill. 65; 
66) təsvir etməklə  mərasim ayinləri vasitə-silə  uğurlu ov əldə etməyə  çalışırdı. 
Qeyd edək ki, paleolit dövründən başlayaraq və  sonrakı dövrlərdə öküz müxtəlif 
tayfa və xalqlarda totem hesab edilmişdir. Məsələn, orta əsr türk tayfası oğuzların 
dastanında nəslin banisi Oğuz xaqanı haqqında deyilirdi: «Onun ayaqları öküzün 
ayaqları kimi, budları canavarın budu kimi, çiyinləri ayının çiyni kimi idi. Onu 
«öküz» adlandırırdılar» [129, 52]. Bir çox tayfalar öz başlanğıcını öküzlə 
əlaqələndirirdilər. Hunlar, monqollar və  buryatlar başlanğıcı öküz nəslindən 
götürürdülər. Öküzün buynuzlarını isə  cəsarət, hünər və güc rəmzi ilə 
əlaqələndirirdilər [266, 56]. Qazaxıstan petroqliflərində olan öküz təsvirləri 
haqqında analoji fikirlər söylənilirdi. Bunu əsasən hindu tayfalarının qədim 
dastanları ilə əlaqələndirmək mümkündür. [96, 211]. Öküzə sitayiş bərəkət ideyası 
ilə  də  bağlı idi. Qobustanda, Abşeronun Düvəndi kahasında, Kəlbəcər dağlarının 
bazalt qayalarında və  Naxçıvanda  - Gəmiqayada öküz obrazlarının xüsusi yeri 
vardır. Bu heyvan təsvirlərinin yanında insan fiqurları həkk olunmuşdur (Məsələn, 
Qobustanda öküz təsviri ilə qadın təsvirinin üslub uyğunluğu) (şək. 11; 12; ill. 96; 
60). İranda və Orta Asiyanın bəzi vilayətlərində öküz müqəddəs heyvan olaraq 
məzdəyi ayinlərinə  daxil olmuş və «Avesta»da bu obrazlara tez-tez müraciət 
olunmuşdur. [7-ci yasna, XXV, 4]. Öküzlərə həsr olunmuş çoxlu təriflərə Riqveddə 
rast gəlmək olar [156, 180]. Hind dastanlarında öküz, həmçinin  əzəmət və güc 
rəmzidir. [115.504]. 
Bir çox tədqiqatçıların hesab etdiyi kimi, öküz ayini şərq xalqlarının hələ ən 
qədim totemist təsəvvürlərinə gedib çıxır. [156, 170]. Öküzə ehtiram Çatalquyukun 
saxsı qablarından əvvəlki dövrdə, neolitdə öz çiçəklənmə dövrünə çatmışdır. [219. 
46, 120, 56, 61, 62. tablo XIII]. Bu ayin Azərbaycan  ərazisində  də  geniş 


70 
 
yayılmışdır. Çalağan eneolit yaşayış məskənindən tapılmış cavan öküz başı fiquru 
Abşeronda aşkar olunmuş naxışlarla bəzədilmiş öküzün kiçik başları [25, 14] bu 
heyvanın ayin mənası daşıdığının vacib sübutlarındandır [126. 1 l]. Tunc dövründə 
öküz buynuzları ilə müqəddəs ocaqların bəzədilməsi haqqında da məlumatlar 
vardır [80, 107, 108]. 
Qarabağın Xocalı kəndində  aşkar olunmuş öküz təsvirli kəmər tunc dövrü 
incəsənətində öküz obrazının xüsusi yer tutduğunu təsdiq edir [232. 10]. Bunun izi 
bəzi müasir maldar xalqlarda da müşahidə olunur [107, 205. 212]. Lakin bunlar 
bizim dövrlərədək gəlib çatmış mərasim ayinlərinin qalıqlarının kiçik bir qismidir. 
Görünür, bizə heç vaxt bu mərasimi təşkil edən ayin və adətlərin bütöv 
kompleksini bərpa etmək mümkün olmayacaqdır. Bizə yalnız arxeoloji abidələrdə 
onların izləri gəlib çatmışdır. 
Azərbaycanın qayaüstü incəsənətində Qobustan qayalarında təsvir olunmuş 
Dos Primigenius turundan  əlavə, öküzün digər obrazları da məlumdur. Ona 
Kəlbəcər, Gəmiqaya və  Abşeron təsvirlərində rast gəlmək olar. Burada öküz 
arabaya qoşulmuş vəziyyətdə şum səhnələrində və digər səhnələrdə əks olunur. Bu 
isə  onun ev heyvanı olduğunu sübut edir. Belə  təsvirlər Naxçıvanda (Gəmiqaya, 
76. 77 №-li daşlar) (sək. 11; 12) və  Abşeronda [Dübəndi kahası] (ill. 96) 
məlumdur. Qobustan qayalarında oxatanların öküz sürüsü ilə döyüşü kimi baxımlı 
səhnələr (Böyükdaş, yuxarı səki, 45 №-li daş, şimal tərəfi) (ill. 65) təsvir 
olunmuşdur. Bu təsvirləri uğurlu ov mərasimi səhnələri kimi qiymətləndirmək olar. 
Tropik Afrika, Amazoniya və Avstraliyanın bəzi rayonlarında geridə qalmış 
tayfa və xalqlarda hal-hazırda belə bir mərasim vardır: heyvan ovundan əvvəl, yerə 
onun təsviri çəkilir və and mərasimi yerinə yetirilir [145, 231, şəkil 106]. (ill. 64). 
Möhkəm əşya ilə  vurulmuş zərbələrin izi qalmış bu heyvan təsvirləri Qobustanda 
qeydə  alınmışdır. Güman etmək olar ki, Qobustan ovçuları da ovdan əvvəl bu 
ovsunları icra edirdilər. 
Qobustanda öküz təsviri ilə  qadın təsvirinin üslub uyğunluğu müşahidə 
olunan mürəkkəb kompozisiyanı ayin səhnələrinə aid etmək olar (Kiçikdaş, 
Daşqışlaq kolleksiyası, 19 №-li daş; Böyükdaş, yuxarı səki. 78 №-li
 
daş). (ill. 66; 
60). Göstərilən  müşahidələr bu rəsmlərin ayin əhəmiyyətini müəyyən etməyə 
imkan verir. Onlar, güman ki, rəvayət xarakteri daşıyır və paleolit dövrünün mifik 
nəsil başçılarını tərənnüm edən hekayələr kimi şərh oluna bilərlər. 
Öküz və  qadın... Bu cür uyğunluq Avropanı oğurlamış Zevs haqqında 
rəvayət və Minotavr və Pasifay haqqında əsatirə sövq edir. [172, 24]. Burada qadın 
yalnız nəslin başçısı kimi deyil, həm də heyvan əcdadla  əlaqəyə girir. Buradan 
qadın və heyvan obrazlarının bərəkət ayini əmələ gəlir [129, 28]. Bu növ qayaüstü 
kompozisiyalara oxşar süjetlərə (qadın və heyvan obrazı) Fransanın madlen dövrü 
mağarasından (Aşağı Lojeri) qadın və maral rəsmində [3, 104], qədim neolit 
dövrünün «şəhəri» Çatal-quyukun «Bərəkət ilahəsi məbədi»nin ön divarındakı 
(Anadolu qayaüstü təsvirləri) qadın və öküz təsvirlərində [120, 125-127]. İordaniya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə