Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

71 
 
petroqliflərində  iri öküz fonunda sxematik qadın fiqurlarında, Üst-tuba və Side 
petroqliflərində (ill. 60) rast gəlmək olar. 
Burada heyvan-əcdadla xronoloji uyğunluq mühüm cəhətdir. Gələcək 
tədqiqatlarda bu istiqamətdə xeyli işlər görülməlidir. 
Sonda qeyd etmək lazımdır ki, öküz uzun müddət qədim ovçuların ehtiram 
obyektləri sırasında qalmışdır. Etnoqrafik məlumatlardan göründüyi kimi, öküz 
ibtidai ovçu tayfalarının ehtiram obyekti və totemi olmuşdur. Qədim dini 
təsəvvürlərdə öküzə  sitayiş günəşə  və ali səma allahına sitayişlə  sıx əlaqəlidir. 
Antik müəlliflərin mənbələrindən görürük ki, Zevs və Mitra, Yupiter və Perun 
onlara ithaf olunmuş öküzlərlə müxtəlif mənalarda əlaqəlidir. İri mal-qaraya tripol 
təsərrüfatında da xüsusi yer ayrılırdı [172, 13-33]. Öküz təsvirləri və  nəzərdən 
keçirdiyimiz səhnələr bərəkət ayinləri ilə bağlı idilər. Burada təsvir olunmuş öküzə 
sitayişlə  bağlı ovsun ayinləri totem əcdadlar haqqında rəvayətləri  əks etdirərək
Azərbaycanın qədim sakinlərinin artıq paleolit dövründə  təşəkkül tapmış 
dünyagörüşü təsəvvürlərinin çox mürəkkəbliyini göstərir. 
Marala sitayiş.  Azərbaycan ərazisində məskunlaşmış qədim tayfaların dini 
etiqad və  mərasimlərində maral mühüm yer tuturdu. Qobustanda, Gəmiqayada, 
Kəlbəcərdə  və  Abşerondakı maral təsvirləri qədim dini etiqadların mənəvi-bədii 
əksi idi. Naxçıvanın Gəmiqaya dağında, Kəlbəcərin Dəlidağ ətəklərində, 
Mərdəkan-Şüvəlan vadisində  (Ağdaş düzü) və Qobustanda külli miqdarda maral 
qayaüstü təsvirlərinə rast gəlinir. İbtidai rəssam tərəfindən çəkilmiş bu rəsmlər öz 
reallığı ilə insanı heyran edir. Yazılıtəpənin 9 №-li daşı üzərində təbii ölçüdə maral 
təsvir olunmuşdur. Abşerondakı qayaüstü maral təsvirləri xüsusi maraq doğurur. 
Bu rəsmlər e.ə. II-I minilliklərdə Şüvəlan düzənliyinin faunası haqqında müəyyən 
təsəvvür yaradır [24, 59]. 
Arxeoloqlar Gəmiqayanın tunc dövrü qayaüstü təsvirləri arasında öz reallığı 
ilə seçilən nadir maral rəsmlərini qeyd edirlər [237, 43, 72]. Dəlidağ ətəyində aşkar 
olunmuş maral təsvirlərini tədqiqatçılar e.ə. təxminən III-II minilliyə aid edirlər 
[242]. 
Marallara totem kimi Fransa, Sibir və  Kareliyanın bir çox xalqlarında rast 
gəlmək olar. Qayaüstü təsvirlər və  əsatirlər bunu sübut edir [53, 27]. Qobustan 
ərazisində  aparılmış arxeoloji tədqiqatlar nəticəsində maddi mədəniyyət 
nümunələri arasında maral sümüklərinə təsadüf olunmamışdır [257, 74]. 
Bu vəziyyət belə bir nəticəyə  gəlməyə imkan verir ki, maral toxunulmaz 
totem idi və Qobustan əhalisi üçün müqəddəs sayılırdı (eyni zamanda, Qobustan 
Dövlət tarixi-bədii qoruğunun fondlarında maral buynuzları saxlanılır (qeydiyyat 
№ 74), 1973-cü ildə  Böyükdaş dağının aşağı səkisində 7-ci sığınacağın mədəni 
təbəqələrində aşkar olunmuşdur). Qədim vaxtlarda totemin maskasını taxmaq onun 
əzəmətinə sahib olmaq demək idi. Eneolit dövründə totem ayinləri zamanı 
mərasim rəqsi ifa edən insan totem maskası taxırdı. 


72 
 
Tunc dövründən başlayaraq, maral obrazına bədii saxsı qablarda təsadüf 
olunur. Mingəçevir qəbirlərindən aşkar olunmuş səhənglərin birində  maral başı 
şəklində qırmızı gildən hazırlanmış riton növü aşkar olunmuşdur. Ritonun təyinatı 
ayin mərasimləri ilə  əlaqədardır (güman edilir ki, dəfn ayinləri ilə  əlaqədar olan 
şərab nəziri vermə ayini nəzərdə tutulur. Bu da öz növbəsində, qədim təsviri 
incəsənətdə öz əksini tapmışdır) [46,128]. Mingəçevir qəbirlərindən [yenə 
orada,138] və Azərbaycanın müxtəlif bölgələrinin kurqanlarından aşkar olunmuş 
saxsı qablar üzərindəki maral obrazları [55, tablo XXX, XII (4): 50,27-41, V 
cədvəl 49 fiq. 11, (fiq.17, şək. IV-l-a.v, fiq. 17, 2; 52, inv. № 7979]) bu heyvana 
müqəddəs varlıq kimi sitayiş edilməsini göstərir. 
Maral obrazına qədim xalqların incəsənətində geniş yer verilməsi haqqında 
maraqlı məlumatlar vardır. Asiya və  Avropanın çöl xalqlarının dünyagörüşündə 
maralın xüsusi rol oynaması inkaredilməzdir və  bu, maral obrazının skiflərin və 
hunların incəsənətindən başlayaraq Avrasiya köçəri xalqlarının incəsənətinədək 
möhkəm yer tutduğunu müəyyən etmişdir. 
Maraqlıdır ki, Qobustanın Yazılıtəpəsində (13, 14,33 №-li daşlar) olan 
maral təsvirləri Gəmiqaya və  Kəlbəcər təsvirləri ilə  oxşar cəhətlərə malikdir. 
Gəmiqayada qədim mərasim rəqslərini  əks etdirən çox maraqlı təsvirlər aşkar 
olunmuşdur. Rəqs edənlər arasında aparıcı şəxs digərləri ilə müqayisədə iri planda 
verilmişdir. Gəmiqayada dörd yerdə kollektiv rəqs səhnələri qeydə  alınmışdır. 
Aparıcı rəqqasın başında buynuzlu maska var (63 №-li daş) [13. 393]. Analoji 
səhnələrə  Qobustanın Böyükdaş dağında, 66 №-li daşda (e. ə. IV minillik) və 
həmin dağın yuxarı səkisində  67 №-li daşda rast gəlmək olar. Aşağı sırada totem 
maskalı 3 rəqqas təsvir olunmuşdur (e. ə. IV minillik). 
Heyvan dərisi geyinmiş insanların mərasim rəqslərinin təsvirlərinə Abşeron 
və  Kəlbəcərdə  təsadüf olunur. Etnoqrafik məlumatlara görə maral Azərbaycanın 
qədim tayfalarında sitayiş obyektləri sırasında idi. Qədim Azərbaycanda öküz və 
maral yaz, bərəkət rəmzi idi. Buna da külli miqdarda təsviri sənət  əsərləri həsr 
olunmuşdur. Bununla əlaqədar, bizim günlərədək çatmış və özündə totemist 
təsəvvürlərin izlərini əks etdirən qədim ovsun ayini - «Maral oyunu»nu qeyd etmək 
lazımdır [9, 169]. Şübhəsiz ki, maral oyunu yaza həsr olunurdu. Təbiətin oyanışı, 
sevinc maral obrazında əks olunurdu. 
Qeyd etmək lazımdır ki, Avrasiya və Qafqazın müxtəlif bölgələrində marala 
sitayişin geniş yayılması təsadüfi deyildir. Güman etmək olar ki, ən qədim 
zamanlardan marala sitayişin vahid ideyası mövcud idi. Bu, Asiya, Şərqi Avropa 
və Qafqazın qədim tayfaları arasında etnik əlaqələrin olması haqqında düşünməyə 
vadar edir. 
Keçiyə  sitayiş.  Tunc dövründən başlayaraq ibtidai insanlar keçiləri günəş 
allahının rəmzi kimi təsəvvür edirdilər. O dövrdə  bədii (Xanlar) və qayaüstü 
təsvirlərdə  (Türkan) keçi obrazı dini-ideoloji obraz kimi təqdim olunurdu. Bir 
qədər sonra keçi obrazı xeyir və bərəkət ideyalarına xidmət edirdi [264, 47]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə