Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

79 
 
Gəmiqayanın 50, 85, 120 №-li daşlarında (şək. 86-a,b,c) rast gəlmək olar. 
Ucluqları birləşən 2 üçbucaq işarə diqqəti cəlb edir. Bu rəmz Gəmiqaya qayaüstü 
incəsənətində  (50, 93, 120 №-li daşlar) təqdim olunur (şək. 78-a,b,c). 
Arxeoloqların fikrincə, bu işarə-rəmz ilahə - anaya həsr olunmuş bayramın 
keçirildiyi ayı göstərirdi. Bundan əlavə, bu işarələrin aqrar təqvimi ilə  əlaqəsi 
olmuşdur. Etnoqrafik məlumatlara görə, bütün kənd təsərrüfatı işlərinin başlanğıcı  
ay fəzasından asılı  idi. Buna misal  olaraq, Amiranis dağından aşkar olunmuş qabı 
göstərmək olar [214, 13]. 
Digər tərəfdən, qədim insan üçün vaxtın hesablanmasının yeganə yolu yer 
üzərində dəyişikliklər və hadisələrin növbələşməsi idi. Günəş və ayın hərəkəti, ayın 
aylıq dövrü, günəş ilinin vaxtaşırılığı və s. Vaxtın Aya əsasən hesablanması onun 
dəyişməsi ilə  bağlı idi. İbtidai ovçu özünün müşahidə qabiliyyəti və  heyvanların 
vərdişlərini bilməsi ilə  heyvanların vaxtaşırı doğuşu ilə  əlaqədar olan Ay 
fəzalarının uyğunluğuna fikir verirdi. [205, 126]. Ola bilsin ki, qədim rəssam 
tərəfindən qayalarda həkk olunmuş Günəş və  Ay işarələri elə  həmin məqsədi 
güdürdü. Bu nöqteyi-nəzərdən 7 №-li kurqanda üzərində  səma işarələri aşkar 
olunmuş böyük qəbir daşı xüsusi maraq doğurur. Elə  burada qıraqları aypara 
işarələri ilə  naxışlanmış gil qab aşkar olunmuşdur [246, 26]. Bununla əlaqədar, 
Gəmiqayada, 85, 120 №-li daşlar üzərindəki aypara qayaüstü təsvirləri diqqəti cəlb 
edir (şək. 78-b,c). Abşeronun baxımsız Kələzağ kəndində, daş karxanasından 
cənuba böyük daş plitəsi üzərində aşkar olunmuş səma cismlərinin təsvirləri xüsusi 
maraq doğurur. Analoji rəsmlər Abşeronun kurqan plitələrində  aşkar olunmuşlar 
[27, 5]. Ayın fəzaları ilə, yeni ay çıxdığı vaxt dəyişməsi ilə ibtidai insanlar nəinki 
bitki örtüyünün inkişafını, həm də mal-qaranın  böyüməsini, hətta uşaqların 
inkişafını və  sağlamlığını əlaqələndirirdilər [222, 504]. Çox güman ki, Ay və 
Günəş vaxt ölçüləri və göstəriciləri kimi istifadə olunurdu. [172,43]. 
Azərbaycanda aypara işarələri tunc dövrü abidələrində  geniş tətbiq 
olunmuşdur. Aya sitayiş mövzuları o dövrün incəsənətində  bəzək  əşyalarında, 
saxsı qablarda əks olunmuşdur. Bu onu sübut edir ki, Aya sitayiş Azərbaycanın 
qədim  əhalisinin  əsas dini təsəvvürlərindən biri idi. Qədimdə Qobustan və 
Gəmiqayanın təyinatı nə idi? Bu, qayaları bəzəmiş ibtidai ovçular üçün nə  məna 
kəsb edirdi? Bu cür yerlərdə, adətən müxtəlif mərasimlər və ovsun ayinləri yerinə 
yetirilirdi. Adətən mərkəzi yer totem heyvan - əcdad obrazına məxsus idi. 
Qobustan, Gəmiqaya, Abşeron, Kəlbəcər mağara və qayalarının çətinliklə gedilən 
yerlərdə yerləşməsi, onların xüsusiyyətləri və  təqdim olunan təsvirlərin xarakteri 
oranı müqəddəs yerlər kimi şərh etməyə imkan verir. 
Azərbaycanın qayaüstü təsvirlərinə 
əsasən 
ən qədim insanların 
dünyagörüşünü bu cür təsvir etmək olar. Bununla bizim müşahidələr sona yetmir. 
Şübhəsiz ki, bu problemi hərtərəfli öyrənmək üçün piktoqrafik, etnoqrafik və 
folklor materialları əsasında geniş arxeoloji tədqiqatlar aparılmalıdır. 
 


80 
 
NƏTİCƏ 
 
Azərbaycan qayaüstü təsvirləri onun maddi mədəniyyəti tarixində parlaq və 
özünəməxsus hadisədir.  Çox böyük zaman kəsiyini  əhatə edən vo uzaq 
minilliklərin,  əsrlərin tarixi hadisələri haqqında dəqiq məlumat verən qayaüstü 
təsvirlər, həqiqətən də, tükənməz mənbəşünaslıq fondudur. Bu baxımdan həm yeni 
aşkar olunmuş, həm də  hamıya məlum olan qayaüstü təsvirləri göstərmək 
kifayətdir. 
Məhz son illər aşkar olunmuş qayaüstü təsvirlər Azərbaycanın ən qədim 
tarixini daha dərindən nəzərdən keçirməyə  və  şərh etməyə  imkan vermişdir. Hal-
hazırda Azərbaycan petroqliflərinin təhlili belə bir nəticə çıxarmağa imkan verir ki, 
qayaüstü təsvirlər bölgənin qədim insanlarının tarixi keçmişi ilə  bağlı olan 
özünəməxsus, təkrarolunmaz görünüşə malikdirlər. Qobustan, Gəmiqaya, Kəlbəcər 
və  Abşeronun qayaüstü təsvirləri sübut edir ki, həmin dövrün mədəniyyəti təcrid 
olunmuş deyil, qonşu əyalətlərin mədəniyyətləri ilə  qarşılıqlı əlaqədə  inkişaf 
etmişdir. 
Bu kitabda çoxsaylı qayaüstü rəsmlərin və  qazıntı materiallarının tədqiqi 
əsasında onların xronologiyası, xüsusiyyətləri, mövzusu, üslubu, işlənilmə 
texnikası, həmçinin üst paleolit dövründən orta əsrlərədək Azərbaycanın qayaüstü 
incəsənətinin təyinatı haqqında maraqlı faktlar göstərilmişdir. Aydın ifadə olunmuş 
üslub xüsusiyyətlərinə və zəngin mövzularına əsasən, təhlil etdiyimiz petroqliflərin 
yaranmasında təsərrüfat tərzinə görə bir-birindən fərqlənən insan qrupları iştirak 
etmişlər. Qobustanda üst pleystosen və erkən holosen dövründə Azərbaycanın qa-
yaüstü incəsənətinin inkişafında 6 üslub-mövzu meyli müşahidə olunur. Paleolit 
dövrü təsvirlərində insan və  pleystosen faunası (öküz - turlar, vəhşi atlar) təqdim 
olunmuşdur. Heyvan təsvirləri qayalar üzərində  tək-tək və  qrup halında 
yerləşdirilmiş, real tərzdə  həkk olunmuşlar. Öz növbəsində üst paleolit incəsənəti 
üslub xüsusiyyətlərinə görə dörd qrupa bölünür. 
Erkən holosen dövründə  ov heyvanlarının və iqlimin dəyişməsi ilə, Xəzər 
dənizinin son transqressiyası ilə  əlaqədar olaraq qayaüstü təsvirlərin mövzusunda 
da dəyişikliklər  əmələ  gəlir. Qayalar üzərində  əhliləşdirilmiş öküzlər, vəhşi atlar, 
marallar və keçilər - o dövrün əsas totem və ov obyektləri meydana gəlir. İnsan 
təsvirləri az təqdim olunur. Bu dövrdə quş, zoomorf və antropomorf təsvirlər əmələ 
gəlir. İşlənilmə  tərzinə görə  onlar daha çox sxematik şəkil alırlar. Neolit və tunc 
dövrü petroqlifləri üslub xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa 
daha real tərzdə  çəkilmiş heyvan təsvirləri (Qobustan-Cingirdağ, Kiçikdaş və 
Böyükdaşın aşağı səkisi) aiddir. İkinci qrupa Kəlbəcər, Gəmiqaya və Abşerondakı 
heyvan təsvirlərini aid edirik. 
Yerinə yetirilmə üslubuna və  məzmununa görə II qrup petroqlifləri 
Qobustanın sonrakı dövr təsvirlərinə  yaxındır. Bu qrup rəsmlərdə yeni meyillər 
görünür. Yeni obrazlar-dairə şəkilli buynuzlu keçi təsvirləri meydana gəlir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə